Tədqiqat işlərinin fəlsəfəsi
27
texniki vasitələrin olması zəruridir. Yəni, istənilən problem elm qarşısında
qoyula bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir.
Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac
var. İlkin araşdırmalar problemin konkretləşdirilməsinə və onun həlli
yollarının seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir
neçə pillədə aparılr. İlkin olaraq alınmış yeni faktlar və hadisələr məlum
nəzəriyyələr çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin
işlənməsinə tələbat yaradır. Növbəti addımda problemin həlli yolları və
ideyaların ilkin analizi və qiymətləndirilməsi aparılır. Əslində burada
problemin həlli üçün vacib olan hipotezin heç bir həll yolu göstərilmədən
ə
saslandırılması baş verir. Qoyulan problemin növü və həlli onun məq-
sədinin, həmçinin digər problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq
konkret halda həll yolunu düzgün qiymətləndirməyə imkan yaradır.
Mövcud nəzəriyyələr və empirik məlumatlar kifayət qədər olmadıqda
problemin həllinə məhdudiyyətlər qoyulur. Məlum nəzəriyyələrin, həll yol-
larının və məqsədlərin düzgün qiymətləndirilməsindən sonra qoyulmuş
problemin ilkin təsvirinin dəqiqləşdirilməsi mümkün olur.
Dostları ilə paylaş: