―Xalqların böyük köçü‖ündə iştirak edən xalqlar
Hun
Slavyan
Alan
Qot
Hunların köç etməsinin səbəbləri
əhalinin sayının artması
tayfalar arasında çəkişmələr
otlaq sahələrinin azalması
iqtisadi
siyasi
sosial
60
Qərbi Hun imperatorluğu Atillanın hakimiyyəti dövründə (434-453)
Atillanın hakimiyyəti dövründə Qərbi Hun dövləti qüdrətli imperatorluğa çevrildi. İmperatorluğun sərhədləri şərqdə
Volqa çayından qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından şimalda Baltik sahillərinə qədər böyük bir ərazini
əhatə edirdi. İmperatorluğun ərazisinə müasir Rumıniya, Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Cənubi Rusiya və
Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir çox tayfa və xalqların döyüşçüləri vuruşurdular. Hər bir tayfanın Atillanın
yanında nümayəndəsi var idi. Qərb dövlətlərində yaşayan əhali bu sərkərdəni «Tanrı qırmancı Atilla» adlandırırdı.
Avropa mənbələrində Atillanın şəxsiyyəti haqqında yazılır ki, Atilla möhkəm iradə və xarakterə, iti ağıla malik idi. O,
düşməninə qarşı amansız, silahdaşları ilə münasibətdə alicənab və xeyirxah olmuşdur.
Hun tayfalarının yürüşləri.Qərbi Hun imperatorluğunun ərazisi
61
Qərbi Hun imperatorluğunun Bizansla münasibətləri
Atilla sələfləri kimi Bizansı təzyiq altında saxlayaraq onu sülh bağlamağa məcbur etmişdi. Lakin sülh bağladıqdan
sonra
Bizans Qərbi Hun imperatorluğu ilə bağladığı barışıq şərtlərini pozur, illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları
himayə edirdi. Odur ki, Atilla ordusu ilə yenə də Bizansa yürüşə başladı.
447-ci ildə
Atilla yenicə təşkil olunmuş ordusu ilə Bizansa yürüş etdi. Yürüş zamanı Atilla yolu üzərindəki bütün
şəhərləri ələ keçirdi və Konstantinopolu mühasirəyə aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün təcili olaraq Atillanın
yanına elçi göndərdi və Atillanın tələb etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər çox ağır şərtlərlə sülh müqaviləsi
imzaladılar.Bundan sonra Atilla Konstantinopoluun mühasirəsini dayandıraraq geri çəkildi.
Qərbi Roma ilə münasibətlər. Katalaun döyüşü (451)
Bizans yürüşündən sonra
Atillanın əsas məqsədlərindən biri Qərbi
Roma imperiyasını tabe etmək idi. Bu məqsədlə
Atilla
451-ci ildə
200 min
ordu ilə Qalliyaya doğru irəlləyərək Orlean şəhərinə çatdı. Burada 451-ci
ildə
Katalaun ərazisində
Aetsinin başçılıq etdiyi Roma ordusu ilə qanlı
döyüş
baş verdi
. Qot tarixçisinin məlumatına görə döyüş nəticəsində:
Hər iki tərəfdən 160 min əsgər öldürüldü.
Atilla ordusunun yenilməzliyin görən Aetsi geri çəkildi.
Atilla Katalaun döyüşündən sonra hərbi əməliyyatları davam etdirərək
452-ci ildə Roma şəhərinin darvazaları qarşısına gəldi. Bu zaman papa III
Leon böyük bir elçi ilə Atillanın yanına gələrək ondan şəhəri dağıtmamağı
xahiş etdi. Romalılar hunların bütün şərtlərini qəbul etdi. Atilla isə Roma
şəhərinə toxunmayıb oranı tərk etdi.
Qərbi Hun imperatorluğunun süqutu (470-ci il)
Atilla İtaliyadan
zəfərlə
qayıtdıqdan sonra İrana hücum edib sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin
453-cü ildə Atilla qəfildən öldü. Atillanın ölümündən sonra
ölkədə hakimiyyət onun oğlanları arasında bölündü. Bundan
sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə başladı və
470-ci ildə süqut etdi.
Qərbi Hun imperiyasından sonra onun yerində Avropada Avar, Xəzər və Bulqar türk dövlətləri yarandı.
Bizansın illik vergini gecikdirməsi və qaçqınları
himayə etməsi
Atillanın Bizansa qarşı yürüşə çıxmasının səbəbləri
Bizansın lunlarla bağladığı sülhünün şərtlərini
pozması
Almaniyanın
bir hissəsi
Qərbi Hun
imperiyası
Macarıstan
Avstriya
Yuqoslaviya
Rumıniya
62
Ağ Hun imperatorluğu
Ağ Hun imperatorluğunun yaranması (IV əsrin sonları)
Qərbi Türküstan ətrafına köç edən hunlar IV əsrin sonlarında burada Ağ Hun dövlətini yaratdılar. Ağ Hun dövləti:
Ərazisi Mərkəzi Asiya, Əfqanıstan və Şimal-Şərqi Hindistanın bir hissəsini əhatə edirdi.
Sərhədləri şimalda Seyhun çayı və Səmərqənd ətrafından, qərbdə Xəzər dənizinin cənubuna qədər uzanırdı.
V əsrdən etibarən hakimiyyətdə olan Eftal xanın adı ilə Eftalit dövləti adlanırdı.
Ağsuvar xanın dövründə Sasaniləri özündən asılı hala salmışdı.
I Göytürk dövləti və Sasanilərlə müharibə aparmışdı.
Paytaxtı Sakala şəhəri olmuşdur.
Ağsuvar xanın hakimiyyəti dövrü. Sasanilərlə mübarizə
V əsrdə Ağ hunların qərbdə sərhəd qonşusu və əsas rəqibi Sasani imperiyası idi. Bu
dövrdə hunlar tez tez İran üzərinə yürüşlər edirdilər.
Ağsuvar xanın hakimiyyəti dövründə:
430-cu ildə Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər.
Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı.
Mihuraqula xanın hakimiyyəti (515-550). İmperatorluğunun ən qüdrətli dövrü
Mihiraqula xanın hakimiyyəti dövründə:
Ağ Hun imperatorluğu öz qüdrətininən ən yüksək zirvəsinə çatdı.
Ağ Hun imperatorluğu yaxşı təlim görmüş nizami orduya və 700 döyüş filinə malik idi.
Ağ hunlar Hindistan üzərinə aramsız yürüşləri davam etdirdilər.
Ağ hunlar Şimal-Qərbi Hindistanı tamamilə özlərinə tabe etdilər.
550-ci ildə Mihiraqula xan vəfat etdikdən sonra Ağ Hun imperatorluğunda yüksəliş
dayanmağa başladı.
Ağ Hun imperatorları
Ağsuvar xan
(V əsr)
Mihiraqula xan
(515-550)
Eftal xan
( V əsr)
Qərbi Hun dövləti
Ağ Hun dövləti
IV əsrdə yaranmış türk dövlətləri
63
Ağ Hun imperatorluğunun tənəzzülü (567-ci il)
Zaman keçdikcə geniş ərazilərə malik olan imperatorluğu idarə etmək çətinləşdi. Ayrı-ayrı bölgələrdə mərkəzi
hakimiyyətə qarşı çıxışlar artdı.
VI əsrin
ortalarından başlayaraq
Ağ Hun imperatorluğu zəifləməyə başladı.
Müstəqil
xaqanlıqlar meydana gəldi.
Ağ Hun imperatorluğunun zəifləməsinin səbəbi imperatorluğun genişlənməsi və yeni ərazilərə
yayılması idi.
VI əsrdə yeni yaranan Göytürk dövləti Ağ hunların şimal-şərqində sərhəd qonşusu və əsas rəqibi idi. Bu zaman
Göytürk dövləti Ağ Hun dövləti üçün təhlükəyə çevrildi. Göytürk xaqanı İstəmi xaqan Eftalitlərə qarşı ittifaq bağlamaq
təklifi ilə Sasanilər dövlətinə müraciət etdi. Sasani hökmdarı Xosrov Ənuşirəvan (531-579) eftalitlərə qarşı birgə çıxış etmək
barədə Göytürk xaqanı İstəminin təklifini məmnunluqla qəbul etdi. 567-ci ildə Xosrov Ənuşirəvanın və İstəmi xaqanın
birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə başladılar. Döyüş nəticəsində:
Ağ hunlar məğlub oldular və Ağ Hun imperatorluğu süqut etdi.
Ağ Hun imperatorluğunun torpaqları göytürklər və sasanilər arasında bölüşdürüldü.
QEYD:
Mərkəzi Asiyanın ən qədim vilayətlərindən biri olan Xarəzm Ağ Hun dövlətinin tabeliyində idi. Orada
əkinçilik, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xarəzm hakimləri Xarəzmşah titulu daşıyırdılar. III əsrdən vilayətin mərkəzi
Kiyat, sonra Ürgənc şəhəri paytaxt oldu. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin tabeliyinə keçdi.
Ağ Hun dövlətinin torpaqlarını bölüşdürmüş dövlətlər
Ağ hunların təsərrüfat həyatı
Başqa türk tayfalarından fərqli olaraq, Ağ hunlar oturaq həyata daha tez keçmişdilər. Onlar əkinçilik, maldarlıq və
sənətkarlıqla məşğul olurdular. Ağ hunlar ticarət yollarının üzərində çoxlu şəhərlər salmışdılar. Böyük İpək yolu Ağ Hun
dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi.
Eyni əsrdə dövlət yaratmışdılar
Hər ikisi türk mənşəli idilər
Azərbaycan xalqının təşəkkülündə böyük rol
oynamışdılar
Ağ hunlarla Qərbi hunların oxşar cəhətləri
Böyük Hun dövlətinin dağılmasından sonra köç
etmişdilər
Ağ hun
türkləri
Əsas məşğuliyyəti
əkinçilik, maldarlıq və
sənətkarlıq idi
Ticarət yollarının üzərində
çoxlu şəhərlər salmışdılar
Böyük İpək yolunun bir
hissəsinə nəzarət
edirdilər
Xarəzm vilayətini
özlərinə tabe
etmişdilər
Oturaq həyata daha tez
keçmişdilər
Sasanilər dövləti
Göytürk dövləti
64
I Göytürk xaqanlığı (552-588)
Bumin xaqan. I Göytürk dövlətinin yaranması (552-ci il)
Böyük Hun imperatorluğu dağıldıqdan sonra türklər
Şimali Çinin düzənliklərində
türk tayfalarının yaratdığı
Jujan dövlətinin əsarəti altına düşdülər. V əsrdən etibarən
Jujan dövləti zəifləməyə başladı. Bu zaman azadlıqsevər türk qəbilələri jujanlara qarşı
çıxmağa başladılar. Türk qəbilələrinin birinin başçısı olan Bumin xaqan 552-ci ildə jujan
xanının üzərinə hücum etdi. Hücum nəticəsində Bumin xaqan ujanlar üzərində qələbə
qazandı. 552-ci ildə ujanlar üzərində qələbədən sonra Bumin xaqan:
I Göytürk dövlətini yaratdı.
Özünü dövlətin hökmdarı (il xaqan) elan etdi.
Ötükən şəhərini dövlətin paytaxtı elan etdi.
I Göytürk dövlətinin ən qüdrətli dövrü. Muğan xaqanın hakimiyyəti (552-572)
Bumin xaqan bir il hökmranlıq etdikdən sonra vəfat etdi. Onun yerinə keçən oğlu Muğan xaqan (552-572) hakimiyyətə
gəldi. Muğan xaqanın hakimiyyəti dövründə:
Göytürk dövləti qüdrətli imperatorluğa çevrildi və Çin türklərdən asılı vəziyyətə düşdü
Qardaşı İstəmi xaqanın başçılığı ilə göytürklər
Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum etdi,
həmçinin İstəmi xaqanın başçılığı ilə göytürklər sasanilər dövləti ilə birlikdə Ağ hun dövlətini süquta uğratdılar.
I Göytürk imperatorları
Jujan dövlətini məğlub etdi, I Göytürk dövlətini yaratdı, Özünü dövlətin
hökmdarı (il xaqan), Ötükən şəhərini isə dövlətin paytaxtı elan etdi.
Çini türklərdən asılı vəziyyətə düşdü, Göytürk dövləti qüdrətli
imperatorluğa çevrildi.
Göytürklər Şimali Qafqazı tutaraq Bizans torpaqları üzərinə hücum
etdi
İstəmi xaqan (572-576)
Muğan xaqan (552-572)
Bumin xaqan
Bumin xaqan
65
Türklərin Çin əsarətinə düşməsi
588-ci ildə daxili ziddiyyətlər və hakimiyyət çəkişmələri nəticəsində I Göytürk imperatorluğu iki hissəyə parçalandı:
1.
Şərqi Göytürk dövlətinə ( 588-634-cü illərdə mövcud olmuşdu, dövlətin mərkəzi Monqolustan idi).
2.
Qərbi Göytürk dövlətinə ( 588-659-cu illərdə mövcud olmuşdu, dövlətin mərkəzi Yeddisu idi).
Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin azadlıqsevər türklər asılı vəziyyətlə barışmır, tez-tez
üsyanlar edirdilər. Ən böyük üsyanlardan birinə Kür şad başçılıq edirdi.
Üsyançılar qeyri-bərabər döyüşdə misilsiz
qəhrəmanlıq göstərsədə məğlub oldular. Lakin VII əsrin 80-ci illərində göytürklər İltəris (Qutluq) xanın başçılığı altında
üsyan qaldıraraq Çin əsarətindən çıxdı və II Göytürk imperatorluğunun əsası qoyuldu.
I Göytürk imperatorluğunun parçalanmasının səbəbləri
II Göytürk xaqanlığı (682-744)
II Göytürk imperatorluğunun yaranması (682). İltəris xaqanın hakimiyyəti (682-692)
VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə qarşı baş vermiş üsyan
nəticəsində:
Türklər Çin əsarətindən azad olaraq müstəqil oldular.
II Göytürk (682-744) imperatorluğu yarandı.
Qutluq xan «İltəris» (eli xilas edən) adı ilə xaqan elan edildi.
İltəris xaqan dövləti gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi:
Dövrünün tanınmış alimi Tonyukuk baş məsləhətçi təyin edildi.
Orduda süvari hissələrinin sayı artırıldı.
Qurd başlı bayraq altında ayrı- ayrı türk xaqanlarını birləşdirdi.
Ölkədə sabitlik, əmin-amanlıq yaradıldı.
Kur Şad üsyanı
İltəris xanın üsyanı
Göytürklər tərəfindən qaldırılmışdı.
Çin əsarətinə qarşı baş vermişdi.
Qüvvələrin qeyri-bərabərliyi nisbətində məğlub
olmuşdu.
VII əsrin 80-ci illərində, Çin əsarətinə qarşı
Göytürklər tərəfindən qaldırılmışdı.
Göytürklər Çin əsarətindən çıxaraq müstəqil
oldular, II Göytürk imperatorluğu yarandı.
II Göytürk imperatorluğu (682-744)
İltəris xanın üsyanı (682)
Çin əsarəti dövrü (634/659-682)
Şərqi Göytürk dövləti
(588-634)
Qərbi Göytürk dövləti
(588-659)
I Göytürk imperatorluğu (552-588)
Daxili ziddiyyətlər
Hakimiyyət çəkişmələri
İltəris xaqan
66
Qapağan xaqanın hakimiyyəti (692-716)
İltəris xaqanın vəfatından sonra onun
oğlanları Bilgə və Kül tigin azyaşlı olduğu üçün
qardaşı Qapağan xaqan
hakimiyyətə gəldi. Qapağan xaqanın (692-716) diqqətini yönəltdiyi əsas sahələr və ya başlıca siyasəti aşağıdakı istiqamətlərə
yönəlmişdi:
1.
Ordunu möhkəmləndirmək.
2.
Ölkənin iqtisadiyyatını canlandırmaq.
3.
Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirmək.
Bu yolda Çin başlıca maneə olduğu üçün
Qapağan xaqan
Çinə yürüş etdi. Yürüş nəticəsində
:
Çin məğlub edilərək göytürklərdən asılı vəziyyətə salındı.
Göytürklər Sakit okeana qədər irəlilədilər.
Bilgə xaqanın hakimiyyət (716-734)
Qapağan xaqandan sonra hakimiyyətə gələn Bilgə xan (716-734) kiçik qardaşı Kül tigin və baş vəzir Tonyukukla
birlikdə dövləti bacarıqla idarə etməyə başladı. Bilgə xaqanın əsas məqsədi türkləri bir xalq kimi qoruyub saxlamaq idi.
Döyüşlərin birində Kül tigin həlak oldu. Bilgə xaqan qardaşının xatirəsini əbədiləşdirmək üçün Orxon-Yenisey abidələrini
ucaltdırdı. Həmin abidə bu gün də əzəmətini saxlamışdır.
Qardaşının
ölümündən bir neçə il sonra Bilgə xaqan sui-qəsd nəticəsində öldürüldü. Sonralar uyğurların və digər türk
tayfalarının üsyanları nəticəsində Göytürk dövləti zəiflədi və 744-cü ildə dağıldı. Göytürklərin dövlətçilik ənənəsini Uyğur
dövləti, uyğurlardan sonra isə Oğuz dövləti davam etdirdi.
QEYD:
Çini özlərindən asılı vəziyyətə salması türk hökmdarları Muğan xaqanla Qapağan xaqanın fəaliyyətində oxşar
cəhət təşkil edir.
II Göytürk imperatorları
Göytürk dövlətləri
I Göytürk dövləti
II Göytürk dövləti
552-588-ci illlərdə mövcud olmuşdur
Əsası Bumin xaqan tərəfindən qoyulmuşdu
Paytaxtı Ötükən şəhəri olmuşdur
Çini özündən asılı vəziyyətə salmışdı
Sasanilər və Uyğurlarla ilə müharibə aparmışdı
Ən qüdrətli dövrü Muğan və İstəmi xaqanın
hakimiyyəti dövrü olmuşdu
Daxili ziddiyyətlər və hakimiyyət çəkişmələri
nəticəsində süqut etmişdi
Varlığına Çin dövləti tərəfindən son qoyulmuşdu
682-744-cü illlərdə mövcud olmuşdur
Əsası İltəris xaqan (Qutluq xan) tərəfindən
qoyulmuşdu
Paytaxtı Ötükən şəhəri olmuşdu
Çini özündən asılı vəziyyətə salmışdı
Uyğurlarla müharibə aparmışdı
Mərkəzi
Asiya
türklərini
vahid
dövlətdə
birləşdirmişdiDövlətin ərazisi Sakit okeana qədər
uzanırdı
Orxon-Yenisey abidələri yaradılmışdı
Varlığına Uyğur dövləti tərəfindən son qoyulmuşdu
Dövlətin dayaqlarını möhkəmləndirdi, türk alimi Tonyuku baş məsləhətçi
(vəzir) təyin etdi, ordunun gücləndirilməsinə xüsusi fikir verdi
Ordu möhkəmləndirildi və ölkə iqtisadiyyatını canlandı, Çin göytürklərdən
asılı vəziyyətə salındı, Göytürklər Sakit okeana qədər irəlilədilər
Əsas siyasi fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi,
imperatorluğunun ərazisi genişləndi , Orxon-Yenisey abidələrini tikdirdi
Bilgə xaqan (716-734)
Qapağan xaqan (692-716)
İltəris xaqan (682-692)
67
Göytürk dövlətinin idarəetmə quruluşu
Bumin xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi. Əfsanəyə görə, bu qəbilə qurddan törəmişdi. Aşina
qəbiləsindən olanlara «göydən enmiş türklər» - göytürklər deyirdilər. Odur ki, Bumin xaqanın yaratdığı bu dövlət Göytürk
xaqanlığı adlanırdı.
Dövlətə “Göytürk” adının verilməsi ilə ilk dəfə olaraq hunlar göytürk adlandırıldı. ―Göytürk‖ mürəkkəb
sözündəki “göy” sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
Xaqanlığın bayrağında qurd başının şəkli vardı.
Göytürk dövlətinin idarəetmə sisteminə aşağıdakılar daxil idi:
Xaqan - dövlətə başçılıq edir, həm də ordu komandanı idi.
Yabqu - xaqandan sonra ikinci şəxs sayılırdı.
Tigin - taxt-tacın vəliəhdi titulunu daşıyırdı.
Dostları ilə paylaş: |