22.Mədəniyyətin fəlsəfi anlayışı
«Mədəniyyət» anlayışı haqqında düşünərkən diqqəti ilk növbədə cəlb edən ən
ş
übhəsiz fakt budur ki, mədəniyyət yalnız insana xas olan hadisədir. Bu anlayışın yalnız
insana münasibətdə mənası vardır və o, insanı, məhz, insan kimi səciyyələndirən ən
aşkar göstəricilərdən biridir. Heç kimdə şübhə doğurmur ki, insanın inkişaf səviyyəsi
onun ilk növbədə mədəniyyətə nə dərəcədə yiyələnməsi ilə ölçülür. Deməli mədəniyyət
insanda insani başlanğıcın inkişafını səciyyələndirən anlayışdır.
Mədəniyyət anlayışının məzmununu insanın mövcud olduğu tarix ərzində yaratdığı
və onun mövcudluğunun köklü şərtlərinin məcmusu olan mühit təşkil edir. Beləliklə
mədəniyyət insanın köklü mənafelərindən, arzu və istəklərindən qaynaqlanan
dəyişdirici-yaradıcı fəaliyyətini, onun nəticələrini və nəsillərin topladığı praktik –
mənəvi təcrübəni mənimsəmə və qoruma mexanizmlərini özündə birləşdirən mürəkkəb
bir sosial- mənəvi fenomendir. Mədəniyyət özünün bu keyfiyyəti ilə insanın yer üzündə
ə
n ümumi mövcudluq forması kimi çıxış edir.
İnsan fəaldiyyəti həmişə dəyişdirici xarakter daşımışdır. Lakin Yeni dövrə qədər o,
hər nə qədər dəyişdirici məzmun daşısa da, dünyanın əzəli və əbədi nizami haqqında
müvafiq düyagörüşü çərçivəsində formalaşmış təsəvvürlərlə ziddiyyət təşkil etmirdi. Bu
fəaliyyət nəinki həmin nizamını dəiyşdirməyə, əksinə, insanla dünya arasındakı
harmoniyanı daha da təkmilləşdirmək yolu ilə dünyanın əzəli düzəmini qoruyub
saxlamağa yönəlmişdi. İnsanın öz köklü mənafelərini tamın (ümuminin) rifahı
çərçivəsində reallaşdırmağa yönəlmiş bu cür fəaliyyəti mədəniyyətə və onun yüksəlişinə
xidmət edir. Mədəniyyət insanda mənəvi başlanğıcın inkişaf göstəricisidir.
Dostları ilə paylaş: |