Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
Epidemiologiya pdf 1N BTK


Epidemioloji  mǝsǝlǝ 
 
Vǝtǝndaş  İ. 52  yaşında 6/X-da  hǝrarǝtinin  artması  ilǝ  xǝstǝlǝnmişdir.  8/X-dǝ  bǝdǝnindǝsǝpkilǝr 
qeyd edilmişdir və xǝstǝxanaya qoyulmuşdur.  Hemaqqultinasiya  reaksiyasının  müsbǝt  olması haqqında 
cavab alınmışdır. Xǝstǝ 2№-li uşaq xǝstǝxanasının somatik xǝstǝliklǝr şöbǝsindǝ hǝkim işlǝyir. 1943-cü 
ildǝ  orduda  olarkǝn  sǝpkili  yatalaq keçirilmişdir.  Müasir  3  otaqlı  mǝnzildǝ  yaşayır.  Ailǝsi  4  nǝfǝrdǝn 
ibarǝtdir: oğlu mühǝndis, qızı tarixçi, yoldaşı musiqiçidir. Xǝstǝlikdǝn bir ay qabaq xǝstǝ vǝ ailǝ üzvlǝri 
heç yerǝ getmǝmişdir. 
Xǝstǝlikdǝn  6  gün  ǝvvǝl  xǝstǝ  İ-gilə  2  günlüyǝ  qızının  ǝri  Z.  başqa  şǝhǝrdǝn  qonaq  gǝlmişdir. 
Qonaq özünü yaxşı hiss edirdi. Ailǝdǝ vǝ qonaqda bitlilik aşkar edilmǝdi. İ-xǝstǝlikdǝn ǝvvǝlki dövrdǝ 
bitli olmasını inkar edir. 
Yuxarıda şǝrh edilǝn xǝstǝlik haqqında fikrinizi söylǝyin. Ocağın müayinǝsi vǝ  lǝğv edilmǝsi üçün 
tǝdbirlǝr planı tǝrtib edin. 

1 nömrəli Bakı  Tibb Kolleci 
225 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 47 
 
 
Malyariyanın  profilaktikası 
Dǝrsin mǝqsǝdi : Malyariyaya qarşı tǝdbirlǝr sistemi ilǝ tanış olmaq. Qalın damla yaxmasının 
hazırlanma texnikasının öyrǝnilmǝsi. 
Dǝrsin planı: 
1. Malyariya ocağının müayinǝsindǝ vǝ infeksiyanın profilaktikasında ǝsas prinsiplǝrin öyrǝnilmǝsi. 
2. Malyariya ǝleyhinǝ iş planı ilǝ tanış olmaq. 
3. Malyariya törǝdicisi olan preparatlara baxış. 
4. Qalın damla vǝ yaxmaların sǝrbǝst hazırlanması vǝ mikroskopla baxılması. 
Dǝrsin qısa mǝzmunu - Malyariya ilǝ mübarizǝdǝ GEM-in parazitoloji şöbǝsinin planı 5 
ǝsas hissǝdǝn ibarǝtdir: 
1.  Malyariyalı xǝstǝlǝrin vǝ parazitgǝzdiricilǝrin üzǝ çıxarılması mǝqsǝdi ilǝ epidemioloji nǝzarǝt, 
elǝcǝ dǝ üzǝ çıxarılmış hǝr bir infeksiya hadisǝsinin epidemioloji  müayinǝsi 
2. Malyariyalı xǝstǝlǝr vǝ parazitgǝzdiricilǝr üzǝ çıxarıldıqda aparılan tǝdbirlǝr (xinosid, ya da delagil 
vǝ primaxin ilǝ müalicǝ, dispanser nǝzarǝti). 
3. Xǝstǝliyin keçiricilǝri üzǝrindǝ nǝzarǝt vǝ onlarla mübarizǝ tǝdbirlǝri. 
4. Anafelogen su hövzǝlǝrinin qarşısını alan tǝdbirlǝr. 
5. Kadrların hazırlanması. 
Sǝhiyyǝ  Nazirliyinin ǝmrinǝ ǝsasǝn aşağıdakı şǝxslǝr malyariyaya görǝ laborator müayinǝyǝ mǝruz 
qalırlar 5 gün müddǝtindǝ bǝdǝnin temperaturası qalxan diaqnozu dǝqiqlǝşdirilmǝmiş xǝstǝlǝr, axırıncı 3 
ayda qan götürülmüş temperaturalı xǝstǝlǝr, axırıncı 2 il müddǝtinǝ malyriya keçirmiş bütün temperaturalı 
xǝstǝlǝr;  müalicǝ  aparılmasına  baxmayaraq temperturu  yüksǝk  olan  xǝstǝlǝr;  qara  ciyǝri,  ya  da  dalağı 
böyümüş vǝ etiologiyası aydın olmayan xǝstǝlǝr. Hal-hazırda qeydǝ alınan xǝstǝlǝr bizim respublikamızın 
ərazisindən kǝnarda yoluxduqlarına görǝ malyariya üzrǝ ǝlverişsiz ölkǝlǝrǝ  gedǝn  vǝ hǝmin  ölkǝlǝrdǝn 
gǝlǝn şǝxslǝrǝ xüsusi fikir verilir. 
Malyariya üzrǝ ǝlverişsiz ölkǝlǝrǝ gedǝn şǝxslǝr delagillǝ profilaktik müalicǝ olunur vǝ şǝhǝr, ya 
da  rayon  GEM-in  parazitoloji  şöbǝsindǝ  qeydǝ  alınırlar.  Malyariya  üzrǝ  ǝlverişsiz  ölkǝlǝrdǝn  gǝlǝn 
şǝxslǝr  bir  il  müddǝtindǝ  dispanser  nǝzarǝtindǝ  olurlar.  Hǝr  hansı  sǝbǝb  üzündǝn  temperaturaları 
qalxdıqda onlar  malyariyaya görǝ  laborator  müayinǝ olunmalıdır.  Malyaraiya,  ya  da  parazitgǝzdiricilik 
zamanı epidemioloji müayinǝ aparılır. 
İnfeksiya  mǝnbǝyini  üzǝ  çıxardıqda  yoluxmanın  qan  köçürmǝ  vasitǝsi  ilǝ  baş  verdiyini  nǝzǝrǝ 
almaq  lazımdır.  Xǝstǝnin  ǝtrafında  olan  şǝxslǝr  (ailǝ  üzvlǝri  vǝ  yaxın  qonşular)  malyariyaya  görǝ 
müayinǝ edilirlǝr. Kǝnd yerlǝrindǝ malyariyanın tǝkrar baş vermǝsi nǝticǝsindǝ hǝyǝtlǝr üzrǝ yoxlama 
aparılır vǝ şübhǝli şǝxslǝrdǝn müayinǝ üçün qan götürülür. 
Epidemioloji  müayinǝnin  axırında  hadisǝ  tǝyin  edilir:  törǝdicinin  növü  göstǝrilmǝklǝ  yerli; 
gǝtirilmǝ (xarici ölkələrdə); ikincili, yoluxma gǝtirilmǝ ilǝ ǝlaqǝdardır; peyvǝndli – qan  köçürmǝ zamanı 
yoluxma,  residiv.  Epidemioloji  müayinǝ  kartasının  bir  nüsxǝsi  sǝhiyyǝ  nazirliyinǝ  göndǝrilir. 
Malyariyadan ölüm baş verdikdǝ sǝhiyyǝ nazirliyinǝ növbǝdǝn kǝnar yazılı izahat verilir. 
Malyariya  ilǝ  mübarizǝdə  ǝsas  yeri  anofilogen  su  hövzǝlǝrinin  müayinǝsi,  keçiricilǝr  üzǝrindǝ 
nǝzarǝt  vǝ onlarla  mübarizǝ tǝdbirlǝri  tutur.  Bu tǝdbirlǝr  sü  hövzǝlǝrinin  pasportizasiyası  ilǝ  başlayır. 
Müvafiq  GEM-in  xidmǝt  etdiyi  ǝrazisindǝ  olan  bütün  su  hövzǝlǝrini  qeydiyyata  götürürlǝr  vǝ 
nömrǝlǝyirlǝr.  Su hövzǝsinin müayinǝlǝrinin  nǝticǝlǝri xüsusi “Su hövzǝsinin pasportuna” yazılır. Eyni 
zamanda bura su hövzǝsinin hǝr tǝrǝfli xarakteristikası ilǝ yanaşı tǝlǝb olunan sağlamlaşdırıcı tǝdbirlǝr dǝ 
göstǝrilir. 
Epidemioloji  mǝsǝlǝ 
Vǝtǝndaş D. xarici mǝzuniyyǝtdǝn sonra poliklinikaya çatdırılıb. Sorğu zamanı aydınlaşıb ki, o 
yoldaşı vǝ 5 yaşlı uşağı ilǝ 2 il müddǝtindǝ malyariya tǝhlükǝsi olan Afrika ölkǝsindǝ işlǝyib. 
1. Bu halda hansı tǝdbirlǝr hǝyata keçirilmǝlidir? 
2. Əgǝr xǝstǝlik vǝ parazitgǝzdirǝnlik aşkar edilǝrsǝ dispanser müşahidǝ necǝ aparılmalıdır? 

1 nömrəli Bakı  Tibb Kolleci 
226 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 48 
 
 
İksoid gənə borreliozunun profilaktikası 
Dərsin  məqsədi: 
Gənə  ilə  yoluxan  qayıdan  yatalağın  epidimiomolji  müayinə  üsullarının 
öyrənilməsi. Gənələrlə mübarizə işinin təşkili. 
Dərsin  planı: 
1. 
Gənə ilə yoluxan qayıdan yatalağın  epidimiologiyası və profilaktikası  haqqında,  gənələrlə mübarizədə 
aparılan tədbirlərin müzakirəsi. 
2. 
Ocağın mübarizəsi. 
Dərsin qısa məzmunu - 
Bu təbii ocaqlı zonos xəstəliklərə təbii ocaqlı zonos xəstəliyinə aiddir. 
Törədiciləri  Borellia  cinsinə  aid  olan  spiroxetlərdir.Gənə  ilə  yayılan  qayıdan  yatalağın  adətən  qeyd 
edildiyi ölkələrdən Afrika, İspaniya, Hindistan, Ukrayna. Şimali Amerika, Cənubi  Amerika, Meksika və s. 
göstərmək olar. Azərbaycanda (1935-1959)  ilk dəfə gənə qayıdan  yatalağı spiroxetlərinin P.P.Popov və 
İ.Ə.Axundov müəyyən  etmişdir.Bayramova  və  Ş.Həsənov Azərbaycanda bu xəstəliyin yayılması və onun 
epidimioloji və epizootoloji xüsusiyyətlərini ətraflı öyrənmişdir. Bu xəstəlik adətən tropik və subtropik 
qovşağında (Avstraliyadan başqa) yayılmışdır. Çox vaxt isti  yayı  olan mülayim iqlimli ərazilərə də keçir. 
Xəstəlikdə  inkubasiyon  dövr 7-8  gün.  Xəstəlikdə  infeksiya  mənbəyi  müxtəlif  növ  məməlilər,  ən  çox 
gəmiricilər  və həşəratyeyən  vəhşi    heyvanlardır. Bəzən  insan  da infeksiya  mənbəyi  ola  bilər.  Xəstəlik 
gənənin dişləməsi nəticəsində baş verir. Gənə qayıdan yatalağı təbii ocağa malikdir. Gənə qayıdan yatalağı 
ilə xəstələnənlər xəstəxanada müalicə olunurlar. 
Bu xəstəliyin profilaktikası əsas iki istiqamətdə aparılır: 
1. İnsanın gənələrin hücumundan qorumaq 
2. Xarici  mühütdə (mənzil, həyət, təsərrüfat  tikililəri,  gəmiricilərin  yuvaları, mağaralar) gənələri  məhv 
etmək 
Xəstələnmədən  qorunmanın  ən  yaxşı  üsulu  primitive  tikilmiş  binalarda,  mağaralarda  gəmirici 
kaloniyaları olan ərazidə tülkü və iri vəhşi  heyvanların yuvalarının ətraf əraazisindən istifadə etməməkdir. 
Yəni  yatmaq,  düşərgə  salmaqdır.  İnsanları  gənə  dişləməsindən  qorumaq  üçün  miçətgənlərdən  istifadə 
etmək, yatağı torpaq divardan kənarda  qoymaq  lazımdır. Ac gənələr mağaralarda insana gündüz hücum 
edirlər. Ona görə qoruyucu paltarlardan istifadə etmək lazımdır. Yüngül paltar repelentlərlə isladılmalıdır. 
Dezinseksiya  məqsədi  ilə  heksoxloran,  DDT  və  başqa  insektisidlərdən  istifadə  edilir.  Gənə  qayıdan 
yatalağı ocağlarının yaşayış məntəqələrində ləğvedilməsi üçün əsas tədbirlərdən biri də  sanitar tələblərinə 
cavab verən yaşayış  binaların tikilməsidir. Məntəqələrin ətrafında yaşıllıq salınır, gəmiricilər  və onların 
yuvalarının məhv edilməsi təşkil  edilir. 
 
Laborator diaqnostikası 
 
Xəstəliyin diaqnozun qoymaq üçün mikroskopik, bakterioloji və bioloji müayinə üsullarından 
istifadə edilir. 
Xəstədən    tutma    dövründə  qan alınır nazik və qalın yaxmalar hazırlanır. Spiroxetlər 
Romanovski-Gimza üsulu ilə yaxma boyanır. 
Gənə qayıdan yatalağlı  xəstələrin qanını R.R.Helser mühütinə  əkməklə spiroxetin təmiz 
kulturasını almaq olar. 

1 nömrəli Bakı  Tibb Kolleci 
227 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 49 
 
 
Hemorragik qızdırmaların  profilaktikası 
Dərsin məqsədi: 
Hemorragik qızdırmalarına qarşı  profilaktikanı, əks  epidemik tədbirlərin  və 
ocağın ləğv edilməsi tədbirlərinin öyrənilməsi. 
Dərsi planı: 
Hemorragik qızdırmaların epidemiologiyası və profilaktikasının müzakirəsi. 
Dərsin qısa məzmunu 
Hemorragik qızdırmalar virus təbiətli  qızdırma  ilə  keçən, hemoragik, 
toksikoz  sindromlu  müxtəlif  orqan  və  toxumalarda  dəyişikliklər  əməmlə  gətirən  təbii  ocalı 
xəstəliklərdəndir. 
Əsasən  3  növ  hemorragik  qızdırma  epodemioloji  nöqteyi  nəzərcən  böyük 
əhəmiyyət kəsb edir. 
1. Hemarragik nefroz-nefrit; 
2. Krım hemorragik qızdırması; 
3. Omsk hemorragik qızdırması. 
Hemorragik nefroza-nefrit - 
Böyrək sindromu ilə başlayır. Törədiciləri viruslardır. Tozla və 
çirklənmiş ərzaq ilə yayılır. İnkubasion  düvr 9-45 gündür. İnfeksiya mənbəyi müxtəlif növ gəmiricilər 
və meşə siçanlarıdır. Xəstəlik bir heyvandan başqa heyvana qamazoid gənələri ilə kecir. Gəmiricilər 
virusu ifrazatları ilə (sidik) xaric edilir. Xəstəlikdən sonra davamlı immunitet əmələ gəlir. Xəstəliyə 
qarşı profilaktoka və mübarizə  tədbirləri. Xəstəlik baş verdikdə xəstələr dərəhal hospitalizə edilir. 
Xəstəlik ocağında deratizasiya tədbirləri aparılır. Bu tədbirləri aparan şəxslər xüsusi geyimlərdən və 
resperatorlardan istifadə etməlidirlər. Dezinfeksiya işi aparan şəxlər paltarlarını 
repelentlərlə dezinseksiya etməlidirlər. 
 
Krım hemorragik qızdırması (KHQ) 
Törədiciləri viruslardır. İnkkubasiya müddəti 2-5 gündür bəzə 14 gün olur. Xəstəlik kəskin başlayır. 
Xəstədə  üşütmə  temperatur,  üzdə hiperemiya  müşahidə olunur.  İnsan bu xəsətəliyə  iksodi  gənələrinin 
dişləməsi  ilə  yoluxa  bilər.  Gənələr  xəstəliyi  nəsildən  nəsilə  keçirə  bilirlər.  Xəstəlikdən  sonra  davamlı 
immunitet əmələ gəlir. 
Xəstəliyə ilk dəfə 1944-cü  ildə Krımda təsədüf edilmişdir. Bundan başqa  Ukraynada, Həştərxanda, 
Moldaviyada, Bolqariyada, İranda, Hindistanda, Pakistanda təsadüf edilir. 
 
Profilaktika tədbirləri 
Xəsətlikdə mübarizə  tədbiri infeksiya mənbəyinə qarşı aparılır. Xəstə aşkar  edilən kimi hospitalizə 
edilir.  Gəmiriciləri  tələf  etmək  eləcə  də  gənələrə  qarşı  tədbir  aparmaq,  repelentlərdən,  xüsusi 
geyimlərdən istifadə etmək lazımdır. 
Tibb  işçiləri  xəstədən  qan  götürən  zaman  respiratorda  və  əlcəkdə  işləməlidirlər.  Onlar 
çalışmalıdırlar ki, dəri və selikli qişalarına qan düməsin. Xəstə ilə təmasda olanlar nəzarət altına alınır. 
 
Omsk hemorragik qızdırma (OHQ) 
Xəstəlik  qıdırma,  mərəkəzi  sinir  sisteminin  və  ürək  damar  sisteminin  zədələnməsi,  hemorragik 
diatezlə keçir. Təbii ocağa malikdir. 
Törədiciləri  viruslardır. Bəzi  heyvanlar virusa həssasdırlar (ağ siçan,  dəniz donuzu,  meymun və 
dovşan). İnkkubasion dövr 3-10 gündür. Xəstəlikdən sonra uzun müddətli immunitet yaranır. İnfeksiya 
mənbəyi  gəmiricilər  və  meymunlardı. İnsalar  xəstəliyə  gənə  dişləməsi  və  çirklənmiş  su ilə  də  yoluxa 
bilər.  Xəstəliyə Omska,  Sibirdə  və  Şimali Qazaxstanda rast  gəlinir. Fəsli  xarakter  daşıyır. Yay  payız 
aylarında. 20-50 yaş arasında (Ovçular arsında təsadüf edilir). Xəstəliyə qarşı mübarizədə gəmiriciləri 
ləğv  etmək  insanları  gənə  dişləməsindən  qorumaq  lazımdır.  Xəstələr  hosppitalizə  edilir.  Yoluxma 
qorxusu  olan  şəxlərə  vaksinasiya  aparılır.  Bunun  üçün  7-10  gün  fasilə  ilə  2  dəfəyə  hər  dəfə  2-3  ml 
miqdarında vaksin vurulur. Xəstəliyin diaqnozunu müəyyənləşdirmək üçün KBR istifadə edilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
228 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  50 
Taunun  profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Tǝlǝbǝlǝri taun xǝstǝliyi vǝ ona qarşı aparılan epidemiya ǝleyhinǝ kompleks 
tǝdbirlǝrlǝ tanış etmǝk. 
Tǝlǝbǝlǝr taun ǝleyhinǝ  mübarizǝ aparan idarǝlǝrin (İnstitut,  stansiya, şöbǝ,  dǝstǝ  vǝ s.)  quruluşu, 
funksiyası vǝ işçilǝrinin mǝzmunu ilǝ tanış olur. Taun qeyd edilǝn ǝrazilǝr haqqında ümumi  mǝlumat alır. 
Taun  ocaqlarında  epidemiya  ǝleyhinǝ  profilaktik  tǝdbirlǝri  tǝşkil  etmǝk  üçün  plan  tǝrtib  etmǝyi 
öyrǝnirlǝr. 
Dǝrsin  planı: 
1. Taun xǝstǝliyinin epidemiologiya vǝ profilaktikasının müzakirǝsi. 
2. Dǝrslǝr taun ǝleyhinǝ stansiyada keçirilir. 
Dərsin  qısa  məzmunu  - 
Taun  xǝstǝliyi  dünyada  geniş  yayılmışdır.  Taun  xǝstǝliyinǝ  tǝbii 
ocaqlarda  profilaktik  vǝ  epidemiya  ǝleyhinǝ  tǝdbirlǝr  hǝyata  keçirilir.  Bizim  respublikada  da  taun 
xǝstǝliyinǝ  qarşı aparılan tǝdbirlər ǝsas  yer tutur.  Xǝstǝliyin  xarici ölkǝlǝrdǝn  gǝtirilmǝsinin  qarşısını 
almaq üçün 
aşağıdakı tǝdbirlər görülmǝlidir

1. Ərazidǝn keçǝn bütün yüklǝr, nǝqliyyat vasitǝlǝri yoxlanılır. Sǝrnişin vǝ nǝqliyyatı idarǝ edǝnlǝrin 
sǝhhǝti haqqında sorğu sual aparılır. 
2. Taun xǝstǝlǝrilǝ vǝ ya ona şübhǝli olanlarla tǝmasda olan şǝxslǝr observasiya edilir. 
3. Taunla xǝsǝtǝlǝnǝnlǝr xüsusi müalicǝ müǝssisǝlərindǝ tǝcrid edilir vǝ müalicǝ olunurlar. 
4. Taunlu xǝstǝ ilǝ tǝmasda olanlar 6 gün müddǝtindǝ tǝcrid edilir vǝ onlar üzǝrindǝ nǝzarǝt aparılır. 
5.  Xǝstǝlik baş vermiş yerdǝn gǝlǝn nǝqliyyat vasitǝlǝri dezinfeksiya, dezinseksiya vǝ deratizasiya 
edilir. 
6. Tauna qarşı təbii ocaqlarda aşağıdakı kompleks tǝdbirlǝr hǝyata keçirilir. 
a. 
Gǝmirici vǝ onun ektoparazitlǝrinǝ qarşı müayinə aparılır. 
b. 
Əhalinin sağlamlığı üzǝrindǝ daimi nǝzarǝt qoyulur. 
c. 
Gǝmiricilǝrǝ qarşı qırıcı tǝdbirlǝr aparılır. Əhaliyǝ tauna qarşı peyvǝnd vurulur. 
d. 
Əhali  arasında taun xǝstǝliyinǝ  qarşı (peyvǝnd aparılır)  GEM-də sanitar  maarifi  işlǝri 
görülür. 
Taun  xǝstǝliyinin  profilaktikasında  xǝstǝliyin  tǝbii  infeksiya  mǝnbǝyi  olan  gǝmiricilǝrǝ  qarşı 
tǝdbirlǝr aparılır. Xǝstǝnin vaxtında aşkar edilmǝsi onların tǝcili şǝkildǝ tǝcrid vǝ hospitalizasiyası taun 
xǝstǝliyi ilǝ mübarizǝdǝ ǝn vacib tǝdbirlǝrdǝn biridir. 
Tǝmasda  olanların  hamısı  antibiotiklǝrlǝ  profilaktik  müalicǝ  olunurlar.  Epidemioloji  göstǝrişǝ 
görǝ,  taun  infeksiyası  ocaqlarında  yüksǝk  yoluxma  tǝhlükǝsinǝ  mǝruz  qalanlar,  o  cümlǝdǝn  çobanlar, 
ovçular, geoloqlar, taun ǝleyhinǝ mübarizǝ  aparan müǝssisǝ işçilǝri, laborantların arasında  1-ci növbǝdǝ 
profilaktik vaksinasiya aparılmalıdır. Bu mǝqsǝdlǝ 1946-cı ildǝ Jirard vǝ Robik tǝrǝfindǝn tǝklif edilmiş 
EV-diri vaksinindǝn istifadǝ  edilir.  Taun xǝstǝliyindǝ istifadǝ edilǝn  vaksin dǝri  altına, dǝri içinə  vǝ ya 
dǝri üzərinə vurulur. Peyvǝnddǝn sonra yaranan immunitet bir ilǝ kimi qalır, 6 aydan sonra revaksinasiya 
aparılır. 
Taun ocaqlarında xǝstǝlǝrin ifrazatı, paltarları, qab-qacağı, mǝnzili, qoruyucu geyimi  vǝ nǝqliyyatı 
cari vǝ yekunlaşdırıcı dezinfeksiya edilir. 3-5% lizol, 2-3% xloramin mǝhlulları ilǝ xǝstǝnin yataq ağları 
paraformalin  kameralarında  zǝrǝsizlǝşdirmǝk  lazımdır.  Xǝstǝlǝrin  ifrazatını  10%-li  karbol  turşusu, 
xloramin,  lizol  mǝhlulu  olan  qablara  yığırlar.  Dǝniz  limanlarında,  aeroportlarda,  şosse-  dǝmiryol 
stansiyalarında  taun  ǝleyhinǝ  profilaktik  tǝdbirlǝr  «Beynǝlxalq  tibb  sanitariya  qaydaları»  ilǝ  nizama 
salınır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
229 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Epidemioloji  mǝsǝlǝ 
 
Taun tǝbii ocağı ǝrazisindǝ  yerlǝşǝn yaşayış  mǝntǝqǝsindǝ  hǝkim  xǝstǝni  müalicǝ  edǝrkǝn taun 
xǝstǝliyindǝn  şübhǝlǝnir.  Xǝstǝ kǝnarda yerlǝşǝn  bir mǝrtǝbǝli  evdǝ yaşayır.  Ailǝdǝ xǝstǝdǝn  başqa 3 
nǝfǝr  dǝ  vardır,  müalicǝ  zamanı  onlarda  xǝstǝlik  ǝlamǝti  qeyd  edilmǝyib.  Xǝstǝ  axır  bir  neçǝ  hǝftǝ 
ǝrzindǝ  tǝbii  ocaq  ǝrazisindǝ  heyvan  otarırmış,  çöldǝ  ölmüş  gǝmiricilǝrǝ  rast  gǝldiyini  qeyd  edir. 
Dincǝlmǝk üçün gǝmirici yuvaları ǝtrafında otururmuş. Kǝnddǝ 210 evdǝ 1100 nǝfǝr yaşayır. 
Kǝnddǝ  10 çarpayılıq kǝnd xǝstǝxanası fǝaliyyǝt göstǝrir. Bir hǝftǝ bundan ǝvvǝl taun epizootiyası 
ilǝ  ǝlaqǝdar  olaraq  tibb  işçilǝri  arasında  taun    xǝstǝliyi  haqqında  seminar  keçirilib.  Xǝstǝxanada  taun 
xǝstǝliyinin ocağında ilk tǝdbirlǝr aparmaq üçün lǝvazimat vǝ dǝrmanlar var. 
12 gün bundan ǝvvǝl taun ǝleyhinǝ mübarizǝ  aparan şöbǝ xǝbǝr vermişdi ki, kǝnddǝn 2km uzaqlıqda 
taun xǝstǝliyinin epizootiyası aşkar  edilmişdir. Bununla ǝlaqǝdar olaraq epizootiya  baş vermiş ǝrazidǝ vǝ 
keçmiş  epizootik  oğaqlar    ǝrazisindǝ  gǝmiricilǝrǝ  qarşı  qırıcılıq  işi  aparılır.  Gǝmiricilǝrin  yuvaları 
dezinfeksiya edilǝrǝk ǝraziyǝ zǝhǝrlǝ hopdurulmuş buğda sǝpilmişdir. Bu iş indi dǝ davam  etdirilir. 
Kǝndin yaxınlığında yerlǝşǝn baytarlıq idarǝsinin binasında  taun  müayinǝ  laboratoriyası fǝaliyyǝt 
göstǝrir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
230 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 51 
 
 
Tulyaremiyanın  profilaktikası 
Dǝrsin mǝqsǝdi: 
Tǝlǝbǝlǝrin tulyaremiya xǝstǝliyi vǝ ona qarşı aparılan epidemiya ǝleyhinǝ 
kompleks tǝdbirlǝrlǝ tanış etmǝk. 
Tulyaremiya  qeyd edilǝn ǝrazilǝr haqqında ümumi mǝlumat alır. Tulyaremiya  ocağında  
epidemiya ǝleyhinǝ profilaktik tǝdbirlǝri tǝşkil etmǝk üçün plan tǝrtib etmǝyi öyrǝnirlǝr. 
Dǝrsin planı: 
1. Tulyaremiya xǝstǝliyinin epidemiologiya vǝ profilaktikasının müzakirǝsi. 
2. Dǝrs tulyaremiya ǝleyhinǝ stansiyada keçirilir. 
Dərsin  qısa  məzmunu  - 
Bura  gǝmiricilǝrin  mǝhv  edilmǝsi,  qida    mǝhsullarının  ,suyun 
gǝmiricilǝrin ifrazatı ilǝ çirklǝnmǝsindǝn qorunması aiddir. Gǝmiricilǝrin mǝhv edilmǝsi üçün mexaniki 
vǝ  fizikiüsullardan  istifadǝ  edilir.  Tulyaremiya  törədicisini  yayan  gǝmiricilǝrlǝ,  gǝnǝlǝrlǝ  mübarizǝ 
aparılmasının böyük ǝhǝmiyyǝti var. Əhali arasında sanitar-maarifi işi  aparılır. 
Spesifik profilaktika epizootik rayonlarda yaşayan ǝhali arasında, müxtǝlif  sǝnǝt  qrupları arasında 
immunizasiya epidemioloji göstǝriş ǝsasında aparılır. İmmunizasiyada quru, diri vaksindǝn istifadǝ edilir. 
Vaksin dǝri üstü (skarifikator) ilǝ cızıq çǝkilir vǝ dǝri içi üsulla yeridilir. İmmunizasiya  epizootik rayonun 
bütün  ǝhalisi  (7  yaşdan  yuxarı)  mǝruz  qalır.  Revaksinasiya  5  ildǝn  sonra  aparılır.  Peyvǝnd  tauna, 
tulyaremiyaya, brüsellyoza qarşı  aparılır. 
Xǝstǝliyǝ  qarşı  mübarizǝ  tǝdbirlǝri:  xǝstǝlǝr  hospitalizasiya  edilir,  ocaqda  deratizasiya,  göstǝriş 
olduqda  dezinseksiya,  dezinfeksiya  işlǝri  aparılır.  Xǝstǝnin  ifrazatı  ilǝ  çirklǝnmiş  paltarlar 
zǝrǝrsizlǝşdirilir.  Dizenfeksiya–3%  xloramin,  xlorlu  ǝhǝng,  lizol  mǝhlulu  ilǝ  30  dǝqiqǝ  müddǝtindǝ 
aparılır. Otaqlar-0,5% xloramin mǝhlulu ilǝ tǝmizlǝnir. Sanitar gigiyenik tǝdbirlǝrin aparılması ǝsas  yer 
tutur.  Su  mǝnbǝlǝrinin  qorunması,  su  quyularının  qapaqla örtülmǝsi,    şübhǝli    suyun  xlorlaşdırılması, 
qaynadılması, qida mǝhsullarını gǝmiricilǝrin ifrazatı ilǝ çirklǝnmǝsindǝn qorumaq ǝsas şǝrtlǝrdǝndir. 
 
Epidemioloji  mǝsǝlǝ 
 
Avqust ayında ǝhali  arasında  tulyaremiya  xǝstǝliyi  qeydǝ alınmışdır.  Bu  hadisǝ  əhali  arasında  ot 
yığımı vaxtı baş vermişdir. I hadisǝ 10 avqustda qeydǝ alınmışdır. Bundan 5  gün  keçdikdǝn sonra 3 nǝfǝr 
xǝstǝlǝnmişdir.  16  avqustda  xǝstǝlik  qeydǝ alınmışdır.  97  %  xǝstǝlǝrdǝ  xǝstǝliyin  dǝri-bubun  forması 
müşahidǝ  edilmişdir.  (qoltuqaltı,  boyun,  elǝcǝ  dǝ  qasıqda).  Axırıncı  alovlanma  zamanı  ǝhali  arasında 
xǝstǝliyǝ qarşı peyvǝnd aparılmışdır. 
Bizdǝn tǝlǝb olunur: alovlanmanın sǝbǝbini aşkar etmǝk vǝ lazımi tǝdbirlǝr aparmaq. 

1 nömrəli Bakı  Tibb Kolleci 
231 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  52 
B, C, D virus hepatitlərinin profilaktikası 
 
Dǝrsin mǝqsǝdi
: Hepatit B,C,D – ocağında epidemioloji müayinǝ vǝ üsullarını öyrǝnmǝk. 
Hepatit B,C,D-nin profilaktikası ilə tanışlıq. 
Dərsin planı: 
1. Hepatit B,C,D – ocağının epidemioloji müayinəsi 
2. Epidemioloji məsələ 
Dərsin qısa məzmunu - 
Parenteral yol ilǝ (Hepatit B,C,D) yayılan hepatitlǝrin profilaktikası vǝ 
ǝks  epidemik  işinǝ  geniş  tǝdbirlǝr  aiddir,  hansı  ki  infeksiya  mǝnbǝyinin,  yayılma  yollarını  qırmaqa 
yönəldilməlidir. 
Posttransfuzion  hepatitlǝrin  profilaktikasının  ǝsasını  donor  qanının  hǝr  qanvermǝ  zamanı  dǝqiq 
yoxlanmasıdır.  (HBsAg  vǝ alaninaminotransferaza).  Bu  işi  rayon  GEM-i  vǝ qan  xidmǝti  müǝssisǝlǝri 
tǝşkil edir. Bu işdǝ ǝsas yeri labarator müayinǝdǝn başqa donorların kartotekası, qan  almaq  üçün verilǝn 
ǝrizǝlǝrin  qeydiyyatı    vǝ onun  buraxılışı  resipientlǝr  arasında  xǝstǝlǝnǝnlǝrin  axtarışı,  xǝstǝlǝnmǝnin 
epidemioloji analizi tutur (HBs anigeninǝ görǝ müayinǝ olunanlar). Keçmişdǝ hepatit-B keçirənlər,  qan 
zǝrdabında  HBsAg  olduqda,  qaraciyǝrin bütün xroniki xǝstǝliklǝrindǝ, donor ailǝsindǝ 6 ay müddǝtindǝ 
hepatit B ilǝ hospitalǝizǝ  olunduqda, hǝmçinin  bu müddǝtdǝ qan vǝ onun komponenti alanlar donor  ola 
bilmzlǝr. 
Müalicǝ  müǝssisǝlǝrindǝ  donorlar  nǝzarǝt  altında  olurlar.  Müalicǝ,  diaqnostika  vǝ  parenteral 
ǝmǝliyyatları  zamanı,  dezinfeksiya  vǝ  sterilizasiyadan    ǝvvǝlki    ǝmǝliyyatlara,    alǝtlǝrin    vǝ 
avadanlıqların  sterilizasiyasına  ciddi  ǝmǝl  etmǝk,  birdǝfǝlik  alǝtlǝrdǝn  maksimum  istifadǝ  edilmǝsi 
hepatit B-nin profillaktikasını tǝşkil edir. 
Tibb  işçilǝrinin  hepatit  B-yǝ  yoluxmaması  üçün  onları  hepatit  B  virusu  ilǝ  çirklǝnmiş  qanla 
tǝmasdan qorumaq lazımdır. Yoluxma tǝhlükǝsi olduqda rezin ǝlcǝklǝrdǝn, maskalardan, eynǝklǝrdǝn, 
şǝxsi  gigiyena  qaydalarına  riayyǝt  etmǝk  vǝ  digǝr  profilaktik  tǝdbirlǝr  aparmaq  lazımdır.  Yeni 
doğulmuşların  yoluxmasının  qarşısını  almıq  üçün  hamilǝ  qadınları  (hamilǝliyin  8  vǝ  32  hǝftǝsindǝ) 
müayinǝ  etmǝk,  uşaqların  dispanserizasiyası  (2  ay  müddǝtindǝ)  vǝ  onların  spesifik  profilaktikasını 
aparmaq lazımdar. 
Hepatit B-nin spesifik profilaktikası vaksin vǝ immunoqlobulin ilǝ aparılır. Yoluxma tǝhlükǝsi olan 
şǝxslǝrǝ  vaksin  vurulur yeni  doğulmuşlar  hepatit  B  ilǝ  xǝstǝlǝnmiş  vǝ  ya  virus   gǝzdirǝn  analar,   tibb 
işçilǝri. 
Aşağıdakı şəxslər donor ola bilməzlər: fǝaliyyǝti ilǝ  ǝlaqǝdar olaraq qan vǝ ya   onun komponetlǝri 
ilǝ tǝmasda olan şǝxslǝr; hemodializ mǝrkǝzinin vǝ şöbǝsinin xǝstǝlǝri, böyrǝk köçürmǝ zamanı, ürǝk-
damar vǝ ağciyǝr cǝrrahiyyǝsi, hemotoloji şöbǝnin xǝstǝlǝri, hepatit B xǝstǝlǝri  vǝ HBsAg gǝzdiricilǝrin 
qohumları. Hepatit B-nin profilaktikası üçün EUVAKS (Cǝnubi Koreya) vaksinindǝn istifadǝ edilir. Bu 3 
dǝfǝyǝ vurulur. Vaksin uşaqlara 0,5 ml, böyüklǝrǝ 1  ml.  dozada vurulur. 
Vaksin aşağıdakı ardıcıllıqla vurulmalıdır: 
1. Uşaq anadan olanda (12 saat ǝrzindǝ); 
2. Uşağın 2  ayında; 
3. Uşagın 3  ayında; 
4. Uşağın 4  ayında. 
Hepatit B ilǝ xǝstǝlǝnmişlǝr hospitalizǝ edilir, xǝstǝ ilǝ tǝmasda olanlar xǝstǝ hospitalizǝ edildikdǝn 
sonra 6 ay müddǝtindǝ  tibbi nǝzarǝtdǝ olurlar. Tǝcili spesifik profilaktik tǝdbirlǝr vǝ sanitar-maarifi işi 
aparılır. Hepatit B-dǝ inkubasion dövr 6 hǝftǝdǝn 6 aya qǝdǝr ola bilǝr, adǝtǝn 2-4 ay olur. 
Çalışmaq lazımdır ki, xǝstǝnin fǝrdi ǝşyaları (üz qırxan aləti, manikur lǝvazimatı, diş fırçası, 
dǝsmalı, lifi, darağı, yatağı, yataq ağları) olmalı vǝ ayrı qab-qacağı olsun. Viruslu hepatit keçirmişləri 

1 nömrəli Bakı  Tibb Kolleci 
232 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
üzǝrindǝ  aşağıdakı  dispanser  nǝzarǝti  qoyulur.  Viruslu  hepatit  B-ni  keçirǝn  rekonvalessentlǝr  1  ay 
stasionar  hǝkimin  nǝzarǝtindǝ  olurlar.  Sonrakı  3,6,9,12-ci  aylarda  İXK  hǝkiminin  nǝzarǝti  altında 
olmalıdırlar  (kliniki  vǝ  biokimyǝvi  müayinǝ),  ǝgǝr  xroniki  hepatit  vǝ  HBsAg  gǝzdiriciliyinǝ  görǝ 
müayinənin cavabı mənfi olarsa (2 dəfə 10 gün fasilə ilə) rekonvalentssentlər dispanser qeydiyyatından 
çıxarılır. 
Viruslu hepatit C, D-nin profilaktikası hepatit B-də olduğu kimidir. 
 
Epidemioloji  mǝsǝlə 
 
B. kǝnd yaşayış  yerindǝ mart ayından iyul  ayına kimi hepatitlǝ 33 uşaq xǝstǝlǝnmişdir. Epidemioloji 
müayinǝ zamanı aydın olmuşdur ki, yanvarın 14-dǝ bu uşaqların hamısına Mantu sınağı qoyulmuş, yanvarın 
17-dǝ isǝ bir neçǝ uşağa BSJ peyvǝndi  vurulmuşdur.  Tibbi  sǝnǝdlǝrlǝ  tanış  olduqda aydın olmuşdur ki, 
yanvarın 12-dǝn 14-nǝ kimi 118 uşağa Mantu sınağı qoyulmuşdur, onların içǝrisindǝ 2 uşaq buna qǝdǝr 
hepatitlǝ xǝstǝlǝnibmiş (biri 16 ay, o birisi 2 ay ǝvvǝl). Müǝyyǝn  edilmişdir ki, bu tibb müǝssisǝsindǝ 
sterilizasiya qaydalarına lazımi qaydada riayyǝt  edilmir. 
Müşahidə edilmiş xəstəliyin epidemioloji xüsusiyyəti haqqında fikrinizi  söyləyin.  Gələcəkdə belə 
analoji yoluxmanın xəbərdarlıq edilməsi üzrə tədbirləri göstərin. 

1 nömrəli Bakı  Tibb Kolleci 
233 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 53 
 
 
Gənə ensefalitinin profilaktikası 
Dərsin  məqsədi: 
Gənə  ensefaliti  ocağının  epidemioloji  müayinəsi  və  onun  ləğv  edilməsi 
tədbirləri. 
Dərsin planı: 
Gənə ensefaliti ocağının müayinəsi. 
Dərsin  məzmunu  - 
Gənə  ensifaliti  transsmessif  təbii  ocaqlı  xəstəliklərdəndir.  Törədiciləri 
viruslardır. Xəstəlik qızdırma mərkəzi sinir sisteminin və qismən periferik sinir sisteminin zədələnməsi 
ilə  keçir.  Viruslar  yüksək  tempratur  və dezinfeksiyaedici  maddələrin  təsirinə  davamsızdır.  Xəstəlikdə 
inqubasiyon  dövr  10-12  gündür.  Xəstəliyi  keçirənlərdə  ömürlük  immunitet  əmələ  gəlir.  Gənə 
ensifalitində infeksiya mənbəyi bir çox heyvanlar və quşlar sayılır (bunlardan dələ, çöl siçanı, amur kirpisi, 
Ussuriya göstəbəyi). Bundan başqa iksoid gənələri infeksiya mənbəyi kimi böyük əhəmiyyətə malikdir. 
İnsanlar xəstəliyə iksoid gənələrinin dişləməsi nəticəsində yoluxurlar. Bəzən xəstəlik qamazoid gənələri 
ilə  və keçi südü ilə  də yoluxur. Xəstəlik  ən  çox  uzaq şərqi  Sibirdə,  Uralda və Avropada təsadüf edilir. 
Sibirdə  əsasən Tayqada, Avropada isə  meşə  zolağında müşahidə  edirlir.  Xəstəlik  may-avqust aylarında 
müşahidə edilir. Xəstəlik əsasən sənəd ilə əlaqədardır. Xəstəliyə 20-40 yaşlar arsında təsadüf edilir. 14 
yaşa qədər uşaqlar arasında keçi südündə istifadə edənlərdə müşahidə edilir. 
Xəstəliyə  qarşı  profilaktik  tədbirləri  kompleks  aparmaq  lazımdır.  Bunun  üçün  gənələrə  qarşı 
tədbirləri  gücləndirmək lazımdır. İnsanların müvəqqəti qaldıqları yerlərin  ətrafını DDT və heksoxloran 
ilə (1 kv.m sahəyə 0,5 qr  hesabı ilə) dezinseksiya etmək lazımdır. İnsanları gənə dişləməsindən qorumaq 
üçün konbinizonlardan istifadə edilməlidir. Gənə aşkar edildikdə həmin yeri yandırmaq yada dezinfeksiya 
edici  məhlulla (lizol, kreolin,  ağ neft)  deezinfeksiya  etmək  lazımdır. Dəridə  gənə  olduqda onu  dərhal 
dəridən  ayırmaq  lazımdır.  Bunun üçün  onu  ya  pinsetlə  yada  sapladüyünləyərək  yavaş yavaş tərpədərək 
çıxartmaq  lazımdır.  Bəzən  gənəni  çıxartdıqda  orda  onun  xortumu  qala  bilər.  Onu  iynə  ilə  çıxartmaq 
lazımdır. Həmin nahiyyəni yod və ya spirtlə təmizləmək lazımdır. Gənə dişləməsindən qorunmaq  üçün 
repellentlərdən istifadə edilir. Bunlar krem və maye halında olur. Bu məqsədlə dietiltolyamid, heksomid-
benzolgeksometil, enimin, kyuzol-A, Dimetil-Ftalat istifadə edilir. D-amidini nazik qat şəklində əlin və 
boynun dərisininə  sürtmək  lazımdır.  Xəstəliyin  spesifik  profilaktikasında  inaktivləşdirilmiş  vaksindən 
istifadə edilir. Vaksin 4-60-70 yaşlar arasında şəxslərə vurulur. Vaksin uşaqlara 0.5 ml, böyüklərə 1 ml 
dəri altına vurulmalıdır. Bunu 7 -10 gün vasilə  ilə 2 dəfə vururlar.Revoksinasiya 4-6 aydan sonra aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
234 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  54 
Qara yaranın profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Qara yara ocağının epidemioloji müayinǝsi vǝ onun lǝğv edilmǝsi tǝdbirlǝri. 
Dǝrsin planı: 
1. Qara yara  ocağının müayinǝsi. 
2. Epidemioloji  mǝsǝlǝnin hǝlli. 
Dərsin qısa mǝzmunu - 
Qara yaranın epidemioloji müayinǝsini apardıqda ǝsasǝn aşağıdakı 
suallara fikir verilməlidir: 
1. Hansı heyvan vǝ ya heyvan mǝhsulları infeksiya mǝnbǝyi ola bilǝr? 
2. Xǝstǝlǝnmişdǝn başqa daha kim yoluxma tǝhlükǝsi altında ola bilǝr? 
3. Hansı ǝtraf obyektlǝr yoluxa bilǝr? 
Qara yara ilǝ mübarizǝdǝ tibb  müǝssisǝlǝri  baytarlıq xidmǝt  ilǝ ǝlaqǝli  işlǝmǝlidir.  Epidemioloji 
müayinǝyǝ  başlanmazdan qabaq hǝmin ǝrazidǝ qara yaraya görǝ epizootoloji vǝziyyǝti  bilmǝk  lazımdır. 
Harada  vǝ nǝ  vaxt son  zamanlar insanlar  vǝ heyvanlar arasında  qara  yara  xǝstǝyili  müşahidǝ  edilmişdir; 
hǝmin yaşayış mǝntǝqǝsi qara yaraya görǝ şübhǝli sayılırmı; hǝmin yaşayış mǝntǝqǝsindǝ kǝnd tǝsǝrrüfatı 
heyvanları vǝ adamları arasında  peyvǝnd  aparılıbmı.  Epidemioloji   müayinǝdǝ  ǝsas  rolu qara yaranın 
dǝri formalarının lokalizasiyası haqda mǝlumat vacibdir. 
Qara  yaranın  dǝri  formasına  yoluxmuş  xǝstǝ  ilǝ  sorğu  apardıqda  aşağıdakılar 
mǝlum  olur: 
1. Heyvanlarla təmasda olub-olmaması vǝ necǝ olması müǝyyǝnlǝşdirilir; 
2. Şǝxsǝn heyvan kǝsmǝdǝ, emal etmǝdǝ vǝ heyvan cəsədlərinin basdırılmasında iştirakı; 
3. Heyvan mǝhsulları ilǝ təmas; 
4. Heyvan qǝbirstanlığında, torpaq işlǝri, qara yaralı heyvanın kǝsilmǝsindǝ iştirakı; 
5. Xǝstǝlǝnmǝmişdǝn qabaq ǝldǝn dǝri, xǝzin vǝ yundan hazırlanmış əşyaların alınması; 
6. Müǝyyǝn hǝşaratların dişlǝmǝsi. 
Bu sadalanan hadisǝlǝrin xǝstǝnin hǝyatında rolu böyükdür, ǝgǝr xǝstǝlǝnmǝmişdǝn 8 gün qabaq baş 
veribsǝ (8  gün qara yarının  maksimal inkubasion dövrüdür). Bǝzi adamlar  bilǝrǝk heç   bir   yerǝ xǝbǝr 
vermǝyib  xəsətə  heyvanı  kǝsib,  emal  edirlǝr,  onlarda  maldarlıq  idarǝsinin  icazǝsi  olmur.  Bu  da 
epidemioloji  müayinǝnin  aparılmasında  çǝtinlik  törǝdir.  Bu  zaman  qonşulardan  sorğu  aparılır,  ocağı 
yoxlayaraq hazırlanan ǝt mǝhsulları, işlənən alǝtlǝr tapılır vǝ s. Əgǝr qara yaranın bağırsaq forması tǝsdiq 
edilǝrsǝ, o zaman ǝldǝn alınan ǝtin olub-olmamasına hardan  vǝ  kimdǝn alınmasına fikir  verilir vǝ  s. 
Ağciyǝr forması çox az tǝsadüf edilir vǝ ǝsasǝn yun emalı ilǝ  ǝlaqǝdar  olur. İnfeksiya mǝnbǝyi  vǝ 
mǝhsulun yoluxmuş olmasını bilmǝk üçün laborator müayinǝdǝn istifadǝ edilir: bakterioloji, bioloji. Əgǝr 
infeksiya  mǝnbǝyi  mǝlumdursa,  o  zaman  mǝnbǝ  ilǝ  tǝmasda  olanları  üzǝ    çıxarmaq  vǝ  qeydǝ  almaq 
lazımdır. Mǝsǝlǝn, tǝkrar heyvan kǝsilǝrsǝ yoluxma baş veribsǝ, bu zaman heyvanla  tǝmǝsda  olan bütün 
adamları,  dǝri  soyanı,  ǝti  emal  edǝni,  ətdǝn  xörǝk  bişirǝnlǝri,  qeydǝ  alırlar.  Əgǝr  yoluxmuş  heyvanı 
müǝssisǝdǝ emal edǝrlǝrsǝ o zaman bütün tǝmasda olan şǝxslǝr (qǝbulda, ambardar, emaletmǝ vǝ s.) qeydǝ 
götürülür. 
Ocaqda  görülǝn  tǝdbirlǝr  tibbi  vǝ  baytarlıq  xidmǝti  ilǝ  birgǝ  aparılır.  Əsas  tibbi  tǝdbirlǝr 
aşağıdakılardır: 
1.  Xǝstǝlǝr  təcrid  olunmuş  palatalarda  hospiltazasiya  olunurlar.  Kliniki  tam  sağalma  olduqda  vǝ 
laborator müayinǝdǝn 2 (-) cavab alındıqda xǝstǝ evǝ yazılır. 
2. Ocaqda dezinfeksiya işi aparılır. 
3.  Xǝstǝ heyvan vǝ ya yoluxmuş materialla, elǝcǝdǝ qara yara xǝstǝsi ilǝ tǝmasda olan şǝxs 8 gün  hǝkim 
nǝzarǝtindǝ saxlanılmalıdır. Xǝstǝliyin qarşısını almaq  üçün adamlara  qara yara ǝleyhinǝ qammaqlobulin 
vurulur, bǝzən də antibiotik (tetrasiklin vǝ fenoksimetilpensillin) verilir. 
Qara yara ǝleyhinǝ immunizasiya - 
Peyvǝnd diri STİ vaksini ilǝ aparılır: heyvan 

1 nömrəli Bakı  Tibb Kolleci 
235 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
mǝhsullarını emal edǝnlǝr, maldarlar, heyvani malları daşıyan nǝqliyyat işçilǝri, epidemioloji göstǝriş 
olduqda peyvǝnd olunurlar. İmmunizasiya 21 gün fasilə ilə 2 dəfəyə aparılır. Revaksinasiya hər il 1 il 
intervalla  həyata  keçirilir.  Qara  yara  xəstəsi  yolxucu  xəstəxanaya  və  ümumi  xəstəxananın  yolxucu 
şöbəsinə, kənd yerlərində isə ayrıca palatada hospitalizasiya olunur. 
Qara yaraya qarşı ən geniş yayılmış vaksinlər aşagıdakılardır: 
1.  Amerika istehsalı-zəiflədilmiş, kapsulsuz, absorbsiya olunmmuş inaktivasiyalı qara yara ekzotoksinin 
qoruyucu antigeninə mailk (PA) və bakteriyadan təmizlənmiş vaksindir. 
2. Rusiya istehsalı-STİ-1 (Sanitar texniki institut) 
 
Epidemioloji  mǝsǝlǝ 
 
N. kǝndindǝ yerlǝşǝn kǝnd feldşer-mama mǝntǝqǝsindǝn telefonla tǝcili bildiriş alınıb. Bildirişdǝ 
deyilir  ki,  bir  ailǝdǝ  2  nǝfǝrin  yuxarı  ǝtrafında  dǝri  üzǝrindǝ  qara  yaraya  şübhǝli  dǝyişiklik  aşkar 
edilmişdir. Hǝr iki şəxsin hǝrarǝti 380C-390C–qǝdǝr yüksǝlmişdir. Özlǝrini pis hiss  edirlǝr. 
Tǝcili bildiriş vərəqəsi aldıqdan sonra hansı tǝdbirlǝr görülmǝlidir? 

1 nömrəli Bakı  Tibb Kolleci 
236 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  55 
Quduzluğun  profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Quduzluğa qarşı profilaktikanı vǝ ǝksipidemik  tǝdbirlǝrin  öyrǝnilmǝsi.  Quduz 
vǝ ya  quduzluğa şübhǝli heyvanların dişlǝmǝsi zamanı epidemioloji müayinǝ,   elǝcǝ  dǝ quduzluğa qarşı 
peyvǝnd işinin öyrǝnilməsi. 
Dǝrsin planı: 
1. Quduzluğa qarşı profilaktik prinsiplǝrin tǝhlili. 
2. Antirabik peyvǝndlǝri aparan müǝssisǝlǝrlǝ vǝ sǝnǝdlǝrlǝ tanışlıq. 
3. Quduz vǝ ya quduzluğa şübhǝli heyvanın dişlǝdiyi şǝxsin qǝbulunda iştirak etmǝk. 
4. Antirabik preparatların yeridilmǝ texnikasının öyrǝnilmǝsi. 
5. Quduz  vǝ  ya  quduzluğa  şübhǝli heyvanın  dişlǝmǝsinǝ görǝ epidemioloji müayinǝnin aparılması. 
Dǝrsin qısa mǝzmunu - 
Quduzluğa qarşı mübarizǝ baytar vǝ  tibb işçilǝrinin birlikdǝ  vǝ  bir sıra 
tǝşkilat vǝ müǝssisǝlǝrin kömǝyi ilǝ hǝyata keçirilir (mǝsǝlǝn: şǝhǝr  icraiyyǝ komitǝsinin kommunal  
tǝsǝrrüfat şöbǝsi, milis, ovçular birliyi vǝ  s.). Mübarizǝ  kompleks plan ǝsasında tǝşkil edilir. 
Tǝbiǝtdǝ quduzluq mǝnbǝlǝri ilǝ mübarizǝ  vǝ ev heyvanlarının  yaxşı  saxlanmasının ǝsas profilaktik 
mǝnası var. 
Tibbi  tǝdbirlǝr  arasında  quduz,  quduzluğa  şübhǝli  vǝ  namǝlum  heyvanın  dişlǝdiyi,  cırmaqladığı, 
tüpürcǝyi  ilǝ  çirklǝnmiş  şǝxslǝrin  immunizasiyası  ǝsas  yer  tutur.  Nǝzǝrǝ  almaq  lazımdır  ki,  heyvanın 
tüpürcǝyindǝ quduzluq virusu kliniki ǝlamǝtlǝr baş vermǝmişdǝn ǝvvǝl (10 gün) dǝ  tapıla bilǝr. Buna görǝ 
heyvanın  dişlǝdiyi  anda xǝstǝliyin  olmadığını  inkar  etmǝk  olmaz.  Buna  görǝ  dişlǝyǝn  heyvanı 10  gün 
nǝzarǝt altında saxlamaq lazımdır. Xǝstǝlik tapılmayıbsa, demǝli, yoluxma bu heyvandan baş vermǝyib. 
Xǝstəxana vǝ ambulator müǝssisǝlǝri  hǝmin şǝxslǝrǝ  (heyvan dişlǝyǝn, cırmaqlayan, tüpürcǝyi ilǝ 
çirklǝnmiş  şǝxslǝrǝ,  elǝcǝ  dǝ  quduzluqdan  ölmüş  heyvanların  cǝsǝdlǝrini  gizlǝdǝn  şǝxslǝrǝ)  birinci 
yardımı göstǝrirlǝr. Xarici örtükdǝ olan zǝdǝlǝnmǝlǝri sabun  vǝ axar su ilǝ yuyurlar,  yaranın  kǝnarlarını 
yod  mǝhlulu ilǝ tǝmizlǝyirlǝr,  sonra  sarğı qoyurlar.  Antirabik peyvǝndlǝr travmatoloji kabinetlǝrdǝ  vǝ 
cǝrrahiyyǝ otaqlarında aparılır. İmmunizasiyada diri antirabik vaksindǝn vǝ antirabik qammaqlobulindǝn 
istifadǝ edilir. 
Travmatoloji  şöbǝnin işçilǝrinin vǝzifǝlǝri aşağıdakılardır: dişlǝnmiş şǝxs haqqında  GEM–ǝ xǝbǝr 
vermǝli,  ''Antirabioloji  kömǝyǝ  müraciǝt  etmiş  şǝxs  üçün  karta''  77№-li  forma2  nüsxədə  doldulrulur, 
antirabioloji peyvǝndin kurs müalicǝsini tǝyin edir. Peyvǝnd işini aparmaq üçün ''Antirabioloji vaksinin vǝ 
qammaqlobulinin  istifadǝ  edilmǝsi  üçün  tǝlimatdan''  istifadǝ  edilir.  Peyvǝnd  sxemini  hazırlamamışdan 
ǝvvǝl,  dişlǝmǝlǝrin  miqdarına,  lokalizasiyalarına,  çox–azlığına,  ağırlığına,  müraciǝt  vaxtına,  peyvǝnd 
olunanın  yaşına,  dişlǝmǝ  vaxtı  heyvanın vǝziyyǝtinǝ  fikir  verilir.  Müasir  dövürdə  heyvanların  dişlədiyi 
insanların  vaksinasiyası  travmatoloji  məntəqələrdə  və  ya  polikninikanin  cərrahi  şöbələrində  aparılır. 
Vasinasiya müraciət olunan gün (0-cı  gündən) onun 3,7, 14, 30-cu, bəzən isə hətta 90-cı günü aparılır. 
Hücum  edən  heyvanı nəzarətə  almaq imkanı olduqda  peyvənd 10-cu  gunu başa  catdırılır.  (əgər  heyvan 
sağlamdırsa). Təcrüb göstərmişdir ki, peyvəndlə etibarlı effect vaksinasiya və antirabik qamma-qlobulinin 
yeridilməsi zamanı təmin olunur. Quduzluğun profilaktikası  üzrə  aparılan iş baytarlıq xidməti idarələrinin 
vəhşi  ət  yeyən  heyvanların, həmçinin  itlərin  tutulmasını  təmin  edən,  ev  heyvanlarının  vaksinasiyasını 
yerinə yetirən yerli icra hakimiyyətlərinin üzərinə həvalə olunur. Peyvǝnd almış şǝxs donorluqdan azad 
edilir. 
Quduzluqda  sanitar-maarifi  işinin  böyük  ǝhǝmiyyǝtə  malik  olması  mǝlumdur.  Əhali    sanitar 
cǝhǝtcǝ savadlı olduqda ev heyvanlarını düzgün saxlayır, vaxtında peyvǝnd şöbǝlǝrinǝ müraciǝt edir vǝ 
peyvǝnd almaq üçün gǝlir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
237 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Epidemioloji  mǝsǝlǝ 
 
Travmatoloji  şöbǝyǝ  it  qapmış  22  yaşlı  qadın  müraciǝt  etmişdir.  Kǝnd  yerindǝ  yaşayır.  Sǝhǝr 
hǝyǝtǝ  çıxıb  inǝyinǝ  yem  vermǝk  istǝyǝndǝ  hǝyǝtdǝ  itǝ  oxşatdığı  heyvana  rast  gǝlir.  Onun  yanından 
keçǝndǝ  heyvan  ona hücum  edib boynunu dişlǝmǝk istǝyib,  zǝdǝlǝnmiş  şǝxs ǝllǝri ilǝ özünü  müdafiǝ 
edǝrkǝn  heyvan  onun  ǝlini  dişlǝyib  vǝ  cırmaqlayıb.  Sonra  zǝdǝlǝnmiş  şǝxs  müǝyyǝn  edib  ki,  hǝmin 
heyvan tülki imiş. Bu hadisǝdǝn sonra tülki yox olub. Diş yerlǝri orta ağırlıqdadır. Zǝrǝr çǝkmiş şǝxs 
qeyd edilǝn hadisǝdǝn sonra kǝnd feldşer mǝntǝqǝsinǝ müraciǝt edib. Deyilǝnlǝri nǝzǝrǝ alıb tǝdbirlǝr 
hazırlayın. 

1 nömrəli Bakı  Tibb Kolleci 
238 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 56 
 
 
Tetanus 
Dərsin  məqsədi: 
Tetanu  ocağının  epidimioloji  müayinə  üsullarının  öyrənilməsi,  xəstəliyin 
qarşısının alınması tədbirləri ilə tanış olmaq tetanusun profilaktikasında peyvəndin vurulma qaydası. 
Dərsin planı: 
1. Tetanus ocağının müayinəsi və xəstəliyin profilaktikasında əsas prinsiplərin öyrənilməsi 
2. Peyvənd işi ilə tanışlıq. 
Dərsin  qısa  məzmunu  - 
Tetanus  xəstəliyinin  törədicisi  Clostridium  tetani  bakteriyalarıdır. 
Adətən  ətraf  mühütdə  daha  dəqiq  desək  torpaqda  aşkar    olunur.  Xəstəlik  bakteriyalarının  ölmüş 
toxumalarda çoxalıb artması zamanı ifraz etdikləri neyrotoksinin təsiri nəticəsində  inkişaf  edir. Adətən, 
çirkli  yara səthlərində  və yaxud doğuş  zamanı steriliyyə  riayət    edilmədikdə    göbək  nahiyyətində rast 
gəlinə  bilər. İnsan tetanusa hər  yaşda yoluxa bilər. Lakin ən  çox  yeni doğulmuşlarda təsadüf  edilir. Bu 
həmişə  ölümlə  nə ticələnir.  Yeni doğulmuşların tetanusu adətən kənd   yerlərində  qeyri  steril  şəraitdə 
doğuş zamanı baş verir. Tetanus insandan insana keçmir. İnsan  tetanusa yara və yaxud kəsik səthinə torpaq 
düşdükdə yoluxa bilər.  Ən  çox  bu bakteriyalar dərin  deşilmiş  yaralarda inkişaf  edir.  Bu yaralar adətən 
çirkli iynə, paslı mismar, dəmir parçası ilə və yaxud heyvan dişləmələri nəticəsində əmələ gəlir. Bundan 
əlavə az  yaşlı oğlan uşaqları çirkli şəraitdə sünnət olunması nəticəsindədə tetanusa yoluxa bilər. 
Tetanusun ilkin əlamətləri yoluxmadan 3-10 gün sonra öözünü biruzə verir. Bəzi hallarda inqubasiya 
dövrü 3  həftəyə  qədər  olur.  Tetanusun ilk  tipik  əlamətləri-  çeynəmə  əzələlərinin  qıç  olması  bir  qədər 
keçdikdən  sonra tonik qıçolma  boyun əzələlərinə keçir. Qarın  əzələləri  bu prosesə  qoşulduqda,  əzələ 
dartılmaları  baş  verir.  Daha  sonra  xəstənin  temprtaturu  yüksəlir  və  tərləmə  başlayır.Xəstənin  bədəni 
taxtanı xatırlanır. daha sonra ölümlə nəticələnir. 
Tenanusun profilaktikası - 
Bütün uşaqları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
30.10.2013-cü il tarixli 121 nömrəli əmrinə əsasən AGDT peyvəndi ilə vaksinasiya edirlər. İlkin 
vaksinasiya 2 ayında, 3 aylığında daha sonra 4 aylığında aparılır. 18 aylığında GDT, 6 yaşında isə DT 
peyvəndi ilə vaksinasiya etmək lazımdır. Tetanus xəstəliyindən sonra imunitet yaranmadığı üçün belə 
xəstələr təkrarı yoluxa bilər. Ona görə də tetanusdan qorunmaq üçün tərkibində tetanus anakosidi olan 
preparatlarla revaniksinasiya olunmaq lazımdır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
239 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 57 
 
 
QİÇS-in  profilaktikası 
Dǝrsin mǝqsǝdi: 
QİÇS xǝstǝliyinǝ qarşı profilaktik tǝdbirlǝr ilǝ tanışlıq. 
Dərsin planı
Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin işi ilə tanışlıq. 
Dǝrsin  qısa  mǝzmunu  - 
Müxtǝlif  ölkǝlǝrlǝ  insanın  ümmunoçatmamazlıq  virusunu 
gǝzdirǝnlǝrin  sayı  artmaqda  davam  edir.  Bu  da  tǝbabǝtin  müxtǝlif  sahǝlǝrinin  mütǝxǝssislǝrini  virus 
gǝzdirǝnlǝrǝ  vǝ  ya  tǝrkibindǝ  virus  olan  bioloji  materiallarla  tǝmasda  olmağa  mǝcbur  edir.  Tibb 
işçilǝrinin sǝnǝt tǝhlükǝsizliyi onların yoluxmadan qorunması üçün tǝdbirlǝrin nǝzǝrdǝ tutulması vacib 
mǝsǝlǝlǝrdǝn biridir. 
Son  mǝlumatlara  görǝ  QİÇS-SPİD  qurbanlarının  sayı  33.6  milyonu  ötmüşdqr.  Onlardan  16.3 
milyonu xəstəlikdən ölüb. ABŞ–da xǝstǝlǝrlǝ işlǝyǝn tibb işçilǝrinin çoxunda yoluxma vahimǝsi üzündǝn 
ağır  depressiya  vǝziyyǝti  yaranmışdır.  Xǝstǝliyin  yoluxmasından  qorunmaq  üçün  xüsusi  kursların 
keçirilmǝsi, şǝxsi mühafizǝ qanunlarının ǝsaslı şǝkildǝ öyrǝnilmǝsi lazımdır. 
Yoluxmuş şǝxslǝrin qanında, spermasında, qadın cinsiyyǝt  üzvünün  ifrazatında  vǝ  qadının südündǝ 
virusun olması isbat olunur.  Adi tǝmasla vǝ hǝtta öpüşmǝklǝ yoluxma baş verǝ bilir. Müǝyyǝn edilir ki, 
profilaktika  vǝ sanitariya gigiyena qanunlarına riayǝt etdikdǝ heç bir yoluxma baş vermir. Hər  hansı bir 
tibb alǝtlǝri çirklǝnmiş olduqda xǝstǝlǝnmǝ tǝhlükǝsi ola bilǝr. Necǝ ki, parentral yolla keçǝn B – hepatiti 
kimi yoluxma baş verǝ bilǝr. Adǝtǝn belǝ yoluxma xǝstǝxana daxilindǝ baş  verir. Buna  görǝ dǝ xüsusilǝ  
alǝtlǝrin  çox  ciddi  sterilizasiyasına  fikir  verilmǝlidir.  Əfsuslar  olsun  ki,  donorlardan  vǝ  yoxlanan 
şǝxslǝrdǝn qan götürǝn zaman rezin ǝlcǝklǝrdǝn, maska vǝ qoruyucu eynǝklǝrdǝn istifadǝ olunmur. 
Stomatoloqlar  da  rezin  ǝlcǝklǝrdǝn  bilavasitǝ  istifadǝ  etmǝlidirlǝr.  Qan    vǝ  başqa  bioloji 
materialların  köçürülmǝsi  vǝ onlarla  aparılan  bütün  laborator  işlǝr  zamanı  rezin  ǝlcǝklǝrdǝn  vǝ qanın 
sıçrayıb  dağılmaq tǝhlükǝsi  olanda maska vǝ qoruyucu  eynǝklǝrdǝn  istifadǝ  etmǝk  tǝlǝb  olunur.  Əgǝr 
yoluxmuş material bǝdǝnin müǝyyǝn açıq sahǝlǝrinǝ sıçrayıbsa o sahǝni ilıq su vǝ  sabunla  tǝmiz yumaq, 
sonra  hǝmin  sahǝni  6%  hidrogen–peroksidlǝ  vǝ  yaxud  0,1%  dezoksan,  yaxud  70%–li  etil  spirtindǝ 
isladılmış tamponla silib tǝmizlǝmǝk lazımdır. Gözün selikli qişasını 2% bor turşusu mǝhlulu, sonra isǝ 
ilıq su ilǝ yumaq olar. Xǝstǝ ilǝ tǝmasda olarkǝn ǝlin zǝdǝli hissǝlǝri leykoplasterla örtülmǝli, barmaqlara 
rezin barmaqlıqlar geyilmǝlidir. Laboratoriyalarda yoluxmuş mǝhlullarla işlǝdikdǝ yalnız xüsusi mexaniki 
qurğulardan istifadǝ olunmalıdır. Laboratoriya işçilǝri müayinǝni apardıqdan sonra ǝllǝrini çox diqqǝtlǝ 
sabun vǝ ilıq  su ilǝ yumalıdırlar.  Bioloji  materialların  sıçraması,  dağılması  tǝhlükǝsi olan  işlǝri yalnız 
belǝ müayinǝlǝr üçün ayrılmış xüsusi bokslarda aparmaq lazımdır. İş qurtaqdıqdan sonra hǝmin bokslar 
vǝ  orada  olan  ǝşyalar  3%–li  xloramin  mǝhlulu  ilǝ  dezinfeksiya  edilmǝlidir.  Qan  vǝ  başqa  bioloji 
materiallar saxlanan qabların üzǝrindǝ «QİÇS» sözlǝri yazılmalıdır (bunu  xǝstǝlǝr görmǝmǝlidirlǝr). Bu 
materiallar  şöbǝdǝn  metal  penallardan  istifadǝ  edilmǝklǝ  göndǝrilmǝlidirlǝr.  Sarğı  materialları  20-25 
dǝqiqǝ qaynadılmalıdır. Virusla yoluxmuş  xǝstǝlǝrlǝ tǝmasda olmuş bütün tibb alǝtlǝri (metal, şüşǝ, rezin, 
vǝ s.) 15 dǝqiqə yuyucu mǝhlulda saxlandıqdan sonra axar su ilǝ yuyulub 45 dǝqiqə qaynadılmalıdır. I dǝfǝ 
istifadǝ olunan materiallar yalnız dezinfeksiyadan sonra yandırılmalıdır. Qan vǝ başqa materialların qalığı 
hipoxlorid natrium ilǝ 1:5 nisbǝtindǝ hazırlanmış mǝhlulda 1 saat müddǝtindǝ saxlandıqdan sonra çirkab 
kimi axıdıla bilǝr. Xǝstǝnin alt paltarlarını vǝ yataq dǝstlǝrini 20-25 dǝqiqǝ 3% - li xloramindǝ 30 dǝqiqǝ 
saxlamaq  lazımdır.  Xǝstǝxanaya  qǝbul  olunmuş  şǝxslǝr  İİV-insanın  immun  virusu  vǝ  ya  B-hepatiti 
virusunun gǝzdiricisi ola bilǝr. 
Yadda saxlamaq  lazımdır ki, xəstəlik 3 yolla yayılır: cinsi əlaqə, parenteral yolla, AİDS-ə yoluxmuş 
ana, bətnindəki uşağını yoluxdurur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
240 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 58 
 
 
 
Dermatomikozların və qoturluğun  profilaktikası 
Dǝrsin  mǝqsǝdi: 
Dermatomikoz  vǝ  qoturluq  ocağının  müayinǝsi  vǝ  ocağın  lǝğv  edilmǝsi 
tǝdbirlǝrinin öyrǝnilmǝsi. 
Dǝrsin planı: 
1. Dermatomikoz vǝ qoturluğun epidemiologiyasına aid sualın müzakirǝsi. 
2. Dermatomikoz vǝ qoturluq ocağının epidemioloji müzakirǝsi. 
Dərsin qısa mǝzmunu - 
Hǝr trixofitiya, mikrosporiya vǝ favus xǝstǝliyi olduqda bu zaman vacib 
xǝbǝrdarlıq blankı doldurulur. Ocaqda bütün təmasda olanlar müayinǝ edilir. Ailǝ ocaqlarında bütün ailǝ 
üzvlǝri  vǝ otaqda yaşayanlar müayinǝ edilir. Uşaq  müǝssisǝlǝrindǝ  bütün  uşaqlar   vǝ personal müayinǝ 
olunur. Mǝktǝbdǝ  hansı sinifdǝ  xǝstǝ  varsa ancaq o  sinifin uşaqları müayinǝ edilir. Trixofitiya  vǝ favus 
olan ocaqda müayinǝ bir hǝftǝ interval  olmaqla iki  dǝfǝ  aparılır. Mikrosporiya olan ocaqda 5-6 hǝftǝ 
ǝrzindǝ  hǝr  4-5  gündǝn  bir  müayinǝ  aparılır.  Müayinǝ  zamanı  başın  tüklü  hissǝsinǝ,  hamar  dǝriyǝ  vǝ 
dırnaqlara  fikir  verilir.  Bütün  şübhǝlilǝri  mikoloji  kabinetǝ  göndǝrirlǝr.  Trixofitiya  vǝ  favus  zamanı 
bağçada  2  hǝftǝlik  karantin  elan  edilir.  Kütlǝvi    saçın    qırxılması    vǝ uşaqların  bir  qrupdan  digǝrinǝ 
köçürülmǝsinǝ qadağan edilir. 
Trixofitiyada vǝ favusda infeksiya mǝnbǝyi it, pişik, iri buynuzlu mal-qara  vǝ  atlardır. Xǝstǝ mallar 
vǝ heyvanlar maldarlar tǝrǝfindǝn üzǝ çıxarılıb  nǝzarǝtdǝ  saxlanılır.  Xǝstǝ it  vǝ pişiklǝri  evdǝn qovmaq 
olmaz,  çünki  onlar  gǝzib  epidemiyanın  baş  vermǝsi  qorxusu  törǝdilmǝsinə  səbəb  olarlar.  Aşağıdakı 
şəxslər  hospitalizə  olunmalıdırlar:  uşaq  evlǝrindǝki  uşaqlar,  texniki  mǝktǝb  tǝlǝbǝlǝri  vǝ  başqa  bağlı 
idarǝlǝrin uşaqları elǝcǝ dǝ yataqxanalarda vǝ kommunal evlǝrdǝ yaşayanlar. 
Ambulator müalicǝ olunan uşaqlar uşaq müǝssisǝlǝrinǝ, bǝrbǝrxanaya vǝ hamama gedǝ bilmǝz. Uşaq 
müǝssisǝsinǝ  uşaq  tam  müalicǝ  keçdikdǝn  sonra,  intervalı  10  gün  olmaqla  3  (-)  mikoloji  müayinǝnin 
cavabından  sonra  buraxıla  bilǝr.  Xǝstǝ    başında    daim    parça  papaq  gǝzdirmǝlidir  vǝ    papaq  hǝr  gün 
qaynatmaqla zǝrǝrsilǝşdirilmǝlidir.  Göbǝlǝk  xǝstǝliyi  olan  ocaqda  dezinfeksiya  işi  aparılır.  Profilaktik 
tǝdbir  olaraq uşaq müǝssisǝlǝrindǝ  daim uşaqların kütlǝvi baxışı  aparılır,   uşaq müǝssisǝsindǝ  işlǝyǝn 
persanal yoxlanılır, maldarlar tǝrfindǝn ev heyvanları, uşaq müǝssisǝsinin uşaqları müayinǝ edilir. 
Dermatomikozların profilaktikasında ǝsas rolu sanitar maarifi işi tutur. Qoturluğa qarşı mübarizǝ 
tǝdbirlǝri göbǝlǝk xǝstǝliklərindǝ olduğu kimidir. 
Qoturluqda  xǝstǝ  ǝsasǝn  gecǝlǝr  dǝridǝ  qaşınmadan  şikayǝtlǝnirlər  Baxış  zamanı  ǝsas  xǝstǝnin 
ǝllǝrinǝ, dirsǝk büküşünǝ, bel nahiyyǝsinǝ, budun yuxarı hissǝsinǝ, cinsi üzvǝ, qadınlarda döş vǝzlǝrinǝ 
fikir vermǝk lazımdır. Diaqnozu tǝstiq etmǝk üçün laborator müayinǝ aparılır, gǝnǝnin yumurtaları vǝ 
özü tapılır. Xǝstǝlǝr hǝm aktiv surǝtdǝ üzǝ çıxır, hǝm dǝ özlǝri müraciǝt edirlǝr. 
Aktiv olaraq: 
1. Uşaq müǝssisǝlǝrindǝ hǝr ay profilaktik baxış keçirdikdǝ; 
2.  Avqustdan oktyabr ayına qǝdǝr internat vǝ uşaq müǝssisǝsi, texniki peşǝ mǝktǝbi  uşaqlarını  hǝr hǝftǝ 
müayinǝ edǝrkǝn üzǝ çıxarmaq olar. 
Xǝstǝ  üzǝ  çıxdıqda  bütün  təmasda  olanlar  müayinǝ  edilir.  Hǝr  xǝstǝ  üçün  xǝbǝrdarlıq  vǝrǝqǝsi 
doldurulur vǝ dǝri – zöhrǝvi xǝstǝliklǝr dispanserinǝ göndǝrilir. Elǝcǝ dǝ  GEM-ə xǝbǝr verilir. Xǝstǝ üzǝ 
çıxdıqda epidemioloji müayinǝ  aparılır, alınan mǝlumat  ambulator  kartaya yazılır. Xǝstǝlik pişik, it, at 
vǝ  qoyunlardan  keçǝ  bilǝr.  Xǝstǝlǝrin  təcrid  edilməsi  dermotomikozlarda  olduğu  kimidir.  Xǝstǝ 
ambulator müalicǝ olunursa o  zaman o uşaq müǝssisǝsindǝn azad edilir. Bir ay yarım müddǝtinǝ ocağa 
epidemioloji nǝzarǝt edilir. Xǝstǝ evdǝ müalicǝ olunaraq cari dezinfeksiya işi aparılır.  Son dezinfeksiya 
ocaqda hospitiasizasiyadan sonra vǝ ya ambulator müalicǝ qurtardıqdan sonra aparılır. 
Son  vǝ  cari  dezinfeksiyanın  aparılması  texnikası  xüsusi  tǝlimatlarda  göstǝrilib.  Kommunal 
idarǝlǝrdǝ  hamam,  bǝrbǝrxanada  vǝ  s.  son  dezinfeksiya  aparılmalıdır.  Rayon,  şǝhǝr  üzrǝ  tǝdbirlǝrin 
aparılması xüsusi kompleks plana ǝsasǝn olur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
241 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 59 
 
 
Leyşmaniozlar 
Dərsin məqsədi: 
Leyşmaniozlara qarşı profilaktika və epidemiya əlehinə mübarizə tədbirlərinin 
öyrənilməsi. Epidemik ocaqda epidimioloji müayinə qaydaları ilə  tanışlıq. 
Dərsin məzmunu 
Leyşmanizozlar - transsmissiv xəstəliklərə aiddir, törədicisi Tryoponosimidae 
ailəsinə  və  Leishmania  cinsinə  mənsub  sadə  tək  hüceyrəlidir.  Leyşmaniaların  3  növü  L.Tropica, 
L.Brasiliensis  və L.Donavani insan  üçün potagendir.  Azərbaycanda leyşmanianın  2  növünə rast  gəlinir: 
L.Tropica  və  L.Donavani.  Leyşmania  tropica  dəri  leyşmaniozunu,  leyşmania  donavani  işə  visseral 
leyşmaniozu törədir. 
Leyşmaniozlar  transsmisiv  infeksiyalar  sinfinə  aid  edilir.  Keçiriciləri  kiçik  qansoran  həşəratlar, 
hünülərdir. Hünülər xəstə insan və ya heyvandan  qansoran zaman  yoluxurlar.Yoluxmuş  hününün insan və 
ya heyvan dişləməsi  zamanı xəstəliyi həmin canlıya keçirir. Leyşmaniozlar zamanı infeksiya mənbələri 
müxtəlif olur: xəstə adamlar, çaqqal, tülkü, itlər, vəhşi gəmiricilər (qum siçanları). Visseral leyşmaniozla 
çox  zaman uşaqlar  xəstələnirlər.İnqubasiyon  dövr bir  neçə  həftədən  bir  neçə  aya qədərdir.İnqubasiyon 
dövrdən  sonra xəstənin tempraturu qalxır, adimania  rəngi avazıyır, süstlük müşahidə olunur. Xəstənin 
iştahası azalır. Animia inkişaf edir. Xəstəlik bir neçə ay davam edir və spesifik müalicə almadıqda adətən 
ölümlə nəticələnir. 
Dəri leyşmaniozunda inqubasiyon dövrdən sonra mığmığaların dişlədiyi yerdə qırmızı rəngli adətən 
az ağrılı kiçik düyüncüklər əmələ gəlir. Düyüncüklər tədricən böyüyür sonra xoralaşır. Xəstəlik bir neçə 
ay  bəzən  bir  ilə  qədər  davam  edir    və    sağalma  ilə    nəticələnir.  Xora  yerində  çapıqlar  əmələ  gəlir. 
Xəstəlikdən sonra imunnitet əmələ gəlir. 
Leyşmaniozlarda  profilaktika  və mübarizə tədbirləri  müəyyən  edərkən  xəstəliyin  hər  formasının 
epidemioloji xüsusiyyətləri nəzərə alınmalıdır. 
Zoonoz (kəndtipi) dəri leyşmaniozunda xəstəinsanların bu xəstəliyin yayılmasında az əhəmiyyəti 
var. Ona görə də  əsas tədbirlər xəstəliyin təbii  gəzdiriciləri (qum  siçanları) və  xeçiricilərinə (hünülır) 
qarşı yönəldilməlidir 
Zoonoz dəri leyşmaniozunda əsas sağlamlaşdırma tədbirləri yaşayış məntəqəsi ətrafında landşaftı 
dəyişdirməklə  (torpağın  şumlanması,  mədiəni  bitkilərin  əkilməsi)  qum  siçanları  kaloniyalarını  ordan 
uzaqlaşdırmaqdan ibarətdir.  Yaşayış yerlərinin  ətrafından 2.5-3  km radiusda qum siçanlarının tam ləğv 
edilməsi ən əhəmiyyətli tədbirlərdəndir. Bu məqsədlə sink fosfidi zəhərlərindən (buğda üzərinə bitki yağı 
ilə hopdurulmuş) 10-15 qr miqdarında. Bunu onların yuvalarına 10-15 sm dərinliyə qoyulur. Bu tədbir ildə 
üç  dəfə  (yaz,  yay,  payız  aylarında).  Hününləri  məhv  etmək  üçün  isə  aprel-may,  iyun-iyul  aylarında 
dezinseksiya edici aparatlar ilə insektisidlərdən istifadə  edilir. 
Zoonoz  dəri  leyşmaniozunun  profilaktikasında  təbii  ocağa  təzə  gələnləri  vaksinasiya  etmək 
lazımdır.  Bu  adətən  oktaybr-yanvar  aylarında  aparılıpr.  Daxili  leyşmanioza  qarşı  tədbirlər  xəstələrin 
vaxtında aşkar  edilib müalicə edilməsi və xəstəliyin mənbəyi xəstə və sahibsiz itlərin məhv edilməsindən 
ibarətdir.  Leyşmaniozların  bütün  formalarında  fərdi  müdafiə  üçün  hünülərin  dişləməsinə  qarşı 
yönəldilmiş tədbirlərdən istifadə edilir. Bu məqsədlə yaşayış binalarının qapı və pəncərələri xırda gözlü 
torla örtülür. Bundan başqa müxtəlif repelentlərdən istifadə edilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
242 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  60 
Xəstəxanadaxili infeksiyaya qarşı aparılan tədbirlər 
 
Dərsin məqsədi: 
Tələbələrə xəstəxanadaxili infeksiyanın yayılmasına (XDİ) qarşı aparılan 
tədbirlər ilə tanış etmək. 
Dərsin planı: 
1. Tələbələr ilə xəstəxananın epidemioloji müayinəsi aparılır. 
2. Müayinə zamanı aşkar edilən çatışmamazlıqların müzakirəsi. 
3. Verilən təklif və tələblər. 
Dərsin qısa məzmunu - 
XDİ bütün  dünya  təbabbətinin  aktual  problemlərindəndir.  Uzun illər 
XDİ-yə  xəstəxanadaxilində  xəstələrin  yoluxduğu  xəstəliklər  aid  edilirdi.  Hal-hazırda  isə  Ümumdünya 
Səhiyyə Təşkilatının qərarı ilə klinikada aşkar edilən hər hansı bir infeksiya, istər burada işləyən işçilər, 
istərsə  də  tibb  müəssisəsinə  tibbi  kömək  üçün  müraciyət  edənlər,  xəstəliyin  simptomu  xəstəxanada 
olduğu  müddətdə  və ya  evə  yazıldıqda  müşahidə  edilərsə  bu  infeksiya  xəstəxanadaxili  infeksiyaya  aid 
edilir. Bir çox tibb müəssisələrində tibb işçilərinin , yoluxucu xəstəliklərə , o cümlədən hepatit B,D və C, 
VİÇ  infeksiyasına  yoluxma  təhlükəsi  var.  Tibb  işçilərindən  tibb  bacıları  tibbi  əməliyyatlar  zamanı 
sterilizasiya  qabağı  işlər  gördükdə  və  qanla  çirklənmiş  əşyaları  sterilizasiya  etdikdə  daha  çox 
xəstələnirlər. ÜDST-nın tədqiqatları zamanı XDİ-ın 8,4 %-i müalicə olunan xəstələr arasında müşahidə 
edilib. Bunlardan Avropa ölkələrində 7,7%, Sakit okeanın qərb hissəsində 9%, ABŞ-da 5%, Cənub -Şərqi 
Asiyada, Aralıq dəniz sahillərində isə 10-11  %-dir. Xəstələnmələrin ən çoxu 1 yaşa qədər uşaqlar və 65 
yaşından yuxarı şəxslərdir. ABŞ-da ildə 2  milyon, Almaniyada 500- 700  min adam xəstələnir  ki, bu da 
əhalinin 1%-ni təşkil edir. Rusiyada isə 2-2.5mln. adam xəstələnir. 
XDİ yoluxucu xəstəlikləri 2 böyük qrupa bölünür: 
1. İnsanın obleqat-patogen mikroorqanizmləri 
2. Şərti-patogen mikroorqanizmlər 
Birinci  qrupa  –  uşaq  infeksiyalarından  (qızılca,  difteriya,  skarlatina,  məxmərək,  parotit  və  s.), 
bağırsaq infeksiyalarından (salmonellyoz, şigellalar, hepatit B, C. aiddir. 
İkinci  qrupa    –stafillakokk,  streptokokk  və  qram  (–)  bakteriyalar  aiddir.  Bunlardan  başqa 
legionellaların  əmələ  gətirdiyi  xəstəlik,  göbələk  xəstəlikləri-kandilla,  kriptokokk  və s.  aiddir.  Doğum 
evlərində qram (+) mikroflora (stafilakokk, streptokokk) psixatrik xəstəxanalarda  bağırsaq infeksiyaları 
(qarın yatalağı, şigellyoz) müşahidə  edilir. Xəstəxanadaxili infeksiyanın yayılmasının qarşısını almaqda 
epidemik nəzarətin böyük əhəmiyyəti var. Bura tibb işçilərinin sağlamlığına nəzarət də aiddir. İnfeksiya 
mənbəyi aşkar edilən kimi dərhal onu təcrid edib, müvafiq palataya və ya boksa yerləşdirirlər. Bununla da 
onun yayılmasının qarşısı alınır. Yoluxma mexanizminə  qarşı görülən tədbirlərə isə xəstəxananın düzgün 
lahiyələşdirilməsi, sanitar-gigiyenik və dezinfeksiya rejimi aiddir. 
Hər bir xəstəxanada iki izolə edilmiş şöbə olmalıdır: 
1. Septik; 
2. Aseptik. 
İrinli cərrahiyyə şöbəsi yuxarı mərtəbədə yerləşdirilməlidir ki, hava yolu ilə infeksiya yuxarı 
mərtəbələrə keçməsin. 
XDİ-ilə  mübarizədə  sanitar-gigiyenik  tədbirləri  böyük  əhəmiyyət  kəsb  edir:  tibb  işçiləri  şəxsi 
gigiyena  qaydalarına riayət  etməli,  sterilizasiya  işinə  xüsusi  fikir  verilməlidir.  Bu  prosesin  pozulması 
nəinki irinli-iltihabı  xəstəliklərə,  hətta hepatit B,D,C və İİV-ə səbəb  ola  bilər.  Yaxşı olar ki,  birdəfəlik 
tibbi alətlərdən və geyimlərdən istifadə olunsun. Xəstəlik çox vaxt çirkli əllərlə yayılır. Ona görə də həm 
əməliyyatdan əvvəl, həm də sonra əllər yuyulmalıdır. 
XDİ-nin  profilaktikasında  aşağıdakı  sanitar  gigiyenik  qaydalara  riayət  etmək 
lazımdır: 
1. Xəstələrin yataq ağlarını çırpmaq və döşəməyə atmaq olmaz. 
2. Müalicə müəssisələrindən duru və bərk tullantıları düzgün atmaq. 

1 nömrəli Bakı  Tibb Kolleci 
243 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
3.  Dezinfeksiya üçün göndərilən əşyaların dezinfeksiyadan qabaq təmizlənməsi və sterilizasiyasına 
düzgün əməl edilməlidir. 
4. Müəssisənin havasının düzgün dəyişdirilməsi. 
5. Döşəmənin yuyulması və mebellərin, aparatların nəm təmizlənməsi. 
Tədqiqatlar göstərir ki, XDİ qarşı mübarizə işinin efektliyi işlərin düzgün 
təşkilindən asılıdır. 
1. Doğum evlərində ana-uşaq prinsipi həyata keçirilir ki, bu da XDİ yayılmasının qarşısını alır. 
2. Mamalıq stasionarları hamilə qadınlar üçün doğumqabağı patologiya təhlükəsi olan qadınlar xüsusi 
palatalar yaradır. 
3. Diaqnostik müayinələr xüsusi mərkəzlərdə aparılmalıdır. 
4. Xəstələrin hospitalizasiyasının azalması. 
5. Xəstənin xəstəxanada qalma müddətinin azaldılması. 
Planlı əməliyyatlar üçün analizlərin poliklinikalarda keçirilməsi. Doğum evlərində uşaqları analara 
erkən verilməsi. Doğum evindən 2-4 günə evə yazılması. Cərrahi əməliyyatdan əvvəl və sonra kombinə 
edilmiş  antibakterial  profilaktik  tədbirlərin  aparılması,  fəsadların  30%  azaldılmasına  səbəb  olur.  Tibb 
işçiləri  arasında  aparılan  tədbirlər    xüsusi    əhəmiyyət    kəsb  edir.  Bütün dünyada hepatit  B,  C,  D  tibb 
işçilərinin sənəti xəstəliyi sayılır. Çünki, onlar xəstənin qanı ilə təmasda olurlar. Tədqiqatlar göstərir ki, 
irinli, cərrahi şöbədə, yanıq şöbəsində işləyən tibb işçiləri arasında irinli -iltihabi xəstəliklərə daha çox 
rast  gəlinir.  Bunun  qarşısını  almaq  üçün    kompleks  tədbirlər  görmək  lazımdır.  Bəzi  infeksiyalarda 
(difteriya,  hepatit  B  vaksinasiya,  orqanizmin  rezistentliyinin  artırılması  (qripp,  KRX),  bir  çox 
infeksiyalarda  şəxsi  gigiyena  qaydalarına  riayət  etmək,  qoruyucu  eynək,  əlcək,  xalat  və  maskalardan 
istifadə  edilməlidir.  Mikro-travmalar  zamanı leykoplastrlardan  istifadə  etmək  lazımdır.  XDİ-yə  qarşı 
mübarizə  işini müalicə-profilaktik idarələri sanitar epidemioliji xidmətlə birlikdə aparılmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin