Microsoft Word F?ls?f? az doc


Tarixi determinizm konsepsiyası. Tarixi prosesd



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   16   17   18   19   20   21   22   23   ...   50
felsefe cavab01az

 

  21.Tarixi determinizm konsepsiyası. Tarixi prosesdə azadlıq və zərurətin nisbəti 

Yeni  dövrdə  sosial  və  humanitar  elmlərin  nümayəndələri    universal  rasionallıq 

modelindən    və  dünyaya  mexaniki-stiyentist  baxışdan  çıxış  edirdilər.  Yeni  dövrün  

filosofları əmin idilər ki, təbiət hesablana bilinən bir şeydir.          Rasionalist ənənənin 

nümayəndələri  elmi həm təbii,  həm də sosial  aləmin sirlərinin qapısını aça bilən bir 

qüvvə  kimi  qiymətləndirirdilər.  Dünyanın  mexanistik  mənzərəsində    sərt  determinizm 

hökm  sürür:    burada  təsadüfə  yer  qalmır.  Dunyanın  məhz    belə  mənzərəsinə  uyğun 

olaraq Laplas deyirdi ki, əgər kainat haqqında toplanmış bütün məlumatları cəlb etsək, 

onda bütün təfsilatı ilə həm gələcəyi qabaqcadan görə bilərik, həm də keçmişimizi bütün 

xırdalıqları ilə canlandıra bilərik.  

       Artıq  XVIII-ci  əsrin  sonuna    yaxın  sosial  hadisələrin    cəmiyyətin  pozulmaz  təbii-

tarixi  qanunauyğunluqlarını  təyin  etməyə  qadir  olan  dəqiq  metodların  köməyi  ilə  

empirik öyrənilməsinin vacib olduğu heç kimdə şübhə doğurmurdu. XIX əsrin sonu-XX 

ə

srin əvvəllərində ilk olaraq O.Kont, K.Marks, F.Engels və onların ardıcılları, sonra isə 



E.Dürkgeym,  V.Pareto,  Q.Moska  və  başqaları    sosial  fenomenləri  pozulmaz 

qanunauyğunluqlar  və  səbəb-nəticə  əlaqələri  terminlərinin  köməyi  ilə    təhlil  edirdilər. 

Pozitivizm  dəqiq elmlərin metodologiyası və metodlarını istifadə edərək sosial hadisə 

və  prosesləri  sərt  determinizm  kontekstində  nəzərdən  keçirirdi.  Sosial  sistemə  sərt 

dairəyə alınmış hansısa bir qanunauyğunluqlar əsasında fəaliyyət göstərən bitmiş sistem 

parametrlərii verilmişdi. 

       İnsan onu əhatə edən aləmin təkcə məhsulu yox, həm də daha çox  yaradıcısı 

olduğundan,  cəmiyyətin  inkişafında  fatalizm,  sərt  determinasiya  olunmuş  səbəb-nəticə 

ə

laqələri  yoxdur,  ola  da  bilməz.  Şübhəsiz,  cəmiyyətin  müəyyən  istiqamətliliyi  var, 



amma    onun  şüurlu  şəkildə    can  atdığı    "sərt  çərçivəyə  alınmış"  hansısa  bir  məqsədi 

yoxdur, ola da bilməz. Qanunauyğunluğu ictimai prosesin fatal müqəddəratı, hansısa bir 




yeganə  yol  ilə  irəliləməsi  kimi  təsvir  etmək  düzgün  deyil.    Təbiətdə  hökm  sürən  sərt 

zərurət  cəmiyyət  üçün  keçərli    ola  bilməz.  Təbiətdən  fərqli  olaraq,  insan  fəaliyyətini 

xarakterizə edən ən mühüm kateqoroyalardan biri azadlıq anlayışıdır. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin