24.Eksperimental-riyazi təbiətşünaslığın qərarlaşması (XVII əsr )
Yeni burjua cəmiyyətinin yaranması və inkişafı nəinki təkcə iqtisadiyyatda və
siyasətdə, həmçinin insanların şüurunda da dərin dəyişikliklər törətdi. XVII əsrdə
ə
mək bölgüsünün dərinləşməsi istehsal proseslərinin səmərələşdirilməsini, bu isə, öz
növbəsində, elmin güclü inkişafını tələb edirdi.
F.Bekonun fikrincə təbiəti mənimsəmək və onu insanın xidmətinə vermək üçün
elmi-tədqiqat metodunu kökündən dəyişdirmək lazımdır. Antik dövrdə və orta
ə
srlərdə elm başlıca olaraq Aristotelin silloqistikasına əsaslanan deduktiv metoddan
istifadə edirdi. Bekon bu metodu məhsuldar hesab etmir. Hər cür idrak təcrübəyə
ə
saslanaraq, təkcə faktların öyrənilməsindən ümumi müddəalara doğru
getməlidir. Belə metod induktiv metod adlanır. Lakin F.Bekon empirik tədqiqat
metodunun rolunu həddindən artıq şişirdərək, idrakın rasional əsaslarının — hər
ş
eydən əvvəl, riyaziyyatın rolunu kifayət qədər qiymətləndirmirdi. Eksperimental —
riyazi təbiətşünaslıq riyaziyyatın təbiətin öyrənilməsinə tətbiqinə imkan verən
xüsusi tip eksperimentə ehtiyac hiss edirdi.
Təbiət hadisələriiin tədqiqi zamanı riyaziyyatdan istifadə etməyin qeyri-
mümkünlüyü ideyasının yaranmasına səbəb riyaziyyatın təbiət hadisələrinin başlıca
xarakteristikasından biri olan hərəkəti öyrənə bilməməsi haqqındakı iddia idi.
XVII əsrdə Kepler, Qaliley və onun şagirdləri tərəfindən sonsuz kiçilənlər haqqında
riyazi metod inkişaf etdirildi. Bu metod riyaziyyata hərəkət prinsipini daxil etdiyinə
görə, riyaziyyatın fiziki prosesləri tədqiq etməsinə imkan verirdi. Bu sahədə mövcud
olan digər bir problem riyaziyyatın təbiətdə rast gəlinməyən ideal obyektlərlə iş
görməsi haqqındakı antik və orta əsr təsəvvürləri idi. Bu problemin həllinə
girişənlərdən biri Qaliley idi. Onun fikrincə, əgər eksperimentin köməyi ilə fiziki
obyektlərin ideal modelini quraşdırmaq mümkün olarsa, onda təbiət hadisələrini
riyazi metodların köməyi ilə öyrənmək mümkündür.
|