İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Xəstəliyin sonu-iki cür ola bilər. Sağalma və ölüm. Sağalmanı 

öyrənmək  bu  prosesi  sürətləndirmək  üçün  lazımdır.  Ölümü  isə 

proses kimi öyrənməyin zəruriliyi  ona görə ortaya çıxır ki, ölümün 

müəyyən bir mərhələsi sayılan klinik ölüm dövründə həyatın bərpa 

edilməsi  imkanı  vardır. Klinik ölüm dövründə həyatın bərpası  əsas 

etibarilə  bədbəxt  hadisələrə  düçar  olmuş  insanlarda  aparılarsa, 

gələcəkdə  orqanların  köçürülməsi  və  süni  orqanlardan  istifadə 

edilməsi bu məsələnin geniş miqyasda, hətta lap ağır xəstəliklərdən 

ölənlər  də  belə  klinik  ölüm  dövründə  həyata  keçirilməsinə  imkan 

verələcək və vaxtsız ölümlərin qarşısı alınacaqdır. 




 

42 


Klinik ölüm dövrünün müddəti əlbəttə ayrı-ayrı xəstəliklərdə 

eyni  deyildir.  Ölüm  ani  baş  verdikdə  (məsələn,  boğulma,  elektrik 

cərəyanı  vurma  zamanı)  sinir  sistemi  ağır  əzab  çəkmədikdə  klinik 

ölüm dövrü bir neçə dəfə artıq ola bilər. Ağır, uzun müddətli davam 

edən  xəstəlikdən  sonra  isə  klinik  ölüm  dövrü  qısalır.  Beləliklə, 

geniş  qəbul  edilmiş  beş-altı  dəqiqələk  klinik  ölüm  dövrünü  bir 

qədər şərti hesab etmək lazımdır. Həqiqətən də demək olar ki, ölüm 

qan dövranı və tənəffüsün dayanmasından sonra deyil, beyin öz fəa-

liyyətini tam itirdikdən sonra baş verir. 

İnsanlar üzərində öləndən sonra həyatın bərpa edilməsi imkanı 

yenə  də  ilk  dəfə  dünya  səviyyəsində  eksperimentdə  həyatın  bərpa 

edilməsinin  banisi  sayılan  professor  F.  A.  Andreyevin  tələbəsi, 

akademik V. A. Neqovski öyrənmişdir. V. A. Neqovskinin bu barədə 

nailiyyətləri  oradan  başlayır  ki,  alim  ilk  dəfə  ölümü  necə  bir  proses 

kimi  öyrənib  və  onda  müəyyən  mərhələlərin  olmasını  göstərmişdir. 

Bu  mərhələlər  belədir.  Birincisi  canvermədən  əvvəl  ki,  dövr.  Bu 

dövrdə ürək və tənəffüs fəaliyyəti kəskin zəifləyir, huş dumanlı olur. 

İkincisi canvermə dövrü adlanır. Bu dövrdə əzələlərin oksigen 

çatışmazlığından qıc olması yaranır, arabir bu adamlarda tənəffüs və 

ürək  fəaliyyəti  qısa  müddətli  kəskin  sürətlənməyə  başlayır.  Bu 

həyat  uğrunda  orqanizmin  apardığı  son  mübarizənin  nişanələridir. 

Belə  ki,  insan  var  gücünü  yığaraq  bu  kimi  hərəkətləri  etməyə 

başlayır: Canvermə dövründə olan insanın başı arxaya dartılır, ağzı 

açılır.  Ona  görə  ki,  belə  vəziyyətdə  boyun  əzələlərinin  gərginliyi 

müəyyən  qədər  tənəffüsün  qısa  müddətli  də  olsa  bərpasına  kömək 

edir.  Nəhayət  bir  neçə  dəfə  bu  kimi  kortəbii  xarakter  daşıyan 

hərəkətlərdən sonra ürək və tənəffüs fəaliyyəti tam dayanır, arterial 

təzyiq  sıfıra  enir,  zahirən  ölüm  baş  verir.  Belə  şəxsin  ağzının 

üzərinə aynanı  yaxınlaşdırdıqda heç tərləməməsi,  ölümün tam mə-

nada baş verməsinə dəlalət  edir.  Lakin  elə bu dövrdə  də orqanizm 

həyat qabiliyyəti müəyyən müddət saxlanmış olur. Vaxtında lazımi 

tədbirlər  gördükdə  həyatı  bərpa  etmək  mümkün  ola  bilər.  Elə  ona 

görə  də  bu  dövrə  klinik  ölüm  dövrü  deyilir.  Lakin  təəssüf  ki,  bu 

dövrün  müddəti  aylar,  günlər,  saatlar  ilə  deyil,  bir  neçə  dəqiqə  ilə 




 

43 


ölçülür. Klinik ölüm dövrünün belə qısa müddətli olmasının səbəbi 

onunla izah edilir ki, bir çox orqanlarda həyat nişanələri uzun müd-

dət davam etdiyi halda beyində bu müddət yalnız beş-altı dəqiqədir. 

Ona  görə  ki,  başqa  orqanlardan  fərqli  olaraq  beyin  toxumasının 

oksigen  və  başqa  qida  maddələrinin  çatışmazlığına  müqaviməti  ol-

duqca  azdır.  Qan  dövranı  və  tənəffüs  fəaliyyəti  dayandıqdan  bir 

neçə dəqiqə sonra orada geri qayıda bilməyən dəyişikliklər baş ve-

rib,  klinik  ölüm  bioloji  ölümə  keçir.  Bu  zaman  həyatın  bərpası 

mümkün ola bilməz. 

Ölümün necə bir proses kimi akademik V. A. Neqovski tərə-

findən  öyrənilməsi  tanatologiya  elminin  (tatanos-yunanca  ölüm 

deməkdir) ortaya çıxmasına səbəb olmuşdur. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin