MergedFile


 Texniki və intellektual yaradıcılığın hüquqi qorunması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   24   25   26   27   28   29   30   31   ...   113
2016-2204

1.9. Texniki və intellektual yaradıcılığın hüquqi qorunması
 
Elmi yeniliklərin patentləşdirilməsi
 
Müasir  cəmiyyətin  inkişafında  elmi  texniki  tərəqqi  müstəsna  rol 
oynayır.  Elmi–tədqiqat  işlərinin  uğurla  yerinə  yetirilməsi  zamanı  əldə  
edilən  "ixtiralar",  "dəyərli  modellər",  "sənaye  nümunələri"  texniki    tərəq-
qinin tətbiqində mühüm rol oynayır. Yeni məmulların yaradılması və isteh-
salı  ilə  məşğul  olan  sənaye  sahələri  üçün  əldə  edilmiş  nailiyyətlərin 
patentlərlə  qorunması  böyük  əhəmiyyət  kəsb  edir.  Bununla  müəssisələr 
bazarda əldə etdikləri üstünlüklərini davamlı olaraq qoruya bilir və rəqabətə 
qarşı  dayanıqlı  olurlar.  Bu  baxımdan,  yeniliklərin  yaranması  və  praktiki 
cəhətdən işləməsi üçün onların hüquqi cəhətdən qorunması çox vacibdir.  
Azərbaycan  Respublikası  qanunvericiliyinə  əsasən  ixtiralar,  onların 
verilməsi  və  qorunması  “Patent  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu”  [17-19]  tərəfindən  tənzimlənir.  Aşağıda  patentlə  bağlı,  qanunla 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
40 
müəyyən olunan bir neçə anlayış izah edilir [17].  
Patent  dedikdə  uyğun  dövlət  icra  orqanı  tərəfindən  müəllifə  müstəsna 
olaraq  etdiyi  ixtiraya  müəyyən  zaman  müddəti  üçün  verilən  mühafizə 
sənədi  nəzərdə  tutulur.    Patent  öz  sahibini    verildiyi  dövlətdə  daxili  və 
xarici rəqiblərdən qoruyur. Adətən patent sənaye nümunəsi və ya müəyyən 
ə
mtəə  nişanı  ilə  əlaqələndirilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  heç  də 
ixtiraçı həmişə patent sahibi olmur. Bu, ixtiranın edildiyi şəraitdən asılıdır. 
Məsələn, böyük sənaye müəssisələrində adətən elmi–tədqiqat işi ilə məşğul 
olanlarla  müəssisə  arasında  qabaqcadan  ixtira  hüquqlarını  ikinciyə  verən 
qarşılıqlı razılaşma olur. İxtira meydana gəldikdə o müəssisənin mülkiyyəti 
hesab  olunur.  Patent  20  illiyə  verilir.  Sənaye  nümunəsi  isə  yalnız  10  il 
qüvvədə qala bilir. 
Patentolunmaya  yararlılıq  texniki  həllin  ölkənin  qanunvericiliyinə 
uyğun  olaraq  təyin  olunan  meyarlara  cavab  verə  bilməsidir.  Azərbaycan 
patent qanununa uyğun olaraq ixtira kimi  istənilən sahədə  məmula (qurğu, 
əş
ya, mikrorqanizm nəsli, bitki və ya heyvanların hüceyrə kulturası) və ya 
üsula  (material  obyekti  üzərində  material  vasitələrində  istifadə  etməklə 
hərəkətlər prosesinin icrası) aid olan texniki həll qorunur. İxtira o vaxt yeni 
sayılır  ki,  o  mövcud  texniki  elmin  durumuna  məlum  olmasın.  Texniki 
elmin  vəziyyəti  dünya  üzrə  həmin  sahədə  ixtiranın  verilmə  gününə  qədər 
məlum  olan  bütün  məlumatları  özündə  daşıyır.  İxtira  həm  praktiki 
ə
həmiyyəti olan sahələrdə, həmçinin nəzəri elmlərdə də meydana gələ bilir. 
Ancaq burada müəyyən aspektləri nəzərə almaq lazımdır. Elmi nəzəriyyələr 
və  riyazi  metodlar,  kəşflər  ixtira  sayılmır.  Məmulun  yalnız  estetik 
tələbatlarını ödəməyə yönəlmiş həllər də, həmçinin hüquqi cəhətdən qoruna 
bilmir.  Oyun,  intelektual  və  təsərrüfat  qaydaları  və  metodları,  elektrik 
hesablama  maşınları  üçün  proqramlar;  məlumatların  təsvirinə  aid  həllərə 
patent verilə bilməz.      
Faydalı  modellər  qurğulara  aid  olan  texniki  həlləri  əhatə  edir.  Faydalı 
model o vaxt patentə yararlı sayılır ki, o yenidir və onun sənayedə tətbiqi 
mümkündür. Sənayedə tətbiq olunabilən faydalı model yalnız bu sahə üçün 
nəzərdə  tutulur  və  sənayenin  müxtəlif  sahələrində,  kənd  təsərrüfatında, 
səhiyyədə və digər fəaliyyət sahələrində öz tətbiqini tapır. 
Sənaye nümunəsi vasitəsilə sənaye və sənətkarlıq istehsalında məmulun 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  41 
xarici görünüşünü müəyyən edən bədii-konstruktiv həllər qorunur. Sənaye 
nümunəsi  yenilik  və  orijinallıq  göstəricilərinə  malik  olmalıdır.  Yenilik 
onunla  müəyyən  edilir  ki,  əldə  olunan  məmulun  mövcud  göstəricilər 
toplumu  əlçatan  məlumat  mənbələrindən  məlum  deyil.  Nümunə  o  vaxt 
orijinal  sayılır  ki,  onun  göstəriciləri  məmulun  özünəməxsusluğu  ilə 
fərqlənir. 
İ
xtiraçı  fiziki  şəxs  olub,  yaradıcılıq  fəaliyyəti  sayəsində  sənayedə 
tətbiqini  tapan,  əvvəllər  məlum  olmayan  texniki  həllərlə  məşğul  olur. 
İ
xtiraçının əsas keyfiyyətləri ondan ibarətdir ki, o problemi aşkar edir və bu 
problemi  yeni  bir  kreativ  yolla  həll  etməyə  çalışır.  Əgər  ixtira  prosesində 
bir neçə şəxs iştirak edibsə, onda onların hamısı ixtiranın müəllifi sayılırlar. 
Müəllif  hüququndan  istifadə  edilmə  ardıcıllığı  şəxslər  arasında  qarşılıqlı 
razılaşmaya  əsaslanır.  Müəlliflik  hüququ  pozulabilməyən  şəxsi  hüquq 
sayılır və sonsuz müddətə qorunur. 
Patentin  sahibi  müstəsna  olaraq  ixtira,  faydalı  model  və  ya  sənaye 
nümunəsinin hüquqi sahibkarı sayılır. Patent sahibinin icazəsi olmadan heç 
kimə patentləşdirilmiş ixtiradan istifadə etməyə icazə verilmir. 
Patentləşdirilmiş ixtira (və ya faydalı model) hər hansı bir  məmul və ya 
üsulda o vaxt istifadə olunmuş sayılır ki, onlar ixtiranın bütün əlamətlərini 
özündə əks etdirsinlər. Bu tələbat sənaye nümunələrinə də aid edilir.  
Patent sahibi  ixtira, faydalı model və ya sənaye nümunəsindən istifadə 
hüquqlarını istənilən fiziki və hüquqi şəxsə verə bilər. Patent hüquqlarının 
bir  nəfərdən  başqasına  ötürülməsi  Azərbaycan  Respublikası  Standart-
laşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsində  qeydiyyatdan 
keçirilməlidir.  Əks  halda  bu  razılaşma  hüquqi  baxımdan  etibarsız  sayılır. 
İ
xtiralara sahibkarlıq varislik prinsipi ilə ötürülür.  
Patentləşdiriləcək  yenilik  Respublika  Standartlaşdırma,  Metrologiya  və 
Patent üzrə Dövlət Komitəsinə rəsmi iddia ərizəsi verilməklə qeydiyyatdan 
keçirilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:  
  Müəlliflər haqqında məlumat; 
  İxtiranın tətbiqini tam izah etməklə təsviri; 
  İxtianın məzmununu tam ifadə edən düsturu; 
  İxtiranın anlanılması üçün lazım olan cizgilər və digər materiallar; 
  Referat. 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
42 
Sənaye  modelini  qeydiyyatdan  keçirmək  üçün  verilən  ərizəyə  aşağıdakı 
məlumatlar daxildir: 
 Müəlliflər haqqında məlumatlar da daxil olmaqla patent üçün ərizə; 
 Məmulun  xarici  görünüşü  haqqında  tam  və  dolğun  məlumat  verən 
təsvirlər; 
 Məmulun ümumi görünüşü haqqında cizgi, erqonomik sxem; 
 Sənaye nümunəsinin təsviri; 
 Sənaye obrazının vacib əlamətlərinin siyahısı. 
Ə
rizə  patent  idarəsinə  daxil  olduqdan  sonra  orada  onun  formal 
ekspertizası başlayır. Bu prosesdə patent qanununda nəzərdə tutulan sənəd-
lərə  əsasən  verilən  yeniliyin  patentə  yararlılıq  qabiliyyəti  yoxlanılır. 
Yoxlamanın nəticəsi müsbət olduqda, yəni verilən ixtiranın, mövcud elmi-
texniki  durumun  səviyyəsində  yenilik  olması  sübut  edildikə,  müəllifə 
patent hüququ verilir.          

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin