Faktların toplanması
İ
stənilən elmi–tədqiqat işi faktların yığılması, sistemləşdirilməsi və
ümumiləşdirilməsindən başlayır. Əsasən həqiqət və elmi faktlar fərqlənir.
Tədqiqat işlərinin fəlsəfəsi
25
Həqiqət faktları – bu baş verən və ya artıq baş vermiş hadisələrdir. Elmi
faktlar isə tədqiqatçı tərəfindən empirik mühakimələr əsasında yoxlanmış,
düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Digər sözlə faktlar elmi
biliyin məntiqi strukturunun tərkib hissəsi olduqda ona elmi faktlar deyilir.
Lyu de Broyl yazırdı ki, “eksperimentin nəticəsi sadəcə qeyd olunmuş
faktlardan ibarət deyil. Bu nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara
söykənən izaha ehtiyac var” [9, 10]. Elmi–tədqiqatın empirik mərhələsində
bir–birindən xarakterik fərqlənən məsələlər həll olunur.
Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların
başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlərin və xalqların
fəaliyyət göstəriciləri, həmçinin təbii hadisələr və proseslər. Tədqiqatçı heç
də həmişə hadisə və proseslərlə bağlı ilkin faktlarla işləmək imkanına malik
olmur. Bu, çox vaxt zaman və məkan amilləri ilə bağlıdır. Ona görə də,
elmdə bir çox hallarda ikinci və ya üçüncü dərəcəli faktlarla işləyirlər.
Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir
və bununla işin sonrakı mərhələləri üçün baza yaradır.
Empirik tədqiqatın ikinci mərhələsi toplanmış faktların ilkin emalı və
qiymətləndirilməsi ilə məşğul olur. Bu mərhələdə artıq düşündürücü işə
qədəm qoyulur. Tədqiqatçı nəyin fakt olması, nəyin isə sadəcə fikir
olmasına aydınlıq gətirməyə çalışır. O, elmin nəzəri əsaslarına, qanun və
kateqoriyalarına əsaslanaraq faktların məzmununu təyin edir, onlar
arasındakı əlaqəni aydınlaşdırır, xassələrinin vacibliyinə və aktualllığına
görə onları qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur.
Burada araşdırılan hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və
formulə edilir. Növbəti addımda hadisənin və ya prosesin gələcək gedişatı
proqnozlaşdırılır və bunun əsasında müxtəlif proses və hadisələrin praktiki
idarə edilməsi üçün prinsipial göstərişlər işlənir. Ancaq faktların
sinifləşdirilməsi hələ də elmi elm etmir. Bu o vaxt baş verir ki, o faktın
yaranmasını izah və proqnoz edərək, praktiki fəaliyyətini insanlara
yönəltsin.
Elmi problemin qoyulması, tədqiqatın empirik və nəzəri mərhələləri
arasında birləşdirici bənd rolunu oynayır.
Tədqiqat işlərinin fəlsəfəsi
26
Dostları ilə paylaş: |