Tədqiqat işlərinin fəlsəfəsi
37
mütəxəssis öz tədqiqatı nəticəsində nəyin yaxşı, nəyin pis alınması,
nəticələrin onun gözlədiyindən niyə meyillənməsi (bu çox hallarda baş
verir), hansı nəzəri hissənin izafi olması, empirik tədqiqatların həcmi
kifayətliliyi, hansı hissəyə lazımsız vaxt sərf olunması və s. haqqında
suallara cavab axtarır. Bu sualların cavabını düzgün qiymətləndirməklə
mütəxəssis öz təcrübəsini artırır və onun gələcək işlərində tətbiqinə imkan
yaradır.
Elmi refleksiya haqqında da burada qısa məlumat vermək yerinə
düşərdi. Elmi biliyin üzərində aparılan elmi (və ya nəzəri) refleksiya onun
nəzəri analizi, müəyyən təxminlər və ideallaşdırmalar aparmaqla tədqiq
olunan hadisələrin və proseslərin modelləşdirilməsini əhatə edir. Elmi
refleksiya sayəsində real asılılıqların nisbətən həqiqi təsvirini göstərən və
eyni zamanda bir çox sadələşdirmələrə yol verən yeni biliklər sistemi yara-
nır. Refleksiya əvvəlki biliklər sisteminin sərhəddindən kənara çıxmağa və
beləliklə yeniliyə daxil olmağa şərait yaradır. Məsələn, refleksiya Qalileyə
Aristotelin dünyaya baxış nəzəriyyələrini tənqid etməyə, Eynşteynə nisbilik
nəzəriyyəsi sayəsində klassik mexanikanın gizli olan bir çox nəzə-
riyyələrini açmağa imkan vermişdir. Bir sözlə elmi refleksiya keçmiş və
gələcək biliklər arasında əlaqəni izah edir. Elmi refleksiyanın əsas metodu
retrospektiv analizdir.
Dostları ilə paylaş: