Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   35
am pftmt

Palina Kerqomar (1838-1925) Fransada xalq təhsilinin mütərəqqi xadimi
məktəbəqədər tərbiyə  nəzəriyyəçisidir. O, 1879-1917-ci illər arasında ana qucağı 
məktəbləri üzrə müfəttiş  işləmişdir. O, yalnız inspektor işləməklə kifayətlənməmiş, 
məktəbəqədər tərbiyə müəssisələrində  işləmək üçün tərbiyəçilər hazırlanmasına 
xüsusi əhəmiyyət vermiş, bu məqsədlə kurslar təşkil etmişdir. Həmin kurslar indi də 
onun adını daşıyır. Onun ən böyük əsəri “Fransada məktəbəqədər tərbiyə  və  uşaq 
bağçaları” adlı ikicildlik əsərdir. Palina Kerqomar pedaqoji fəaliyyətə inspektor 
işlədiyi dövrdən başlamışdır. Həmin dövr Fransada xalq maarifinin inkişafı  məktəb 
islahatları dövrünə  təsadüf edir. Həmin islahatlarda yalnız məktəblərin deyil
məktəbəqədər tərbiyə müəssisələrinin də  təşkilinə xüsusi fikir verilirdi. 1881-ci il 
islahatına  əsasən dünyada ilk dəfə  uşaq evləri maarif sisteminə daxil edildi. Uşaq 
bağçaları  və uşaq evləri dahi çex pedaqoqu Yan Amos Komenskinin şərəfinə “Ana 
qucağı  məktəbi” adlandırıldı. 80-ci illərin islahatına  əsasən gündüz işləyən uşaq 
müəssisələri açıldı, hər bir ailə istəsə uşağı oraya qoya bilərdi. 
P.Kerqomar uşaqların əqli tərbiyəsinə yüksək qiymət verir və həmin məsələni 
materialist baxımından izah edirdi. Kerqomara görə uşaqların dünyagörüşünü inkişaf 
etdirmək üçün uşaqlar onları  əhatə edən  əşyaların adını, rəngini, faydasını 
bilməlidirlər.  
Kerqomar fikrin, ideyanın mənbəyini bizi əhatə edən həyatda görür, ətraf 
aləmi dərk etməkdə hisslərə böyük əhəmiyyət verirdi. Çünki hiss üzvlərinin inkişafı 
varlığın bütün inkişafına kömək edir. Beləliklə, xarici aləmlə duyğular vasitəsilə 
ünsiyyətdə, təmasda olmaq nəticəsində nitq təşəkkül edir. P.Kerqomar deyirdi ki, 
“Ana qucağı  məktəbi”ndə  uşaqları  ən çox nə maralandırır, onlar nə ilə, necə 
yaşayırlar? Onun fikrincə, uşaqlar bu dövrdə heyvanlar, bitkilər dünyası ilə 
maraqlanır, yaşayırlar. Məsələn, uşaqlar  ən çox balalarına süd verən pişiklə, 
cücələrinə qayğı göstərən toyuqla maraqlanır. Onlar heyvanların neçə ayağı, dırnağı 
olduğunu heç yada salmır. Kerqomara görə  uşağın inkişafı  təbii prosesdir. Uşağın 
şəxsiyyəti yaşlı adamların rəhbərliyi altında formalaşır. Kerqomar yaradıcılığında 
XVIII  əsrdə fransız materialistlərinin, XIV əsr utopist sosialistlərinin ideyalarının 
təsiri duyulur. O, uşaq bağçalarına ailə kimi baxır. O bildirirdi ki, eyni zamanda 


 
168
burada daxili intizam möhkəm olmalıdır, lakin uşağı mənəvi cəhətdən sıxmamalıdır. 
Əqli inkişaf üçün o, uşaq evlərində oxu, yazı və sayı əsas götürürdü. Onun fikrincə 
uşağa oxumağı  və yazmağı öyrətməzdən  əvvəl  ətraf mühiti müşahidə etməyə 
öyrətmək lazımdır.  
Kerqomar uşaqların  əxlaq tərbiyəsinə kiçik yaşdan başlamağı  məsləhət 
görürdü. O, əxlaq tərbiyəsində  uşaqlara sərbəstlik verilməsini tələb edirdi. Əxlaq 
tərbiyəsində nüfuzun böyük əhəmiyyəti vardır. Lakin nüfuzun quruluq, 
təkəbbürlülük, uşaq həyatından uzaq olmaq kimi başa düşmək olmaz. Tərbiyəçi hələ 
çox  şeyi başa düşməyən uşağın üstünə  qışqıraraq “olmaz” deməməlidir. Tərbiyəçi 
mülayimliklə “belə etmək yaxşı deyil, belə etmək lazımdır” - deməlidir. Kerqomar 
deyirdi ki, uşaqların əxlaq tərbiyəsində inam, yoldaşa mehriban, qayğıkeş olmaq əsas 
şərtdir.  Əgər bir uşaq öz pirojnasını yoldaşına bütöv verirsə, bu eqoizmin inkişafı 
deməkdir.  Əgər onu tən yarısını yoldaşına verirsə, bu mehribanlıq, cəmiyyət 
əlamətidir. Başqalarına qayğı göstərmək gözəl keyfiyyətdir. Bu məqsədlə Kerqomar 
mənalı bir misalı təhlil edir. Ata uşaqlarını sirkə aparmağı söz verir. Onlar hazırlaşıb 
evdən çıxanda qonşu deyir ki, o biri qonşuda böyük bədbəxtlik üz verib. Bu xəbər 
onlara pis təsir edir və sirkə getməyi təxirə salırlar. Ertəsi gün ata uşaqları ilə balıq 
tutmağa gedir. Onlar bir neçə balıq tutub evə  gətirirlər. Ana uşaqlara deyir: “Gəlin 
balıqları bişirməyək, onları satıb pulunu həmin ailəyə verək”. Uşaqlar heç bir söz 
demirlər. Valideynlərin hərəkətindən sevinirlər. Axı elə onlar da bunu istəyirdilər. 
Onun fikrincə  uşaqların ləyaqətli bir vətəndaş kimi tərbiyə olunmasında  əməyin 
böyük rolu vardır. Uşaqlara kiçik yaşdan  əməyə  məhəbbət tərbiyə etmək lazımdır. 
Əməyə  məhəbbət tərbiyəsinə ehtiyac həyatın tələbidir.  Əmək ilk növbədə  uşağın 
hərəkətində özünü göstərir. Uşağın fiziki inkişafında, sağlamlığının təmin 
edilməsində oyun mühüm əhəmiyyət kəsb edir. Oyun uşaqları kollektivdə birləşdirir. 
Oyun zamanı  uşaqda təşəbbüskarlıq, çeviklik, diqqətli olmaq tələb olunur. Oyunda 
hər bir tərbiyəçi uşaqların əqli, mənəvi tərbiyəsinə kömək eədn ünsürləri tapa bilər.  
Ailədə  və “Ana qucağı  məktəbi”ndə  ən zəruri dərs  əşya dərsləridir. Uşaqlar 
hələ beşikdə ikən əşya dərsləri keçirlər. Məhz bunun nəticəsində uşaq bu və ya digər 
əşyaya toxunmağa, baxmağa, iyləməyə cəhd edir. 
 Kerqomara görə uşaqlara həqiqi məhəbbət sözün tam mənasında yalnız “hiss” 


 
169
olmayıb, elmdir. Uşağı “sevmək” üçün onu sevməyi “bacarmaq” lazımdır. Uşağa 
məhəbbət tələblərini, ehtiyaclarını, qabiliyyətlərini inkişaf etdirə bilən  şərait 
yaratmağı  tələb edir. Uşağı sevmək – onu qorumaq, ona hörmət etmək deməkdir. 
Çünki o, zəifdir, günahsızdır. Uşağı sevmək, xeyirxah olmaq, ona layiq olmaq 
deməkdir. 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin