MergedFile


 Tədqiqatın metodologiyası



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   14   15   16   17   18   19   20   21   ...   113
2016-2204

1.4. Tədqiqatın metodologiyası  
Elmi–tədqiqat işlərinə başlamazdan öncə tələbələr və gənc tədqiqatçılar 
elmi  işin  metodları  və  metodologiyası  ilə  tanış  olmalıdırlar.  Burada  vacib 
aspektlər  çoxdur:  problemin  və  tədqiqat  mövzusunun  seçilmə  metodikası, 
faktların  toplanması  və  sistemləşdirilməsi,  köklü  tədqiqatın  ideyası  olan 
problemin  inkişaf  tarixi.  Fəlsəfi  baxımdan  ideya    insan  idrakının  məhsulu 
olub  həqiqəti  əks  etdirir.  Onun  tərkibinə  idrakın  məqsədinin  başa 
düşülməsi, tədqiqat perspektivi  və onun praktiki əhəmiyyəti daxildir [8].      
İ
stənilən  elmi–tədqiqat  işi  müəyyən  üsulların  və  fəndlərin  verilmiş 
qaydada tətbiqi sayəsində həyata keçirilir. Bu prinsiplər, təşkiletmə üsulları, 
o  cümlədən  nəzəri,  həmçinin  praktiki    fəaliyyətin  quruluşundan  ibarət 
sistem  haqqındakı  elm  metodologiya  (yun.    µεθοδολογία  –  metodlar 
haqqında elm)   adlanır. Metodologiyanın digər bir təyinat sahəsi elmi idrak 
haqqındadır.    Elm  metodologiyası  bir  tərəfdən  elmi–tədqiqatın  tərkib  his-
sələri olan obyekti, predmeti, məsələnin həlli üçün vacib sayılan  tədqiqatın 
məqsədini,  vasitələr  toplumunu  səciyyələndirir;  digər  tərəfdən  araşdırma 
prosesində  hərəkətlər  ardıcıllığı  haqqında  təsəvvür  formalaşdırır. 
Metodoloji  bilik  istər  yazılı  formada,  istərsə  də  normativ  şəkildə,  yəni 
fəaliyyətin  aparılmasına  bir  başa  təlimatlar  və  göstərişlər  verməklə  çıxış 
edə bilər. Bu şəkildə metodologiya birbaşa fəaliyyətin icrasına yönəlir.  
Elmin  metodologiyası,  xüsusi  elmlərin  tədqiqi  zamanı  aşkar  olunan 
metod  və  tədqiqat  vasitələrinin  ümumiləşdirilməsi  və  inkişafından  doğ-
muşdur.  Məsələn,  eksperimentlər  ilkin  olaraq  mexanika  elmində  tətbiq 
olunmuşdur. Ancaq sonralar ondan digər elm sahələrində də geniş istifadə 
olunur  və  onun  sərbəst  empirik  tədqiqat  metodu  kimi  qəbul  edilməsinə 
qərar  verilir.  Bunu  bir  neçə  nəzəri  metodlara  da  aid  etmək  olar.  Məsələn, 
elmi  biliyin  aksiomatik  quruluş  metodu  uzun  illər  sırf  riyaziyyata  aid 
edilmişdir.  Son  vaxtlar  isə  o  digər  elmlərdə  (fizika,  nəzəri  biologiya  və 
linqvistika)  geniş  tətbiq  olunaraq  formallaşdırılmış  dillərin  qurulma 
metodlarının əsasını təşkil edir.  


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
24 
Bundan 
ə
lavə 
elmi–tədqiqatın 
metodologiyası 
ümumi 
idrak 
metodologiyasının  həm  nəzəri,  həm  də  praktiki  nöqteyi  nəzərdən  daha 
aktual  tərkib  hissəsi  sayılır.  Metodologiya  tədqiqat  metodlarını  daha 
dərindən analiz etməyə imkan verir. Belə analiz bir çox yeni elmi fənlərin 
xüsusiyyətlərini öyrənərək aktual xüsusi nəzəriyyələrin yaranmasına gətirib 
çıxarıb. 
Məsələn, 
eksperimentin 
riyazi 
nəzəriyyəsi 
sınaqların 
planlaşdırılması və nəticələrin emalına imkan verən çoxlu sayda metod və 
üsulları aşkar edir. Onun nəticələri ilə istənilən tədqiqatçı işləyə bilir. Eyni 
fikirləri  sistem,  struktur–funksional  analiz  və  ya  modelləşdirmə  metodu 
kimi ümumi nəzəri metodlara da aid etmək olar. 
Bir sözlə, metodologiyaya nə metodlar haqqında bir elm  kimi nə ayrı–
ayrı,  nə  də  ümumiləşdirilmiş  elmi  metodlar  toplumu  kimi  baxmaq  olmaz. 
Burada  söhbət  əsasən  bu  metodların  elmi  biliyin  əldə  olunması  yolunda 
tətbiq  sərhədlərinin  araşdırılıb  üzə  çıxarılmasından  gedir.  O,  dərketmə 
metodlarının  yaranması,  mənası,  effektivliyi  və  digər  xüsusiyyətlərini 
öyrənir. Elmi biliyin inkişafının istənilən mərhələsində metodların təyinatı 
və əsaslandırılması, onların köhnələrdən fərqini aşkar etmək üçün vacibdir. 
Bu baxımdan metodologiya gələcəyə yönəlmiş bir elmdir. O, elmin inkişa-
fını qabaqlamaq zərurətindədir [9].  

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin