31.Sosial idrakın təbii-elmi idrakın obyektivizmindən prinsipial fərqi.
Cavab: Cəmiyyət daxilində onun elə müxtəlif struktur və elementləri vardır ki, onlar
yalnız öz tələbatlarının, maraqlarının və məqsədlərinin həyata keçirilməsinə can atırlar.
Bu isə, ictimai həyatın mürəkkəbliyindən xəbər verir. Cəmiyyətin çoxtərəfliliyi və
müxtəlif keyfiyyətliliyi sosial idrakın mürəkkəbliyini və çətinliyini, onun digər idrak
növlərinə münasibətdə spesifikasını şərtləndirir. Sosial idrakın obyekti ilə bağlı
çətinliklərə onun subyekti ilə bağlı səbəbləri də əlavə olunur. Əgər obyektlə bağlı
səbəblər obyektivdirsə, onun subyekti ilə bağlı səbəblərdə müəyyən qədər subyektivlik
vardır. Axı sosial idrakın subyekti insandır. Baxmayaraq ki, insan cəmiyyətin bir
parçasıdır və burada gedən bütün ictimai münasibətlərdə iştirak edir, yenə də nəticə
e’tibarilə o bir insandır – özünün fərdi təcrübəsi və intellekti, maraqları və dəyərləri,
tələbatları və ehtiyacları olan insan. Buna görə də sosial idrakdan danışarkən, onun
spesifikasını verərkən, şəxsiyyət faktorunu da nəzərə almaq lazımdır. Çünki cəmiyyəti
təşkil edən fərdlər eyni zamanda bir şəxsiyyət kimi formalaşır və inkişaf edirlər. Sosial
idrakın subyekti olan insan cəmiyyəti dərk edərkən, təkcə fərd kimi deyil, həm də
şə
xsiyyət kimi çıxış edir. Məhz şəxsiyyətlər sayəsində cəmiyyət inkişaf edir, yeni
dəyərlər yaradır. Tarix cəmiyyətin inkişafına təkan verən, onu dəyişdirən şəxsiyyətləri
az yetişdirməmişdir. Məhz cəmiyyət insana şəxsiyyət olma imkanı verir, onu "sosial
varlığa" çevirir. Amerikan filosofu T.Parsons şəxsiyyətin cəmiyyətdəki roluna dair
yazır: “Sosial sistem fiziki orqanizmdən ibarət olan konkret fərdə əsaslanır. Bu fərd öz
rolları vasitəsilə sosial qarşılıqlı tə’sirlərdə şəxsiyyət olmaq e’tibarilə iştirak edir".
Nəhayət, sosial idrakın spesifikasından danışarkən, onun sosial-tarixi asılılığını da qeyd
etmək lazımdır.
Dostları ilə paylaş: |