Nəzəri tədqiqat metodları Abstraktlaşdırma – araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini
aradan götürməklə onun maraq doğuran əsas göstəricilərinin seçilməsidir.
Abstraktlaşdırma və abstraksiya bir-birindən fərqli proseslərdir. Birinci hal
nəticənin, yəni, abstraksiyanın əldə olunmasına aparan əməliyyatlar
toplumudur. Abstraksiyaya misal olaraq: ağac, ev, yol, maşın və s. göstər-
mək olar. Abstraktlaşdırma prosesi isə məntiqi qavrama sistemində analiz
və sintez ilə sıx əlaqədardır.