174
N ə t i c ə
“Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında
müxtəlif pedaqoji
nəzəriyyələr” mövzusunda yazdığımız işinin məzmunundan irəli gələn nəticəni
aşağıdakı kimi müəyyənləşdirdik:
1. Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında
müxtəlif
pedaqoji nəzəriyyələrin tədqiqi problemlə bağlı müasir fikirlərin inkişafına stimul
yaradır.
2. Mövzu ilə bağlı elmi-metodik səpkidə vəsaitlərin
və məqalələrin kütləvi
surətdə yazılması faydalıdır.
3. Şərq və Qərb mütəffəkkirlərinin uşaqların inkişafı və tərbiyəsi haqqında
nəzəriyyələri bu sahədə elmin, yeni biliklərin imkişafına kömək edir.
4. Uşaqların elmi-nəzəri inkişafında Məhəmməd Peyğəmbərin (ə.s.) irsindən
istifadə vacib şərtdir.
5. Mövzu ilə bağlı nəzəriyyələrin dərindən öyrənilməsi
və tədqiqi müasir
dövrdə məktəbəqədər müəssisələrdə və ailədə uşaqların tərbiyəsi-təlimi işinin
inkişafına kömək edir.
6. Məktəbəqədər yaş dövründə tərbiyənin bütün
komponentlərinin tətbiqi
prosesində şəxsiyyətin formalaşmasına təsir edən amillərin (irsiyyət, tərbiyə, mühit)
nəzərə alınması işin effektliyini artırır.
7. Məktəbəqədər yaşlı uşaqların həyatında oyunun əhəmiyyəti tarix boyu
müsbət qiymətləndirilmişdir.
8. Bağçada və ailədə uşaqların əxlaqi keyfiyyətlərinin
daha da inkişaf etməsi
üçün məktəb, ailə və məktəbəqədər tərbiyə müəssisələrin sıx əlaqəsi faydalıdır.
Dostları ilə paylaş: