Xəstəliyin öyrənilməsinə gəldikdə isə tibb elmi elə yarandığı
ilk günlərdən bunu qarşısına məqsəd qoymuşdur. Ona görə də bu
haqda məlumat çoxdur. Lakin hələ bir çox məsələlər burada da təd-
qiqat tələb edir. Məlum olduğu kimi xəstəliyin öyrənilməsinə həsr
olunan iki məfhum vardır. Patos və nozos. C. H. Təqdisi öz əsərlə-
rində bunların fərqini aydınlaşdıraraq qeyd edirdi ki, patologiya
xəstəliyin donmuş müəyyən bir vəziyyətdə öyrənilməsi ilə məşğul
olur. Hərçənd ki, patologiyanın özündə də müəyyən inkişaf vardır.
Nozologiya isə xəstəlik haqqında daha geniş bir məfhum olub, onu
dinamikada öyrənir. Beləliklə, nozologiya xəstəlik haqqında daha
ətraflı bir elmi sahədir. Bütün bu məsələlər haqqında geniş məlumat
onun “Ümumi nozologiya” adlı əsərinin əlyazmasında vardır.
C. H. Təqdisinin bu əsərində müəyyən terminoloji məsələ-
lərdə qətiləşdirilir. Məsələn, göstərilir ki, patoloji reaksiya hər bir
patogen amilə qarşı orqanizmin cavab reaksiyasıdır. Patoloji proses
isə struktur və funksional dəyişikliklərin kombinasiyasına deyilir ki,
bu kombinasiya ilə xəstəliyin xarakteri haqqında fikir söyləmək çox
zaman mümkün olmur. Hər bir xəstəlikdə çoxlu patoloji-proseslər
ola bilər. Patoloji prosesin xəstəliyə keçməsində, kəmiyyət dəyişik-
lərinin keyfiyyətə keçməsinə böyük yer verir. Məsələn, bir dənə
frunkulun olması prosesdir, lakin frunkulyoz xəstəlik sayılır.
Patoloji vəziyyət isə xəstəliyin nəticəsində baş verib, uzun müddət
davam edə bilər. Əlverişli şərait olduqda isə patoloji vəziyyət pa-
toloji prosesə, sonra xəstəliyə keçməsi mümkündür.
O, əsərlərində xəstəlikdən əvvəlki dövrün öyrənilməsinə
böyük əhəmiyyət verirdi. Bu dövrdə orqanizmin müdafiəyə uyğun-
laşma reaksiyaları zəiflədikdə xəstəliyin baş verməsinə əlverişli
şərait yaranır. Ona görə də bu dövrü vaxtında təyin edib, ona qarşı
lazımi tədbirlər gördükdə çox zaman xəstəliyin qarşısını almaq
mümkün olur. Xəstəlikdən əvvəlki və sonrakı dövrlər bir çox xəstə-
26
liklər də vardır. Astmadan qabaqkı dövr, infarktdan əvvəlki vəziy-
yət, şişdən qabaqkı dövr, şokdan və stressdən əvvəl və xəstəliklər-
dən sonrakı dövrlərin öyrənilməsi haqqında C. H. Təqdisinin əsərlə-
rində müəyyən məlumatlara rast gəlmək olar.
Ümumiyyətlə o, tədqiqatlarında patoloji proseslər və xəstəlik-
lərin dinamikasının öyrənilməsinə çox böyük yer verir. Kəmiyyət-
lərin toplanaraq yeni keyfiyyətə keçməsi burada əsas sayılır. Göstə-
rilir ki, insan birdən-birə şəkərli diabet, hipertoniya və s. xəstəlik-
lərə xəstələnmir. İnsan orqanizmində müəyyən amillərin təsirindən
tədricən şəkərin miqdarı artmağa başlayır və ya arterial təzyiq yük-
səlir. Bu kimi kəmiyyət dəyişiklikləri toplanaraq birdən sıçrayış ilə
yeni keyfiyyətə keçir, yəni sağlam insan xəstələnir. Elə xəstəliyin
özünün gedişində də daima kəmiyyət dəyişiklikləri toplanaraq yeni
keyfiyyətlərə keçirlər.
Ümumi nozologiyanın əlifbasını təşkil edən etiologiya, pato-
genez və müalicənin ümumi məsələlərinin əsas hissələri də C. H.
Təqdisinin tədqiqatlarından kənarda qalmırdı. O öz əsərlərində de-
terminizm prinsipini əsas tutaraq qeyd edirdi ki, xəstəliyin əmələ
gəlməsində səbəb mütləq zəruri, lakin kafi deyil, yəni şəraitin də
burada müəyyən rolu vardır. Şərait müxtəlif ola bilər, bəziləri xəstə-
liyin əmələ gəlməsini asanlaşdırır. Bununla bərabər xəstəliyin qarşı-
sını alan şərait də az deyildir.
Səbəb ayrı-ayrılıqda götürülən bir məfhum olmayıb o, həmişə
mürəkkəb bir prosesdir. C. H. Təqdisi səbəbin çox fərdi olmasına
böyük əhəmiyyət verərək yazır ki, bir şəxsə patogen olan səbəb
başqası üçün neytral və hətta xeyirli də ola bilər.
Ümumi patogenezi də dərindən təhlil edərək patogenezin baş-
lıca zəncirini orqanizmin müdafiə və uyğunlaşma reaksiyalarında
görürdü. Onun belə bir maraqlı fikri diqqəti cəlb edir ki, infeksion
xəstəliklərdə səbəb (mikroblar) orqanizmdə daima var. Şok və bir
sıra digər patoloji proseslərdə səbəb (travma) qısa müddətli təsir
edərək xəstəliyin sonrakı inkişafı səbəbin özü yox, onun törətdiyi
nəticənin hesabına olur. Allergik xəstəliklərdə allergenlər yalnız
onlara qarşı sensibilizasiya olduğu halda xəstəlik törədə bilirlər.
27
Bəzi zəif patogen amillər (göbələklər) yalnız orqanizmin müqavi-
məti zəiflədikdə xəstəlik əmələ gətirirlər. Orqanizmin müqaviməti
zəiflədikdə (cərrahi əməliyyatdan sonra) hətta bağırsaqların xeyirli
mikrobları da patogen təsir göstərə bilərlər.
Səbəb ilə nəticənin əlaqələsi pozulduqda orqanizmdə qüsurlu
dövran yaranır. Bu zaman səbəb ilə nəticə yerlərini dəyişərək yeni
əlavə səbəb və nəticə yaradırlar. Nozologiyanın ümumi məsələlərini
yaxşı bilən həkim heç bir zaman xəstədə qüsurlu dövranların baş
verməsinə imkan verməz.
Müalicənin ümumi məsələlərinə gəldikdə isə belə bir tarixi
fakt diqqəti cəlb edir ki, hələ “Avesta”da dərman ilə, bıçaq ilə və
söz ilə müalicə metodları qeyd edilmişdir. Hal-hazırda müalicənin
növlərinə gəldikdə etiotrop (səbəbə qarşı), patogenetik, simptomatik
və bir sıra müalicə növlərinin olmasına işarə edilir. Bunların sırası-
na isə etiotrop müalicənin daha radikal olması göstərilir.
C. H. Təqdisi öz əsərlərində profilaktikanın iki növünü qeyd
edir. Birincili və ikincili profilaktika. Birincili profilaktikanın əsas
məqsədi patogen amillərin orqanizmə təsirinin qarşısını almaqdan
ibarətdir. İkincili profilaktika isə xəstəliklərin resedivlərinə mane
olmaq, risk amillərinin qarşısını almaq və s. ibarətdir.
O, həm də xəstəliklərin təsnifatına böyük yer verirdi. Bu məsə-
ləyə tarixi yanaşaraq Əbu Nəsr Fərabinin ümumiyyətlə elmlər haq-
qında verdiyi təsnifatı xüsusi qeyd edir. Xəstəliklərin təsnifatından
danışdıqda bu məsələ alimlərin diqqətini çoxdan cəlb etmişdir. Hələ
lap qədim zamanlardan qızdırma ilə gedən xəstəliklər, yolxucu
xəstəliklər və orqanların xəstəlikləri olması məlum idi. XIX əsrdə
mikroskopun kəşfi ilə əlaqədar xəstəliklərin amilləri, mikroblar
tapıldıqdan sonra xəstəliklərin təsnifatının əsasında etioloji amillər
götürüldü. Elə buradan da nozoloji vahidlər ortaya çıxdı. Lakin
sonrakı tədqiqatlar göstərdi ki, amillərin bədən də olması hələ xəs-
təlik demək deyildir. Bir sıra xəstəliklərdə səbəb ilə bərabər pato-
genezində rolu olduqca böyükdür. Elə buna görə xəstəliklərin təsni-
fatına yeni qruplar əlavə edilir. Məsələn, şoklar, allergik xəstəliklər
və s. hansılarda ki, patogenezin rolu heç də səbəbdən az deyildir.
28
Hətta son zamanlar bir başlıca nişanəyə görə xəstəliyin yeni
qrupları təyin edilir. Məsələn, kollagen liflərin fibrinoid zədələnməsi
olan xəstəliklərə kollagenozlar deyirlər. Lap son dövrlərdə adapta-
siya, mədəniyyət və s. bu kimi xəstəliklərində olması göstərilmişdir.
C. H. Təqdisi xəstəliklərin təsnifatında polietioloji xəstəliklər
qrupuna müəyyən yer verirdi. Belə xəstəliklərə şişlər aid edilir.
Məlum olduğu kimi şişlərin əmələ gəlməsində mexaniki qıcıq,
fiziki amillər, kimyəvi konserogen maddələr, somatik nəzəriyyə,
virus nəzəriyyəsi və s. müəyyən yer verilir. Bunların nəticəsini
analiz edərək o göstərir ki, bu amillərin hamısının müəyyən dərə-
cədə şişlərin yaranmasında rolu vardır. Şişin başlanğıcında bu amil-
lərdən biri əsas rol oynayır. Sonra o biri amillərdə işə qarışa bilər.
Elə ona görə də polietioloji xəstəliklərin olmasını hələlik mümkün
hesab etmək olar. Beləliklə, gələcəkdə məsələ daha dərindən
öyrənildikdə elə bu xəstəliklərində əsas səbəbi aydınlaşdırılacaqdır.
Xəstəliklərin təsnifatının əhəmiyyətinə gəldikdə ilk növbədə
göstərmək lazımdır ki, bütün elmlər təsnifata möhtacdırlar. Tibb
elmi üçün təsnifatın daha böyük əhəmiyyəti vardır. Ona görə ki,
xəstəliklərin sayı olduqca çoxdur və daima artır. Bunların ümumi
oxşar cəhətlərinə əsasən müəyyən qruplar təyin edilir və hər qrupun
xüsusiyyətləri üzərində ayrılıqda dayanılır.
Lakin əfsus ki, hələ indiyə qədər xəstəliklərin ümumi qəbul
edilmiş bir təsnifatı yoxdur. Hər ölkənin özünəməxsus xəstəliklər
təsnifatı mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının da təsnifatı
vardır. Lakin bu təsnifatların heç biri bütün xəstəlikləri əhatə edə
bilməyib və praktik tibbin tələbatını tamamilə ödəyə bilmir. Xəstə-
liklərin təsnifatının təkmilləşdirilməsi üzərində çalışmaq zəruridir.
Dostları ilə paylaş: |