Xəstəliklərin mahiyyəti haqqında təlim-Bu ümumi nozologi-
yanın əsas məsələsidir. Müxtəlif ixtisaslı həkimləri bu məsələ ya-
xından maraqlandırır. Lakin həkimlərdən başqa bu məsələnin iza-
hında bioloqlar, sosioloqlar və bir çox digər mütəxəssislərində işti-
rakı zəruridir. Xəstənin çarpayısı yanında həkimin təyin etdiyi müa-
licə tədbirləri hər şeydən əvvəl onun xəstəliyinin təbiəti və mahiy-
yəti haqqında təsəvvürlərinə əsaslanır. Heç də təsadüfi deyil ki, xəs-
29
təliyin mahiyyəti haqqında məsələlərə müxtəlif konfranslarda mü-
əyyən yer verilir.
Qədim zamanlarda həkimlər xəstəliyin mahiyyəti ilə dərindən
tanış olmadıqları üçün belə təsəvvür edirdilər ki, xəstəliyin bütün
təzahürlərini aradan qaldırmağa çalışmaq lazımdır. Lakin son
zamanlar aparılan tədqiqatlar göstərir ki, məsələ heç də belə deyil.
Xəstə orqanizmdə baş verən dəyişikliklərin əksəri orqanizmin mü-
dafiə və uyğunlaşma reaksiyalarına aid olduğundan onları nəinki
saxlamaq hətta bəzən gücləndirmək də lazımdır. Lap elə xəstəlik-
lərin yaxşı məlum olan nişanələrindən biri də qızdırmadır ki, bu za-
man orqanizmin müdafiəyə uyğunlaşma reaksiyaları səfərbərliyə
alınır. Yüksək hərarət, viruslar və bir sıra digər mikrobların artması,
inkişafın qarşısını alır və s. Hətta xəstəliyin ən xoşa gəlməz nişanəsi
olan ağrının da müəyyən müdafiəedici rolu göstərilmişdir. Necə de-
yirlər ki, ağrı-orqanizmin keşiyində duran və sağlamlığı qoruyan
köpəkdir. Əgər şişlər və bir sıra digər xəstəliklər də ağrı əvvəldən
baş versə idi insan onun qarşısının alınmasında lazımi tədbirlər gö-
rərdi. Lakin burada ağrı o zaman baş verir ki, şişin metastazları
bütün bədənə yayılır və xəstə ümidsiz vəziyyətə gəlib çatır. Beləlik-
lə, xəstəliklərin bir sıra nişanələrinin müdafiəedici əhəmiyyətinə
şərti yanaşmaq lazımdır.
İnsanlarda xəstəliyin mahiyyətini dərk etməyə çalışmaq hələ
lap qədim zamanlardan məlum olmuşdur və bu məsələnin aydınlaş-
dırılmasında C. H. Təqdisi tədqiqatlarında tarixi yanaşmaya böyük
yer vermişdir. O, qeyd edir ki, ibtidai icma dövründə insanların
dünya görünüşü olduqca məhdud olduğundan onlar xəstəliyi qəzəbli
ruhların bədənə daxil olması ilə izah etmişdirlər. Xəstəlik haqqında
belə təsəvvür ibtidai animizm (anima-canlı deməkdir) adı ilə məş-
hurdur.
Quldarlıq dövründə də xəstəliyin mahiyyətinin öyrənilməsi və
xəstəliklərin müalicəsi ilə müəyyən şəxslər məşğul olmağa başla-
yırdılar. Bu haqda toplanan məlumatlar həmin şəxslər tərəfindən nə-
sildən-nəslə şifahi verilirdi. Xəstəliyin mahiyyətinin öyrənilməsinə
aid olan bu dövrə ibtidai emprizm deyilir (emprizm-şifahi məluma-
30
tın verilməsi deməkdir). Yazılı nitq yarandıqdan sonra bu məlumat
toplanmağa başlanır və onların əsasında da xalq təbabəti yaranır.
Məlum olduğu kimi müasir tibb xalq təbabətinin nailiyyətlərinə
böyük maraq göstərib, onları dərindən öyrənir. Və xalq təbabətinin
bir çox məsələləri müasir tibb də geniş tətbiq olunmağa başlayır.
Xəstəliyin mahiyyətinin öyrənilməsində canlanma antik döv-
ründə Qədim Yunanıstanda olub. İlk dəfə olaraq burada xəstəliyin
mahiyyətinin öyrənilməsində nəzəriyyələr meydana çıxmağa baş-
layır. İlk nəzəriyyə tibbin atası sayılan Hippokratın (e. ə. 460-
377) qədim humoral nəzəriyyəsidir (müasir tibb də neyrohumoral
nəzəriyyə vardır). Bu nəzəriyyə xəstəliyin baş verməsinin orqa-
nizmdə olan dörd mayenin (qara öd, sarı öd, selik və bəlğəm) müva-
zinətinin pozulması ilə izah edilir. Maraqlıdır ki, hələ qədim Yunan
mədəniyyətindən VIII min il əvvəl atəşpərəstlərin müqəddəs kitabı
olan “Avesta”da bu mayelər belə adlanır; qara qan, al qan, selik və
bəlğəm. Bu daha düzgün sayılmalıdır. Ona görə ki, sarı və qara öd
bədəndə yoxdur. Lakin qara qan və al qan deməklə arterial və venoz
qan nəzərdə tutulur.
Tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndərə (e. ə.
356-323) otuz üç cilddən ibarət olan qədim Azərbaycan ərazisində
Zərdüşt (Zərdüşt Makedoniyalı İsgəndərdən 258 il əvvəl yaşa-
mışdır) tərəfindən yazılan “Avesta” haqqında məlumatı dedikdə o,
burada nədən söhbət getdiyini soruşur. Bildikdə ki, orada insan
hüququ və bir çox digər həyatı məsələlər ilə bərabər tibbə geniş yer
verilir, onda Makedoniyalı İsgəndər əmr edir ki; “Avesta”nın tibbi
məsələlərini tezliklə yunan dilinə tərcümə edib, “Avesta”nı
yandırın. Tərcüməçilər tələsdiklərindən al və qara qan əvəzinə sarı
və qara öd yazırlar. Əlbəttə bununla biz heç də Hippokratın xəstəlik
haqqında irəli sürdüyü ilk nəzəriyyənin əhəmiyyətini inkar etmirik.
Göründüyü kimi “Avesta”da yandılırmış və ondan yalnız üç cild
bizə gəlib çatmışdır. Amma Hippoktarın əsərlərinin məcmusu möv-
cuddur. Elə bəlkə də Hippokratın qədim humoral nəzəriyyəsinin
inkişafı əsasında müasir neyro-humoral nəzəriyyə yaranmışdır.
31
Xətəliyin mahiyyəti haqqında ikinci mühüm nəzəriyyə yenə
də qədim yunan alimi Demokritin (e. ə. 460-370) otomistik nəzəriy-
yəsidir. Bu nəzəriyyə ona görə belə adlanır ki, Demokrit sağlamlıq
və xəstəliyi orqanizmin atomlarının quruluşu ilə əlaqədar görmüş-
dür. Bu nəzəriyyə həm də solidar nəzəriyyə adlanır (solidos-möh-
kəm deməkdir). O zaman hesab edirdilər ki, atomlar maddənin ən
möhkəm hissəsidir. Məlum olduğu kimi hal-hazırda xəstəlik nəinki
atomlar hətta molekulyar və submolekulyar səviyyədə öyrənilir.
Qədim Roma alimi Qalenin (130-200) də özünə xas olan bir
nəzəriyyəsi olmamasına baxmayaraq xəstəliyin mahiyyətinin aydın-
laşdırılmasında və xəstəliyin müalicəsində böyük xidməti olmuşdur.
Onun adı ilə müasir tibbdə geniş tətbiq olunan Qalen preparatları
böyük əhəmiyyətə malikdir.
Qərbdə bəşəriyyətin ən qaranlıq dövrü sayılan orta əsrlərdə
tibbdə mistik, isxalastik nəzəriyyələr inkişaf etməyə başlayır. Xəs-
təliklərin öyrənilməsi və müalicəsi ilə həkimlər deyil, kilsə işçiləri
məşğul olurdular. Elə məhz buna görə də o dövr də Qərb də xəstə-
liyin mahiyyətinin aydınlaşdırılmasında nəinki heç bir irəliləyiş
olmur, hətta geriyə inkişaf baş verirdi.
Lakin elə bu dövrdə Şərqin dahi alimləri, tibb elminin klassik-
ləri (Ər-Razi, İbn Sina, İsmayıl Cürcani), onların bir çox tələbələri
xüsusi ilə Azərbaycanın həkim və alimləri (Mahmud İbn İlyas, Mə-
həmməd Yusifi) və bir çox başqaları qədim yunan elmi və mədəniy-
yəti ilə yaxından tanış olaraq onu inkişaf etdirirlər. Və bu sahədə bir
çox yeni nailiyyətlər əldə etmişlər. Özbəkistan EA-sı tərəfindən
səksəninci illərin əvvəllərində nəşr olunan İbn Sinanın beş cildli
“Tibb qanunu” kitabının mündəricatına nəzər saldıqda görürük ki,
bu böyük alim tibbin bir çox məsələləri haqqında hələ min il
bundan əvvəl necə müasir şəkildə düşünmüşdür.
Renessans dövründə kapitalizmin inkişafı nəticəsində insan-
ların sağlamlığı yenə diqqət mərkəzində olduğundan tibbin inkişafı
və xəstəliyin mahiyyətinin aydınlaşdırılmasında Qərb də bir sıra
nəzəriyyələr meydana çıxmağa başlayır.
32
Fizika, kimya və başqa dəqiq elmlər o zaman Qərbdə sürətlə
inkişaf etməyə başladığından bu elmlərin nailiyyətləri tibbə daxil
olub və xəstəliyin mahiyyəti haqqında yeni nəzəriyyələrin ortaya çıx-
masına kömək etdi. Bunlardan biri yatrofiziki nəzəriyyədir (həkimlik
fizikası). Bu nəzəriyyənin tərəfdarları canlı orqanizmin funksional
fəaliyyətini həm fizioloji və həmdə patoloji şəraitdə sadəcə fiziki
qanunlar ilə izah etməyə çalışırdılar. Məsələn, onlar hesab edirdilər
ki, ürək sadəcə bir nasos kimi fəaliyyət göstərir, ağciyərləri körük ilə
müqayisə edirdilər. Belə yanaşma mexaniki xarakter daşıyıb,
xəstəliyin mahiyyətinin açılmasına lazımi kömək göstərə bilmədi.
İkinci yatrokimyəvi nəzəriyyədir (həkimlik kimyası). Bu nə-
zəriyyənin tərəfdarları xəstəlik zamanı orqanizmdə xüsusi ilə qanda
baş verən kimyəvi dəyişikliklərin öyrənilməsinə böyük yer verirdi-
lər. Bu əlbəttə ki, lazımdır. Lakin bu nəzəriyyənin çatışmayan cəhəti
ondan ibarət idi ki, onun tərəfdarları bu kimyəvi dəyişikliklərin ma-
hiyyətini təbiətdən kənar qüvvələrdə görürdülər. İ. M. Seçenov
(13.08.1829-15.11.1905) bu haqda yazmışdır ki, canlı orqanizmdə
şübhəsiz fiziki və kimyəvi qanunlar vardır. Lakin sadəcə bu qanun-
lar ilə canlı orqanizmdə gedən mürəkkəb hadisələri izah etmək ol-
maz. Burada materiyanın bioloji hərəkət qanunları əsas sayılmalıdır.
Qərbdə bu zaman geniş yayılan xəstəliyin mahiyyəti haqqında
olan nəzəriyyələrdən biri də məşhur alman patoloqu Hanzemanın
hemeopatik nəzəriyyəsidir. Adından göründüyü kimi bu nəzəriyyə-
nin əsas istiqaməti oxşarı oxşar ilə müalicə etməkdən ibarətdir.
Onlar hesab edirdilər ki, məsələn, əgər xəstədə temperatur yüksəlib-
sə onu aşağı salmağa çalışmayıb əksinə onu bir daha yüksəltmək
lazımdır. Düzdür ki, müasir tibb də temperatur, ağrı və bir sıra digər
xəstəliklərin nişanələrinin müəyyən dərəcədə müdafiəyə uyğunlaş-
mada rolu göstərilmişdir. Lakin bu heç də o demək deyil ki, bu
prinsipi ümumiləşdirib, bütün hallara aid etmək lazımdır.
Homeopatlara xas olan ikinci əsas cəhət ondan ibarət idi ki,
onlar dərmanların dozasını o qədər azaldırdılar ki, faktiki olaraq
dərmanın yalnız izləri saxlanılırdı. O zaman civə, arsen və bir sıra
digər zəhərli maddələrin tibb də geniş tətbiq olunması zamanı bu
33
nəzəriyyənin ortaya çıxması zəhərlənmələrin qarşısının alınmasına
kömək etdi. Lakin bütün hallarda dərmanların müəyyən miqdarı
xəstə orqanizmə daxil olmalıdır.
Homeopatları tənqid edənlər deyirlər ki, onların metodlarının
düzgün nəzəri əsasları yoxdur. Bu bir həqiqətdir ki, bəzən təcrübə
nəzəriyyəni üstələyir. Elə homeopatların fikrincə burada da belə
olur. Onların istiqaməti guya müşahidə, təcrübə və hiss əsasında ya-
ranır. Bu nəzəriyyənin tərəfdarlarının əsas çatışmayan cəhətlərindən
biri də odur ki, homeopatlar eksperimentin əhəmiyyətini tibb də
inkar edirlər. Ona görə ki, heyvan öz təəssüratını izah edə bilmir.
Həqiqətən eksperimentdə alınan nəticələr dərhal klinikaya daxil ola
bilməz. Lakin heç də eksperimentin olduqca böyük rolunu müasir
tibbin inkişafında inkar etmək mümkün deyildir. Xüsusi ilə dərman
maddələrinin təsiri və onların təsir mexanizminin aydınlaşdırılma-
sında eksperimentin rolu olduqca böyükdür. Elə dərmanlar haqqın-
da söhbət getdikdə homeopatlar hesab edirlər ki, guya dərmanlar
özləri də patogen amillərə oxşar təsirə malikdirlər. Guya dərman
vermək “yaraya duz səpmək kimidir”. Elə məhz buna görə də onlar
dərmanın dozasını olduqca azaldıb, ən əlverişli kiçik doza axtarırlar.
Bütün bunlara baxmayaraq hal-hazırda homeopatiyanın tərəfdarları
az deyildir. Böyük şəhərlərin əksəriyyətində homeopatik apteklər
açılır. Lakin qeyd olunan fikirlərə əsasən bu nəzəriyyəyə tənqidi ya-
naşmaq lazımdır.
Göründüyü kimi Renessans dövründə xəstəliyin mahiyyəti
haqqında olan nəzəriyyələr də bu məsələnin həllinə lazımi dərəcədə
kömək göstərə bilməmişlər. Lakin elə bu dövrdə tibb sahəsində bir
sıra məşhur alimlər elmlərin özülünü qoymağa kömək etmişdilər.
Məsələn, Andrey Vezali (31.12.1514-15.10.1564) müasir anatomi-
yanın əsasını qoyur. Uilyam Harvey (01.04.1578-03.06.1657) qan
dövranı haqqında təlim irəli sürür. Rene Dekart (31.03.1596-
11.02.1650) refleks qövsü haqqında fikri öyrənir. Marçello Malpigi
(10.03.1628-30.09.1694) ilk dəfə böyrəklərdə kapillyar sistemin
olmasını göstərir. C. Morqani (1682-1771) xəstəliklərin təsnifatı,
lokalizasiyası və səbəbi haqqında təsəvvür irəli sürür. Bişa
34
(1771-1802) proseslərin lokalizasiyası ilə gedişi arasında əlaqəni,
funksional və morfoloji dəyişikliklərin əlaqəsini aydınlaşdırmağa
çalışır və s. Lakin qeyd etmək lazımdır ki, bu fikirlərin əksəriyyəti
hələ onlardan xeyli əvvəl orta əsrlərdə Şərq alimləri Ər-Razi, İbn
Sina, İsmayıl Cürcani və onların da davamçıları tərəfindən öyrənil-
məyə başlanmışdır.
Xəstəliyin mahiyyətinin müasir səviyyədə elmi əsaslar üzə-
rində öyrənilməsi XIX əsrdən başlanır. Burada ilk növbədə Fransız
alimi Klod Bernar (12.07.1813-10.02.1878) və onun məktəbi ekspe-
rimentdə patoloji proseslərin mahiyyətini öyrənirdilər. Bundan əv-
vəl eksperiment fizioloji praktikada tətbiq olunurdu. XIX əsrdə Ru-
siyada patologiyanın eksperimentdə öyrənmək də A. M. Filoma-
fitskinin böyük rolu olmuşdur.
XIX əsrin əvvəllərində mikroskopun kəşfi xəstəliyin mahiy-
yətinin öyrənilməsinə bir neçə cəhətdən kömək etdi. İlk növbədə
mikroskop vasitəsi ilə infeksion xəstəliklərin amilləri tapıldı. Digər
tərəfdən mikroskop vasitəsilə şişlər, atrofiya, distrofiya, ateroskle-
roz və bir çox digər patoloji proseslərdə hüceyrə səviyyəsində gedən
dəyişikliklər öyrənildi. Hüceyrə patologiyasının əsasını qoyan,
məşhur alman patoloqu R. Virxovun (13.10.1821-05.10.1902) nəzə-
riyyəsi yarım əsrdən çox xəstəliyin mahiyyətinin öyrənilməsində
hakim nəzəriyyə sayılırdı. İlk dəfə İ. M. Seçenov, S. P. Botkin
(05(17).09.1832-12(24).12.1889), İ. P. Pavlov (26.09.1849-
27.02.1936) və başqa alimlər bu nəzəriyyəni tənqid edərək onun
çatışmayan cəhətlərini aydınlaşdırdılar. Onlar göstərdilər ki, heç də
orqanizmə sadəcə hüceyrələrin yığını kimi baxmaq düzgün deyil.
Belə yanaşma orqanizmin vəhdətini inkar edir, müdafiə və uyğun-
laşma reaksiyalarını patologiyada necə lazımdır qiymətləndirmir.
Həmin bu alimlərin xəstəliyin mahiyyəti haqqında irəli sür-
dükləri nervizm nəzəriyyəsi müasir tibb də qəbul edilmiş ən düzgün
nəzəriyyə sayılır. Hal-hazırda xəstəliyin mahiyyətinin aydınlaşma-
sına, tarixi nöqteyi-nəzərdən yanaşdıqda demək olar ki, bütün dün-
yada nervizm nəzəriyyəsi əsas sayıla bilər. Lakin eyni halda göstər-
mək lazımdır ki, Qərb də bu barədə geniş yayılan nəzəriyyələr içə-
35
risində freydizm, neofreydizm və psixosomatizm də müəyyən də-
rəcədə diqqəti özlərinə cəlb edirlər. Freydizm hesab edir ki, xəs-
təliyin baş verməsində əsas səbəbi bir sıra primitiv instinktlərdir
(aclıq, cinsi və s.). Neofreydislər hesab edirlər ki, burada xəstəlik-
lərin ictimai və mədəni amillərini yaddan çıxarmaq olmaz.
Amerikada geniş yayılmış psixosomatizm nəzəriyyəsinin tə-
rəfdarları xəstəliyin mahiyyətinin açılmasında subyektiv psixoanaliz
metodundan geniş istifadə edirlər. Onların fikrincə hər bir ixtisaslı
həkim psixologiya və psixiatriyanı yaxşı bilməlidir. Lakin psoxiso-
matiklərin bəziləri psixikanın maddi əsaslarını görməyib, onu
təbiətdən kənar qüvvələrdən asılı olması ilə izah edirlər.
Xəstəliyin mahiyyətinin aydınlaşdırılmasında tomizm, neoto-
mizm, neogipokratizm, eqzistensializm və bir çox digər nəzəriyyələr
də yaranmışdır. Bunlarının hər birinin müəyyən müsbət cəhətləri
vardır. Bu haqda məşhur Amerika alimi Uellesin “Pavlov və Freyd”
(1959) məqaləsi diqqəti cəlb edir. Buna cavab olaraq C.H. Təqdisinin
“Freyd və Pavlov” məqaləsi də vardır. Bu məqalədən belə çıxır ki,
bütün nəzəriyyələrin o cümlədən freydizmin də xəstəliyin mahiy-
yətinin açılmasında şübhəsiz müəyyən rolu vardır. Lakin, bu haqda
ən mühüm nəzəriyyə nervizim nəzəriyyəsi olaraq qalır.
Xəstəliyin mahiyyətinin öyrənilməsində bioloji yanaşma
insanlar və heyvanlar üçün eyni dərəcədədir. Burada hər şeydən
əvvəl canlı orqanizmin patogen amillərə reaksiyası diqqəti cəlb edir.
Bioloji yanaşmada ən mühüm nəzəriyyə Hans Selyenin
(26.01.1907-16.10.1982) ümumi adaptasiya nəzəriyyəsi sayılır.
Məlum olduğu kimi patogen amillərə qarşı canlı orqanizmdə
baş verən reaksiyalar spesifik və ya qeyri-spesifik olurlar. Əgər hər
hansı bir patogen qıcığın təsiri zamanı canlı orqanizmdə baş verən
reaksiyalar yalnız həmin patogen amillərə xasdırlarsa, bunlara
spesifik reaksiyalar deyilir. Bir çox müxtəlif patogen amillərin təsiri
zamanı baş verən reaksiyalar isə qeyri-spesifik adlanırlar. Məsələ
burasındadır ki, tibb elminin inkişaf tarixində ya bu və ya digər
reaksiyaları üstün tutmuşdular. Məsələn, monokauzalistlər əsas yeri
spesifik reaksiyalara vermişlər. Kondisionalistlər isə başlıca yeri
36
qeyri-spesifik reaksiyalara vermişlər. Müasir tibbdə xəstəliyin ma-
hiyyətinin aydınlaşdırılmasında mühüm nəzəriyyələrdən biri sayılan
Hans Selyenin ümumi adaptasiya sindromunda da qeyri-spesifik
nəzəriyyələr üstünlük təşkil edir. Belə nəzəriyyə H. Selyenin çoxlu
miqdarda eksperimentlərinin nəticəsinin təhlilindən yaranmışdır. O,
göstərmişdir ki, canlı orqanizmə infeksiya, intoksikasiya, travma,
aclıq, soyuq və bir sıra digər patogen amillər ilə təsir etdikdə həmişə
hipofiz-böyrəküstü vəzi tərəfindən eyni xarakterli dəyişikliklər baş
verir. Buna əsasən də H. Selye belə bir nəticəyə gəlir ki, guya hər
bir patogen amilin özünə məxsus əmələ gələn dəyişiklikləri yoxdur.
Bütün patogen amillər yalnız kəmiyyət baxımından bir-birindən
fərqlənən eyni xarakterli reaksiyalar törədir. Bu qısaca tərifdə H.
Selyenin nəzəriyyəsinin əsas mahiyyəti verilir. Bu nəzəriyyənin
çoxlu tərəfdarları və müxalifləri vardır.
Hans Selye nəzəriyyəsinin tərəfdarları olan praktik həkimlər
deyirdilər ki, əgər hər xəstəliyin özünə xas olan nişanələri yoxdursa,
bəlkə də hər bir xəstəliyin müalicəsi üçün xüsusi metodların hazır-
lanması lazım deyildir. Elə bir ümumi metodlar hazırlamaq lazımdır
ki, onların vasitəsi ilə bütün xəstəlikləri müalicə etmək mümkün
olsun. Bu da mənşələrinə görə müxtəlif xəstəliklərin müalicəsində
praktik həkimi şablon yanaşmaya gətirib çıxarır. Çoxdan məlumdur
ki, tibbdə panaseya (bütün dərdlərə bir dərman) heç bir zaman
olmayıb və olmayacaq. Nəinki hər bir xəstəlik hətta eyni xəstəliyin
ayrı-ayrı mərhələlərində də özünə məxsus müalicəvi tədbirlərin
aparılması tələb edilir.
Əlbəttə Hans Selyenin təliminin digər mənfi və bir çox müs-
bət cəhətləri də vardır. Müsbət cəhətlərindən onu qeyd etmək lazım-
dır ki, H. Selye ilk dəfə ətraflı olaraq müxtəlif xəstəliklərdə, orqa-
nizmin müdafiəyə uyğunlaşma reaksiyalarına endokrin sistemini
cəlb edib. Elə bu işlərin nəticəsində kortizon, hidrokortizon və bir
sıra digər hormonal preparatlar, düzgün kurs müalicəsi ilə tətbiq
olunduqda bir çox xəstəliklərin müalicəsində tez və müsbət nəti-
cələr verir.
37
Qeyd etmək lazımdır ki, orqanizmin qeyri-spesifik reaksiyala-
rının müdafiəyə uyğunlaşmasında rolu hələ H. Selyedən xeyli əvvəl
İ. M. Seçenov, İ. P. Pavlov, S. P. Botkin və bir sıra görkəmli alimlər
çox gözəl əsaslar ilə sübut etmişlər. Onlar burada əsas rolu sinir sis-
teminə vermişlər. Hans Selyenin əsas nailiyyəti ondan ibarətdir ki,
o, burada endokrin sistemin mühüm rol oynamasını göstərirdi.
Endokrin sistemin patologiyasından danışılarkən C. H. Təqdisi öz
işlərində maraqlı nəticələr əldə etmişdir. Burada yalnız qeyd etmək
lazımdır ki, həm spesifik, həm də qeyri-spesifik reaksiyalar dialekti-
kanın kateqoriyalarından biri kimi daima birlikdə və sıx əlaqədə
götürülməlidir. Onların birinin o birinə üstünlük verməsi qeyd etdi-
yimiz kimi praktikada ciddi səhvlərə gətirib çıxara bilər.
Xəstəliyin mahiyyətinin öyrənilməsində tibbi yanaşma əsas
sayılır. Burada tibbin eksperiment və klinikada əldə etdiyi bütün
nailiyyətlərdən geniş istifadə olunur. Eksperimentdə alınan nəticələ-
rin klinikaya tətbiq edilməsində, klinik patofiziologiyanın rolu ol-
duqca mühümdür. Klinik patofizioloqlar adından göründüyü kimi
müxtəlif klinikaların patofizioloji şöbələrində çalışırlar. Onlar
eksperimentdə alınan yenilikləri çox böyük ehtiyatla az qrup xəstə-
lərdə, onlara heç bir zərər verməmək şərti ilə tətbiq edirlər. Həmin
nəticələr özlərini doğrultduqdan sonra praktikada geniş istifadə
oluna bilərlər.
Xəstəliyin mahiyyətinin aydınlaşmasında tibbi yanaşma ilə
bərabər biokimyəvi, biofiziki, molekulyar, ekoloji və bir çox digər
yanaşmalar da vardır.
Dostları ilə paylaş: |