Şəkil 1.1. İnduktiv və deduktiv metodların sxematik təsviri [62].
Nəzəri (əqli) modelləşdirmə – obyektin əqli obrazlar əsasında
təxəyyüldə yaradılmasıdır. Nəzəri metod obyekt mövcud olmadıqda və ya
onun fiziki reallaşdırılması mümkün olmadıqda tətbiq olunur. Real
sistemlərin nəzəri modelləşdirilməsi simvolik və ya riyazi ola bilər. Bu
halda obyektin tədqiqi əqli eksperimentlər sayəsində yoxlanılır. İdeal
obyektlər müəyyən dinamik modelləşdirmə çərçivəsində bir–biri ilə
münasibətə girərək real mümkün ola biləcək hərəkətləri imitasiya edirlər.
Hal–hazırda obyektlərin tədqiqi zamanı riyazi modelləşdirmədən geniş
istifadə edilir. Kompyüter texnikasının sürətli inkişafı buna daha geniş
imkanlar açır. Riyazi modelləşdirmə zamanı obyekt yalnız onun hal
göstəricilərinin riyazi asılılıqlarından istifadə etməklə təsvir edilir. Burada
formallaşdırılmış məlumatlar geniş yer tuturlar.
Hər bir elmi sahə konkret olaraq öz xüsusi elmi metodlarını tətbiq edir.
Bəzi hallarda yalnız bir elm sahəsi üçün işlənmiş elmi metodlar digər
sahələrin tədqiqində də dəyərli olur. Bu onunla bağlıdır ki, bu elmlərin
tədqiqat obyekti eyni zamanda digər elmlərin qanunlarına tabe olur.
Məsələn, fiziki və kimyəvi tədqiqat metodları biologiyada da o əsasla
Tədqiqat işlərinin fəlsəfəsi
23
tətbiq olunur ki, bioloji tədqiqat obyektləri də özlüyündə materiyanın fiziki
və kimyəvi hərəkət formalarını təsvir edən qanunlara tabe olsun.