Bruselyoz əleyhinə insanların immunizasiyası
. Peyvəndləri, keçi-qoyun brusella növlü
yoluxma qorxusu olduqda, diri vaksinlə aparırlar. Vaksini dəri üstü üsulla yeridirlər (2 damcı vaksin
damızdırılır, onun üstündən 3 horizontal və 3 şaquli cızıqlar çəkilir), Revaksinasiya vaksinasiyadan 10 -
12 ay keçdikdən sonra, reaksiyanın cavabı mənfi olan şəxslərə yarım dozoda aparırlar (1 damcı vaksin).
Peyvəndə heyvandarlar (eləcə də heyvanlarla müvəqqəti işləyən şəxslər), bruselyozun melitenzis
növü üzrə əlverişsiz ərazidən alınmış heyvan məhsullarının emalı üzrə müəssisələrin işçiləri, xırda
buynuzlu heyvanların sahibləri və onların ailə üzvləri (epidemioloji göstəriş olduqda 7 yaşından
başlayaraq), brusella kulturası ilə işləyən baytar və tibb işçiləri məruz qalırlar. Xəstəliyi keçirən və
laborator reaksiyaların cavabı müsbət olan şəxslərə peyvəndin vurulması əks göstərişdir.
İmmunizasiyadan sonra 2-6 ay müddətində həmin şəxslərdə immunitet qeyd edilir. Buna görə
peyvəndi elə hesabla aparırlar ki, yoluxma qorxusu olan dövrdə, peyvənd olunanlarda immunitetin
dərəcəsi yüksək olsun.
Epidemioloji məsələ
May ayında aparılan həyətlər üzrə müayinələr zamanı fermerin ailəsində bruselyozxəstəliyinə
şübhəli iki qızdırmalı xəstə üzə çıxarılıb. Təyin edilib ki, fermerin ailəsində inək, iki donuz, üç qoyun və
beş keçi (onlardan ikisində mart ayında bala salma qeyd edilib) var. Fermerin ailəsinin yaşadığı yaşayış
məntəqəsi bruselyoza görə əlverişli sayılır. Müayinə zamanı aydınlaşdırılıb ki, fermer qış ayında qonşu
kənddə olan naməlum şəxslə dananı keçi və iki çoşkaya dəyişib. Otlaq dövründən başlayaraq heyvanlar
otlaqda fermer təsərrüfatının heyvanları ilə birlikdə olublar. Mayın axırında fermer təsərrüfatında
qoyunlar apasında bruselyoza görə aparılan allergen müayinəsi üç qoyunda müsbət nəticə üzə çıxarılıb.
Fermerin heyvanları müayinə olunmayıb.
Diaqnozu necə təsdiq etmək olar. Fermer təsərrüfatında bruselyozun profilaktikası üzrə tədbirlər
planını tərtib edin.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
211
MÖVZU 38
Leptospirozun profilaktikası
Dərsin məqsədi:
Epizootoloji və epidemioloji xüsusiyyətlərinə müvafiq olaraq leptospiroz
xəstəliyi üzərində epidemioloji nəzarətin əsaslarına yiyələnmək, eləcə də profilaktiki və əks epidemik
tədbirlərin effektliyinin öyrənilməsi.
Dərsin planı:
1. Leptospiroz ocağının epidemioloji müayinəsi
2. Epidemioloji məsələnin həlli.
Dərsin qısa məzmunu -
Leptospirozun müxtəlif növ ocaqlarında əksepidemioloji və
əksepizootoloji müayinələr differensial olunmuş şəkildə aparılır. Leptospirozun təbii, təsərrüfat və
qarışıq ocaqlarını ayırırlar.
Xəstəlikdə infeksiya mənbəyi vəhşi və ev heyvanları, eləcə də qəfəsdə saxlanan heyvanlar sayılır.
Əksər hallarda xəstələnmiş heyvanlar leptospir gəzdirici olurlar və uzun müddət törədicini sidiklə ifraz
edirlər. Belə ki, onlar təbii və süni su hövzələrini, torpağı və bitkiləri, qida məhsullarını və xarici mühitin
digər obyektlərini sidiklə çirkləndirə bilərlər. Dəri tamlığının və ağızın, mədə-bağırsaq sistemin, gözün,
burnun, cinsi üzvlərin selikli qişalarının zədələnməsi zamanı törədici heyvan və insan orqanizminə daxil
ola bilər. Heyvanlar xəstəliyə əsasən su yolu ilə yoluxurlar. Qida yolu ikincili rol oynayır. İnsanların
yoluxması əksər hallarda yoluxmuş su vasitəsilə, ayrı-ayrı hallarda isə xəstə heyvanların sidiyi ilə
çirklənmiş qida məhsullarından istifadə etdikdə, eləcə də yoluxmuş heyvanlarla təmasda olduqda baş
verir.
Əgər insanların qrupalı xəstələnməsinin baş verməsində kənd təsərrüfatı heyvanlarının ifrazatı ilə
çirklənmiş su hövzəsindən şübhələnərlərsə, ondan içmək və təsərrüfat ehtiyacları üçün istifadə etmək,
çimmək dərhal qadağan edilir. Su hövzəsinin yoluxma səbəbi aradan götürülən andan 4 həftə sonra, həmin
sudan istifadə edilməsinə icazə verilir. Zərərsizləşdirmə aparıldıqdan sonra leptospirlərlə yoluxmuş
şübhəli sudan istifadə etmək olar.
Leptospirozlu ocaqlarda təsərrüfat rəhbərləri bütün heyvandarlıq işçilərini xüsusi paltarla təmin
etməli və şəxsi gigiyena qaydaları haqqında instruktaj aparmalıdırlar. Heyvanlar arasında xəstəlik aşkar
edildikdə dərhal insanların yoluxmaması üçün xəbərdarlıq tədbirləri həyata keçirirlər.
Əgər leptospirozlu xəstənin mümkün yoluxma yeri təyin olunmayıbsa, onda onun yaşayış yeri
müayinə olunur və gəmiricilər mövcud olduqda deratizasiya və dezinfeksiya tədbirləri aparılır. Əgər
yoluxma evdə baş verməyibsə, onda həmin tədbirlər evdən kənarda, yoluxma yerində aparılır.
Leptospiroza görə əlverişsiz sayılan təsərrüfatların işçiləri üzərində tibbi nəzarət və
məhdudlaşdırıcı tədbirlər təyin edilir, personal leptospiroza qarşı peyvənd olunmalı, xüsusi paltarla
(xalat və ya kombinezon, rezin əlcək, uzunboğaz çəkmə, önlük, lazım gəldikdə qoruyucu eynəkdən
istifadə) təmin olunmalıdırlar. İşin sonunda paltarı 2%-li xloramin məhlulu ilə dezinfeksiya edirlər, sonra
isə sabunla yuyurlar.
Xəstələr mütləq hospitallaşdırılır. Karantin təyin olunmur. Xəstəliyi keçirənlər 6 ay (mütləq göz
həkimi, nevropatoloq və terapevt (pediator) kliniki müayinə etməli) dispanser nəzarəti altında olurlar.
Aktiv immunizasiya
. Planlı immunizasiya (ilin istənilən vaxtında) mütəxəssis yoluxma risk
qruplarına aid olan şəxslərə, patogen leptospirlə işləyən laborator personalına, eləcə də təbii və
təsərrüfat ocaqlarında inşaat və kənd təsərrüfatı işlərində çalışanlara aparılır. Peyvəndləri ərazi GEM-i
təyin edir.
Leptospiroza görə endemik yaşayış yerlərində uşaqlar, düyü əkməklə məşğul olanlar, melioratorlar
və yoluxma riskinə məruz qalan digər şəxslər immunizasiya olunurlar. Bu halda peyvəndlər epidemioloji
mövsüm başlanmazdan 2 ay əvvəl aparılır. Spesifik profilaktika zamanı öldürülmüş vaksinlə (7 yaşdan
başlayaraq) 2 dəfə 7 gün fasilə ilə 2-2,5 ml dozada dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra aparılır
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
212
Epidemioloji məsələ
Qəsəbədə 5 gün ərzində 3 leptospiroz hadisəsi (Grippotyphosa serovarı) qeyd olunub. Müayinə
nəticəsində təyin olunub ki, bütün xəstələr kənd təsərrüfatı işçiləridir və son aylar nəm çataqlıqlı biçin
yerində işləyirdilər.
Rayonun ərazisi leptospiroza görə endemik sayılır və ərazidə çoxlu miqdarda vəhşi gəmiricilər
məskunlaşıb (xüsusən taxıl siçanı və çöl siçanı).
İnsanların leptospiroza mümkün yoluxma yollarını göstərin. Əks epidemik tədbirlər planını tərtib
edin.
1 nömrəli Bakı Tibb Kolleci
213
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 39
GEM-də parazitoloji xidmət
Dərsin məqsədi:
Parazitoloji şöbənin işinin təşkili və quruluşu, eləcə də GEM-in
laboratoriyası ilə tanışlıq.
Dərsin planı:
1. Parazitoloji şöbənin işinin təşkili, quruluşu və əsas məsələləri haqqında müzakirə.
2. Laborator işin normativlərinin və sənədlərinin öyrənilməsi.
3. Parazitoloji şöbənin və laboratoriyanın avadanlığına baxış.
Dərsin qısa məzmunu -
Vilayət, şəhər GEM-in nəzdindəki epidemioloji şöbənin tərkibində
parazitoloji şöbə olur ki, orada parazitoloq-həkim və onların köməkçisi, ali təhsilli entomoloqlar, eləcə
də onların köməkçiləri işləyirlər. Bakterioloji şöbənin tərkibində parazitologiya üzrə laborantlar var.
Göstərilən sənətli işçilərin sayı GEM-in kateqoriyasına görə təyin edilir. Bundan başqa, transmissiv təbii
ocaqlı infeksiyalar təsadüf edilən əraziyə qulluq edən GEM-də müvəqqəti entomoloji dəstə təşkil edilir
ki, onların ştatı təmizləməyə məruz qalan sahədən asılıdır.
Kənd rayonların GEM-ində parazitoloji şöbə yoxdur, lakin parazitologiya və entomologiya üzrə
mütəxəssislər epidemioloji şöbənin tərkibinə daxildirlər və həmin şöbənin müdirinin rəhbərliyi altında
işləyirlər. Parazitoloji xidməti işinin əsas istiqamətləri bunlardır: helmintozların profilaktikası; yoluxucu
xəstəliklərin keçiriciləri olan buğumayaqlılarla mübarizə; ibtidailərin əmələ gətirdikləri xəstəliklərin
profilaktikası.
Parazitoloq həkimin işinin əsas məsələləri bunlardır: xidmət etdiyi ərazidə parazitar xəstəliklərin
öyrənilməsi və xəstəliyin analizi; parazitar xəstəliklər ocağının müayinəsi; parazitar xəstəliklərə qarşı
mübarizə; invaziyalı şəxslərin müalicəsi üçün lazım olan dərmanların təyin edilməsi və onların istifadəsi
üzərində nəzarət; müalicə-profilaktik və uşaq müəssisələrinin parazitar xəstəliklərlə mübarizədə apardığı
işə metodiki rəhbərlik; orta və aşağı personalın işinə rəhbərlik; sanitar-maarifi işi və sanitar aktivi ilə iş;
xəstəliklərin vəziyyəti və aparılan tədbirlərin hesabatının təşkili və onların təyin edilmiş vaxtda təqdim
edilməsi.
Bilavasitə parazitoloq həkimin köməkçisi orta təhsil ixtisaslı işçidir. Parazitoloq köməkçisinin işi
epidemioloq köməkçisinin işinə uyğundur, lakin parazitar xəstəliklərinə aiddir.
Parazitar xəstəliklərlə mübarizədə əsas yeri laborator işi tutur. Səhiyyə nazirliyinin təsdiq etdiyi
parazitoloji müayinələrin nomenklaturasını GEM-in bakterioloji laboratoriyası həyata keçirməlidir. Bu
nomenklaturaya əsasən şağıdakılar daxildir: helmint yumurtalarına, ibtidailərə (amyöb, balantidi,
lyambliya) görə nəcisin müayinəsi; trixinellaya görə əzələ liflərinin müayinəsi; malyariya törədicilərinə,
gənə spiroxetozuna görə qan yaxmalarının və qalın damlanın müayinəsi. GEM-in laboratoriyaları helmint
yumurtalarına görə torpağın, yuyuntuların, tozun, dırnaqların altından götürülən qaşıntıların, meyvənin,
tərəvəzin, gilə-meyvənin müayinəsini aparmalıdırlar.
Laborantın işinin nizama salınması laboratoriyanın işinin düzgün planlaşdırılmasında və onun iş
qrafikinin təşkilində vacib əhəmiyyət kəsb edir. Işin həcmi laboratoriya vahidi (iş vaxtının 10 dəqiqəsini
təşkil edir) ilə ölçülür. Bir iş günü ərzində laborant 30 laborator vahidini həyata keçirməlidir.
Daha tez-tez aparılan bəzi parazitoloji müayinələr üçün iş vaxtının normativi:
Müayinələr
Laborator vahidi
Malyariya üçün damla
1
Malyariya üçün qalın damla və yaxmaya baxış
3
Kompressoriumda trixinelloskopiya (əzələdən 24 kəsik)
1,5
Helmintlərə görə rektal qaşınmanın müayinəsi
1,5
Helmintlərə görə tərəvəz və meyvələrin müayinəsi
20
İbtidailərə görə nativ preparatın hazırlanması və ona baxış
2
1 nömrəli Bakı Tibb Kolleci
214
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 40
Laborantın şəxsi gigiyenası və laboratoriyadaxili yoluxmanın
xəbərdarlıq edilməsi
Dərsin məqsədi:
Tələbələri parazitoloji laboratoriyada işləyən zaman laborantın şəxsi
gigiyenası məsələləri ilə tanış etmək.
Dərsin planı:
1. GEM-in parazitoloji laboratoriyasında işləyən laborantın şəxsi gigiyena qaydaları.
2. Laboratoriya daxili yoluxmanın xəbərdarlıq edilməsi məsələlərinin müzakirəsi.
Dərsin qısa məzmunu -
Parazitoloji materialın müayinəsini aparan laborant laboratoriya daxili
yoluxmanın xəbərdarlıq edilməsi məqsədi ilə müayinə materiallarının, otaq, qabların
zərərsizləşdirilməsinin ümumi dezinfeksiya rejiminin ciddi gözlənməsi ilə yanaşı şəxsi gigiyena
qaydalarını da gözləməlidir.
Mikroskopla uzun müddət işləmə gözü yorur, baş ağrı, görmənin zəifləməsinə gətirib çıxarır. Buna
görə işıqlanma kifayət qədər olmalıdır. Mikroskopiya zamanı bir gözü yummağı məsləhət görülür
(binokulyar mikroskopdan istifadə etmək daha yaxşıdır) . Hər iki gözü növbə ilə işlətmək yaxşı olardı.
Göz üçün tapşırıqları bir neçə dəqiqə müddətində periodik olaraq aparırlar. Məsələn, növbə ilə bir gözü
əllə bağlayıb o biri ilə pəncərədən uzaqda yerləşən əşyaları (ağacda budaqları və s.) sayırlar.
Pipetdən istifadə etdikdə məhlulun sorulması zamanı onun ağıza düşməsi mümkündür. Buna görə
pipetlərə rezin armud geydirilir və ya onların ağzı pambıq tamponla tutulur.
Tərkibində helmint sürfələri olan nəcis, onikibarmaq baqırsaq möhtəviyyatı, əzələ və digər
materialların müayinəsi zamanı aşağıdakı qaydalara əməl edirlər: Berman aparatından mayeni küvet və ya
digər qab üzərində çıxarırlar. Bu zaman iş rezin əlcəkdə aparılır. İçərisində çöküntü olan sınaq şüşələrini
natrium xloridin doymuş məhlulu olan stəkanda saxlayırlar. Müayinə qurtardıqdan sonra bütün qablar və
aparatura qaynadılır.
Tenioz, exinokokkoz, alveokokkoza görə materialların (göstərilən helmintoz ocaqlarından nəcis,
buğumlar, torpaq) müayinəsi zamanı xüsusən ehtiyatlı olmaq lazımdır.
Parazitoloji müayinə üçün qan götürən zaman laborant aseptika qaydaları üzrə bütün tədbirləri (fərdi
şpris və iynələr, skarifikator, dərinin işlənməsi) görməlidir, eləcə də diqqətli olmalıdır ki, təsadüfən
özünü zədələməsin və ya dərisi üzərinə xəstənin qanının düşməsinə imkan verməsin.
Ümumi qayda üzrə dezinfeksiyaedici və yuyucu maddələrdən istifadə edərək əlləri yaxşıca
yuyurlar.
Laborantın dərisi üzərinə yoluxucu material düşdükdə həmin yeri 70%-li etanol ilə işləyirlər.
Selikli qişaların çirklənməsi zamanı ağızı çay sodasının 0,5%-li məhlulu, hidrogen xlorid turşusunun
0,5%-li məhlulu və ya kalium permanqanat (1:10000) məhlulu ilə yaxalayırlar. Gözləri də kalium
permanqanat məhlulu ilə yuyurlar. Buruna 1-2 damcı 1%-li protarqol məhlulu tökürlər.
Döşəmə, mebelin yoluxucu materialla çirklənməsi zamanı həmin yerə dezinfeksiyaedici məhlul
tökülür və ya üstünü altı qatlı tənzif salfetlə örtürlər ya da dezinfeksiyaedici məhlulda çoxlu isladılmış
pambıq-tənzif tamponlarla silirlər.
Çirklənmiş paltarı isladırlar, ayaqqabını isə dezinfeksiyaedici məhlulda isladılmış tamponlarla
silirlər.
1 nömrəli Bakı Tibb Kolleci
215
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 41
Müayinə üçün materialların yığılması, göndərilməsi və onunla işləmə
qaydası
Dərsin məqsədi:
Tələbələri yoluxucu materialın yığılması, müayinəyə göndərilməsi və onunla
işləmə qaydası ilə tanış etmək.
Dərsin planı:
1. Müayinə üçün yoluxucu materialın yığılması və laboratoriyaya göndərilməsi qaydası.
2. Müayinə qurtardıqdan sonra avadanlığın zərərsizləşdirilməsi.
Dərsin qısa məzmunu -
Laboratoriyada ən çox nəcis müayinə edilir. Onların yığılması üçün,
o cümlədən kütləvi müayinələr zamanı su keçirməyən qablardan (qapağı burulmuş şüşə və ya plastmas
bankalar) istifadə edirlər.
Laboratoriyaya yoluxucu materialın gətirilməsi ancaq xüsusi metal qutuda, biksdə və s. icazə
verilir. Bu məqsədlə zənbildən, çantadan və digər şəxsi əşyalardan istifadə etmək qadağandır.
Materialın qablaşdırılması ehtiyat tədbirlərinin gözlənməsi ilə aparılır. İçərisində yoluxucu
materialı olan baklar və sınaq şüşələrini dezinfeksiyaedici məhlulla silirlər və metalı məcməyiyə ya da
ştativə qoyurlar. Müayinəyə qədər nümunələri adi temperaturda sorucu şkafda saxlayırlar.
Bütün hallarda laboratoriyaya gətirilən materialın göndərişində xəstə haqqında pasport
məlumatları, təxmini diaqnoz və müayinənin məqsədi göstərilməlidir.
Laborant tibbi personala analiz üçün müayinə ediləcək materialın düzgün götürülməsini öyrədir. İş
prosesində yönəldilmiş bu və ya digər müayinə növünün əsaslandırılmasına nəzarət edir. Məsələn,
enterobioz və ya teniarinxoza şübhə olduqda çox vaxt tibb şiçisi xəstəni laboratoriyaya “helmint
yumurtalarına” görə analiz verməyə göndərir, lakin bu halda əsaslı sorğu aparmaq və anal ətrafı nahiyyədən
qaşıntı götürmək lazımdır.
Müayinə qurtardıqdan sonra qabları, şüşələri qaynatmaqla və ya içərisində karbol turşusunun 5%-li
məhlulu, lizolun 10%-li məhlulu olan baka 6 saata yerləşdirməklə zərərsizləşdirirlər. Göstərilən
maddələr olmadıqda zərərsizləşdirməni içərisində dezinfeksiyaedici məhlul olan bakda 1 gün ərzində
aparırlar, sonra onları yuyurlar və qaynadırlar.
Taxta çubuqları, kağızı və digər az qiymətli materialları yandırırlar. Yoluxucu xəstələrdən
götürülmüş nəcis, sidik və digər müayinə materialları olan qabları baklara yığaraq avtoklavda,
dezinfeksiyaedici məhlulla və ya qaynatmaqla zərərsizləşdirirlər. Dezinfeksiyaedici işləri personal rezin
əlcəklərdə aparmalıdır.
1 nömrəli Bakı Tibb Kolleci
216
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 42
Trematodozların profilaktikası
Dərsin məqsədi:
Trematodlar sinfinə daxil olan helmintlərin morfologiyasının və helmintlərə
görə müxtəlif materialların müayinə üsullarının öyrənilməsi.
Dərsin plan:
1. Makro- və mikropreparatlar, tablolar üzrə trematodlar sinfinə daxil olan helmintlərin
morfologiyasının öyrənilməsi.
2. Helmint yumurtalarına görə nəcis və digər materialların müayinəsi.
Dərsin qısa məzmunu -
Daha çox yayılmış bəzi trematodlara baxaq.
Opistorx
– sorucular sinfinə aiddir. Opistorxun bədəni lanset şəkilli, uzunluğu 1sm-ə qədərdir.
Bədənin ön hissəsində iki sormac yerləşir, arxa hissəsində isə iki iri 4 və 5 yuvalı toxumluq yerləşir.
Bədənin orta hissəsi balalıqla doludur. Balalıqda külli miqdarda yumurta olur.
Yumurtalar sarımtıl və bozumtul rəngdə, çox xırda, uzunluğu 26-30 mkm, oval, qismən
asimmetrikdir. Nazik aydın dairəyə alınmış qişası var. Bir qütbündə düz nazik xəttlə ayrılan qapaq, digər
qütbündə isə böyük olmayan qabarcıq görünür. Digər helmintlərin (klonorx və metaqonim) yumurtalarına
çox oxşayır. Ona görə də praktiki şəraitdə göstərilən helmintlərin növləri bir-birindən seçilmir.
Opistorx insanın, itin, pişiyin, donuzun və bəzi vəhşi heyvanların öd yollarında, qara ciyərində, öd
kisəsində və mədəaltı vəzidə parazitlik edir. Opistorxun son sahibi insan, eləcə də pişik, it sayılır. Su
mollyuskları (bitini) və bir sıra balıqlar (enlibaş, çapaq, çömçə balığı və karp balıqlarının növləri) ara
sahib sayılırlar.
İnsanlar adları çəkdiyimiz balıqları (əzələlərində yaşama qabiliyyəti olan opistorx sürfələri olan
balıqlar) qidalarında istifadə etdikdə yoluxurlar. Opistorx insanlarda opistorxoz xəstəliyini əmələ gətirir.
Klonorx
– opistorxu xatırladır, lakin ondan iridir və bədənin ön kənarı daha dartılmışdır.
Fərqləndirici cəhətlərdən biri bədəninin sonunda yerləşmiş şaxəli yumurtaların olmasıdır. Yumurtaları
açıq qızılı rəngdədir.
Klonorx insanın, itin, pişiyin və bəzi vəhşi heyvanların öd yollarında, qaraciyərində, öd kisəsində
və mədəaltı vəzidə parazitlik edir. Yumurtalar sahibin nəcisi ilə ifraz olunur. Şirin suda yaşayan
mollyusklar, balıq və xərçənglər ara sahib sayılırlar. İnsanlar qidasında çiy və ya yaxşı bişirilməmiş balıq,
xərçəngdən istifadə etdikdə yoluxur. Klonorx insanlarda klonorxoz xəstəliyini törədir.
Şistosomlar
– ayrı-ayrı cinsiyyətli trematodlardır. Ölçüləri 4-20 mm-dir. İnsanlarda
şistosomların 3 növünə rast gəlinir. Qan şistosomu sidik kisəsinin qan damarlarında parazitlik edir.
Sidik-cinsiyyət şistosomozunun törədicisidir. Yumurtaları iri, rəngsiz, uzadılmış-oval formada,
qütblərinin birində böyük tikanı var.
Manson şistosomu qarın boşluğunda və yoğun bağırsağın venasında parazitlik edir. Bağırsaq
şistosomozunun törədicisidir. Yumurtaları iri, sarımtıl rəngdə, uzadılmış-oval formada, iri yan tikanla
təmin olunub.
Yapon şistosomu qarın boşluğunda və bağırsağın venasında lokalizasiya olunur. Bağırsaq ya da
yapon şistosomozunun törədicisidir. Yumurtaları oval formada, uzunluğu əvvəlki növlərdən 2 dəfə azdır,
bir çox hallarda böyük olmayan küt yan tikanı görünür.
İnsan son sahib, su mollyuskları isə ara sahib sayılır. Şistosomlar insanın orqanizmində uzun
müddət parazitlik edir.
1 nömrəli Bakı Tibb Kolleci
217
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 43
Sestodozların profilaktikası
Dərsin məqsədi:
Sestodlar sinfinə daxil olan helmintlərin morfologiyasının və helmintlərə görə
müxtəlif materialların müayinə üsullarının öyrənilməsi.
Dərsin planı:
1. Makro- və mikropreparatlar, tablolar üzrə sestodlar sinfinə daxil olan helmintlərin morfologiyasının
öyrənilməsi.
2. Helmint yumurtalarına görə müayinə materialların öyrənilməsi.
Dərsin qısa məzmunu
İnsan orqanizmində onlarla sestod növü parazitlik edir. Onların törətdiyi
xəstəliklər sestodozlar adlanır.
Enli lent şəkilli qurd
- insan orqanizmində parazitlik edən ən iri qurddur. Onun uzunluğu 10
metrə qədər və daha çox ola bilər. Başın ölçüsü 3-5 mm-dir. Onun üzərində iki sorucu yarıq (botrium)
var ki, onun vasitəsi ilə lent şəkilli qurd bağırsağın divarına yapışır. Baş daralaraq nazik boyuna keçir. Enli
lent şəkilli qurdun yetişmiş buğumun mərkəzində rozetkaya bənzər tünd rəngli ləkə görünür ki, bu da
yumurtalarla dolu balalıqdır. Balalığın xüsusi çıxıntısı olur ki, yumurtalar buradan xaric olur.
Enli lent şəkilli qurdun yumurtaları nisbətən iri (75 mkm), boz və ya sarımtıl rəngdə, incə hamar
örtüklüdür və enli oval formada olur. Içərisində külli miqdarda iri dənəli yumurta sarısı hüceyrələri var.
Üst qütbündə qapaqcıq, alt qütbündə isə qabarcıq olur. Bir parazit gündə bir neçə milyon yumurta ifraz
edir. İnsan və bəzi məməlilər (pişik, it və s.) helmintin son sahibidirlər. Helmintin iki ara sahibi (balıqlar
və xərçəng) var. İnsanlar qidasında tərkibində lent şəkilli qurdun sürfəsi (pleroserkoid) olan balığı və onun
kürüsündən istifadə etdikdə yoluxur. Enli lent şəkilli qurd insanın, itin, pişiyin, donuzun və balıqla
qidalanan bəzi vəhşi heyvanların nazik bağırsağında parazitlik edir. Enli lent şəkilli qurd difillobotrioz
xəstəliyinin törədicisidir. Parazitin ömrü 10 ilə qədər uzanır.
Dostları ilə paylaş: |