Qədim türk tayfalarının köçü
Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yer tuturdu. Otlaq sahələri ələ keçirmək və yadelli
basqınlarından qorunmaq üçün türk tayfaları yeni torpaqlara köç edirdilər. Onlar ailə və ya toplum halında öz yaşayış
məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. Türklər Altaydan şərqə və cənuba köç etmiş, Ural və Volqa
çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişdir.
Şimali Qafqaza gələnlərin bir qismi Dərbənd keçidini keçərək Azərbaycan və Ön Asiyaya yayılmış, burada digər türk
tayfaları ilə qaynayıb-qarışmışlar.
Qədim Türküstan (Mərkəzi Asiya) dövlətləri
E.ə VI-IV əsrlərdə Mərkəzi Asiyanın qərbində Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana
kimi vahə (səhrada və ya çöldə suyu və yaşıllığı olan sahə) dövlətləri mövcud olmuşdur.
E.ə. VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin hücumuna məruz qaldı. Hücum nəticəsində Mərkəzi Asiya xalqları
iki əsrə yaxın Əhəmənilər imperiyasının əsarətinə düşmüş və ona xərac vermişdilər.
E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İsgəndərin
Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi.
Əhəmənilərin hakimiyyəti altında olan ölkələr, o cümlədən
Mərkəzi Asiya ölkələri müstəqillik qazandılar. Bu
dövlətlərdən biri də Xarəzm idi. Xarəzm hökmdarı siyasət
işlədərək oğlunun başçılığı ilə İsgəndərin yanına elçilər
göndərmiş və ona müttəfiq olmağı təklif etmişdi. Lakin buna
baxmayaraq, İsgəndər Səmərqəndi tutmuş və Sırdərya çayı
tərəfdə
istehkamlar
tikdirmişdi.
Mərkəzi
Asiyaya
Makedoniyalı İsgəndərin hücumuna məruz qalan zaman
baktriyalılar və soqdianalılar İsgəndərə qarşı mübarizə
apardılar. Sak tayfaları Sırdərya çayının sağ sahili boyunca
toplaşaraq İsgəndərlə döyüşə hazırlaşdılar. İsgəndər bu
təhlükəni aradan qaldırmaq üçün saklara qarşı yürüşə çıxdı.
Bu zaman Mərkəzi Asiyada Makedoniyalı İsgəndərin hücumuna qarşı baktriyalılar və soqdalılar mübarizəyə
başlayaraq Spitamenin başçılığı ilə üsyanı qaldırdılar. Qədim türklərə məxsus Soqdiana şəhəri uğrunda sərkərdə Spitamen
ilə İsgəndərin qoşunu arasında bir neçə döyüş oldu. İsgəndər bir neçə döyüşdə qalib gəldi, Spitamen döyüş meydanında həlak
oldu, Lakin İsgəndər xalqın mübarizə əzmini qıra bilmədi. Makedoniyalı İsgəndərin ölümündən sonra:
Yaratdığı böyük imperiya onun sərkərdələri arasında bölüşdürüldü.
Mərkəzi Asiya Selevklər dövlətin tərkibinə daxil edildi.
Türklərin ilk ana yurdu
Makedoniyalı İsgəndərlə Əhəmənilər arasında
döyüş (qədim təsvir)
22
Selevkilərin dövründə Mərkəzi Asiyada çoxlu şəhərlər salındı. Şəhərlərin əhalisinin bir hissəsi yerli sakinlərdən, bir
hissəsi isə yunanlardan ibarət idi. Lakin başqa imperiyalar kimi, Selevkilər də parçalandı. Onun yerində isə Baktriya və
Parfiya dövlətləri yarandı.
Qədim Türküstan mədəniyyəti
Qədim Türküstan mədəniyyətinə aiddir:
Əsasən arxeoloji məndəblər əsasında öyrənilmişdir.
Tunc dövründə şəhər mədəniyyəti meydana gəlmişdi.
Dulusçuluq, metalişləmə kimi sənət sahələri inkişaf etmişdi.
Atropatenanın əhalisi kimi Zərdüşt dininə sitayiş etmiş, Günəşi, Ayı və Odu müqəddəs saymışdılar.
İran, Hindistan və Yunan-Baktriya mədəniyyətinin təsirinə məruz qalmışdı (bunu tapılmış pulların arxa tərəfində
yunan tanrılarının (Zevsin, Poseydonun) və qəhrəman Heraklın təsvirləri sübut edir).
İskit dövlətləri
Kimmer, İskit, sak tayfalarının ilk dövlət qurması
Qara dənizin şimalında və Krım yarımadasında yaşayan türk mənşəli
kimmer, iskit və sak tayfaları e.ə. VII əsrin əvvəllərində bu ərazilərdən
köç edərək Cənubi Qafqazda və Ön Asiyada məskunlaşdılar.
E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı
ərazilərdə Kimmer-İskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli
hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında
məskunlaşmış, Assuriyaya qarşı Manna dövləti ilə ittifaq yaratmışdılar.
Kimmer, iskit və sak tayfalarının Azərbaycan torpaqlarında məskunlaşması
ilə:
Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vuruldu.
Manna dövlətinin Aşşur ilə ittifaqı pozuldu.
Manna dövləti kimmer, iskit və sak tayfalarına arxalanaraq
Aşşura qarşı çıxdılar.
Manna dövləti kimi Midiya da iskitlərlə birlikdə Assuriyaya qarşı
ittifaq yaratmışdılar. Lakin Midiya-Aşşur müharibəsində iskitlər
midiyalılara deyil, Aşşur dövlətinə yardım etdilər. Nəticədə Midiya
iskitlərin hakimiyyəti altına düşdü. İskit tayfaları Midiyada bir müddət
ağalıq etdilər. 28 ildən sonra nəhayət ki, Midiyada iskit ağalığına Kiaksar
tərəfindən son qoyuldu. Həmçinin e.ə. VI əsrin əvvələrində Midiya
hökmdarı Kiahsar Kimmer İskit Sak padşahlığını süquta uğratdı və onları
Ön Asiyadan çıxartdı.
Yeni İskit dövlətinin yaranması
E.ə. IV əsrin ortalarında iskitlər paytaxtı Neapol şəhəri olan yeni
bir padşahlıq yaratdılar. Dövlətin ərazisi Şərqi Avropada, Don çayından
Dunay çayına qədər olan torpaqları əhatə edirdi. İskitlər öz ərazilərini
qərbə doğru genişləndirərkən Makedoniya çarı II Filiplə toqquşmalı
oldular. E.ə. 339-cu ildə makedoniyalılar ilə iskitlər arasında baş verən
döyüşdə İskit padşahı Atey həlak oldu.
Baktriya
Xarəzm
Margiana
Baktriya
Soqdiana
E.ə VI-IV əsrlərdə Mərkəzi Asiyada mövcud olan vahə dövlətləri
23
Lakin 8 il sonra, e.ə 331-ci ildə iskitlər ölkənin qərb torpaqlarını işğal etmiş Makedoniya ordusunu məğlub etdilər.
E.ə. II əsr İskit dövlətinin çiçəklənmə dövrü hesab olunur. Bu dövrdə qonşuluqdakı yunan şəhər-dövlətlərinin bir qismini
tabe edən iskitlər həm də bu ərazilərdən keçən beynəlxalq taxıl ticarətini ələ keçirməyə çalışırdılar. İşğalçı müharibələr və
yadelli basqınları nəticəsində İskit dövləti zəiflədi. Eramızın III əsrin ikinci yarısında qot tayfalarının hücumu
nəticəsində İskit dövləti süqut etdi. Sağ qalan iskitlər digər türk tayfaları ilə qaynayıb qarışdılar.
İskitlərin təsərrüfat həyatı
İskitlərin həyat tərzi və məşğuliyyəti yazılı mənbələr və arxeoloji materiallar əsasında öyrənilmişdir. İskitlər
əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Əkinçi iskitlər, əsasən, dənli bitkilər becərmiş, istehsal etdikləri
taxılın bir hissəsini yunanlara satmışlar. Maldar iskitlər cins atlar bəsləyirdilər. İskitlərin məskən saldığı yerlərdə iskit
kurqanları öyrənilmişdir. Kurqanaltı qəbirlərdən çoxlu miqdarda müxtəlif sənətkarlıq məmulatları, mis, gümüş və qızıl
qablar, silahlar tapılmışdır.
İskit mədəniyyəti
İskitlər gözəl incəsənət nümunələri yaratmışlar. İskit abidələrindən çoxlu zoomorf formalı (heyvani üslublu) fiqurlar
və daşdan yonulmuş kiçik insan heykəlləri tapılmışdır. Kimmer, iskit və sakların mədəniyyəti, dəfn adətləri, dini inamları
ümumi cəhətdən bir-birinə yaxındır. İskitlər çoxtanrılı dinə etiqad edirdilər. İskitlərdə oda və suya inam geniş yayılmışdı.
Qara dəniz sahillərində yaşayan iskitlərin mədəniyyətinə yunan mədəniyyətinin böyük təsiri olmuşdur.
İskitlərə məxsus maddi mədəniyyət nümunələri
İskit kurqanı
İskit dövlətləri
Birinci İskit dövləti
İkinci İskit dövləti
E.ə. VII əsrin ortalarında yaranmışdı
Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə
yaranmışdı
Ən qüdrətli hökmdarı Tuqdamme olmuşdu
Assuriyaya qarşı Manna və Midiya dövlətləri ilə
ittifaq yaratmışdı
Bir müddət Midiya dövlətini özündən asılı vəziyyətə
salmışdı
Midiya hökmdarı Kiaksar tərəfindən süquta
uğradılmışdı
E.ə. IV əsrin ortalarında
yaranmışdı
Şərqi Avropada Don çayından Dunay çayına qədər
ərazidə yaranmışdı
Hökmdarlarından biri Atey olmuşdu
Dövlətin paytaxtı Neapol şəhəri idi
Makedoniya çarlığı ilə müharibə aparmışdı
Bəzi yunan şəhər-dövlətlərini asılı vəziyyətə
salmışdı
Qot tayfalarının hücumu nəticəsində süqut etmişdi
24
Böyük Hun dövləti
Hunların yaşadığı ərazi və məşğuliyyəti
Türk mənşəli olan hunlar Orxan və Selenqa
çayları arasındakı ərazidə yaşamış və burada tayfa
ittifaqı yaratmışdılar. Hunların əsas məşğuliyyəti
ovçuluq, sonralar isə köçəri maldarlıq olmuşdur. Ona
görə də geniş otlaq sahələrinə olan ehtiyac hunları
daim yeni ərazilər ələ keçirməyə sövq edirdi.
İlk Hun dövlətinin meydana gəlməsi
Böyük Hun dövləti Mərkəzi Asiyada yaranmış
ilk türk dövləti olmuşdur. Vahid Hun dövləti e.ə. 220-
ci ildə 21 tayfanın birləşməsindən yaranmışdır. Bu
tayfa ittifaqına Teoman tanhu başçılıq edirdi.
«Tanhu» sözü sonralar yabqu, kağan, xaqan şəklində
işlənmişdir.
Teoman Tanhunun hakimiyyəti
Teoman Tanhunun hakimiyyəti (e.ə. 220 - e.ə. 209) dövründə:
Qüvvətli ordu yaradıldı.
Hunlar Çinə hücum edərək Çin torpaqlarını tutdular.
Çin imperatoru ilə qohumluq əlaqələri yaradıldı.
Çinlilər hunlara qarşı Böyük Çin səddini inşa etməyə başladılar.
Çinlilərin inşasına e.ə. 214-cü.ildə başlamış Böyük Çin səddini inşa etdirməkdə məqsədi
hunların hücumlarının qarşısını almaq idi.
Hunların Çin imperatoru ilə qohumluq əlaqələri yaratmasından istifadə edən çinlilər Hun ordusunun döyüş üsullarını
öyrəndilər. Teoman tanhudan sonra hakimiyyətə oğlu Mete xan gəldi. Metenin hakimiyyəti (e.ə 209-e.ə 174) dövründə:
İntizamlı, güclü süvari (atlı) qoşun yaradıldı.
Hunlar Çin üzərinə hücumlarını davam etdirdilər.
QEYD:
Kiaksar, I Dara və Teoman tanhu kimi Mete tanhu da hakimiyyətləri dövrünə hərbi islahat keçirmiş, ordunu
yenidən təşkil edərək qüvvətli ordu yaratmışdı. Bu onların fəaliyyəti dövrü üçün oxşar cəhət təşkil edir.
Hun imperiyasının parçalanması
Metedən sonra hakimiyyətə onun oğlu Kiok (e.ə 174 – e.ə
161) gəldi.
Kiok tanhudan sonra isə Hun taxtına Kün Tanhu (e.ə
161 - e.ə 126) çıxdı. E.ə. 58-ci ildə Kün tanhunun anası əslən
çinli olan oğlu Hoxanyəh (e.ə 58 – e.ə 56) tanhu oldu. Hoxanyəh
Çin dövlətinin himayəsinə keçmək istəsə də türk qızından olan
qardaşı Çiçi ona qarşı çıxdı və onun imperatorluğunu tanımadı.
Beləliklə, e.ə 58-ci ildə Hoxanyəh və Çiçi arasında
toqquşmadan sonra daxili çəkismələr nəticəsində Böyük Hun
imperatorluğu iki hissəyə parçalandı:
Hoxanyəhun başçılıq etdiyi Şərqi Hun dövlətinə.
Çiçi xanın başçılıq etdiyi Qərbi Hun dövlətinə.
Çiçi tanhunun başçılığı ilə qərb hunları e. ə. 36-cı ildə
Tanrı dağlarının simalını, Mərkəzi Asiyanı və İssik gölünün
ətrafını tutub ərazilərini qərbə tərəf genişləndirdilər. Lakin elə
həmin ildə, yəni e.ə. 36-cı ildə çinlilər qərbi hunlar üzərinə əks
hücuma keçərək:
Hunların Qərbi Hun dövlətinin paytaxt şəhərlərini tutdular.
“İpək yolu” üzərində 50-dək şəhər qarət edilərək dağıdıldı
Qərbi Hun dövlətinə son qoyuldu.
Qərb hunları Ural dağlarına tərəf köçdülər
Şərqi Hun dövləti çinlilərin hakimiyyətini qəbul etdilər.
Bir gün Mete xan Çin ordusu ilə qarşı qarşıya gələrkən
ətrafı gözdən keçirmək üçün vəziri ilə bir təpəyə çıxdı. Bu
zaman görürlər ki türk ordusu Çin ordusu qarşısında bir
ovuc görsənir. Vəzir Metenin geri çəkiləcəyini zənn edərək
soruşur:
-
Nə düşünürsüz?
Mete xan isə vəzirə tərəf dönərək ondan soruşur:
-
Bu qədər çinlini mən harda basdıracağam?
Beləliklə inamla döyüşə girən hunlar qələbə qazanırlar.
Mete xan
25
Lakin çinlilərin hakimiyyətini qəbul edən Şərq hunları Çin dövlətinin zəifləməsindən istifadə edərək 18 illik
asılılıqdan sonra (e.ə. 18-ci ildə) yenidən müstəqillik qazandılar. Bir qədər sonra Şərqi Hun dövləti Şimal və Cənub
hissələrinə parçalandı. Onların bir hissəsi qərbə köç edərək qərb hunlarına qarışdılar. Bir hissəsi isə yenə Çinə tabe oldular.
Bu tayfalardan çinlilər içərisində öz varlıqlarını qoruyub saxlayanlar sonralar qüdrətli Göytürk dövlətinin yaradılmasında
mühüm rol oynadılar. Çinlilərlə hunlar arasında müəyyən dövrlərdə iqtisadi və mədəni əlaqələr olmuşdur. Həmçinin çinlilər
hunlardan hərb sənətinin sirlərini öyrənmişdilər.
Hunların dini inanc və mədəniyyəti
Hunlarda çoxallahlılıq mövcud olmuşdur. Onlar ruhlara, səma, yerüstü və yeraltı allahlara inanırdılar. Hunların ən
ulu allahı Günəş və Ay sayılırdı. Ruhlara inanan hunlara görə pis ruhlar yeraltı dünyanı idarə edən Yerlik tanrıya tabe idi.
Ruhlarla insanlar arasında münasibət yaradan adam şaman adlanırdı. Hunların dəfn adətinə görə:
Vəfat edənin qohunlarını qurban kəsirdilər.
Dəfn zamanı vəfat etmiş şəxsin qiymətli əşyaları onun məzarına qoyulurdu.
Hun abidələrindən tapılmış maddi mədəniyyət nümunələri - metal əşyalar, kəmərlər, at əslahələri, üzəri heyvan
rəsmləri ilə bəzədilmiş silahlar onların təsərrüfat həyatı haqqında qiymətli məlumat verir.
Mərkəzi Asiyada yaranmış
ilk türk dövləti olmuşdur
Böyük Hun
dövləti
E.ə. 220-ci ildə 21 tayfanın
birləşməsindən yaranmışdı
Çinə hücum edərək Çin
torpaqlarını tutmuşdular
Əsası Teoman tanhu
tərəfindən qoyulmuşdu
Günəş və Aya sitayiş
edirdilər
E.ə 58-ci il
Şərqi Hun dövləti (Hoxanyəh
xan)
Qərbi Hun dövləti (Çiçi xan)
Cənubi Hun dövləti
Şimali Hun dövləti
26
Qədim Çin
Çinin təbiəti və əhalisinin məşğuliyyəti
Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və
Yantszı çayları axır. Xuanxe vadisində insanlar daha çox məskunlaşmışdılar.
Xuanxe vadisində insanların daha çox məskunlaşmışmasının səbəbi vadinin
torpaqlarının məhsuldar olması ilə bağlı idi. Xuanxe çayında güclü
daşqınlar olduğundan bu çayı çinlilər “Çinin bəlası”, “Gəzən çay” və “Min
fəlakət çayı” adlandırırdılar. Xuanxe çayının aşağı axarında əhali əkinçilik,
maldarlıq və sənətkarlıqla məşğul olurdu. Sənətkarlar ipək parçalar toxuyur,
dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. E.ə. VI əsrdə çinlilər
dəmir emal etməyi öyrəndilər.
Çində ilk dövlətlərin yaranması
Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət e.ə II minillikdə Xuanxe
çayı vadisində yaranmışdır. İlk Çin dövlətini e.ə XIV əsrdə Şan qəbilələri
yaratmışdılar. Buna görə də həmin dövlət Şan dövləti adlanırdı.
E.ə. IV-III əsrlərdə Çində bir neçə müstəqil quldar dövlət mövcud
idi. Bu dövlətlər arasında tez-tez uzun sürən müharibələr baş verirdi. Ona
görə də Çin tarixində e.ə IV-III əsrlər “vuruşan padşahlıqlar dövrü”
adlanır.
Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. E.ə III əsrdə Sin sülaləsi Çin
dövlətləri arasında gedən mübarizədə qələbə çalaraq hakimiyyətə gəldi. E.ə.
221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O özünü Sin
Şixuandi (Çinin birinci imperatoru) adlandırdı. Sin sülaləsi e.ə 206 - e.ə 206-
cı illərdə hakimiyyətdə oldu.
İlk Sin hökmdarı Sin Şixuandi hakimiyyəti dövründə:
Bütün Çin ilk dəfə olaraq vahid dövlətdə birləşdirildi.
Çinin Şimalında yaşayan türk tayfaları ilə (hunlarla) mübarizəsi
başladı.
Hunların qarşısını almaq üçün Böyük Çin səddinin inşasına
başlanıldı.
Dövləti möhkəmləndirmək üçün inzibati islahatlar həyata keçirildi, islahata əsasən Çin 36 vilayətə bölündü.
Sin Şixuandi öləndən sonra əhali üsyan qaldırdı. Nəticədə, e.ə 206-cı ildə Sin imperiyası süqut etdi. Bundan sonra
hakimiyyətə Xan sülaləsi gəldi. Xan sülaləsinin hakimiyyəti (e.ə 206 – e. III əsr) dövründə:
Hunlarla mübarizə davam etdirildi.
Böyük İpək yolu salındı (e.ə II əsrdə).
Çində “qırmızıqaşlılar” və “sarısarıqlılar” üsyanı baş verdi.
Böyük İpək yolu
Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra dövlətlər və xalqlar arasında əlaqələr genişləndi və e.ə. II əsrdə
Çindən gələn ticarət yolu dünya ticarət yollarına qoşuldu. Bu yolla Çindən Yaxın Şərq ölkələrinə və Aralıq dənizi
hövzəsinə ipək, lak, çini və gil qablar gətirilirdi. Bu ticarət malları içərisində ipək əsas yer tutduğundan Çin karvan yolu
Böyük İpək yolu adlanırdı. E.ə II əsrdə Böyük İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanırdı.
Böyük İpək yolunun ən işlək xətlərindən biri Xəzər dənizinin qərb sahilləri boyunca cənubadan şimala
istiqamətlənərək Azərbaycanı ərazisindən keçirdi. Böyük İpək yolu istiqamətində ticarətlə yanaşı Çin orduları qarətçi
yürüşlər edirdilər.
Sin (e.ə 221-e.ə206)
Şan (e.ə XIV əsr)
Xan (e.ə 206-e.III)
Qədim dövrdə Çində hakimiyyətdə olmuş sülalələr
İlk Çin imperatoru
Sin Şixuandi
27
Çində xalq üsyanları
Çində kəndlilərin vəziyyəti çox ağır idi. Dözülməz vəziyyət eramızın I və II əsrlərində Çində kəndli və qulların
üsyanına səbəb oldu. Bu üsyanlardan biri eramızın I əsrinin əvvəllərində baş verən «Qırmızıqaşlılar» üsyanıdır.
Üsyançılar döyüşdə seçilmək məqsədi ilə qaşlarına qırmızı rəng çəkdikləri üçün üsyançılar ―Qırmızıqaşlılar‖
adlandırılırdı.
184-cü ildə Çində daha böyük «Sarısarıqlılar» üsyanı baş verdi.
«Sarısarıqlılar» üsyanına aiddir:
Kəndlilər və qullar tərəfindən qaldırılmışdı.
Üsyana Çjan qardaşları başçılıq edirdi.
Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlayırdılar.
Üsyan 20 il davam etsə də çətinliklə yatırıldı.
―Sarısarıqlılar üsyanı nəticəsində:
Çin dövləti xeyli zəiflədi, Çin padşahı öldürüldü.
Çində Xan sülaləsinin hakimiyyəti devrildi.
Çin dövləti yenidən bir-neçə dövlətlərə parçalandı.
Çində quldarlıq quruluşu feodalizmlə əvəz olundu.
Dostları ilə paylaş: |