Giriş
9
Giriş
Hər bir ali təhsil elmi biliklərin əldə olunmasına əsaslanır və tələbələrə
ixtisas fənləri ilə bərabər elmi metodlar və işləmə üsulları haqqında
məlumat verməyi qarşısına məqsəd qoyur. Ali məktəblər profillərindən asılı
olaraq fərqlənsələr də, onların elmə əsaslanan ümumi məqsədləri eyni
olaraq qalır. Təhsil zamanı tələbə dəfələrlə ixtisasla bağlı elmi və praktiki
tapşırıqları elmi metodların köməyi ilə araşdırmaq və yeni bilikləri əldə
etmək qabiliyyətini sübut etməlidir. Təhsili yekunlaşdıran buraxılış
işlərində (bakalavr və magistr dissertasiya işləri) bu özünü daha aydın
şə
kildə biruzə verir. Doktoranturada elmi fəaliyyət ali təhsil pilləsində əldə
olunan elmi metodlara əsaslanır və onun bu və ya digər sahə üzrə geniş-
ləndirilməsindən ibarətdir. Tələbə, həmçinin gələcək tədqiqatçı öz
fəaliyyəti zamanı elmi işlərin tərtibi, icrası və sənədləşdirilməsi ilə məşğul
olur. Dissertasiya və digər yekun elmi işlərin hazırlanmasında əsas məqsəd
tələbənin, eləcə də tədqiqatçının qoyulmuş problemi verilmiş vaxt çər-
çivəsində elmi metodların köməyi ilə həll emək qabiliyyətini üzə
çıxarmaqdan ibarətdir.
Elmi işlərin tərtibi vərdişlərinin yalnız ali təhsil müddətində yararlı
olması və bunun sırf yaxşı qiymətlərin əldə olunmasına yönəlməsini düşün-
mək səhv olardı. Bu metodikaya yiyələnmiş hər bi şəxsin praktiki fəaliyyəti
zamanı qarşısına çıxan istənilən suala yanaşma metodu da başqa olur. Onlar
digərlərindən fərqli olaraq qoyulmuş problemlərin həllində elmi metodara
ə
saslanan analitik yanaşmaya üstünlük verirlər. Ali təhsilli işçilər əldə
etdikləri elmi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi analizi
ə
sasında onun tətbiqindən irəli gələn yenilikləri araşdırır.
Bu baxımdan ali
təhsil müddətində tələbələrin elmi işlərin hazırlanma metodikalarına
yiyələnməsinin hərtərəfli üstünlükləri vardır.
Təqdim olunan kitabın strukturu tipik elmi işlərin hazırlanmasına
yönəlir. O, elmi işlərin hazırlanmasında və tərtibində köməkçi ədəbiyyat
kimi yararlı ola bilər. Kitabın əsas məqsədi oxucuya mükəmməl elmi işin
tərtibinə və ona bu vərdişlərə yiyələnməkdə yardımçı olmaqdan ibarətdir.
Kitabın tərkibini iki əsas hissəyə bölmək olar. Birinci hissədə elmi
işlərin hazırlanmasının əsasında duran, elmi metodlar haqqında məlum olan
ümumi fəlsəfi biliklər yer alır (Fəsil 1). Burada baza qnoseoloji problemlər
– elm, idrak nəzəriyyəsinin ilkin prinsipləri, idrakın obyekt və subyekt
Giriş
10
anlayışları nəzərdən keçirilir, elmi işin hazırlanmasında tətbiq tapan
metodoloji üsullar haqqında məlumat verilir. Kitabda həmçinin elmi işin
başlanması üçün zəruri olan elmi problemlərin qnoseoloji analizi, tədqiqat
prosesinin məntiqi quruluşu, yaradıcılıq prosesinə tədqiqatçının şəxsi
münasibəti, alınmış nəticələrin tətbiqində müəllif hüquqlarının qorun-
masına dair məsələlər ətraflı izah edilir.
Kitabın ikinci hissəsi isə elmi işlərin praktiki tərtibi üçün vacib olan
addımları özündə cəmləyir (Fəsil 2–6). Mətni hazırlamağa başlamazdan
öncə ilkin olaraq işin məqsədi və onun hipotezi qoyulmalıdır. Bunlar işin
keyfiyyətli hazırlanmasına birbaşa təsir edən amillərdir. Ədəbiyyatlarla
tanış olmadan işin məqsədinin qoyulması çətin olsa da, ədəbiyyat axtarışı
və əldə olunan materialların emalı ondan sonra gələn bölmədə yer alır
(Fəsil 3 və 4). Burada növbəti fəsil üçün vacib olan biliklərin qazanılmasına
çalışılır.
Seçilmiş elmi metodlara uyğun olaraq, onun nəzəri və empirik
olmasından asılı olmayaraq, ədəbiyyatlardan toplanmış biliklər əsasında
işin əsas hissəsi hazırlanır. Kitabda, görüləcək işin hazırlanması üçün yalnız
ümumi göstərişlər verilsə də, tədqiqat strukturundan asılı olaraq hər bir
məqsədin xüsusi arqumentasiyası əsaslandırılır. Buraya qədər olan işlər
konseptual
xarakter daşıyır. Bundan sonra yazılma texnikasına riayət
etməklə elmi işin praktiki olaraq tərtibinə qədəm qoyulur (Fəsil 5). İlkin
olaraq yazma stilistikası və elmi dili digərlərindən fərqləndirən səciyyələr
göstərilir. Yazma zamanı əsas ağırlıq ideyaların strukturlaşdırılmasına və
onların ifadəsinin kəsilməz olmasına düşür. Qoyulmuş məsələnin həllində
tətbiq tapan, yad mənbələrdən olan biliklərin işdə düzgün istifadəsi və
mənbələrin göstərilməsi dəqiq izah edilir.
Hazırlanmış elmi işin prezentasiyasının təşkili və uğurlu müdafiəsi üçün
tövsiyyələr 6-cı fəsildə təsvir edilir.
Yazma prosesində etik qaydalara riayət olunması işin keyfiyyətinə təsir
edən əsas amillərdəndir. 7-ci fəsildə elmi cəmiyyətin etik qaydaları və onun
qorunması üçün göstərişlər yer alır.
Kitabın əsas hissəsini, elmi işlərin hazırlanmasında tətbiq tapmış yerli
və xarici ədəbiyyatların siyahısı tamamlayır.
Tədqiqat işlərinin fəlsəfəsi
11
Dostları ilə paylaş: |