30.Sosial idrakın obyekti və onun spesifik səciyyəsi.
Cavab: "Sosial idrak" özlüyündə
ikimənalı anlayışdır. Bəzi əsərlərdə "sosial idrak"
dedikdə cəmiyyət tərəfindən bizi əhatə edən bütün aləmin, o cümlədən təbiətin dərki,
digərlərində isə yalnız cəmiyyətin dərki nəzərdə tutulur. Biz "sosial idrak"
anlayışını bu ikinci mənada işlədəcəyik. İnsan idrakı ümumi qanunauyğunluqlara
tabedir. İdrakın obyektinin xüsusiyyətləri onun spesifikasını şərtləndirir. Sosial
idrakın da özünəməxsus xarakteristikası onun spesifikasını təşkil edir. Əslində hər
cür idrak mahiyyət e’tibarilə sosial, ictimai xarakter daşıyır. Biz isə sırf sosial
idrakdan, bu anlayışın dar mə’nasından danışacaq, onun cəmiyyətə dair biliklər
sistemindəki yerini müəyyənləşdirməyə çalışacağıq. Sosial idrakın spesifikası öz
ifadəsini hər şeydən əvvəl onda tapır ki, burada obyekt rolunda idrak subyektlərinin
özlərinin fəaliyyəti çıxış edir. Daha dəqiq desək, insanlar həm idrakın subyekti, həm
də real fəaliyyət göstərən şəxslərdir. Bununla yanaşı, idrakın subyekti ilə obyekti
arasındakı qarşılıqlı əlaqə də onun obyektinə çevrilir. Başqa sözlə, təbiət, texniki və
digər elmlərdən fərqli olaraq, sosial idrakın obyektində onun subyekti də iştirak edir,
subyekt özü-özünü dərk etməyə çalışır.
Ə
gər biz, ümumiyyətlə idrakdan danışarkən, onu "gerçəkliyin insan beynindəki
inikası» kimi qiymətləndiririksə, sosial idrakdan danışanda hər şey bir qədər
fərqlidir. Düzdür, hər bir idrak növü kimi, sosial idrak da mahiyyət e’tibarilə in’ikas
prosesidir. Lakin bu anlayışdakı "sosial» termini onun məzmununu bir qədər daraldır
və diqqəti yalnız gerçəkliyin kiçik bir hissəsi olan insan cəmiyyətinə doğru yönəldir.
Ə
slində isə insan öz yaratdığının əlində aciz qalaraq, ondan baş açmağa, özü-özünü
dərk etməyə can atır. Bir tərəfdən, insan və cəmiyyət təbiətin bir parçası kimi çıxış
edir, digər tərəfdən isə, bu – həm cəmiyyətin, həm də insanın yaradıcılığının
məhsulu, onların qarşılıqlı fəaliyyətinin nəticəsidir.
Dostları ilə paylaş: |