Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
Soz metbexi


165
Beləliklə, Qadınlıq həmişə aldığı halda, qalib gəldiyi halda özünü məğlub
verən tərəf kimi göstərir. Kişilik isə əksinə, bunu anlamadan özünü qalib kimi 
aparır. Əsl gizli hakimiyyətin də düsturu elə budur. 
İlkin məlumat çox güclü olanda kişi orqanizminin onu birbaşa qəbul 
etməyə gücü çatmır. Həzm prosesi çox ağrılı ola bilər. Bilik ağacının barı isə 
çox güclü, adət edilməmiş  məlumatlarla zəngindir. Onu yalnız zərif, yum-
şaq, güclü qadın orqanizmi qəbul edə bilərdi. Psixodelik göbələkləri, barları 
qəbul edən şamanların, ya alimlərin təcrübəsi göstərir ki, orqanizm onları çox 
çətin qəbul edir, ürəkbulanması, baş  hərlənməsi, qusma və s. daimi olaraq 
bu hadisəni müşayiət edir. Həvva da ilk dəfə barı yeyəndə onun orqanizmi 
çox böyük sarsıntılar keçirtdi, dəfələrlə indiki dillə desək, öldü-dirildi. Qadın 
bu məlumatı qəbul edib onunla zənginləşdikdən sonra onu Adəmə ötürürdü. 
Cənnətdə o zaman cəmisi iki insan var idi, özü də Həvva Adəmin bir parça-
sıydı. Hər ikisinin bio sahələri birlikdəydi, birinin hissləri, duyğuları digərinə 
dərhal ötürülürdü. Bio sahələri və  təmasları vasitəsilə  Həvvanın bətnində 
mövcud olan artıq işlənmiş, nizamlanmış bütün məlumat bazası Adəmə ötürü-
lürdü. Bu Adəmin bərk amma, daha zəif orqanizmi üçün daha rahat idi. 
Bu gün də bütün insanlıq vahid sahələrin içərisində bir-birilə bağlı-
dır. Kvantın varlığı buna bir sübutdur. “Bir insanı öldürmək bütün insanlığı 
öldürməkdir” xəbərdarlığı bununla bağlıdır. Bir insanı öldürən bütün insanlı-
ğın ömrünü saniyənin bir qismi miqdarında alır. Bununla həm uzunömürlülü-
yün qarşısı alınır, həm məhşər günü yaxınlaşdırılır. İnsanlar eyni informasiya 
(kosmik, ilahi) qatından məlumat alırlar. 
Uzun müddət bir yerdə yaşayan  ər-arvad xarici görünüşlərində  də bir-
birinə  bənzəyirlər. Artıq məlumatı  Həvvanın vasitəsilə öyrənmiş Adəmin 
bətni məlumat ağacının barının dadına baxa bilərdi. 
Burada başqa bir hikmət də var. Qadın ərinin sevgisini, məhəbbətini sax-
lamaq istəyirsə, ona yeməyi yalnız özü hazırlamalı, özü öncə dadmalı, özü 
ərinə yedizdirməlidir. Çünki Zərdüşt Peyğəmbər demişkən: “Xörək bişirən 
xörəyə yalnız fiziki deyil, həm də mənəvi, ruhi təsir göstərir”. 
Ətraf mühitdən gələn informasiyanın miqdarında sabitlik, tarazlıq olma-
lıdır. Yəni məlumatın, informasiyanın saxlanma qanunu da pozulmamalıdır. 
Buna görə də qidayla ağız boşluğundan ətraf mühit barəsində gələn məlumat, 
bilgi artdıqca digər məlumat kanallarından gələn məlumat axını azaldılmalı idi. 
Elə bu səbəbdən “onlar yedikcə geyindilər”. Əvvəlcə informasiya qəbuluna 

166
Söz mətbəxi
çox həssas olan cinsi orqanlar, sonra başqa orqanlar örtüldülər. Fikir versəniz 
görərsiniz ki, inkişafları üçün daha çox informasiyaya ehtiyacı olan kiçik yaşlı 
uşaqları alt paltarlarına öyrəşdirmək çox çətindir. İmkan düşən kimi onlar alt 
paltarlarını çıxarıb atırlar. 
Qida sənayesinin güclü inkişaf etdiyi, qidanın daha çox məlumatsızlaş-
dı rıldığı (rafinadlaşdırıldığı, süniləşdirildiyi) və xaricdən çox qida məhsulları 
gətirən (başqa uzaq və yad mühit haqqında məlumat verən qida) ölkələrdə əks 
proses başladı. Çimərlik paltarları qısalmağa (məsələn, elə puritan İngiltərədə) 
başladı, sonra isə  vəhşi çimərliklər yarandı, nudist hərəkatları başladı. Bi-
zim mütəfəkkirlər, şairlər və s. nə qədər danışsalar da qida faktoru qaydaya 
düşməsə, dəriylə daha çox məlumat almağa tələbat artdıqca insanlarımız so-
yunacaqlar. Yoxsa utandıqlarından örtüldülər anlayışı düzgün deyil, çünki sat-
qınlıq anlayışı kimi hələ utanmaq anlayışı da yox idi, bir də Adəm və Həvva 
özlərini betonla belə örtsəydilər Allah onları görürdü. Yaradan hər şeyi, hər bir 
əzanı gözəl yaratmışdı, örtülmək üçün başqa səbəb yox idi. 
İnformasiyanın məhz daha çox qadından kişiyə keçməsi  şüuraltı  tə fək-
kür dən gələn bilgiylə yaradılmış armudu stəkanlarda özünü göstərir. Ar-
mudu stəkan öz forması ilə qadın  əndamını  əks etdirir. Baş  və ayaqların 
fiqurda göstərilməməsi mədəniyyətimizdə var. Məsələn, Qobustandakı qaya-
üstü rəsmlərdə qadınların baş hissələri çəkilməyib. Armudu stəkandakı maye 
(məcazi mənada informasiya) kişi tərəfindən içilir, amma fiqur (qadın bətni) 
yenidən dolur və bu proses daimi davam edir. 
Barın öncə məhz Həvva tərəfindən yeyilməyinin başqa səbəbi də qadının 
ana olacağı faktoru ilə bağlıdır. Qadın məlumatı həm kişi bətnindən, həm ətraf 
mühitdən daha çox toplayır ki, ətiylə, qanıyla, südüylə və s. uşağa ötürsün. Bu 
ən əsas məsələ idi. 
Digər tərəfdən Qadının bətninə yeni ruh daxil olanda, o hamilə olan an-
dan qadının bütün günahları bağışlanacaq, qadının bütün bətni, o cümlədən, 
analığı, Alov xanımın çox düzgün göstərdiyi kimi Rəhmi (analığı) Cənnətə 
çevriləcəkdi. Çünki, insan yalnız Cənnətdə yaradıla bilər, elə Adəmlə  Həvva 
kimi. Yeni ruh günahkar bətnə salınıb bəslənə bilməz. Qadın hər dəfə hamilə 
olub uşaq dünyaya gətirdikdə, onu iki il südlə bəslədikdə bütün günahlardan 
xilas olur. Belə qadının qulluğunda duran, ona nəvaziş göstərənlər Cənnətə to-
xunmaqla, yaxınlaşmaqla içində Cənnət gəzdirəni sevindirməklə savab qazanır, 
özləri də təmizlənir. Boylu qadına hörmətlə bağlı milli inanclarımız, adətlərimiz 

Matriarxat
167
də bu faktorla əlaqəli yaranıb. Buna görə də “Cənnət analarımızın və qadınları-
mızın ayaqları altındadır”. Yəni Cənnət Qadın duran yerdədir, qadınladır. 
Adəm ilk olaraq, Məlumat ağacının barını yesəydi heç bağışlana bilməzdi, 
çünki yeni insanları yaradacaq Cənnət onun içərisində deyildi, Qadındaydı. 
Böyük bir hikmət ondadır ki, Qadın barı yeyəndə həmin barı Cənnətdən 
çıxarmadı, onu içindəki Cənnətə saldı. Məlumat ağacının barı əslində elə Cən-
nətdə də qaldı. Bu isə böyük günah deyildi. Yaradanın proqramının icrası idi. 
Buradan daha bir vacib problemə də baxış açılır. Qadının cənnətinə düş-
müş ruhu oradan zorla abort vasitəsilə  çıxarmaq olar? Zənnimcə,  əslində 
məhz bu hərəkət insanlığı daha çox, daha əzablı günaha batırır. Həvvanın barı 
yeməsi yox. 
Yuxarıda qeyd etdiyimiz kimi ilk məlumatı  qəbul etmək çox əziyyətli 
olub, qadın orqanizmi həmin məlumatları qidayla qəbul edib adaptasiya ol-
duqdan sonra məlumat Adəmə ötürülüb. 
Bu hadisə içərisində Cənnət yerləşdirilmiş ali məxluqun, Qadının gen yad-
daşında qalıb. Onun bətninə uşaq düşdükdə, o yenidən sanki “zəhərlənmə” ha-
lını keçirir. Ürəkbulanmaları, başqa əziyyətləri başlayır. Xüsusilə hamiləliyin 
ilk aylarında yeni məxluq bətndə formalaşana kimi qadın ilk barın təsirini 
yenidən hiss edir, bu əziyyətlərlə yenidən təmizlənir, məsumlaşır. Bu fakt 
yeyilən ilk məlumat barının yalnız təfəkkürü dəyişkən vəziyyətə salan psixo-
delik deyil, həm də doğuşa səsləyən afrodizyak xüsusiyyətlərə malik olduğu-
nu göstərir. Hamiləlik zamanı çəkilən əziyyətlər vasitəsilə Cənnət haqqındakı 
bütün məlumatlar təzələnib yeni yaranan həyata ötürülür. 
Bu əziyyətləri çəkən, 9 ay bətnində ağırlıq gəzdirən, sonra isə ağrılarla uşaq 
dünyaya gətirən ana içərisində yaranmış  cənnətə görə “cəhənnəm”  əzabları 
çəkərək bu dünyada öz “cəzasını” alıb günahlardan daha da təmizlənir. Son-
rakı iki ili də öz uşağına süd verən Qadın Analıq yüksəkliyində durur. Həmişə 
güclü cinsi maqnetizmə malik olan qadın döşləri, uşağa süd əmizdirəndə öz 
cinsi maqnetizmini itirir, çox ülviləşir, məsumlaşır. Bu zaman qadın yenidən 
Ana Məryəmin səviyyəsinə ucalır, möminlərə vəd edilən “Gözləri yalnız Sizə 
baxacaq bakirə hurilərə” çevrilir. 
2 il uşağına süd verən qadın həm nəsil, həm həyat haqqında bütün mə-
lu matları uşağa ötürür, uşağın bu dünyadakı ruhi, fiziki, əqli sağlamlığı və o 
dünyası üçün gözəl zəmin yaradır, həm özü günahlardan tam təmizlənir, həm 
bu dünyadakı öz sağlamlığını qoruyub saxlayır. 

168
Söz mətbəxi
Əlbəttə ki, Yalançı Xristianlıq Qadının barı yeməklə onu Cənnətdə sax-
lamasını beyinlərdən, ürəklərdən sildi. Bu Şərqdə deyil, Avropada baş verdi. 
Sonradan oradan missionerlərlə Şərqə yayıldı. 
Beləliklə, Cənnətdə Məlumat ağacındakı barın ilk öncə Adəm tərəfindən deyil, 
məhz Həvva tərəfindən yeyilməsi faktının tərəfimizdən verilən traktovkası belədir. 
Banisi olduğum üçüncü qida nəzəriyyəsinə görə qida yalnız bədəni qur-
maq üçün lazım olan kərpiclərdən, struktur maddələrindən (zülal, yağ, karbo-
hidrat və s.) və enerjidən ibarət deyil, daha çox informasiya, məlumat daşıyı-
cısıdır. Məhz bu nəzəriyyənin müddəaları Məlumat ağacının barının daha çox 
məlumat-informasiya tutumlu olduğunu göstərir. 
Uca Allahımız qadını daha çox məlumat toplayan və ötürən yaradıb. Ona 
görə  də boylu qadın gözəl  şeylərə baxmalı, gözəl xeyirxah üzlər görməli, 
gözəl musiqiyə, təbiət səslərinə, gözəl sözlərə qulaq asmalı, müsbət emosiya-
larla yüklənməlidir ki, doğulacaq varlıq gözəl olsun. Uca Allahımız qadının 
daha çox məlumat toplaması üçün onu daha mükəmməl, daha güclü yaradıb. 
İndi 100%-li maskulin və 100% femin xüsusiyyətli insan yoxdur. Hər bir 
kişidə müəyyən səviyyədə feminlik, yəni qadın təfəkkür davranış payı, hər bir 
qadında isə müəyyən qədər maskulinlik, yəni kişilik təfəkkür davranış payı 
var. Buna görə də hər iki cinsdə həm intuitiv (daha çox qadın), həm də rasional 
(daha çox kişi) təfəkkür payı var. Yuxarıda qeyd etdiyimiz təbiəti məhvə apa-
ran xəstəlik – ağıl daha çox rasional təfəkkürlə bağlıdır. Hər hansı məsələnin 
həllini qadın intuitiv olaraq daha tez, ani olaraq tapır, kişiyə isə  məsələnin 
həllini hesablamaq üçün saatlarla, günlərlə vaxt tələb olunur. Bütün alimlərə 
bilgilər intuitiv olaraq ani verilir. O bundan ləzzət alır, sonradan bu veriləni 
hesablamaqla rasional təfəkkürlə isbatlayır. Bu mənada yaradıcılıq anında hər 
bir alim, şair, rəssam “qadın” olur, sonradan kişiləşir. Hansısa şairimizin “mən 
sabaha boyluyam, şeir doğacam” söyləməsi tam yerinə düşən ifadədir. 
Qadın bətnindəki məlumatın çoxluğu, ani olaraq informasiya qatına, sfera-
sına çıxmaq bacarığı ona böyük üstünlük verir. Bundan başqa boylu, bətnində 
uşaq olan qadın rasional təfəkkürə çox əsaslana bilməz, çünki bətnindəki, 
cənnətdəki məxluqun hələlik rasional təfəkkürü inkişaf etməyib, o hələ ağıl-
la xəstələnməyib. Boylu qadının logikadan kənar hərəkətləri də artıq uşağın 
düşüncə  tərzinin, istəklərinin nəticəsidir. Buna görə 100%-li qadın ağılla 
xəstələnmir. İntuitiv və rasional təfəkkürdən başqa kişilərdən fərqli olaraq, qa-
dınlar həm də, belə demək mümkünsə, “hormonal” təfəkkürə malikdirlər. Ay, 

Matriarxat
169
il, ömür ərzində qadın daima dəyişir. Müqayisə üçün həyatı, həqiqəti fil kimi 
təsəvvür etsək, kişi və qadın əvvəlcə filin quyruğunu tutub “həyat kəndirdir” 
söyləyirlər. Kişi elə yerində durduğundan “Kişinin sözü bir olar” deyiblər, 
onun üçün həyat həmişə kəndir olacaq, qadın isə hərəkətdədir. Bir azdan xor-
tumun yanında həyat onun üçün “boru”, qulaqların yanında isə “yorğan” ola-
caq. Kişi isə  əsəbiləşib onu başa düşməyəcək. Dünən axı o özü də deyirdi 
ki, həyat kəndirdir, indi isə niyə yalan danışır? Qadınsa düz danışır, o həyatı 
sadəcə indi belə görür. Bu təfəkkürün nisbiliyi qanunu daha çox hormonal 
təfəkkürlə bağlıdır. Qadın uşağa ötürmək üçün daha çox məlumat toplayır. Bu 
zaman intuitiv təfəkkürü güclü olan kişi qadını daha tez anlayır, onun gözü ilə 
görməyi bacardığından artıq kəndiri yox, yorğanı rasional təfəkkürdə hesab-
lamağa başlayır. Və yaxud rasional təfəkkürü güclü olan qadın özü bunu edir. 
Belə anlarda şedevrlər yaranır, tapıntılar olur. 
Belə şəxsiyyətlər bir sahəni deyil, müxtəlif sahələri əhatə edirlər, Eyniş-
teyn, Nizami kimi. Eynişteyn skripkada çalmasaydı, harmoniyanı duymasaydı 
Eynişteyn ola bilərdimi? Nizami fizikanı, riyaziyyatı, kimyanı bilməsəydi elə 
şair ola bilərdimi?
Beləliklə, Allahımız qadını daha bilikli və zəkalı yaratdı. 
Alov xanımın Gen mühəndisi N. Hemeisterin zəka genlərinin ötürülməsi 
ilə bağlı istinadından da belə nəticə çıxarılır ki, qadın həm atasının, həm anası-
nın zəka genlərinə, kişi isə yalnız anasının zəka genlərinə sahibdir. Bu yuxarıda 
qadın yaranışı haqqında dediklərimizi bir daha isbatlayır. Kişilərin problemin 
qarşısında özlərini itirib həlli daha gec tapması, müvəqqəti ruh düşkünlüyü 
də yanlarında qadın olmayanda olur. Dulsuneyasız Don Kixot olmur. Yalnız 
qadın yanında kişi cəngavər olur. Yanındakı qadın kişiyə bənzər olanda kişi 
özünü itirir. Səcdəsində durulası yumşaq zərif xarakteristikalı (xüsusiyyətli) 
məxluq kişini güclü edib, öz səcdəsində saxlaya bilir. Kişiyə bərabər olan de-
yil, məhz kişidən yuxarıda olan qadınlar bunu edə bilir. 
Biliklərin,  əsl biliklərin qadınlarda olduğuna heç kəs  şübhə etmir. Ya-
lançı xristianlıq vedunyalara, vedayuşix – bilgili qadınlara Avropada vedma 
deyərək yandırmasaydı, bu, bu gün də beləydi. Qeteralara gəlincə isə, belə qa-
dın məktəbləri şərqdə indi də var. Məsələn, Yaponiyada qeyşalar çox yüksək 
səviyyəli təlim keçir, geniş bilgilərə malikdirlər. 
Namus və  əxlaq anlayışlarına gəldikdə isə, rusların gəlişi ilə apardıqları 
dağıdıcı  mədəni siyasət nəticəsində  əmələ  gətirilmiş yalançı anlamlardan kə-

170
Söz mətbəxi
nara çıxsaq, azəri və islamı nöqteyi-nəzərdən baxsaq, görərik ki, hər iki anlayış 
həm qadına, həm də kişilərə eyni dərəcədə aiddir. Bu anlayışları cinsi orqanlar 
səviyyəsində saxlayıb onların toxunulmazlığı ilə bağlamaq düzgün deyil. Heç 
vaxt kişi ilə təmasda olmamış qız satqın, paxıl, murdar təfəkkürlü, yəni namus-
suz ola bilər. İmpotent kişi, friqid qadın da namussuz, əxlaqsız ola bilər. Amma 
bu və ya digər səbəbdən bir neçə sevgilisi olmuş şəxs çox əxlaqlı, namuslu ola 
bilər. Ona görə də cinsi toxunulmazlıqla namus, əxlaq anlayışlarını qarışdırmaq 
olmaz. Məsələn, dastan və ya nağıllarımızda belə bir şey var: Düşmən qalanı 
uzun müddət mühasirədə saxlayanda, artıq düşmənin qalib gəlib, kişiləri qılınc-
dan keçirəcəyi, qadınların zora məruz qalacağı məlum olanda, qaladan ən gözəl, 
ağıllı, igid qız düşmən sərkərdəsinin yatağına gedib qalanı qurtarardı. Bunu edən 
qız namussuzdurmu, yoxsa namuslumu? Yəni, anlayışları düzgün verməliyik. 
Başqa bir məsələ ki, qadının ərindən başqa bir kişiylə yaxınlıq etməsinə bütün 
dinlərdə daha mənfi münasibət var. Bu da qadının məlumat daşıyıcısı olmağı 
ilə bağlıdır. Qadın bir kişiylə təmasda olduqca o kişinin nəsli-kökü haqqında 
bütün məlumatı öz bətnində toplayır, sonra başqa kişidən uşağa qalsa da, o biri 
kişi haqqında məlumatı da uşağa ötürür. Beləliklə, uşaq tam olaraq ona həyat 
verən atanın nəslindən olmur. İncildə bu Onanla bağlı göstərilir. Onanın qarda-
şı öldükdən sonra atası Onana tapşırır: “Qar daşının arvadının yanına gir, qar-
daşının nəslini davam etdir. Onan başa düş dü ki, nəsil onunki yox, qardaşının 
olacaq, ona görə toxumunu yerə tökür dü”. Onan başa düşür ki, olan uşaq qar-
daşının uşağı olacaq, böyük olduğu üçün həm qardaşının, həm Onanın vərəsəsi 
olacaq. O da bunu istəmirdi. Allah buna görə Onanı cəzalandırıb öldürdü. Ona-
nın günahı Kaindən daha çox idi. Çünki Kain təkcə qardaşı Aveli öldürmüşdü. 
Onan isə qardaşının nəslini məhv etdi. 
Bir təcrübədə zooloqlar madyanlarla (dişi atlarla) zebraları cütləşdirirdilər. 
Bir il ərzində heç biri döl vermədi. Sonra həmin atları ayğırlarla cütləşdirdilər. 
Atların hamısı döl verdi, amma təzə doğulan dayçaların hamısının üzərində 
zolaqlar var idi. 
Bir az da çadra məsələsinə toxunmaq istərdim. 
Bəzən dinlərin qadını çadraya salmasının qadın hüquqlarının tapdalanma-
sı, patriarxatın qələbəsi kimi qiymətləndirirlər. Xüsusilə də xristian, Avropa 
mənsubiyyətli insanlar bunu mənə bir neçə dəfə göstəriblər. Qadınların baş-
larını bağlamasına qarşı Avropadakı müqavimət yalançı xristianlığın irticaçı 
siyasətinin nəticəsidir. 

Matriarxat
171
Bu məsələyə də müxtəlif, amma elmi-məntiqi aspektdən yanaşsaq görərik 
ki, qadını çadraya bürümək, onu daha da ucaltmaq, şəxsiyyət kimi yüksəkdə 
görmək istəyindən irəli gəlir. 
Ezoterik ədəbiyyatda, dini kitablarda bir sədd haqqında danışılır. Bu sədd 
həqiqət olan boşluq və bu boşluqdan yaradılmış bizim qeyri real dünyamız ara-
sında çəkilmışdir. Bu sədd cənnətlə bizim dünya arasındadır. Göstərildiyi kimi 
qadın ozlüyündə cənnəti təmsil edir, onun həmişə bir sirr olması, hətta özünün 
belə özünü tam anlamaması bununla bağlıdır. Buna görə də çadra əslində cənnət-
lə kobud dünya arasındakı həmin səddin təfəkkürdəki əksidir. Bu səddin bizim 
dünyamızdakı digər nümunəsi iki dənizi ayırıb qarışmağa qoymayan səddir. 
Cənnətin yolunun qadında olduğunu bildirən digər sədd isə bakirəlik pərdəsidir 
ki, tibbi, fizioloji nöqteyi nəzərdən bakirəlik pərdəsinin heç bir mahiyyəti yox-
dur. Buna görə də bunun məhz cənətlə dunya arasındakı səddin timsalı kimi ya-
radıldığını ehtimal etmək olar. Elə bu səbəbdən də bütün dinlər və mədəniyyətlər 
buna böyük diqqət yetirir bu və ya digər şəkildə dəyərlər sistemində istifadə 
edirlər. Bunu anlayan agahlar, maqlar, şamanlar və s. cinsi əlaqədən kamillik 
yolunun daha sürətli kecid vasitəsi kimi istifadə edirdilər. Digər yaradıcılıq for-
malarında da ehtiras hissi yaradılan əsərlərə sublimasiya edilə bilər. Məsələn 
rəssam modelə yüksək ehtiras hissi keçirdiyi anda, ehtirasını cilovlayıb əsərini 
yazsa daha güclü, daha cazibəli əsər alınacaq. Pərdeyi ismət dediyimiz bu sədd 
gəlinin duvaqda gətirilməsində, duvağın açılması üçün nəmər verilməsində, 
gəlinin gərdəkdə gözləməsində öz əksini tapır. Arşın mal alan filmində toy za-
manı qadın və kişi bölümlərini ayıran pərdə bu mənada cox böyük rəmzi gücə 
malikdir, tamaşaçı bu rəmzin təsiri altına düşməyə bilmir. 
Çadralı qadın olmasaydı dilimizdə “gözəl” sözü də yaranmazdı. Yalnız 
gözlərini və  əllərini gördüyümüz məxluqu biz “ay göz və  əl” yəni “gözəl” 
deyə cağıra bilərdik. 
Çadrada olan qadının yalnız üzünü, ya gözlərini görürük və ya yalnız 
səsini eşidə bildiyimiz bu ali məxluqla həmsöhbət olanda, onun savadı, danı-
şığı, təfəkkür, düşüncə tərzi bizdə bu cənnət daşıyıcısının necə şəxsiyyət oldu-
ğu, dünya görüşünün formasını, həyata baxışlarını anlamağa imkan verir. Bu 
zaman biz onun öncəliklə şəxsiyyətinə vurulur, onun necə dost, arxa, yoldaş, 
ana ola biləcəyinin fərqinə varırıq. Onun gözəlliyinin doqquz mərtəbəsini başa 
düşürük. Onuncu mərhələ don – xarici görünüş  mərhələsində “hər gözəlin 
bir eybi olar, eyibsiz gözəl olmaz” deyə özümüzü, içimizi rahatladırıq,  əsl 

172
Söz mətbəxi
sevgiyə düçar olur, əsl gözəlliyi görürük. Bu zaman əsl ilahi vurğunluq yara-
nır nağıllarımızdakı kimi, “görməzə-bilməzə bir könüldən, min könülə aşiq 
oluruq”.  Əgər evləndiyimiz  şirnilik, gözəllik, bəkməzdirsə, çadra düşəndən 
sonra onuncu-sonuncu zahiri gözəllik də xəyalımıza uyğunsa, onda aldığımız 
bəkməz bal çıxır, amma ən azı bəkməz də şirin, ləzzətli, sağlamlıq bəxş edən 
olur. Amma xarici görünüşə aldanıb, daha çox ehtirasın gücü ilə aldığımız 
xanımın içi boşdursa, onda mal dönür Nəsrəddinin üstündən iki barmaq kərə 
yağı çəkib qazıya rüşvət verdiyi küpəyə. İki barmaq vurduqdan sonra altdan 
peyin çıxır. Belə “gözəllərə” xalq “üstü bəzək, altı təzək deyib”. Belə sevgi 
şərab içmək kimidir. Öncə  ləzzət verir, sonra isə peşmançılıq yaradır. Son-
rakı peşmançılıq isə fayda vermir. Çox vaxt artıq gec olur. Yeri gəlmişkən 
Sanskritdə “vino” sözünün mənası “sevgili” kimi, rus, ingilis və başqa dillərdə 
isə şərab mənasında işlədilir. 
Çadrasız qadın isə, öncə öz xarici gözəlliyi ilə cəlb edib, öncə ehtiras ya-
radır. Ehtiraslı başda ağıl olmur. Ona görə də, “nədənsə xarici gözəl qadınlar 
adama ağıllı görünür”, ya da ruslar demişkən, “çirkin qadın olmur, sadəcə 
araq az olur” fəlsəfəsi yaranır.  İndi düşünün belə qadının böyütdüyü uşaq 
cəmiyyətə nə verə bilər?! 
Zənnimcə, çadra məsələsi qadın üzərinə salınmış, onu pünhanda saxlayan 
parça deyil. O daha çox gözdən, xüsusən də kişi gözündən asılmış bir pərdədir. 
Dediyimiz kimi, çimərlikdə kişilər qadınları cinsi obyekt kimi qəbul etmirlər. 
Bu zaman çadra əslində onların gözlərində olur. Beləliklə, çadra təfəkkürə 
təsirdir. 
Ola bilsin ki, burada paltarın, geyimin davranışa təsirindən istifadə edilir. 
Məsələn, bütün ordulardakı, məktəblərdəki uniformalar intizama, tabeçiliyə, 
eyniliyə təşviq etdiyi kimi, çadra da bütün qadınların əsas dəyərdə ana olmaq 
məqamında eyni olduğunu göstərir, onları daha çox ana olmağa, Məryəm ana 
səviyyəsində olmağa təşviq edir. 
Təfəkkürə təsirdə geyimin yerini inkar etmək olmaz. Bütün qulluqçular, 
məmurlar üçün qalstukun daimi dəbdə olması onları intizamda, tabeçilikdə 
saxlayır. Əvvəllər quldarlıq zamanı qulun boynundakı zəncir, kəndir sonra-
lar qalstuka çevrilib. Qalstuk taxan şəxs artıq, məsələn, geniş balaqlı şalvar, 
platforma ayaqqabı, sinəsi açıq köynək geyinə, uzunsaç saxlaya, ya başını 
tam dibdən qırxdıra bilmir, təfəkkür qəlibə salınır. Elə qulluqçu sözü də qul 
sözündəndir. Əlbəttə, bunu anlayanlar qalstuk taxsalar da təfəkkürlərini azad 

Matriarxat
173
saxlaya bilirlər. Amma bu çox az, yalnız iradəli adamlarda olur. Bəzən isə 
qulluqçu, məmur qalstukdan azad olmaqla təfəkkürünü azad edir. Məsələn, 
Moskvanın meri Yuri Luşkov kimi. Beləliklə, tərəfimizdən çadranın təfəkkürə 
təsiri də istisna edilmir. 
 Digər tərəfdən, alimlərimiz isbat etdilər ki, saçlar borucuq şəklində olan an-
tenna rolunu oynayır. Antennaya toz qonursa, külək onu oynadırsa qəbuledicidə 
sınmalar, pozuntular yaranır. Sağlam güclü saçlar ətrafdan, kosmosdan gələn 
məlumatı toplayıb ana bətninə, oradan da uşağa və kişiyə ötürür. 
Saçların gücündən “Tövrat”da, “İncil”də də danışılır. Saçından güc alan 
igidlər haqqında əfsanələr Çində, Yaponiyada da dolaşmaqdadır . 
Beləliklə, saçı yad ünsürlərdən qorumaq üçün o örtülməlidir. Özü də təbii 
parçalarla. Sintetik parça ilə örtülməkdənsə, saçların açıq qalması daha üstün-
dür. Çünki, sintetik parça antennaların qəbuledicilik qabiliyyətinə mane olur. 
Aparıcı  Təkallahlı dinlər qumlu səhralara malik Ərəbistanda yaranıb. 
Qızmar günəşin altında başıaçıq çox durmağı indi həkimlər də yay aylarında 
qadağan edirlər. Adamı gün vura bilər. Digər tərəfdən, güclü külək qalxanda 
dəriyə çarpılan qum dənəcikləri dərini zədələyib çopurluq yaradır. Ona görə 
də bu ölkələrdə elə indi də həm qadınlar, həm də kişilər çadraya bürünürlər. 
Ağ rəng günəş şüalarını daha yaxşı qaytardığı üçün, daha sərin olduğundan 
varlılar ağ rəngli çadra geyirdilər. Amma həm kişinin, həm qadının bürünməsi 
üçün parça az və baha olduğundan həmişə parça çatmırdı. Daha zərif dərini, 
içərilərdə qorunan cənnəti, dölü qorumaq üçün, öncə qadını  ətraf mühitin 
təsirindən qorumaq üçün ehtimal ki, qadının örtülməsi tapşırıldı. Artıq parça 
qalsaydı kişi də özünü örtəcəydi. 
Başqa dinlərdə də kahinlərin örtülü olması bununla bağlıdır. Rahibələr bu 
gün də örtülü gəzirlər. 
Bu biliklərin  əks-sədası xristianlıqda da qalmaqdadır. Kilsəyə gedəndə 
xristian qadınlar da başlarını örtürlər. Səbəbini soruşanda Allah evinə getdi-
yimiz üçün örtürük deyirlər. Məncə, Allahın evi bütün kainatdır, islam qadını 
yalnız məsciddə deyil, hər yerdə hər zaman Allah önündə olduğunu bilir və 
onun tapşırığı ilə özünü örtür. 
Digər tərəfdən, xristian ikonalarının hamısında Məryəm Ana başı örtülü 
təsvir edilib. İslamdakı qadınlar da Ana Məryəmə bənzəməklərində yanılmır-
lar. Yanılan, aldadılan, gözlərindən pərdə asılan xristian dünyasının qadınla-
rıdır. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin