Norma özü hələlik tam öyrənilməmiş məfhumdur. C. H.
Təqdisi əsərlərində iki yüzə yaxın normanın olmasını göstərib, bir
neçəsinin adını çəkir. Hal-hazırda yeni bir tibb sahəsi olan normalo-
giyanın ortaya çıxması göstərir ki, onun əsas vəzifəsi normanın ma-
hiyyətini öyrənməkdən ibarətdir. Müasir biologiya və tibbdə geniş
tətbiq olunan aşağıdakı norma formalarını göstərmək olar.
Fizioloji norma-bu norma o qədər konkret deyil. Ona görə ki,
bu göstəricilər bir çox amillərin təsirindən asılı olaraq xeyli dəyiş-
kəndir. Məsələn, dağ yerləri və aranda yaşayan şəxslərin eritrosit-
ləri, qan dövranı və bir çox başqa göstəriciləri bir-birindən xeyli
fərqlənir. Bu fərqlənmə isə onların hərəsi üçün norma sayılır. Canlı-
ların növündən və başqa xüsusiyyətlərindən də asılı olaraq fizioloji
norma dəyişir. Bu haqda belə misalı qeyd etmək olar ki, zürafənin o
uzunluqda boynundan beyindəki mərkəzləri qan ilə təchiz etmək
22
üçün 320 mm. civə sütununa bərabər arterial təzyiq lazımdır. İnsan
isə bu təzyiqdən dərhal tələf olar.
Çox məlum olan normalardan biri də orta arifmetik (statistik)
normadır. Hələ vaxtı ilə Nəsirəddin Tusi yazmışdır ki, insanın nəbzi
haqqında düzgün məlumat əldə etmək üçün onu bir dəfə saymaq
kafi deyil. Yaxşı olar ki, üç dəfə sayıb orta rəqəmi götürmək lazım-
dır. Statistik normanın müasir tibbdə geniş tətbiq olunmasına bax-
mayaraq hələ bu da norma haqqında tam məlumat vermir.
İnsanın sağlamlığı dinamik olduğundan dinamik normada diq-
qəti cəlb edir. Lakin bu normanın göstəriciləri də bütün hallarda ki-
fayətedici qəbul edilə bilməz.
Adaptasiyanın sağlamlıqda əhəmiyyətini nəzərə alsaq adaptiv
norma yalnız müəyyən hallarda əhəmiyyətli ola bilər.
Sağlamlıq bir çox cəhətdən ekologiyadan asılı olduğu üçün
ekoloji norma da müəyyən olunmuşdur.
Orqanizmin daxili mühitinin sabitliyinin sağlamlıqda əhəmiy-
yətini nəzərə alaraq bəzi homeostatik normadan söhbət gedir.
Klinikalarda çox zaman fərdi normaya böyük əhəmiyyət veri-
lir. Lakin hər bir şəxs üçün fərdi normativlər təyin etmək praktik
olaraq çətinlik törədir.
Göstərilən və burada adları çəkilən və çəkilməyən bir sıra
norma növlərini C. H. Təqdisi əsərlərində təhlil edərək belə bir nəti-
cəyə gəlir ki, hal-hazırda tibbdə yalnız ümumi-korrelyativ norma
tətbiq edilə bilər. Yəni hər bir şəxsin fərdi homeostatik, ekoloji,
dinamik, fizioloji və s. normalarının xüsusiyyətlərini nəzərə alaraq
həmin adamın normalarını təyin etmək olar. Bu məsələnin klinika
üçün olduqca böyük əhəmiyyəti var. Kitablarda yazılan bir tərəfli
normativləri bəzi praktik həkimlər əsas götürərək insanın sağlam və
ya xəstə olması haqında düzgün olmayan fikirlər yarada bilərlər.
Normaya korrelyativ yanaşdıqda belə səhvlərin qarşısı alınır.
Norma ilə sağlamlığın sıx əlaqədə olması hamıya məlumdur.
Lakin bilmək lazımdır ki, norma hələ sağlamlıq demək deyildir.
Normadan kənara çıxmaq ola bilər ki, orqanizmin müdafiəyə uy-
ğunlaşma reaksiyalarının güclənməsinə doğru yönəlmiş olsun ki,
23
bunun nəticəsində insan daha sağlam və müqavimətli olur. Ona görə
də heç təsadüfi deyil ki, hal-hazırda sağlamlığın yaxşı və möhkəm
olması üçün müxtəlif stimulyatorlar və digər dərman formalarından
geniş istifadə olunur. Sağlamlığın qorunmasında risk amillərinin
aradan qaldırılmasının mühüm əhəmiyyəti vardır. Bunların sırasın-
da narkomaniya, alkoholizm və s. böyük yer verilir.
Sağlamlığı qorumaq xüsusi ilə yaşlı şəxslərə daha çox lazım-
dır. C. H. Təqdisinin bu məsələ ilə bağlı bəzi tədqiqatları vardır.
Onun “Herontologiyanın biogeokimyəvi əsasları” haqqında əsəri
Zaqafqaziyada herontoloqların konfransında giriş məqaləsi kimi
məruzə olunub diqqəti cəlb etmişdir.
C. H. Təqdisi pediatrlar ilə birlikdə pediatriyanın biogeokimyə-
vi əsaslarının hazırlanması üzərində çalışmış ki, bu da Respublikada
uşaq ölümünün qarşısının alınmasında müəyyən rol oynamışdır.
O, herontologiyanın nailiyyətlərindən danışarkən qeyd edirdi
ki, “illəri yox, həyatı illərə artırmaq lazımdır”. Yəni qoca yaşlı insan
normal həyat tərzini sürə bilib, aktiv ömür dövrü keçirə bilsin. Onun
fikrincə qocalıq dövrü heç də xəstəliklərlə müşahidə olunmamalıdır.
Ona görə qocalıq dövrü xəstəlikləri yoxdur. Qocalıq həyatın inten-
sivliyinin tədricən azalıb, sönməsidir.
C.H.Təqdisi emosional sferanın sağlamlığın qorunmasında
böyük əhəmiyyətə malik olmasını dəfələrlə öz əsərlərində konkret
faktlarla göstərmişdir. O qeyd edirdi ki, müsbət emosiyalar
sağlamlığı qoruyur, mənfi emosiyalar isə əksinə şərait yaradır.
Lakin bu həmişə belə olmur. Məsələn, o, qeyd edir ki, pula çox
həris olan bir adama belə bir müsbət emosiya verdikdə ki, sən çoxlu
miqdarda pul udmusan o adam həddindən artıq sevincindən şok
halına düşüb, ölə bilər. Bəzən görürsən ki, mənfi emosiyanın xeyri
olur. Məsələn, iki tələbədən biri yaxşı oxuyur, hamı onu tərifləyir
bu onun yanındakı oxumayan tələbəyə mənfi emosiyadır. Lakin elə
bu mənfi emosiya həmin tələbədə yaxşı oxumağa şərait yaradır.
Onun elmi işlərində müsbət və mənfi emosiyaların mediator-
larının axtarılması böyük əhəmiyyət kəsb edir.
24
Müasir insanların sağlamlığında danışdıqda o, hipodinamiya,
aclıq və həddindən artıq qida qəbul etməyində zərərlərinə toxunmuş-
dur. İmmobilizasion stress modeli üzərində eksperimentdə stress
problemlərinin bəzi mühüm məsələlərinin həllinə nail olmuşdur.
Sağlamlıq haqqında elmi populyar məqalələrin və kitabların
nəşr edilməsi ən mühüm məsələlərdən biridir. Maraqlıdır ki, bu
məsələyə qədim zamanlardan fikir verilmişdir. Məşhur Şərq alimi
Zəkəriyya Ər-Razinin “Həkimə əli çatmayanlar” adlı kitabı diqqəti
cəlb edir. Orta əsrlərdə yaşamış Azərbaycan həkimi Əbdül Məcid
Təbib monqol şahının xahişi ilə xəstəliklərin müalicəsi adlı geniş
kütlə üçün yazdığı əsər olduqca maraqlıdır.
C. H. Təqdisinin bu haqda müəyyən nailiyyətləri vardır. Onun
daxildə və xaricdə nəşr olunmuş ondan yuxarı elmi-populyar kitabı
diqqəti cəlb edir. Müxtəlif şəhərlərdən gələn oxucu məktublarında
bu əsərlər ilə dərindən maraqlandıqları qeyd olunur. Onun “Sağal-
manın mexanizmləri” (Moskva, Znanie, 1984. Y. C. Məmmədovla
birlikdə) kitabı nəşr edilmişdir və həmin əsərdə sağlamlığın necə
qoruyub möhkəmlənməsi, xəstələnməmək və xəstələndikdən necə
tez sağalmaq haqqında geniş məlumatlar verilir.
Ömrünün son illərində C. H. Təqdisi bioritmlərin sağlamlığın
qorunmasında və möhkəmlənməsində rolunu dərindən öyrənməklə
məşğul olmuşdur. O, qeyd edirdi ki, təbiətdə gecə-gündüz, qaranlıq-
işıq, isti-soyuq və s. bu kimi ritmlər ilə bərabər bütün canlılar, o
cümlədən insanın orqanizmində də müxtəlif səviyyələrdə müəyyən
bioritmlər vardır. Məsələn, ürək və tənəffüs ritmləri. Bu bioritmlə-
rin gözlənilməsi həyatın davamlı və sağlamlığın qorunması üçün zə-
ruridir. O, hesab edirdi ki, orqanizmin daxili mühiti ilə onun xarici
mühitinin ritmlərinin qarşılıqlı fəaliyyəti həyatın əsas şərtlərində
biri sayılır. Son zamanlar hətta ay, gün və kosmik amillərin insanla-
rın sağlamlığına göstərə biləcəyi təsirlər diqqəti daha çox cəlb edir.
Ona görə də nə qədər orqanizm xarici mühitin bioritmlərinə çox uy-
ğunlaşarsa bir o qədər də sağlamlıq möhkəm olar. Bu uyğunlaşma
pozulduqda müxtəlif orqanlar və sistemlərin fəaliyyəti, ritmləri
pozular. Bu ən çox sinir və qan dövranı sistemi tərəfindən özünü
25
göstərir. Lakin bioritmlər ilə əlaqədar olaraq sağlamlıq, xəstəlik və
sağalmanın bir çox məsələləri hələ dərindən öyrənilməyi tələb edir.
Sağalmanın öyrənilməsi ilə tibb elmi yaxın dövrlərdə məşğul
olmağa başladığından bu haqda məlumatın toplanması davam edir.
Dostları ilə paylaş: |