20
30
40
50
60
70
80
90
1 кв
2 кв
3 кв
4 кв
Восток
Запад
Север
Qurani-Kərim
81
Əməvilər sülaləsinin hakimiyyəti (661-750)
Ərəb dövlətində 661-ci ildə hakimiyyətə Əməvilər sülaləsi gəldi. Əməvilər dövründə:
Paytaxt Məkkədən Dəməşq şəhərinə köçürüldü.
Ərəb işğalları daha da genişləndi.
Xilafət ordusu indiki Cəbəlüttariq
boğazını keçərək Avropaya doğru irəlilədilər.
Avropanın içərilərinə doğru irəliləyən ərəblər İspaniyanı ələ keçirdilər
QEYD:
Avropanin içərilərinə doğru irəliləyən ərəblər 732-ci ildə Puatye adlı döyüşdə franklarla döyüşdülər.
Ərəblərlə franklar arasında baş vermiş Puatye döyüşü nəticəsində franklar ərəbləri məğlub edərək onların
Avropaya yürüşlərinin qarşısı dayandırıldı.
Abbasilər sülaləsinin hakimiyyəti (750-1258)
750-ci ildə Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz
etdi.
Abbasilər sülaləsinin hakimiyyəti dövründə:
Əməvilərin işğalçılıq siyasəti davam etdirildi.
Paytaxtın Bağdada köçrülməsi ilə Ərəb xilafəti
Bağdad xilafəti adlanmağa başladı.
Ərəblərə qarşı Mərkəzi Asiyada Müqənna,
Azərbaycanda Xürrəmilər üsyanı baş verdi.
İlk olaraq, İspaniyada yaranmış Kordova
əmirliyi mərkəzi hakimiyyətdən ayrılaraq tam
müstəqil oldu.
Mərakeş, Əlcəzair, Tunis, Liviya, Yəmən və
Xorasan mərkəzi hakimiyyətdən ayrıldı.
İran və Misir Xilafətin tərkibindən çıxdı.
Ərəb xilafəti zəiflədi və dağıldı, ərəblər
səlcuqların və monqolların hücumuna məruz
qaldı.
QEYD:
Azərbaycanda Babəkin başçılıq etdiyi Xürrəmilər üsyanının Ərəb xilafətinin zəifləməsində və süqutunda
böyük rolu olmuşdu.
Şimali Afrika
İran torpaqları
Bizans torpaqları
Xəlifələr dövründə ərəblərin işğal etiyi ərazilər
82
Xilafətin idarə olunması
Ərəb xilafətində dövlətin başçısı xəlifə idi. Xəlifə həm də ordunun ali baş komandanı idi. Ölkədə ayrı-ayrı sahələri
idarə etmək üçün divanlar yaradılmışdı. Xilafət ərazisi inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətlər xəlifə tərəfindən
təyin olunan əmirlər tərəfindən idarə olunurdu. Bütün ərazilərdə rəsmi danışıq və yazı dili ərəb dili idi.
QEYD:
Ümumiyyətlə, Əhəmənilər dövlətində “satrapt”, Sasanilər dövlətində “mərzban”, Ərəb xilafətində “əmir”
vəzifələri vilayətləri idarə edən şəxslərə deyilirdi.
Xilafətdə torpaq mülkiyyət formaları və vergilər. Ərəblərin köçürmə siyasəti
Ərəb xilafətində xəlifə, divan, mülk, iqta, vəqf və icma torpaq mülkiyyət formaları mövcud olmuşdur.
Dövlətə
sadiq olan şəxslərə mükafat olaraq torpaqlar verilirdi.
Xilafətdə varlılar daha çox vergi ödəməyə məcbur idi.
Ərəb xilafətində əhalidən aşağıdakı vergilər alınırdı:
Xərac – torpaq vergisi olub, məhsulla torpağı olanlardan alınırdı.
Cizyə - can vergisi olub, qeyri müsəlman kişilərdən alınırdı.
Xüms – daşına bilən əmlakdan, adamların faydalandığı məmulatlardan alınırdı.
Zəkat (sədəqə) – maldarlardan, tacir və sənətkarlardan, əkin sahələrindən və meyvə bağlarından alınırdı.
Ərəb xilafəti Sasanilər dövləti kimi köçürmə siyasəti həyata keçirmişdi.
Xilafət Ərəbistandan ərəb ailələrini
Xilafətin işğal olunmuş ərazilərinə, o cümlədən sərhəd bölgələrinə köçürürdülər. Ərəblərin köçürmə siyasətində
əsas
məqsədi işğal edilmiş ölkələrdə hakimiyyəti gücləndirmək və etniq dayaq yaratmaq idi
Xilafət dövründə torpaq mülkiyyət formaları
Xilafətin idarə olunmasında türklərin rolu
İslam dininin qəbul olunmasından sonra ərəb ordusunda türklərin nüfuzu artdı.
Türklərlə qohumluq əlaqələri
yaradan ərəb xəlifələri onların gücündən istifadə edirdilər.
Xilafətdə Abbasilər sülaləsinin hakimiyyəti dövründə türklərin
nüfuzu daha da artdı, onlar yüksək vəzifələrə seçildilər.
Xilafətdə türklərin yüksək vəzifələrə seçilməsinin əsas səbəbi onların
təşəbbüskar və səriştəli olması idi. IX əsrdən etibarən türklər Ərəb
dövlətində və orduda mühüm rol oynayırdılar.
Ərəb ordusuna türk
sərkərdələri başçılıq etməyə başladı.
Xilafətin görkəmli sərkərdələri
olan Afşin, Əbu Sac türk idilər. Bu dövrdə Xəlifələr tamamilə türk
hərbi rəislərindən asılı idilər.
Xilafətdə türk sərkərdələri
bir xəlifəni
hakimiyyətdən salır və ya hakimiyyətə gətirirdilər.
Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn,
Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan
bir döyüşçü idi. Onun oğlu Əhməd İbn Tlun Misirdə əvvəl canişin
köməkçisi, sonra canişin olmuşdu Əhməd İbn Tulun dövrünü (876-
879) tarixçilər Misir tarixinin
«
qızıl dövrü
»
adlandırırdılar.
Torpaq
mülkiyyəti
Divan
(dövlətə məxsus torpaqlar)
Xəlifə
(Xəlifəyə məxsus torpaqlar)
İqta
(xidmətə görə verilən torpaqlar)
Mülk
(feodallara məxsus torpaqlar)
İcma
(kəndlilərə məxsus torpaqlar)
Vəqf
(dini idarələrə məxsus torpaqlar)
Qahirədə Əhməd ibn Tulun məscidi
83
Ərəb xilafətinin parçalanması və süqutu
IX əsrdə Ərəb xilafəti dağıldı.
Xilafətin zəifləməsinin və dağılmasının əsas səbəbi aşağıdakı amillərlə bağlı idi:
Ərəb xilafətinin işğal etdiyi ərazilərdə başlayan azadlıq mübarizələri
.
Daxili çəkişmələr
və iri feodalların (əmirlərin) müstəqilliyinin artması.
Ucqarlardakı yerli hakimlər ilk növbədə, xəlifə xəzinəsinə göndərdikləri vergilərin məbləğini azaldır, sonra isə
tamam dayandırırdılar. Yerli hakimlərin öhdəsindən gələ bilməyən xəlifələr onları öz vilayətlərində tamhüquqlu sahib kimi
tanıyırdılar. İlk olaraq, İspaniyada yaranmış Kordova əmirliyi Xilafətdən ayrılaraq müstəqil oldu. Sonra Mərakeş,
Əlcəzair, Tunis, Liviya, Yəmən və Xorasan mərkəzi hakimiyyətdən ayrıldı. Bunun ardınca İran və Misir Xilafətin
tərkibindən çıxdı. Mərkəzi Asiyada və Azərbaycanda türk müsəlman sülalələri hakimiyyəti ələ keçirdilər.
Xeyli zəifləyən Ərəb xilafəti, səlcuqların yürüşü ilə süqutunu yaxınlaşdırdı. Səlcuqların ardınca monqolların
yürüşlərinə tab gətirməyən Ərəb xilafəti 1258-ci ildə süquta uğradı.
IX əsrdə Bağdad xilafətindən ayrılan ərazilər
Azərbaycanda və Mərkəzi Asiyada yeni dövlətlərin yaranması
Azərbaycanda ilk feodal dövlətlərin yaranması
Xilafət zəiflədiyi zaman Şirvandakı canişin mərkəzi hakimiyyətlə əlaqəsini tamamilə kəsərək 861-ci ildə müstəqil
Şirvanşahlar dövlətini yaratdı. Şirvanşahlar dövləti Azərbaycanın ən uzunömürlü feodal dövləti (861-1538) idi.
879-cu ildə Azərbaycan ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Sacilər sülalənin və
dövlətinin banisi «Afşin» titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə Əbu Sac Divdad idi.
Sacilər dövləti (879-941) qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etmişdilər. Sacilərin hakimiyyəti dövründə bütün Azərbaycan
torpaqları ilk dəfə vahid dövlət halında birləşdirildi. 941-ci ildə Saciləri dövlətini Salarilər dövləti (941-981) əvəz etdi.
981-ci ildə Salarilər dövləti süqut etdi. Sacilər dövlətinin yerində Azərbaycanın şimalında paytaxtı Gəncə olmuş
Şəddadilər dövləti (971-1054) və Azərbaycanın cənubunda paytaxtı Təbriz olmuş Rəvvadilər dövləti (981-1054) yarandı.
Xilafətin süqutu nəticəsində Şimali Azərbaycan (Albaniya-Arran) torpaqlarında Tiflis əmirliyi, Şəki hakimliyi və
Dərbənd əmirliyi kimi xırda feodal dövlətləri də yarandı.
Əlcəzair
Mərakeş
Tunis
Xorasan
84
Samanilər dövləti (875-999)
Xilafətin parçalanması nəticəsində Mərkəzi Asiyada Samanilər, Qaraxanlı və
Qəznəvilər dövləti yarandı.
875-ci ildə yaranmış Samanilər dövləti Saman Xudatın adını daşıyırdı.
Samanilər dövlətinin ərazisinə Mavəraənnəhr, Xorasan və Şimal-Şərqi İran daxil idi.
Onun ərazisinin böyük hissəsini tarixi türk torpaqları, əhalisinin əksəriyyətini türklər
təşkil edirdi. Dövlətin paytaxtı Buxara şəhəri idi. 999-cu ildə Samanilərin əsas rəqibi
olan Qaraxanlılar Buxaranı tutaraq Samanilər dövlətinin varlığına son qoydular.
Samanilər dövlətində kənd təsərrüfatı, sənətkarlıq və ticarət yüksək inkişaf
etmişdi. Samani tacirləri Kiyev, Bizans, Çin, Azərbaycan, İran və başqa ölkələrə xalça,
ipək, ədviyyat, zinət əşyaları aparıb satırdılar. Samanilər dövlətinin Azərbaycanla geniş
ticarət və mədəni əlaqələrini ölkəmizdə tapılmış Samani pulları sübut edir.
Qaraxanlı dövləti (927-1212)
İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri olan Qaraxanlı dövləti 927-ci
ildə meydana gəlmişdi. Dövlətin əsasını Qutluq Bilgə Qədir xan qoymuşdu. O özünü
«Qara xan», yəni «Böyük xan» adlandırdığı üçün sülalə də onun adı ilə adlanırdı.
Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən başlayaraq Hindiquş dağlarına
qədər olan torpaqları əhatə edirdi.
Dövlətin paytaxt Qaşqar, Balasaqun və Uzgen şəhərləri olmuşdu. Qaraxanlı
dövlətində Səmərqənd, Buxara, Ürgənc, Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı.
Erkən orta əsrlərdə təqribən 300 il mövcud olan Qaraxanlı dövləti 1212-ci ildə
Xarəzmşahlar dövləti tərəfindən
süquta uğradıldı.
Qəznəvilər dövləti (962-1187)
X əsrin 60-cı illərində Mərkəzi Asiyada Qəznəvilər dövləti yaranmışdı. Dövlətin əsasını
Alptəkin qoymuşdu. Alptəkin əvvəllər Samanilər dövründə türk qvardiyasında qulluq etmişdi.
Şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuş Alptəkin Samanilərin hakimiyyətini
tanımaqla yanaşı, Qəznəvilər dövlətini yaratmışdı.
Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə:
Qəznəvi dövlətinin qüdrəti daha da artırdı və ərazisini xeyli genişləndi.
Samanilər dövlətini ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü.
Qəznəvilər Hindistanın şimal və şimal-şərq torpaqlarını ələ keçirildi.
Qəznəvilər dövlətinin ərazisi Hindistandan Xəzərsahili torpaqlarına qədər
genişləndi..
Sultan Mahmudun xarici siyasətində əsas yeri Hindistanın işğalı tuturdu. O, bu məqsədlə
1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etdi. Bu hücumlar nəticəsində:
Hindistanın Kəşmir, Pəncab, Qucarat vilayətlərini ələ keçirildi.
Hindistanın zəngin sərvəti ələ keçirildi və Qəznəvi dövləti iqtisadi cəhətdən
möhkəmləndi.
Sultan Mahmudun vəfatından sonra dövlət tənəzzül etməyə başladı. Vergilərin ağırlığı,
əhalinin məmurlardan narazılığı və feodalların mərkəzi hakimiyyətə qarşı çıxışları ölkəni
zəiflətdi.
Qutluq Bilgə Qədir xan.
Qaraxanlı dövlətinin
bayrağı
Alptəkin (962-963)
Qəznəvilər
dövlətinin bayragı
85
Bu zaman Qəznəvilər dövlətinin tabeliyində olan
səlcuq türkləri dövlətin zəifləməsindən istifadə edərək qəznəviləri
sıxışdırdılar. 1040-cı ildə baş verən
Dəndənəkan döyüşündə
səlcuqlar qəznəviləri məğlubiyyətə uğratdılar.
XII əsrin 70-ci illərində Qəznəvilər dövlətinə son zərbəni vuran gurlu tayfaları onları Şimali Hindistana
sıxışdırdı.
1187-ci ildə Qəznəvi dövləti süqut etdi.
Qaraxani və Qəznəvilər dövlətlərinin tarixi üçün oxşar cəhətlər
Türk mənşəli sülalərlər
tərəfindən idarə edilirdi
Eyni əsrdə yaranan feodal
dövlətlər idilər
İslam dinini qəbul
etmişdilər
Samanlər dövlətini süquta
uğratmışdılar
Hər iki dövlətin tərəqqisi
zahiri xarakter daşıyırdı
Hər iki dövlətdə ticarət
inkişaf etmişdi
86
Böyük Səlcuq dövləti (1038-1157)
Səlcuq dövlətinin yaranması
Səlcuqlar oğuz türklərinin qınıq boyundan
idilər. Bu tayfa öz adını Səlcuq bəyin adından
götürmüşdü. Oğuz dövlətində subaşı vəzifəsini
daşıyan Səlcuq bəy Oğuz yabqusu ilə münasibətləri
pisləşdiyi üçün öz tayfası ilə birgə Seyhun (Sırdərya)
çayının sahilindəki Cənt şəhərinə gələrək İslam
dinini qəbul etdi. Qəznəvilərin işğalları dövründə
səlcuqlar Xorasan vilayətinə köçməyə məcbur
oldular. Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy
səlcuqları
bir bayraq altında
birləşdirib Qəznəvilərə
qarşı mübarizəyə başladılar və Xorasanın əsas
şəhəri olan Nişapuru ələ keçirdilər. Toğrul bəyin
başçılığı ilə səlcuqlar 1038-ci ildə paytaxt Nişapur
olmaqla Səlcuq dövləti yarandı.
Səlcuq sülaləsi
Sultan I Toğrulun hakimiyyəti (1038-1063)
Qəznəvilər Xorasanda yeni bir dövlətin yaranmasını qəbul etmədiyi üçün böyük
bir qoşunla səlcuqlar üzərinə hücum etdilər. 1040-cı ildə Mərv şəhərinin yaxınlığındakı
Dəndənəkan adlı yerdə səlcuqlarla qəznəvilər arasında qanlı döyüş baş verdi.
Dəndənəkan döyüşü nəticəsində:
Səlcuq ordusu Qəznəviləri məğlub etdi.
Səlcuqlar üçün Azərbaycan, İran və İraqa yol açıldı.
Döyüşün ertəsi günü
Dəndənəkan döyüşündə qazanılan qələbəyə görə Toğrul
bəyə (1038-1063) Sultan titulu verildi.
Dəndənəkan qələbəsindən dərhal sonra səlcuqlar Mərv şəhərində qurultay
çağırdılar.
Mərv qurulyatında səlcuqlar:
Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı planlaşdırdılar.
İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək qərara alındı.
1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Rey şəhərinə köçürüldü. Səlcuq orduları
buradan Həmədan, İsfahan və Gilanı tutaraq Azərbaycana doğru yürüşə başladılar.
1054-cü ildə səlcuqlar Cənubi Qafqaza hücum edərək Rəvvadiləri,
Şəddadiləri və Tiflis müsəlman əmirliyini özlərinə tabe etdilər. Bundan sonra
Sultan
Toğrul yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədi ilə
Bağdada yürüş etdi.
1055-ci ildə
Sultan I Toğrulun başçılığı ilə s
əlcuqlar o zaman
Ərəb xilafətinin
paytaxtı olan
Bağdadı tutdular.
Xəlifə I Toğrulun şərəfinə ziyafət verərək ona
«
Şərqin
və Qərbin hökmdarı
»
titulunu verdi.
Bağdadın tutulması nəticəsində Abbasilər xilafəti
səlcuq türklərindən asılı vəziyyətə düşdü. Sultan I Toğrulun dövründə Oğuz dövlətinin
davamı hesab olunan Səlcuq dövlətinin ərazisi Mavəraənnəhrdən Mesopotamiyaya
və Hindiquş dağlarına qədər torpaqları əhatə edirdi. Lakin Oğuz dövlətindən fərqli
olaraq, Səlcuq dövləti geniş ərazili imperiyaya idi.
Səlcuq bəy
Çağrı bəy
Alp Arslan
(1063-1072)
Toğrul bəy
(1038-1063)
I Məlikşah
(1072-1092)
Məhəmməd Təpər
(1105-1117)
Sultan Səncər
(1118-1157)
87
Alp Arslanın hakimiyyəti (1063-1072)
Sultan I Toğrulun vəfatından sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi. Alp Arslanın əsas məqsədi
Anadoluya yiyələnmək idi. Alp Arslan
səlcuqların əsas hücum hədəfi olan
Bizansla müttəfiq olan erməni, gürcü və abxaz
hökmdarlarını darmadağın edib Tiflis, Ani, Qars şəhərlərini ələ keçirdi. Daha sonra Alp Arslan Anadolu üzərinə yürüşə
başladı. Bu zaman Bizans imperatoru çox böyük ordu topladı. Bu orduya əslən türk olan oğuz və peçeneq tayfaları da daxil
edildi.
Tərəflər arasında 1071-ci il avqustun 26-da Malazgird vuruşması baş verdi.
Bu döyüş dünya tarixində böyük bir
dönüş nöqtəsi oldu.
Döyüş zamanı oğuz və peçeneqlər səlcuqların tərəfinə
keçdilər. Malazgird döyüşü nəticəsində Səlcuqlar qalib gələrək
Bizans imperatoru Diogeni əsir aldılar.
Döyüşdən sonra
Bizansın səlcuqlarla imzaladığı müqaviləyə əsasən:
Bizans Şərqi Anadolu torpaqlarını səlcuqlara
verdi.
Bizans hər il səlcuqlara vergi verməyi və lazım
gəldikdə hərbi yardım göstərməyi öz öhdəsinə
aldı.
Malazgird
döyüşündən
sonra
Bağdad
xəlifəsi
Malazgirddəki qələbə münasibətilə Alp Arslanı təbrik edərək
onu
«
Müsəlmanların xilaskarı
»
və
«
İslamın nuru
»
adlandırdı.
I Məlikşahın hakimiyyəti (1072-1092)
1072-ci ildə Alp Arslan Mərkəzi Asiyaya hərbi yürüş zamanı əsir aldığı
qalabəyi tərəfindən öldürüldü. Onu oğlu I Məlikşah (1072-1092) əvəz etdi.
I
Məlikşahın
hakimiyyəti dövründə:
Konya, Ankara və Suriya (Qüds) tutuldu.
Səlcuq imperiyası çiçəklənmə dövrü keçirdi.
Dövlətin paytaxtı Rey şəhərindən İsfahana köçürüldü.
Səlcuq imperatorluğunda iqtisadiyyat yüksəldi.
Vahid çəki, ölçü və pul sistemi tətbiq olundu.
Tacirlər bəzi rüsumlardan azad edildi
.
«
Məlikşah cədvəli
»
(
«
Cəlali təqvimi
»
) tərtib edildi.
QEYD:
Səlcuq dövlətinin möhkəmlənməsində I Məlikşahın vəziri, görkəmli
alim və dövlət xadimi Xacə Nizamülmülkün böyük xidməti olmuşdur.
Səlcuq imperatorluğunun paytaxtı olmuş şəhərlər
Səlcuqlar dövründə Torpaq mülkiyyət formaları. Vergilər. Ticarət
Səlcuqlar dövründə əsas torpaq mülkiyyət forması iqta idi. İqta qoşun başçılarına hərbi xidmətə görə verilirdi.
Səlcuqlar dövründə uc torpaq mülkiyyət forması meydana gəlmişdi. Bu torpaqlar sərhəddə xidmət edən sərkərdələrə
verilirdi.
Dövlətin əsas gəliri kəndlilərdən alınan üşr adlı torpaq vergisi idi.
Dostları ilə paylaş: |