32
kompleks problem, mövzu və suallardan ibarətdir. Elmi problem –
mürəkkəb nəzəri və praktiki məsələlərin, elmi-tədqiqat işlərinin top-
lumudur. Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə
malikdir.
Problemlər bir çox mövzulardan irəli gəlir. Mövzu – müəyyən elmi–
tədqiqat sahəsini əhatə edən elmi məsələdir. O, elmi suallara əsaslanır.
Elmi sual deyəndə nisbətən kiçik, konkret elmi məsələ nəzərdə tutulur.
Mövzular nəzəri, praktiki və ya qarışıq olurlar. Nəzəri mövzular adətən
ə
dəbiyyatlardan istifadə edilməklə işlənir. Praktiki mövzular faktların
öyrənilməsi, ümumiləşdirilməsi və analizi əsasında yerinə yetirilir. Qarışıq
mövzularda hər iki metoddan istifadə edilir.
Mövzunun işlənməsində konkret tapşırıq qoyulur: yeni konstruk-
siyanın, proqressiv texnologiyanın, yeni metodikanın işlənməsi və s.
Mövzunu dəqiqləşdirmədən öncə milli və beynəlxalq ədəbiyyatlar
araşdırılır. Problemin qoyuluşu çətin proses olub, bir neçə mərhələdən
ibarədtir.
Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki
ziddiyətləri analiz edərək əsas sual–problem formulə edilir və gözlənilən
nəticə ümumi formada təsvir edilir.
İ
kinci mərhələyə – struktur problemlərin işlənməsi daxildir. Bu zaman
mövzu, alt mövzular və suallar seçilir. Bu komponentlərin kompozisiyası
problem ağacını təsvir edir.
Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər
mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və elmi yaxınlaşma
metodu əsasında ziddiyyətlər tədricən aradan qaldırılır və seçilən
mövzunun real əhəmiyyəti göstərilir.
Problemi əsaslandırdıqdan və onun strukturunu müəyyənləşdirdikdən
sonra elmi işçi mövzunun seçilməsini sərbəst həyata keçirir. Bir çox
alimlərin fikrincə mövzunun seçilməsi elmi işin icrasından daha çətin və
məsuliyyətli sayılır.
Seçilən mövzu aktual, hal–hazrda həlli tələb olunan olmalıdır. Bu əsas
tələblərdən biridir. Aktuallığı dəyərləndimək üçün meyar yoxdur. Nəzəri
elmi sahələrdə adətən mövzunun aktuallığını tanınmış alimlər təyin edirlər.
Texniki sahələrdə isə bu gözlənilən iqtisadi effektlə ölçülür.
Tədqiqat işlərinin fəlsəfəsi
33
Mövzu yeni elmi məsələnin həllini şərtləndirməlidir. Bu o deməkdir ki,
bu mövzu seçilən formada heç vaxt işlənməyib. Təkrarlamaya yol verilmir.
Elmi–tədqiqat işlərinin planlanması onun rasional təşkili üçün böyük
ə
həmiyyət daşıyır. Bunun əsasında elmi–tədqiqat institutlarının qarşısında
kompleks problemlərin həlli qoyulur. Planlama prosesində aşağıdakı mər-
hələlər fərqləndirilir.
İş
çi proqram – tədqiqatın məqsədi və hipotezlər nəzərə alınmaqla
işlənmiş ümumi konsepsiyadır. Adətən iki hissədən ibarətdir: metodoloji
və prosedur. Metodoloji hissəyə aşağıdakı bölmələr daxildir:
Problemin və ya mövzunun formulə edilməsi;
Tədqiqat obyektlərinin və predmetinin təyini;
Tədqiqatın məqsədi və problemin qoyuluşu;
Əsas anlayışların interpretasiyası;
İşçi hipotezlərin formulə edilməsi.
Problemin qoyulması – həll olunacaq məsələlərin müəyyənləşdirilmə-
sinə və ya elmi–praktiki işlərə yönəlirlər. Sosial problem dedikdə cəmiy-
yətdə mövcud olan sistemlərin və onun ayrı–ayrı elementlərinin inkişa-
fındakı ziddiyyətlər nəzərdə tutulur.
Elmi problem – cəmiyyətin tələbləri haqqında biliklər və onların yerinə
yetirilməsi yolları və vasitələri haqqındakı biliklər arasındakı ziddiy-
yətlərdir.
Tədqiqatın obyekti və predmetinin təyini elmi–tədqiqat işlərində əsas
metodoloji mərhələ sayılır.
Tədqiqat obyekti – ziddiyyətlərlə dolu olan proses olub, problemli
situasiya
yaradır. Tədqiqat predmeti – araşdırılan obyektin böyük praktiki
və nəzəri əhəmiyyəti olan xassəsidir. Məsələn, əgər elmi işin mövzusu
kredit–pul tənzimlənməsinin mexanizminin formulə edilməsinə həsr
edilərsə, onda tədqiqat obyekti kimi kredit–pul tənzimləmə sistemi,
predmeti isə iqtisadiyyatın kredit–pul tənzimlənməsi mexanizmidir.
Tədqiqatın məqsədi – işin ümumi şəkildə gözlənilən nəticələrinin əldə
olunmasına tərəf yönəldilməsidir. Tədqiqatın obyekti və predmeti seçil-
dikdən sonra onun məqsədi təyin edilir. Adətən məqsədlər qısa formada
ifadə olunsada da onun dəqiqliyi ümumi işin axınına önəmli dərəcədə təsir
Tədqiqat işlərinin fəlsəfəsi
34
edir. Nəzəri olaraq iddia edilir ki, qoyulan məqsədə çatdıqdan sonra
qoyulmuş problem tam həll edilmiş sayılır. Qeyd etmək lazımdır ki,
humanitar və təbiət elmlərində çalışan tədqiqatçılar dissertasiyanın işlən-
məsi zamanı tədqiqatın məqsədinin formulə edilməsində qeyri-dəqiqliyə
yol verirlər. Burada hər bir tədqiqatın özəyi sayılan, gözlənilən elmi biliyin
ə
ldə olunması əvəzinə praktiki məqsədlər göstərilir. Məsələn: “prosesin
təkmilləşdirilməsi..”, “effektivliyin artırılması..” və s. buna aiddir. Bu
halda effektivliyin artırılmasına şərait yaradan elmi biliyi önə çəkmək
məqsədəuyğun sayılır [5].
Tədqiqat məsələsi – araşdırma ərəfəsində həlli tələb olunan məsələlər-
dir.
Ə
sas anlayışların interpretasiyası – əsas anlayışların izah olunmasıdır.
Nəzəri interpretasiya araşdırılan anlayışların xassələrini və onların digərləri
ilə əlaqələrinin məntiqi analizindən ibarətdir.
Empirik interpretasiya – əsas nəzəri anlayışların empirik göstəricilərinin
təyini olaraq, onları müşahidə olunan faktların dilinə çevirməkdir.
Hipotezlərin formulə edilməsi tədqiqat məsələlərinin həlli yolunda
vacib alət hesab edilir. Tədqiqat proqramında bir və ya bir neçə hipotez
qoyula bilər. Konkret elmi–tədqiqat işi araşdırılan obyekt haqqında
məlumatlardan asılı olaraq qurulan prinsipial plana əsasən həyata keçirilir.
Araşdırma planları kəşfiyyat, analitik və eksperimental olurlar. Kəşfiyyat
xarakterli planlardan xassələri qaranlıq olan, tam məlum olmayan
obyektlərin tədqiqində istifadə olunur. Belə planın işlənməsinin məqsədi
problemin dəqiqləşdirilməsi və hipotezin formulə edilməsindən ibarətdir.
Bu, mövzuya aid ədəbiyyatın olmaması və ya azlığı zamanı baş verir.
Analitik planlar obyektin və tədqiqatın predmeti müəyyən olduqda və
hipotez qoyula bildikdə tətbiq tapır. Planın məqsədi bu hipotezin
yoxlanmasından, obyekti səciyyələndirən faktların təsvirindən ibarətdir.
Eksperimental plan elmi problem və hipotez qoyulduqda həyata
keçirilir. Burada obyektlə ona təsir edən amillər arasında əlaqə
müəyyənləşdirilir. Proqramın prosedur hissəsində tədqiqat metodunun
seçilməsi əsaslandırılır; metodlarla məqsədlər, tapşırıqlar və hipotezlər
arasındakı əlaqələr göstərilir.
Tədqiqat işlərinin fəlsəfəsi
35
Dostları ilə paylaş: |