Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   35
am pftmt

Y.İ.Tixeyeva  (1865-1941) düzgün olaraq qeyd edirdi ki, ana dili uşaqların 
ailə  tərbiyəsində, uşaq bağçasında, məktəbdə  hələ layiqli yer tutmur, ana dilinin 
inkişafı mədəniyyətinə hələ də az diqqət verilir. Bununla bərabər “dil tərbiyənin əsas 
mövzusudur”; uşaqların dilinin inkişafı, ana dilinə  məhəbbət, sağlam  ədəbi zövqün 
tərbiyə edilməsi – “ən başlıca və birinci dərəcəli mühüm işdir”. Ailənin, uşaq 
bağçasının və  məktəbin bu işdə  əlbir olması tamamilə  zəruridir. Uşaqlar ailə 
tərbiyəsində erkən yaşlardan etibarən düzgün nitq vərdişləri almalıdır. Uşaqların 
düzgün nitq inkişafında yaşlıların, xüsusilə anaların nümunəsi çox böyük rol oynayır. 
Valideynlər və ailə üzvləri uşaqların eşitmə orqanlarına qulluq etməli, eşitmə 
qabiliyyətinin inkişaf etdirilməsinə qayğı göstərməli, uşaqla düzgün danışmalıdırlar: 
“Heç bir dilucu ilə danışmaq, uşağın dili ilə danışmaq lazım deyil. Uşaqla adi, 
düzgün, lakin sadə dildə danışmaq lazımdır, başlıca olaraq, aramla, aydın və ucadan 
danışılmalıdır”.    
Ailədə qazanılmış nitq vərdişlərinə istinad edərək bunu cürbəcür üsul və 
fəndlərlə genişləndirən və  dərinləşdirən uşaq bağçası nitqin inkişaf etdirilməsində 
ailənin etibarlı köməkçisi olmalıdır. 
Tərbiyəçilər uşaqların nitqini inkişaf etdirmək üçün ana dilində  şeriyyətin, 
incəsənətin müvafiq olaraq ən yaxşı nümunələrindən istifadə etməlidir. “Canlı söz, 
ifadəli nağıl, hekayə, hər an gözəl ifadə ilə, oxunan şer, xalq mahnılarımızın ahəngi 
uşaq bağçasında və həmçinin ailədə hökm sürməli, uşaq qəlbini gələcək daha dərin 
bədii qavrayışa hazırlamalıdır”. 
Tixeyeva uşaq bağçası  tərbiyəçiləri üçün uşaqların nitqini inkişaf etdirmək 
məqsədilə oyunlardan, yapmadan, rəsm və başqa məşğələlərdən, xüsusən uşaqlarla 
müsahibə   keçirilməsindən   necə   istifadə   edilməsi   haqqında   qiymətli   metodik 
göstərişlər vermişdir.  
Uşaq bağçası şəraiti sevinclə bağlı olmalıdır. “Sevinc elə bir şəraitdir ki, bu 


 
166
zaman uşağın fiziki və əxlaqi qüvvələri təravətli surətdə çiçəklənir, o, elə bir hissdir 
ki, qüvvəni, ruhən gümrahlığı, müvəffəqiyyətə can atmağı birə on artırır, məhəbbət 
və iltifata təhrik edir”. Oyunlar eyni zamanda ruhi və  mənəvi qüvvələrin inkişaf 
etdirilməsi vasitəsidir.  
Uşaqlar təbii olaraq hərəkətlidir, fəaldır, onlar maraqları ilə qırılmaz surətdə 
bağlı olan cürbəcür fəaliyyətdə, işlərdə özlərini göstərməyi sevirlər. Işlərin və 
məşğələlərin keçirilməsi zamanı  uşaqlar qiymətli adət və  vərdişlər qazanır,  əldə 
etdikləri biliklər onların praktik həyatı ilə bağlanır.  
“Azad tərbiyə  nəzəriyyəsi” tərəfdarlarının  əksinə olaraq Tixeyeva 
məktəbəqədər yaşlı  uşaqların inkişafında aparıcı rolu mütəşəkkil məşğələlərə 
verməklə  uşaq bağçasında məşğələlərin proqram və planlarının yaradılması  zərurəti 
və imkanı haqqındakı məsələləri müsbət cəhətdən həll etmişdir.   
Tixeyeva məktəbəqədər yaşlı  uşaqlarda nitq və  təfəkkürün düzgün inkişaf 
etdirilməsi üçün təlimin rolunun xüsusilə yüksək qiymətləndirirdi. Tixeyeva 
məktəbəqədər yaşlı  uşaqların tərbiyə  işində  təbiətin mühüm əhəmiyyətə malik 
olduğunu qeyd edirdi: “Uşaqları təbiətin qoynunda və təbiət vasitəsilə tərbiyə etmək, 
öyrətmək, böyütmək lazımdır”. 
Y.İ.Tixeyeva uşaq bağçalarında yaxşı intizamın həyata keçirilməsini necə 
təşkil etmək haqqında qiymətli göstərişlər vermişdir. Uşaq bağçada kollektivin bir 
üzvüdür və o, kollektivin mənafeyinə  və iradəsinə hörmət etməyi bilməli, öz 
impulslarını  və arzularını boğmağı bacarmalıdır. Uşaqlarla bu istiqamətdə  gərgin, 
uzunmüddətli və sistematik tərbiyə  işləri aparılmalıdır. Uşaqların intizam 
tərbiyəsində əsas vasitələrindən biri gücləri çatan əməkdir. Məcburi məşğələlər üzrə 
işlərin müddəti uşağın yaşından asılı olaraq 5 dəqiqədən 20 dəqiqəyə qədər ola bilər. 
Uşaqlar uşaq bağçasında rəsm, aplikasiya (yapma) işləri görməli, nəğmə oxumalı, 
musiqini və  uşaq bədii kitabçalarının qiraətini dinləməlidirlər və s. Hər  şeydə 
qaydanı, təmizliyi gözləmək, uşaqları  həmin qaydalara əməl etməyə alışdırmaq elə 
priyomlar sırasına daxildir ki, bunlarsız uşaqların sistematik tərbiyəsini düşünmək 
olmaz. 
Y.İ.Tixeyevanın  ən böyük xidməti ondan ibarətdir ki, o, məktəbəqədər 
tərbiyənin didaktik əsaslarını, uşaq bağçası ilə məktəbin tərbiyə işlərinin əlaqəliliyi 


 
167
məsələlərini elmi cəhətdən işləyərək davam etdirmişdir.  

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin