44
1) Qəza-müdafiə reaksiyaları-Bunlar dərhal patogen amilin
təsirindən sonra başlayıb, lakin qısa müddətli olurlar. Belə
reaksiyalar bəzən kortəbii xarakter daşıyırlar. Məsələn, beyinin qan
ilə təchizi çətinləşdikdə qaraciyər və başqa daxili orqanlarda olan
qan, qan dövranında səfərbərliyə alınır. Həyati mərkəzlərin qan ilə
təchizini yaxşılaşdırır. Lakin qaraciyərin elə bu qısa müddətdə qan
ilə təchizi zəiflədikdə, həmin kiritik vəziyyətdən çıxandan sonra
orada degenerativ dəyişikliklər baş verə bilər.
2) Nisbətən möhkəm və davamlı müdafiə reaksiyaları -Bunlar
həm yerli və həm də ümumi xarakter daşıya bilirlər. Bu kimi ümumi
reaksiyalara orqanizmin ehtiyat imkanlarının səfərbərliyə alınması,
funksiyalar və maddələr mübadiləsinin güclənməsi, qoruyucu
ləngimənin əmələ gəlməsi və s. aiddir. Yerli müdafiə reaksiyalarına
isə faqositoz, qranulasion halqasının yaranması, toxuma inkişafı və
baryerlərin güclənməsi, toksinlərin neytrallaşması, regenerasiya və
s. göstərmək olar. Ayrı-ayrı konkret hallarda bu müdafiə reaksiyala-
rının bəzisi üstünlük təşkil edir. Məsələn, yaralanmada regenera-
siya, zəhərlənmədə toksinlərin neytrallaşması və s.
3) Bu reaksiyalara çox möhkəm və uzun müddət, hətta bütün
ömür boyu bədəndə qalan müdafiə reaksiyaları aid edilir. Bu kimi
müdafiə reaksiyalarından ilk növbədə əks cisimciklərin əmələ
gəlməsi aiddir ki, onların nəticəsində bütün ömür boyu həmin
xəstəliyə qarşı yoluxmazlıq yaranır. Konpensator reaksiyalarına isə
ürək qüsurlarından sol mədəciyin hipertrofiyasını göstərmək olar.
Elə orta dərəcəli hipertrofiyanın nəticəsidir ki, çox zaman ürək
qüsuru olan şəxs səksən il və daha çox yaşasın, bu kimi həyatı
əhəmiyyəti olan orqanda belə bir nöqsanın olmasını bilməsin.
Sağalma iki cür ola bilər. Tam və natamam sağalma. Tam sa-
ğalmada xəstəliyin törətdiyi bütün funksional və morfoloji dəyişik-
liklər aradan qaldırılır. İnsanın sağalmasından söhbət getdikdə isə
əmək fəaliyyətinin tam bərpa olunması da nəzərə alınmalıdır.
Dostları ilə paylaş: