MergedFile


Fəsil 7: Elmi cəmiyyətin etik qaydalarının pozulması ....................... 134



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   4   5   6   7   8   9   10   11   ...   113
2016-2204

Fəsil 7: Elmi cəmiyyətin etik qaydalarının pozulması ....................... 134 
7.1. Elmi etikaya riayət ........................................................................ 134 
7.2. Müəlliflik hüququnun pozulması .................................................. 135 
7.3. Plagiat  .......................................................................................... 136 
Ə
dəbiyyat ............................................................................................. 138 
Açar sözlər ........................................................................................... 144 
 
 
 
 
 
 
 
 
 


Ön söz 
 
 
  7 
Ön söz 
Ali məktəbdə təhsilə qədəm qoymaqla gənclərin həyatında yeni mərhələ 
başlayır.  Bir  çoxları  üçün  bu,  başqa  bir  şəhərə  köçmədən,  yaşadıqları 
şə
hərdə  təhsil  alanlar  üçün  isə  başqa  insanlarla  ünsiyyət  qurmaq  şansına 
yiyələnməkdən  ibarətdir.  Digər  tərəfdən  həyatlarında  yeni  dövr  kimi  qeyd 
olunan  tələbəlik,  bu  gənclərin  öz  doğmalarından  uzaq  düşmələri  əsasında 
yaranan  emosional  hisslərlə  müşaiyət  olunur.  Tələbələr  ali  məktəbə  ayaq 
basdıqda  ilkin  olaraq      “Mənim  dekanlığım  hardadır?”,  “Filan  kafedranı 
necə  tapmalı?”,  “Filan  auditoriya  harada  yerləşir?”  kimi  suallarla  qarşı-
laşırlar.  Bu  və  digər  sualların  axtarışında  yeni  tədrisə  başlayanlar  tək  qa-
lırlar. Ali təhsilin əsas məqsədi də elə buradan irəli gələn özünütəşkiletmə 
və    sərbəst  işləmə  kimi  amillərlə  müşaiyət  olunan  bir  inkişaf  prosesindən 
ibarətdir.  
Tədris  prosesinə  daha  dərindən  baş  vuran  tələbələrdən  yeni–yeni 
məsələləri  həll  etmək  tələb  olunur.  Bu,    aparılmış  praktiki  təcrübələrin 
yazılı  şəkildə  tərtibindən  tutmuş,  ali  təhsil  məktəbinin  müəllimləri  tərə-
findən  qoyulmuş  hər  hansı  bir  empirik  və  ya  nəzəri  məsələnin  icrası  və 
tələblərə uyğun elmi dildə yazılmasından ibarət geniş bir sahəni əhatə edir. 
Orta  məktəbdə  mətnlərin  elmi  dildə  yazılması  və  tərtibi  o  qədər  də  geniş 
tədris  olunmadığından,  ali  təhsilə  başlayan  tələbələr  bu  vərdişlərə  sərbəst 
şə
kildə  yiyələnmək  məcburiyyətində  qalırlar.  Bunun  üçün  sadəcə  dərs-
liklərin oxunması kifayət etmir, çünki, dərslik sırf bir fənn üzrə məlum olan 
biliklərin sadə dildə tələbələrə çatdırılmasını qarşısına məqsəd qoyur. Onun 
tərtibinin  incəliklərıni  anlamaq  isə  orta  statistik  tələbənin  qavrama 
sərhədlərini  aşır.  Yəni,  sadəcə  kitablara  baxmaqla  hər  hansı  verilmiş  bir 
elmi  tapşırığın  icrası  üçün  iş  planının  tərtibi,  aparılması  və  sənəd-
ləşdirilməsi  çox  çətin  məsələdir.  Burada  elmi  işlərin  tərtibi  və 
prezentasiyası  xüsusi  ədəbiyyatlarda  təsvir  olunmuş  metodiki  göstərişlərin 
köməyi  ilə  həyata  keçirilir.  Belə  ədəbiyyatlar  ümumi  bilik  bazasına  əsas-
lanaraq addım–addım tapşırığın deduktiv yolla başa düşülməsinə, onun həll 
olunmasına kömək edir. 
Təqdim  olunan  kitabın  da  əsas  məqsədi  tələbələri  tədris  prosesində  
müşaiyət  edərək,  onlara  kurs  və  layihə  işləri,  bakalavr  və  magistr  disser-
tasiyalarının verilmiş vaxt çərçivəsində addım və addım uğurla işləmələrinə 


Ön söz 
 
 
 

yardım  olmaqdan  ibarətdir.  Kitabda  təsvir  olunan  metodiki  biliklər  elmi–
tədqiqat  işlərinin  həyata  keçirilməsinə  həsr  edimiş  geniş  ədəbiyyat  küt-
ləsinə  əsaslanır  və  ali  məktəblərdə  tədris  olunan  bütün  elm  sahələri  üçün 
dəyərlidir. 
Müəllif rəyçilərə  və  elmi  redaktora  əlyazmanı  diqqətlə  oxumalarına  və 
etdikləri  dəyərli  göstəriş  və  təkliflərinə  görə  öz  dərin  minnətdarlığını 
bildirir.  
 
 
Frayberq (Almaniya), 2016-cı il. 
 
Rezo Əliyev 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin