Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   34
Epidemiologiya pdf 1N BTK


Öküz teniyası (silahsız
) - lent şəkilli helmintdir. Uzunluğu 5-7 metrə çatır. Başı girdə formada, 
diametri 1-2 mm-dir və üzərində 4 ədəd sormac yerləşir. Qarmaqları yoxdur. Qurdun nazik boynu (qurdun 
böyümə zonası) bədənə keçir ki, o da külli miqdarda (1000-2000-ə  qədər) buğumlara ayrılıb. Bədənin 
başlanğıc  hissəsində  olan  cavan  buğumlar  hermafroditdirlər.  Bədənin  axırındakı  yetişmiş  buğumlar 
balalıqdan ibarətdir və 150 minə qədər yumurta kütləsi ilə  doludur. Hər  buğumda dişi və erkək cinsi dəliyi 
var. 
Yumurtalar dairəvi və ya oval  formada, şəffaf  nazik örtükdə, içərisində  rüşeym (onkosfer) olan və 
ikikonturlu sarı-qəhvəyi rəngli köndələn çəkilmiş  qişa ilə əhatə olunub. Rüşeymin 3 cüt qarmağı  var. 
Öküz teniyası insanın nazik bağırsağında parazitlik edir. Buğumlar ifrazatla və ya əksər hallarda 
aktiv olaraq anal dəlikdən çıxırlar. İnsan son sahib, iri buynuzlu heyvanlar isə ara sahib sayılır. İnsan 
tərkibində  helmintin  sürfəsi  olan  ətdən  (finnoz  ət)  istifadə  etdikdə  yoluxur.  Bu  helmint  orqanizmdə 
teniarinxoz xəstəliyini törədir. 
Donuz  teniyası  (silahlı
)  -  lent  şəkilli  qurddur,  öküz  teniyasına  oxşayır  və uzunluğu 3  metrə 
qədərdir. Diametri 0,6-2 mm olan başda 4 sormacı, 22-32  qarmağı var. Başın ardınca böyük olmayan (1 
sm-ə qədər)  və buğumlara bölünməyən  boyun, bundan sonra isə  buğumlardan  ibarət  helmintin bədəni 
gəlir. Tərkibində 50 minə yaxın yumurtası olan yetişmiş buğumda şaxəli  balalıq (8 -12  yan şaxəsi var) 
görünür.  Hər  buğumun  dişi  və  erkək  dəliyi  var.  Yumurtalar  girdə  iki  sapvari  çıxıntılı  formadadır. 
Yumurtanın xarici örtüyü itir və nəcisdə onkosferlər (qişa içərisində rüşeym) müşahidə edilir. Onkosferdə 
6 embrional qarmaqlı  formalaşmış sürfə var. Donuz teniyası insanın nazik bağırsağında parazitlik (1 neçə 
il ərzində) edir. Buğumlar xarici mühitə nəcislə ifraz olunur. İnsan son sahib, ara sahib isə donuzlar və 
nadir  hallarda  pişiklər,    itlər  və    insan  sayılır.  İnsan  donuz  teniyasının  həm  son  sahibi  (helmintlər 
bağırsaqda yerləşir), həm də ara sahib (onkosferlər beyində, gözdə, əzələdə və s. olur) ola bilər. İnsanlar 
qidasında finnozlu donuz ətindən istifadə etdikdə yoluxurlar. Bu helmint tenioz xəstəliyini əmələ gətirir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
218 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Cırtdan teniya 
lent şəkilli qurddur, uzunluğu 0,5-5 sm-ə qədər, lent şəkilli bədəni (strobila), 
boynu  və  başı  var.  Başın  üzərində  4  sormac  və  tac  şəklində  20-30  qarmağı  var.  Həmin  qarmaqların 
köməyi  ilə  helmint  bağırsağın  divarına  yapışır.  Bədəni  ağ  rəngli,  çox  incə  və  külli  miqdarda  nazik 
buğumlardan  ibarətdir.  Axırıncı yetişmiş  buğumlar demək  olar ki,  yumurtalarla doludur və buğumun 
dağılması zamanı həmin yumurtalar hələ bağırsaqda olarkən nəcisə düşür. 
Yumurtalar  oval  və  ya    dairəvi  formada,  şəffaf,  rəngsiz,  nazik  ikikonturlu  qişa  ilə  örtülür. 
Yumurtanın  mərkəzi  hissəsində  6  qarmaqlı  inkişaf  etmiş  onkosfer  var.  Cırtdan  teniya  insanın  nazik 
bağırsağında parazitlik edir. İnsan son və ara sahib sayılır. İnsan su, ərzaq, çirkli əllər vasitəsi ilə yoluxur. 
Cırtdan teniya himenolepidoz xəstəliyini törədir. 
Exinokokkun 
iki növü var: birkamerlı və ikikamerli (alveokokk)  .  Exinokokk  lent  şəkilli xırda 
(uzunluğu  0,5  sm-ə  qədər)  ölçülü  ağ  rəngli  qurddur.  Bədəni  3-4  buğumdan  ibarətdir  ki,  onlardan 
sonuncusu ən iri (yetişmiş və tərkibində 800-ə qədər yumurta) olur. Balalıqda yan şişlər var. 
Exinokokk itlərin, nadir hallarda canavar, tülkü, çaqqalın bağırsağında  parazitlik  edir. Exinokokkun 
buğumları heyvanların ifrazatı və ya aktiv olaraq bağırsaqdan çıxırlar. Exinokokkun son sahibi itlər ailəsinə 
daxil olan heyvanlardır. Ara sahib isə dırnaqlı heyvanlar və insan sayılır.  İnsanlar helmint yumurtalarına 
çirkli əllər, su, tərəvəz, qida vasitəsi ilə yoluxurlar. Ara sahibin orqanizmində yumurtadan böyük ölçüyə 
(10-20 sm) çatmış sürfə (exinokokk qovuqcuğu) inkişaf edir. Qovuqcuq şəffaf, rəngsiz maye ilə doludur. 
Onun  divarı iki  qatdan  (xarici  qalın  və daxili  rüşeym)  ibarətdir.  Tərkibində  xırda  rüşeymlər–başcıqlar 
(skolekslər)  kütləsi  var.  Exinokokk  qovuqcuğu  insanın  istənilən  üzvünü  zədələyə  bilər,  lakin  əksər 
hallarda qara və ağciyərləri əzab çəkir, çünki  bağırsaqdan  qana keçmiş sürfələr orada toplanır. Bu zaman 
exinokokkoz xəstəliyi inkişaf edir. 
Alveokokk  xarici görünüşü və quruluşuna  görə exinokokku xatırladır. Exinokokkdan  fərqli olaraq 
bunun sürfə mərhələsi külli miqdarda xırda qovuqcuqlardan ibarətdir ki, bu da vahid qatı düyün təşkil edir. 
Alveokokk  tülkü,  şimal  tülküsü,  nadir  hallarda  canavar  və  itlərin  bağırsağında    yaşayır.  Sürfələr  (çox 
kamerli alveokokk qovuqcuğu) gəmiricilərin (ondatra, taxıl siçanı və s.) və bəzən insanların orqanizmində 
inkişaf edir. Alveokokklar alveokokkoz xəstəliyini  törədirlər. 

1 nömrəli Bakı  Tibb Kolleci 
219 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  44 
Nematodozların  profilaktikası 
 
Dərsin məqsədi: 
Nematodlar  sinfinə  daxil olan  helmintlərin  morfologiyasının və  helmintlərə 
görə müxtəlif materialların müayinə üsullarının öyrənilməsi. 
Dərsin planı: 
1.  Makro və mikropreparatlar, tablolar üzrə nematodlar sinfinə daxil olan helmintlərin morfologiyasının 
öyrənilməsi. 
2. Helmint yumurtalarına görə nəcis və digər materialların öyrənilməsi. 
Dərsin qısa məzmunu - 
Nematodlar sinfinə daxil olan bir sıra qurdları nəzərdən keçirək. 
Askarida 
iri, ayrı cinsli girdə qurddur. Dişi qurdun uzunluğu 20-40 sm, erkəyin uzunluğu 15- 25 
sm-dir. Bədən axırında iti, ağ və ya çəhrayı rəngli qalın kutikula ilə örtülüdür. Başın sonunda xarakterik 
3  iri  dodaq  görsənir.  Erkəyin  quyruğunun  ucu  qarmaq  şəklində  qatlanıb.  Yumurtalar  oval  formada, 
mayanlanmış  və  mayalanmamış  ola  bilər.  Mayalanmış  yumurtalarda  xarici  zülallı  təbəqə  sarı-qəhvəyi 
rəngdə  düzgün olmayan  dalğavari konturlu  olur.  Zulallı  təbəqəsi  olmayan  yumurtalara  da  rast  gəlinir. 
Yumurtanın içərisində tünd rəngli girdə rüşeym hüceyrəsi yerləşir. Yumurtanın qütbləri sərbəst və şəffaf 
olur. 
Mayalanmamış yumurtalar  iri, oval ya da düzgün olmayan formada, bütün yumurta boşluğu yumurta 
sarısı hüceyrələri ilə doludur. Zülallı təbəqə mayalanmış yumurtada olduğu kimidir, lakin dalğavari xarici 
konturu qeyri-bərabərdir, ayrı-ayrı iri təpəciklər qeyd edilir. 
Askaridalar insanın nazik bağırsağında parazitlik edir. Dişi gündə 200 minə qədər yumurta ayırır ki, 
onlar da insanın ifrazatı ilə xarici mühitə düşür. Yumurtalar torpaqda yetişir. Insanın orqanizmində onlarla 
askarid parazitlik edə bilər. Askaridalar askaridoz xəstəliyinin törədiciləridir.  Insan orqanizminə düşmüş 
askarida sürfələri miqrasiya edirlər. Miqrasiya dövründə sürfələr bağırsağın, qara ciyərin və xüsusən də 
ağciyərin zədələnməsiniə səbəb olurlar. 
Bizquyruq 
-  ağ  rəngli,  böyük  olmayan  girdə  qurddur.  Dişi  qurdun  uzunluğu  1  sm,  erkəyin 
uzunluğu isə 0,5 sm-dir. Bizquyruğun ön hissəsində kiçik, böyük olmayan iki şişkinlik görünür, həzm 
üzvü də  xarakterik  şar  şəklində  şişmiş  olur. Dişi qurdun bədəninin içindən  yumurtalarla dolu balalıq 
görsənir. Dişi  qurdun arxa ucu iti,  erkək  qurdda isə  spiral  şəklində burulmuşdur. Yumurtalar rəngsiz, 
şəffaf,  qişası nazik,  hamar, yaxşı  görsənir. Yumurtaların  forması uzunsov,  asimmetrik,  bir tərəfi  daha 
yastı, digər tərəfi isə daha qabarıqdır. Yumurtanın içərisində sürfənin müxtəlif inkişaf mərhələləri görünə 
bilər. 
Bizquyruq qurd insanın nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayır. Onlar qabaq 
ucu ilə bağırsağın divarına yapışırlar. Yetişmiş dişilər anal dəlikdən çıxaraq (əsasən də  gecə, yuxu vaxtı) 
anal ətrafı nahiyyənin dərisində, aralıqda, sağrıda dişi qurd 5 mindən 15  minə  qədər yumurta ayırır. 4-5 
saatdan  sonra yumurtada sürfə inkişaf edir və onlar insan üçün  yoluxucu  (invaziyalı) olurlar. Yoluxma 
çirkli  əllər,  paltar  və  digər  əşyalarla  baş  verir.  Sürfə  insan  orqanizmində  miqrasiya  etmir.  İnsan 
orqanizmində bizquyruq qurd 1-2 ay yaşayır. Bu qurd enterobioz xəstəliyini törədir. 
Tükbaş qurd 
- nazik helmint  olub uzunluğu 3-5 sm-dir. Ucu nazik,  sapı  ya da tükü xatırladır və 
bədənin  uzunluğunun  2-3  hissəsini  təşkil  edir.  Bədənin  arxa  hissəsi  isə  yoğun,  tərkibində  bağırsaq, 
dişilərdə isə balalıq yerləşir. Tükbaş qurdun ön nazik ucu bağırsaq divarının  selikli  qişasının dərin qatına 
nüfuz  edir,  arxa  yoğun  ucu  isə  bağırsaq  boşluğunda  sərbəst  qalır.  Yumurtalar  sarı-qəhvəyi    rəngdə, 
formaca limona oxşayır. Hər iki  qütbündə rəngsiz  şəffaf tıxacı xatırladan cisimcik  olur. Qişası  hamar, 
qalın və çox laylıdır. Tükbaş qurdun yumurtaları torpaqda yetişir. 
Helmint  insan  orqanizminin  yoğun  bağırsağında  parazitlik  edir.  Yumurtalar nəcislə  ifraz  olunur. 
İnsanın orqanizminə düşmüş  sürfələr miqrasiya etmirlər. Insan orqanizmində helmint bir  neçə  il yaşaya 
bilir. Tükbaş qurd insanlarda trixosefalyoz xəstəliyini törədir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
220 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Angilostoma 
-  uzunluğu  1-2  sm  olan  avazımış-çəhrayı  rəngdə,  böyük  olmayan  nematodadır. 
Başın ucunda ağız kapsulu var ki, orada 4 dişciyi görmək olar. Erkəklərin quyruğunun  ucunda kutikulanın 
xüsusi zınqırov şəkilli genişlənmə (cinsi bursa  ya da  sumka)  ilə  fərqlənir.  Yumurtaları oval, rəngsiz, 
şəffaf, ucları  girdələşmiş, qişası  nazikdir. Təzə ayrılmış yumurtaların mərkəzində 4  -8 blastomer  və ya 
rüşeym hüceyrələri yerləşir. 
Angilostoma insanın nazik bağırsağında  parazitlik edir. Yumurtalar nəcislə ifraz olunur. Helmintin 
sürfələri  torpaqda  yetişir.  Sürfələr  tərəvəz,  gilə-meyvə,  çirkli  əllərlə  ağızdan    orqanizmə    daxil  olur. 
Orqanizmdə  angilostomanın  parazitlik  müddəti  5-15  ilə  çatır.  İnsanlarda  angilostomidoz  xəstəliyini 
törədir. 
Trixinella 
ayrı-ayrı cinsiyyətli, diridoğan xırda nematodadır. Uzunluğu 1-3 mm-dir. Yetişmiş 
helmintlər yırtıcı və hər şey yeyən heyvanların, eləcə də insanların nazik bağırsağının selikli qişasında 
inkişaf edirlər. Dişi trixinella bağırsağın divarından qan və limfa sistemi ilə miqrasiya edərək müxtəlif 
üzv  və toxumalara keçirlər  və  sahibin köndələn  zolaqlı  əzələlərində  yığılırlar. Burada sürfələr  inkişaf 
edir, spirala yumrulanır və birləşdirici toxumalı kapsula ilə əhatə olunurlar. Sürfələrin həyat qabiliyyəti 
uzun illər qalır. İnsanlar qidasında yaşama qabiliyyəti olan sürfəli ətdən (ən çox donuz) istifadə etdikdə 
yoluxurlar. Trixinellalar insanda trixinellyoz xəstəliyini törədirlər. 

1 nömrəli Bakı  Tibb Kolleci 
221 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  45 
Helmintozlara qarşı mübarizə tədbirləri 
 
Dərsin məqsədi: 
Helmintozlara qarşı mübarizə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin öyrənilməsi. 
Dərsin planı: 
1. Helmintozlarla mübarizə prinsipləri məsələsinin müzakirəsi. 
2. Gündüz helmintoloji stasionara getmək. Əhalinin dehelmintizasiyası üzrə aparılan işlə tanışlıq. 
3.  Helmintozlara qarşı mübarizə  vəziyyətinə görə uşaq bağçasının müayinəsi. Müayinə aktının və 
müalicə-profilaktik tədbirlər planının tərtibi. 
Dərsin qısa məzmunu - 
Helmintozların profilaktikası üzrə tədbirlərə  həmin  ərazidə  müxtəlif 
helmintozların yayılmasını öyrənmək üçün bir sıra müayinələrin aparılması daxil  edilir. 
Belə ki, invaziyalı şəxslər birinci növbədə laborator müayinə yolu ilə üzə çıxarılır. Buna görə planlı 
kontingentin müayinə planının tərtib edilməsinin həll edici əhəmiyyəti var. Planlı kontingentə aşağıdakı 
şəxslər  aiddir:  məktəbəqədər  kollektivlərin  uşaqları  və ibtidai  siniflərdə  oxuyan uşaqlar,  heyvandarlıq, 
qidalanma və uşaq müəssisələrinin işçiləri,  təmizləmə qurğularının  işçiləri, isti  iqlimi olan ölkələrdən 
qayıdan  şəxslər.  Bundan  başqa,  helmintozla  xəstələnmişlərin  ailə  üzvləri  də  müayinə  olunurlar.  Bəzi 
hallarda helmintozlarla intensiv yoluxmuş  böyük olmayan yaşayış  məntəqələrində bütün əhalini müayinə 
edirlər. 
Helmintoloji müayinə aparılan hər bir laboratoriya qarşısında müəyyən məsələlər qoyulur. Belə ki, 
xəstəxananın laboratoriyası  stasionarın  bütün xəstələrini  helmintoza görə,  poliklinikanın  laboratoriyası 
isə  göstərişə  əsasən  xəstələri  müayinə  etməlidir.  Bundan  başqa  xəstəxana  və  poliklinika 
laboratoriyalarına uşaq müəssisələrinin müayinə edilməsi tapşırılır. 
GEM-in  laboratoriyaları  müalicə müəssisələrinin laboratoriyalarına  metodiki kömək  göstərir  və 
epidemioloji göstəriş əsasında müayinə aparırlar. 
Laboratoriyalar  perspektiv (illik)  və operativ (aylıq) qrafik-plan  tərtib  edirlər ki, orada  da onlar 
müayinəyə məruz qalan kontingenti göstərirlər. 
Bu və ya digər uşaq  ya da istehsalat kollektivlərində  aparılan müayinələrin nəticələrinə  görə  akt 
tərtib  edirlər.  Müayinələrin  nəticələrindən  əlavə aktda kollektivin  sanitar  vəziyyətini  xarakterizə  edən 
məlumatlar  göstərilir,  hansılar ki,  helmintlərin  yayılmasında əhəmiyyəti  ola  bilər.  Aktda üzə çıxarılan 
sanitar  pozğunluqlarının  ləğv  edilməsi,  dehelmintizasiyanın  aparılmasının  vacibliyi  və  növbəti 
müayinələrin müddəti haqqında təkliflər verilir. 
Bu və ya digər ərazidə aparılan yoxlama işlərinin nəticələri təhlil edilir. Bu zaman bütün əhalinin 
və ayrı-ayrı kollektivlərin helmintozlarla yoluxma göstəricisi hesablanır. 
Yoluxma göstəricisi invaziyalıların faizini  göstərir: 
 
 invaziyalıların sayı 
                 
müayinə olunanların sayı x 100 
 
Həm ayrı-ayrı invaziyalarla yoluxma göstəricisini, həm də bütün helmintozlar üzrə əhalinin 
yoluxmasının yekun göstəricisini hesablayırlar. 
Baytar xidməti öküz və donuz teniyası, trixinella sürfələrinin mövcudluğuna görə ətlik malın 
ətinin sistematik müayinəsini aparır. 
Balıqlarını bəzi növlərinin müayinəsi enli lent şəkilli qurdun və opistorxun yayılması haqqında 
mülahizə yürütməyə imkan verir. 
Torpaq nümunələrinin və tərəvəzin yuyuntu suyunun  müayinəsi  geohelmintlərin  yayılmasını 
təyin edir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
222 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Nəhayət,  əllərdən,  məktəbəqədər  uşaq  müəssisələrinin  avadanlığından  götürülən  yaxmanın 
müayinəsi enterobiozun yayılması haqqında mühakimə yürütməyə imkan verir. 
İnsan  və  heyvanlar  arasında  helmintozların  yayılması,  ətraf  mühit    obyektlərinin  helmintoz 
yumurtaları ilə  yoluxması  haqqında  məlumatlar helmintozlarla mübarizə tədbirləri  planının tərtibində 
əsas sayılır. Bu zaman həmin ərazi üçün hansı helmintlərin daha böyük əhəmiyyət kəsb etdiyi nəzərə 
alınır. İqlim, əhalinin məşğuliyyəti (heyvandarlıq, balıqçılıq və s.), əhalinin mədəni vərdişləri, ərazinin 
sanitar vəziyyəti və s. helmintlərin yayılmasını təyin edir. 
Təmizləyici  tədbirlər  helmintozların  profilaktikasında  vacib  əhəmiyyət  kəsb  edir.  Onların 
aparılmasında məqsəd torpağın və su hövzələrini insanların (onlar arasında helmint gəzdiriciləri ola bilər) 
nəcisi ilə yoluxmasının qarşısını almaqdır. Burada ayaqyollarının düzgün tikilməsinin böyük əhəmiyyəti 
var. Ət məhsulları üzərində baytar nəzarətinin və balıqdan hazırlanan məhsullar, tərəvəzin istifadə edilməsi 
üzərində yeyinti nəzarətinin olması vacib rol oynayır. Belə nəzarət ət emal edici sənaye müəssisələrində, 
eləcə də bazarlarda baytar-sanitar sənədi olmayan ət olduqda  aparılır. 
Trixinella  müəyyən  edilmiş  cəmdək  utilizasiya  edilir  və  ya  yandırılır.  Finnozlu  ət  bişirilir, 
dondurulur ya da duza qoyulur. 
Heyvandarlıq təsərrüfatlarında aparılan tədbirlər helmintozlarla mübarizədə  vacib yer tutur. Onların 
sanitar müayinəsi zamanı ayaq yollarının tikilişinə, heyvanlar olan yerlərin insan nəcisi ilə çirklənməsinə, 
heyvandarlıq binalarının axarlarının düzgün zərərsizləşdirilməsinə  fikir  vermək lazımdır. Heyvandarlıq 
fermalarında saxlanan itlər hər ay yarımdan bir dehelmintizasiya olunurlar. 
Heyvandarları ildə iki dəfə  helmintoza görə  müayinə  etmək lazımdır. Həmin təsərrüfatda öküz və 
donuz teniya invaziyalarının intensiv yayılması zamanı profilaktik məqsədlə  fenasal  təyin  edilə bilər. 
Deyiləndən  bəlli  olur  ki,  helmintozlarla  mübarizədə  parazitoloji  xidmətin,  kommunal  gigiyena, 
qidalanma gigiyenasının, baytar xidmətinin səyləri birlikdə  həyata keçirilir. Bütün bu tədbirlər planda öz 
əksini tapır. 
Parazitoloji  xidmətin  nəzarəti  altında  dehelmintizasiya  işi  müalicə  şəbəkəsi  tərəfindən  aparılır. 
İXK-in  həkiminin  rəhbərliyi  altında  səhiyyə  məntəqəsi,  sahə  həkimi,  uşaq  müəssisələrinin  həkimləri 
bütün  helmintlərə  (lent  şəkilli  qurdlardan  başqa)  qarşı  dehelmintizasiya  işini  aparırlar.  Lent  şəkilli 
qurdların  dehelmintizasiyası  stasionarda  aparılır.  İnfeksion  xəstəxanalarda  (şöbələrdə)  helmintozlu 
xəstələr üçün çarpayılar ayrılır. Şəhərlərdə isə gündüz helmintoloji stasionarlar təşkil edilir. 
Dehelmintizasiyanın  effektliyini  müəyyənləşdirmək  üçün  kontrol  müayinələri  aparılır  və 
invaziyalı şəxslər üzərində dispanser müşahidəsi təyin edilir. 
Helmintozların  profilaktikasında  əhəmiyyətli  yeri  şəxsi  gigiyena,  ev  heyvanlarının  düzgün 
saxlanması,  qidalanma  gigiyenasının  tələblərinə  uyğun  tərəvəz,  balıq,  ətin  qidada  istifadə  edilməsi 
məsələlərini əhatə edən sanitar-maarifi işi (bu da planda əks olunmalıdır) tutur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
223 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  46 
Səpkili yatalağın profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Sǝpkili yatalaq ocağının (ya da Brill xəstəliyinin) epidemioloji müayinǝ 
üsullarının öyrǝnilmǝsi. Pedikulyoza qarşı mübarizǝ işinin tǝşkili. 
Dǝrsin planı: 
1.  Rikketsiozlar, sǝpkili yatalağın epidemiologiyası vǝ profilaktikası haqqında, pedikulyozla 
mübarizǝdǝ aparılan tǝdbirlǝrin müzakirǝsi. 
2. Brill xǝstǝliyi ocağının epidemioloji müayinǝsi 
3. Epidemiolji mǝsǝlǝnin hǝlli 
Dǝrsin qısa mǝzmunu - 
Rikketsiyaların törǝtdiyi xǝstǝliklǝr tǝk-tǝk hallarda qeyd edilir: Ku-
qızdırması,  siçovul  sǝpkili  yatalağı,  Şimali  Asiyanın  gǝnǝ  sǝpkili  yatalağı  (Sibir  rikketsiozu), 
susuqamuşi  qızdırması,  çiçǝyǝbǝnzǝr  rikketsioz  sǝpkili  yatalaq.  Sǝpkili  yatalaq  digǝr  xǝstǝliklǝrǝ 
nisbǝtǝn böyük ǝhǝmiyyǝtǝ malikdir, çünki digǝr xǝstǝliklǝrdǝn epidemik yayılması ilǝ fǝrqlǝnir. Belǝ 
yayılma  pedikulezun  yüksǝlmǝsi  zamanı  mümkündür.  Buna  görǝ  bu  rikketsiozun  tǝk-tǝk  xǝstǝlǝnmǝ 
hallarına fikir vermǝk lazımdır (sonrakı yayılma imkanını nǝzǝrǝ alaraq). 
Ocağın lǝğv edilmǝsi üçün epidemioloji müayinǝni  apardıqda vǝ kompleks müayinǝ  tǝyin  etdikdǝ 
sǝpkili yatalağın aşağıdakı epidemioloji xüsusiyyǝtlǝrini nǝzǝrǝ almaq  lazımdır: 
İnfeksiya  mǝnbǝyi  xǝstǝ  insan  vǝ  rekonvalissentdir.  İnfeksiya  paltar  vǝ  baş  bitlǝri  vasitǝsi  ilǝ 
yayılır.  Xǝstǝnin qanını  sorduqdan 4-5 gün  sonra rikketsiyalar  onların ifrazatları ilǝ  xaric olur. Bitlǝr 
törǝdicilǝri  öz  hǝyatları  boyu  xaric  edirlǝr  ki,  onlar  da  30  -31  gün  yaşayırlar.  İnkubasiya  dövrü  6-21 
gündür. 
Epidemioloji müayinǝ zamanı aşağıdakı mǝsǝlǝlǝr hǝll edilir: 
Xǝstǝ ǝvvǝllǝr bu xǝstǝliyi keçirib ya yox, keçiribsǝ , nǝ vaxt vǝ xǝstǝliyin keçirilmǝsi nǝ  ilǝ tǝsdiq 
edilir; xǝstǝlik başlanmamışdan axırıncı 3 hǝftǝ ǝrzindǝ sǝyahǝtǝ gedib-getmǝdiyini; ǝgǝr gedibsǝ, onda 
hara,  sǝyahǝt  zamanı  harda  qalıb,  hansı  nǝqliyyatdan  istifadǝ  edib,  orda  xǝstǝ  şǝxslǝ  görüşüb  ya  yox; 
xǝstǝnin  ailǝsinǝ  gǝlǝn  olduğunu;  ǝgǝr  gǝlibsǝ,  o  kimdir,  haradan  vǝ nǝ  vazt gǝlib,  xǝstǝnin  ailǝsindǝ 
yaşadığı dövrdǝ xǝstǝlǝnib, xǝstǝlǝndiyini  vǝ ya bura gǝlmǝkdǝn  qabaq xǝstǝlǝndiyi;  xǝstǝnin ǝtrafında 
mǝlum olmayan qızdırmalı xǝstǝlǝrin, qrip, KRX-ın, pnevmoniyanın olduğunu : xǝstǝdǝ vǝ ailǝ üzvlǝrindǝ 
pedikulezun olduğunu hǝll etmǝk lazımdır.  Xǝstǝlikdǝn ǝvvǝl  axırıncı  3 hǝftǝ ǝrzindǝ xǝstǝ üzǝrindǝ bit 
tapıldığını  muǝyyǝn  etmǝk  lazımdır.  Xǝstǝnin  sǝnǝti.  Xǝstǝnin  ǝhali  toplanan  yerlǝrǝ  getdiyini 
aydanlaşdırmaq lazımdır-bazar, vağzal, liman  vǝ  s.,  sanitar  tǝmizliyinǝ riayǝt etmǝyǝn şǝxslǝ təmasda 
olduğunu. 
Ocağda aparılan  tǝdbirlǝri  yoxladıqda aşağıdakılara  fikir  verilir:  xǝstǝnin  hospitalizasiya  gününü 
tǝyin  etmǝk  xǝstǝnin  hansı  nǝqliyyatdan  hospitalizasiya  olduğunu  vǝ  hǝmin  nǝqliyatın  necǝ 
tǝmizlǝndiyini aydınlaşdırmaq lazımdır. 
Xǝstǝ ilǝ təmasda olanların tam aşkar  olduğunu. Təmasda olanlar üzǝrindǝ tibbi nǝzarǝtin olduğunu 
yoxlamaq  (temperaturun  yoxlanması).  Xǝstǝ  ilǝ  təmasda  olan  temperaturlu  xǝstǝlǝr  hospitalizasiya 
olunur. 
Təmasda  olanlara  seroloji  müayinǝ  (KBR,  hemaqqlütinasiya,  ya  da  aqlütinasiya  reaksiyası) 
aparıldığını aydınlaşdırmaq. Dezinfeksiya tǝdbirlǝrinin hǝcmini yoxlamaq. 
Bu zaman aşağıdakı tǝlǝblǝri hǝll etmǝk lazımdır: 
1.  xǝstǝ vǝ onun paltarları ilǝ təmasda olan bütün şǝxslǝr sanitar tǝmizliyinǝ mǝruz qalmalıdırlar 
(mǝişǝtdǝ, istehsalatda vǝ s.); 
2. xǝstǝ vǝ təmasda olanların paltarları, yataq ağları vǝ digǝr şǝxsi əşyalar dezinfeksiya  edilir; 
3. otağın vǝ ǝşyaların dezinfeksiyası aparılır. 
Göstǝrilǝn  tǝdbirlǝr  kompleks  aparılmalıdır.  Ocaqda  dezinfeksiya  işlǝri  şǝhǝrlǝrdǝ 
hospitalizasiyadan 3 saatdan, kǝnd yerlərindǝ isǝ 6 saatdan gec olmayaraq  aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
224 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Sǝpkili  yatalaq  xǝstǝliyinǝ  qarşı  mübarizǝdǝ  profilaktik  tǝdbirlǝr  arasında  hǝll  edici  rolu  ǝhali 
arasında  pedikulezun  lǝğv  edilmǝsidir.  Bunun  üçün  7-10  gündǝn  bir  vaxtaşırı  yuyunma  vǝ  paltarların 
dǝyişilmǝsi  lazımdır.  Sanitar  tǝmizliyi  sanitar  buraxıcılarında  aparılır.  Burda  tǝmizliyi  keçǝn  vǝ 
keçmǝyǝn  şǝxslǝrin  bitlǝ  görüşmǝsi  aradan  götürülür.  Bunun  üçün  sanitar  buraxıcısında  ayrıcı  girişi 
(«çirkli»  hissǝyǝ)  vǝ  çıxışı  (“tǝmiz”  hissǝyǝ)  olmalıdır.  Sanitar  tǝmizliyini  keçǝn  şǝxslǝr  sanitar 
buraxıcısında  olduğunda  onların  evindǝ  dezinfeksiya  işlǝri  aparılır.  Bununla  sanitar  tǝmizliyin  eyni 
zamanda ǝldǝ edilir.  Sanitar tǝmizliyinin keyfiyyǝti hǝrtǝrǝfli yoxlanılır  vǝ lazım gǝldikdǝ tǝkrar edilir. 
Səpgili yatalagın spesifik profilaktikasında epidemik göstərişə görə səpgili yatalaq vaksini istifadə edilir. 
 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin