Şad - xaqanlıqda ən yüksək əyan titulu idi.
Uyğur xaqanlığı (744-842)
Uyğur imperatorluğunun yaranması. Qutluq Bilgə Gül xaqan (744-745)
744-cü ildə Göytürk imperatorluğu dağıldıqdan sonra Qutluq Bilgə Gül xaqan Uyğur
xaqanlığının əsasını qoydu.
Qutluq Bilgə Gül xaqan hakimiyyəti dövründə:
Doqquz oğuz tayfalarını On uyğur ilə birləşdirərək Uyğur dövlətini yaratdı.
Ordu şəhərini Uyğur imperatorluğunun paytaxtı etdi.
Uyğur dövlətini geniş ərazini əhatə edən imperatorluğa çevirdi.
Dövlətin ərazisi şərqdə Altaydan Mancuriyaya, cənubda Qobi səhrasına qədər torpaqları
əhatə edirdi.
QEYD:
Uyğur sözünün mənası “müttəfiq”, “uyuşan” deməkdir.
Moyon Çur xaqanın hakimiyyəti (745-759)
745-ci ildə Qutluq Bilgə Gül xaqan vəfat etdi. Onun yerinə oğlu Moyon Çur xaqan (745-759) keçdi. Moyon Çurun
hakimiyyəti zamanı Çində ərəblərlə döyüşdə məğlubiyyətdən sonra güclü çəkişmələr baş verdi, Çin sərkərdəsi qanunsuz
olaraq Çində hakimiyyəti ələ keçirdi. Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru uyğurlardan kömək istədi. Bu zaman
Moyon Çur Çin imperatoruna hakimiyyəti qaytarmaqda kömək göstərdi və
Çinin paytaxtını tutub devrilmiş Çin
imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin Uyğur dövlətinə hər il ipəklə bac verməli idi.
QEYD:
Çini özündən asılı vəziyyətə salmaları I Göytürk imperatoru Muğan xaqanın və Uyğur xaqanı Moyon Çur
xaqanın fəaliyyətində oxşar cəhət təşkil edir.
Qutluq Bilgə Gül xaqan
68
Bögü xaqanın hakimiyyəti (759-779)
Moyon Çur xaqandan sonra onun oğlu Bögü xaqan hakimiyyəti ələ keçirdi. Bögü xaqanın dövründə:
Çinin bütün ticarət əlaqələri uyğurların əlinə keçdi.
Çinə hücum edən tibetlilər darmadağın edildi.
QEYD:
762-ci ildə tibetlilər Çinə basqın edərkən Bögü xaqan Çin kimi zəngin bir ölkəni itirməmək üçün mübarizəyə
başlamış və bu mübarizədə qalib gəlmişdi.
Bağa Tarkan xaqanın hakimiyyəti (779-789)
Bögü xaqandan sonra Bağa Tarkan xaqan hakimiyyətə gəldi. Bağa Tarkanın dövründə Uyğur xaqanlığı gücləndi və
iqtisadiyyatı daha da yüksəldi.
Lakin IX əsrin birinci yarısından başlayaraq Uyğur xaqanlığı zəifləməyə başladı. 842-ci ildə
qırğızların üsyanı nəticəsində Uyğur dövləti süqut etdi.
Uyğur xaqanları
Uyğur xaqanlığının iqtisadi həyatı
Çətin coğrafi şəraitə baxmayaraq, uyğurlar zəngin
təsərrüfat həyatına malik idilər. Maldarlıq və əkinçilik
təsərrüfat həyatında mühüm yer tuturdu. Sənətkarlığın
dəmirçilik, zərgərlik, toxuculuq, xüsusilə xalçaçılıq sahəsi
inkişaf etmişdi. Böyük İpək yolu buradan keçdiyi üçün bir
çox ölkələrlə ticarət əlaqələri qurulmuşdu. Uyğurlar böyük
şəhərlər (
Qarabalasqun, Beşbalıq, Qaraxoca, Qaşqar,
Xotan, Yarkənd, Turfan, Qaraşar, Ağsu və.s)
salmışdılar.
Şəhərlər arasında çoxlu yollar çəkilmişdi. Bu yollardan indi
də istifadə edilir. Uyğurlar avropalılardan xeyli əvvəl kağız
istehsal etmiş və mətbəə yaratmışdılar. Onlar kitab çap
edirdilər. Uyğurların özünəməxsus əlifbası da olmuşdur.
QEYD:
Hazırda uyğurların əksəriyyəti Çinin Sintszyan-
Uyğur əyalətində yaşayır.
Uyğur dövlətini yaratdı, Ordu şəhərini Uyğur imperatorluğunun paytaxtı
etdi, Uyğur dövləti imperatorluğa çevrildi.
Çinin paytaxtını ələ keçirərək imperatorun hakimiyyətini bərpa etdi, Çin
uyğurlardan asılılığı qəbul etdi.
Uyğur dövlətinin Çin üzərində nüfuzunu artırdı, uyğurlar Çinin bütün
ticarətini öz nəzarəti altına aldı, Çinə hücum edən tibetlilər məğlub edildi.
Bögü xaqan (759-779)
Moyon Çur (745-759)
Qutluq Bilgə (744-745)
Bağa Tarkan (779-789)
Uyğur xaqanlığı gücləndi, iqtisadiyyatı daha da yüksəldi.
II Göytürk
I Göytürk
Uyğur
Böyük Hun
Çinə qarşı mübarizə aparmış türk dövlətləri
69
Oğuz dövləti
Oğuz dövlətinin yaranması
Uyğur dövləti dağıldıqdan bir qədər sonra Seyhun çayı və Xəzər dənizi arasında yerləşən türk boyları birləşib tarixi
mənbələrdə Oğuz dövləti və ya Yabqu dövləti kimi qeyd olunan dövlət yaratdılar. X əsrdə yaranmış Oğuz dövlətinin mərkəzi
Yenikənd şəhəri idi. Oğuz dövlətinin idarəetmə sistemi belə idi:
Yabqu - dövlət başçısı hesab edilirdi.
Subaşı - orduya başçılıq edir, yabqudan sonra ən
səlahiyyətli şəxs idi.
Gülərgin yabqunun vəkili sayılırdı.
Divan - Dövlət başçısının yanında fəaliyyət göstərən
orqan idi.
Təhsildar - Şəhərlərdən vergiyığan məmurlar idi.
Oğuz dövlətində ordunun əsasını atlı qoşun təşkil edirdi.
Oğuzların İslam dinini qəbul etməsi.
İslam dinini qəbul edənə qədər oğuzlar Göy tanrıya inanırdılar. 950-ci ildə oğuzlar İslam dinini qəbul etdilər. Bu dini
qəbul edən oğuzları türkmən adlandırmağa başladılar. Tezliklə İslam dini oğuzlar arasında hakim dinə çevrildi. Oğuzların
İslam dinini qəbul etməsinin böyük əhəmiyyəti var idi. Belə ki, oğuzlar İslam dinini qəbul etdikdən sonra:
Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi.
İslam və türk ənənələri birləşdi.
Oğuz dövlətinin süqutu. Oğuz axınları
Daxili çəkişmələr nəticəsində Oğuz dövləti zəiflədi. Bu vəziyyətdən istifadə edən qıpçaqlar 1000-ci ildə Oğuz
dövlətinin varlığına son qoydular. Dövlət süqut etdikdən sonra müxtəlif istiqamətlərə oğuzların yeni axınları başladı. Onların
bir hissəsi Qara dənizin şimalında məskunlaşdı, digər qismi isə İran, İraq, Azərbaycan və Anadoluya yayıldı.
70
Avar xaqanlığı (558-803)
Avarların Şərqi Avropaya yürüşü
552-ci ildə
Göytürklər Jujan dövlətinin varlığına son qoyduqdan sonra jujanların bir qismi qərbə çəkildi və Qafqazda
məskən saldılar.
Jujan dövləti dağılarkən qərbə çəkilən jujanlar “avar” adlanmağa başladı. Türkcə avar sözü “dirənən, qarşı
gələn” mənasını verir.
Avarlar az sonra
Qafqazdan köçərək Şərqi Avropaya getdilər və
Şərqi Avropanın türk xalqları ilə
qaynayıb qarışaraq burada Avar dövlətini yaratdılar. Avar xaqanlığının yaranmasında və möhkəmlənməsində hun, sabir,
oğuz və.b türk tayfaları yaxından iştirak etmişdilər.
Avar xaqanlığının yaranması
Avar tayfaları
Şərqi Avropada
558-ci ildə Bayan xaqanın başçılığı ilə Avar dövlətini yaratdılar. VI əsrin sonlarında,
hökmdar Bayan xaqanın hakimiyyəti dövründə:
Bizans avarlara vergi verməyə başladı.
Alman və slavyan tayfalarının bir hissəsi avarlardan asılı hala düşdü.
Avar dövləti güclü imperatorluğa çevrildi.
VI əsrin sonlarında,
hökmdar Bayan xaqanın hakimiyyəti dövründə
artıq imperatorluğa çevrilmiş Avar xaqanlığının
ərazisinə indiki Macarıstanın, Çexiyanın, Slovakiyanın, Avstriyanın və Almaniyanın cənub bölgələrinin bir hissəsi daxil
idi.
Göründüyü kimi, Avar xaqanlığının ərazisinə Şərqi və Qərbi Avropanın böyük hissəsini əhatə edirdi.
Konstantinopolun mühasirəsi
Avar xaqanlığı Bizansla qonşu olduqdan sonra onun Bizans üzərinə hücumları artdı. Avarlar Sasanilərlə birlikdə iki
dəfə Konstantinopolu mühasirəyə aldılar. 626-cı ildə Konstantinopolu
n ikinci mühasirə zamanı avarlar məğlub olaraq şimala
çəkildilər. Avarların bu məğlubiyyətinin səbəbi onların donanmamasının olmaması idi.
Beləliklə,
Konstantinopolun
hər
iki
mühasirəsi avarlar üçün uğursuz oldu. Bu
uğursuzluqdan sonra:
Avar xaqanlığının qüdrəti sarsıldı.
Hakimiyyət uğrunda mübarizə başladı.
Avar xaqanlığına
tabe olan xalqların
üsyanı baş verdi.
Bu amillər
Avar xaqanlığının
zəifləməsinə
səbəb oldu
.
Avarların Konstantinopolu mühasirəyə alması (qədim şəkil)
71
Avar xaqanlığının zəifləməsi və süqutu
Avar xaqanlığının süqutunun əsas səbəbi əsasən aşağıdakı amillərlə bağlı olmuşdur:
Xaqanlığa tabe olan xalqların üsyanları.
Hakim təbəqənin hakimiyyət uğrunda mübarizəsi.
Üsyanlar yatırılsa da, Avar xaqanlığına güclü zərbə vuruldu. Avarlara növbəti zərbəni bulqarlar vurdu. Belə ki,
Bulqar
dövlətinin başçısı Kubrat xan avarlardan ayrılan bəzi türk tayfalarını öz elinə birləşdirdi. O, avarları Qara dənizin şimal
sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axarlarından sıxışdırıb çıxardı.
Avar xaqanlığının varlığına isə franklar son qoydular.
VIII əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında
uzunsürən müharibə başlandı. Avar-frank müharibələri nəticəsində:
Franklar avarların Pannoniya ərazisini tutdular.
803-cü ildə
Avar dövləti süqut etdi.
Avar imperatorluğu süqut etdikdən sonra avarlar Balkan yarımadasına, Macarıstanın şərq vilayətlərinə səpələnərək
xristianlaşdılar və yerli əhali içərisində əriyib getdilər.
Hazırda Şimal-Qərbi Azərbaycanda və Dağıstanda yaşayan avarlar
qədim avar türklərinin nəsilləri hesab olunur.
Bulqar dövləti
Böyük Bulqar dövləti (630-665). Kubrat xan
Qərbi Göytürk xaqanlığı süqut etdikdən sonra Şərqi Avropa düzənliklərində iki dövlət formalaşmışdı:
Qara dəniz ətrafında Böyük Bulqar dövləti (630-665).
Xəzər dənizinin şimal ərazilərində Xəzər xaqanlığı (634-965).
Bulqar dövləti yarandığı vaxtdan güclü siyasi qüvvəyə çevrilmişdi. Lakin dövlətin əsasını qoymuş Kubrat xanın
vəfatından
sonra Böyük Bulqar dövləti zəiflədi
və onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başladı. Bu zaman
xəzərlər yaranmış fürsətdən istifadə edərək bulqarlar üzərinə hücum etdilər. 660-cı ildə xəzərlərlə bulqarlar arasında baş
vermiş döyüş nəticəsində:
Xəzərlər qalib gəldilər.
Bulqarların bir hissəsi xəzərlərin hakimiyyətini qəbul etdilər.
Bulqarların digər bir hissəsi isə Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə Dunay ətrafına çəkildi.
Beləliklıə, Böyük Bulqar dövləti iki hissəyə parçalandı:
Volqa Bulqar türk dövlətinə.
Dunay Bulqar türk dövlətinə.
QEYD:
Bulqar sözünün mənası ― qarışmaq” deməkdir. Qara dənizin şimal sahillərində və Şimali Qafqazda
məskunlaşan və oğuz türk qupuna daxil olan onoqurlar, sarıqurlar, utruqurlar, kutuqurlar hun türkləri ilə qarışaraq bulqar
adlanmağa başladılar.
Dunay Bulqar dövləti
İdil Bulqar dövləti
72
Volqa (İdil) Bulqar türk dövləti (665/965-1236)
Volqa (İdil) Bulqar türk dövləti Orta Volqaboyu və Aşağı Kama çayı sahillərində yaşayan türk tayfalarının yaratdığı
ilk türk dövləti idi. Volqa Bulqar dövlətinin qurucusu Kubrat xanın oğlu Baqi Bayan xan, paytaxtı isə Bulqar şəhəri idi.
Bulqarlar uzun müddət xəzərlərin tabeliyində olmuş, onlara vergi vermişdilər. 965-ci ildə Xəzər xaqanlığı dağıldıqdan sonra
bulqarlar yenidən müstəqil oldular.
Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Burada sənətkarlıq,
xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar. Bulqar
xanlarının adından pul kəsilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi
bulqarlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə
imkan yaradırdı. Bulqarlar taxıl, xəz-dəri, sənətkarlıq məmulatları ixrac edirdilər.
Volqa Bulqar türkləri İslam dini qəbul etmiş ilk türk tayfalarından biridir. Bulqar xanı hətta Abbasi xəlifəsindən İslam
dinini öyrənməyə kömək etmək üçün alimlərin göndərilməsini xaiş etmiş, xəlifə də bir qrup alimlər göndərmişdi.
Monqolların Şərqi Avropaya yürüşü zamanı İdil (Volqa) Bulqar türk dövləti təhlükə altına düşdü.
1236-cı ildə
monqollar
Volqa (İdil) Bulqar türk dövlətinin
varlığına son qoydular.
Dunay Bulqar türk dövləti (679-864). Asparux xan
679-cu ildə Dunay Bulqar türk dövlətinin qurucusu Asparux xan Bizansı
məğlub edərək Cənub-Şərqi Avropada müstəqil Bulqar-türk dövlətini qurdu.
Həmin ildə Bizansla Asparux xan arasında imzalanan müqaviləyə əsasən:
1.
Bizans imperiyası
Bulqar-türk dövlətinin müstəqilliyini tanıdı.
2.
Bizans Bulqar-türk dövlətinə xərac verməli oldu.
Dunay Bulqar türk dövlətinin paytaxtı əvvəlcə Pliska sonra isə Preslav
şəhəri olmuşdur.
Bulqar dövlətini bütün hakimiyyəti öz əlində cəmləşdirmiş xan
idarə edirdi. Ölkənin şəhərləri bir sıra dövlətlərlə ticarət əlaqələri saxlayırdı.
Ə
halisi, əsasən, əkinçiliklə məşğul olurdu. Bağçılıq və maldarlıq da inkişaf
etmişdi.
Bulqar türk dövlətinin xarici siyasətində öz ərazilərində müstəqil türk
dövlətinin olması ilə razılaşmaq istəməyən Bizans imperiyası ilə münasibətlər
xüsusi yer tuturdu.
IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi. Bu
dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı. Şərqi Avropada olan
yeganə duz mədənləri də bulqarlara məxsus idi.
Omurtaq xanın dövründə dövlət öz qüdrətini saxlasa da Boqoris xanın dövründə zəifləməyə başladı.
864-cü ildə
Bulqar türk dövlətində
xristianlıq dövlətin rəsmi dini elan edildi.
Bulqar türk dövlətində
xristianlıq dövlətin rəsmi dini elan
edilməsi nəticəsində:
Ölkənin ərazisinə slavyanların çoxsaylı axınları daha da artdı.
Bulqarlar slavyanlaşaraq öz varlıqlarını itirdilər.
Mərkəzi Avropada yaranmış daha bir türk birliyinin varlığına son qoyuldu.
73
Xəzər xaqanlığı (634-965)
Xəzər xaqanlığının yaranması
Şərqi Avropa çöllərində yaşayan tayfalar o
cümlədən xəzərlər Qərbi Hun imperatorluğu
dağıldıqdan sonra müstəqil oldular. Xəzərlər
sabir,
onoqur və altay türklərinin törəmələri idi. Xəzərlər
VII əsrin əvvəllərindən başlayaraq əvvəlcə Xəzər
dənizinin qərb sahillərində, o cümlədən Azərbaycan
ərazisində yaşamış, sonralar qərbə və şərqə doğru
yayılmışdılar.
Göytürk xaqanlığı yarandıqdan sonra
xəzərlər onun qərb qanadlarından birini təşkil edirdi.
634-cü ildə Qərbi Göytürk dövləti dağıldıqdan sonra
xəzərlər
yenidən
müstəqil oldular və Xəzər
xaqanlığını yaratdılar. 634-965-ci illərdə mövcud
olmuş Xəzər xaqanlığının paytaxtı Səməndər, sonra
isə İdil şəhəri olmuşdur.
Xəzər xaqanlığı Şərqi Avropada yaranmış ilk feodal dövlət idi.
VIII-IX əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli
dövrünü yaşayırdı. Bu zaman onun ərazisinə Şimali Qafqaz, Azov dənizi sahilləri və Krım yarımadasının bir hissəsi daxil
idi.
Xəzər xaqanlığının zəifləməsi və süqutu
IX əsrin ikinci yarısında şərq slavyanlarının bir çox tayfaları xəzərlərə
bac verirdi. Lakin zaman keçdikcə Xəzər xaqanlığı zəifləməyə başladı. Dövlətin
zəifləməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi:
Xəzərlərin tdigər ürk tayfası olan peçeneqlərlə mübarizəsi.
Azərbaycan
uğrunda
xəzərlərlərin
ərəblərlə
uzunmüddətli
müharibələr aparması.
Zəifləmiş xaqanlıq X əsrin 60-cı illərində (962-ci ildə) Kiyev rus dövləti
tərəfindən işğal olunaraq varlığına son qoyuldu.
Xəzər xaqanlığının idarəetmə sistemi. Təsərrüfatı. Ticarət əlaqələri
Ölkəni xaqan idarə edirdi. Xaqanın ətrafında böyük imtiyaz sahibi olan
bəylər və tarxanlar toplaşmışdı. Xəzər dövlətinin güclü ordusu var idi. Xəzərlər
burada və ətraf ərazilərdə çox böyük nüfuza malik idilər.
Ölkənin ərazisindən şimala və şərqə doğru uzanan ticarət yolları keçirdi.
Geniş ticarət əlaqələri ölkənin iqtisadi və mədəni inkişafına əlverişli şərait
yaradırdı.
Volqa ilə Dnepr
arasındakı ərazislər
Qara dənizin şimalı
Şimalı Qafqaz
VIII-IX əsrlərdə Xəzər xaqanlığına daxil olan ərazilər
Slaviyanların xəzərlərə bac
verməsi (qədim şəkil)
74
Çin
Şərq ölkələrində feodalizmin meydana gəlməsi
III-V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri yarandı. Quldarlıq quruluşunu feodalizm əvəz etdi.
Böyük
təsərrüfat sahələri, münbit torpaqlar şərq xalqlarının həyatının sürətlə dəyişməsinə şərait yaratdı. Bu dövrdə Çin, Hindistan,
Azərbaycan və İranda feodal münasibətləri formalaşdı. Feodalizm quruluşu torpaq sahibi olan feodallar və onların
torpaqlarında çalışan kəndlilərin iqtisadi münasibətləri üzərində yaranıb inkişaf edirdi.
Çində «güclü ailələr»in yaranması
III- VII əsrlərdə Çində iri xüsusi torpaq sahibləri -
«
güclü ailələr
»
(
iri feodallar)
adlanırdı.
«
Güclü ailələr
»
dövlət üçün
əlverilşi deyildir. Çünki
«
güclü ailələr
»
in artması və möhkəmlənməsi nəticəsində:
Kəndlilərin torpaqsızlaşmasına səbəb olur, iri feodallar onları özlərindən asılı olan icarədarlara çevirirdilər.
Dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi.
Asılı vəziyyətə düşmüş kəndlilər töycü şəklində vergilər ödəyirdilər. VIII əsrdən etibarən Çində feodallar dövlət
torpaqlarını zəbt etməyə başladılar.
Həmin ərazidə yaşayan kəndlilər isə feodallardan asılı kəndliyə çevrildilər.
Çində dövlət feodalizminin formalaşması
«
Güclü ailələr
»
ə qarşı mübarizə aparmaqla xüsusi torpaq mülkiyyətinin inkişafını tamamilə dayandırmaq əlverişli
olmadığı üçün Çində digər Şərq ölkələrində olduğu kimi dövlət feodalizmi formalaşırdı. III-VII əsrlərdə Çində ən böyük
torpaq sahibi olan imperator hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq
sahələri paylayırdı.
Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər.
Suy sülaləsinin hakimiyyəti (586-618)
«Sarısarıqlılar» üsyanı və digər amillər III əsrin əvvəllərində Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb
oldu, Çin xırda dövlətlərə parçalandı və Qədim Çin imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir neçə dövlət
yarandı. Çində feodal münasibətlərinin inkişafı yenidən vahid dövlətin yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan
rəqiblərinə qalib gələrək:
Dostları ilə paylaş: |