İ. A. Axundov


C. H. Təqdisinin əsərlərində



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   ...   9   10   11   12   13   14   15   16   17
 

2.2. C. H. Təqdisinin əsərlərində 

    tibb ilə fəlsəfənin əlaqəsi 

 

Filosof  olmaq  istəməyən  də  qabaqca  filosof  olmalıdır  ki, 

bilsin fəlsəfə lazımdır ya yox. Hippokrat bu sözlər ilə fəlsəfənin hər 

yerdə  lazım  olmasını  göstərmişdir.  Bəzən  yazırlar  ki,  Hippokrat 

tibbi  fəlsəfədən  ayırır  və  ondan  sonra  bu  iki  elm  sərbəst  şəkildə 

inkişaf etməyə başlayır. Lakin Hippokrat elə bu sözlər ilə fəlsəfənin 

bütün elmlər, xüsusilə tibb üçün zəruri olması göstərilmişdir. 

Ümumiyyətlə  fəlsəfə  ilk  dəfə  qədim  Şərq  ölkələrində  Misir, 

Çin, Hindistan və bir də bizim üçün daha yaxın olan Orta və Yaxın 

Şərqdə yaranmışdır. Bütün bunların içərisində ən qiymətlisi “Aves-

ta”da  göstərilən  fəlsəfi  fikirlərdir.  Hələ  o  zaman  Azərbaycanın  bu 

müqəddəs  kitabında  Əhrimən  ilə  Hürmüzün  mübarizəsi  dialekti-

kanın qanunlarından biri olan ziddiyyətlərin vəhdəti və mübarizəsini 

xatırladır. “Avesta” da  göstərilən atəşpərəstlərin  üç  əsas şüarı olan 

yaxşı  düşünmək,  yaxşı  danışmaq  və  yaxşı  əməl  etmək,  mütərəqqi 

fəlsəfənin ən qiymətli təzahürüdür. 

Fəlsəfi  fikirlərin  qədim  Şərqdən  qədim  yunan  mədəniyyətinə 

keçməsində “Avesta”nın çox böyük rolu olmuşdur. 

C. H. Təqdisinin  göstərdiyi məlumatlara əsasən qədim  yunan 

filosofları (əsasən də Aristotel) atəşpərəstlərin fəlsəfi fikirləri ilə ya-

xından  maraqlanmışlar.  Qədim  yunan  filosofları  atəşpərəstlərin 

məktəblərinə gedir, müqəddəs odun ətrafında onların fəlsəfi fikirləri 

ilə yaxından tanış olur və lazımi məlumatlar əldə edirdilər. 



 

61 


Antik  dövründə  Yunanıstanda  fəlsəfədə  böyük  nailiyyətlər 

əldə  edilir.  Elə  bu  da  tibbin  inkişafına  çox  kömək  edir.  Lakin  bu 

dövrdə olan filosofların bəzi tibbi məsələləri haqqında ziddiyyətlər 

də  mövcud  idi.  Məsələn,  Hippokrat  ilə  Demokrit  xəstəliklərin 

səbəbini  axtarmağa  çalışmışlar.  Hippokrat  tibb  də  ilk  dəfə  qədim 

humoral  nəzəriyyəni,  Demokrit  isə  otomistik  nəzəriyyəni  irəli  sür-

müşdür.  Lakin  bu iki nəzəriyyədən başqa  məşhur Yunan filosofla-

rından Aristotel və Platon (e. ə. 428/427-348/347) xəstəliyi qəzəbli 

ruhların təsirindən görmüşlər, həyati ruhun olmasına inanmışlar. 

Sonralar fəlsəfənin özünün və tibb ilə onun əlaqəsinin öyrənil-

məsində əldə edilən yeniliklər Qədim Yunanıstandan Orta və Yaxın 

Şərqə keçib, orada yeni istiqamətdə inkişaf etməyə başlayır. Orada 

göstərilir ki, Qədim Yunanıstanda akademiyalar bağlandıqdan sonra 

bu dahi alimlər Orta və Yaxın Şərq ölkələrinə üz tutub, orada tibb, 

fəlsəfə  və  s.  elmlərin  inkişafına  başlayırlar.  Lakin  bizim  tədqiqatı-

mıza  əsasən dahi  Şərq alimləri bu nailiyyətləri sadəcə  qəbul  etmə-

yib, onları inkişaf etdirib, yeni istiqamətə yönəldirdilər. Fəlsəfə el-

minin  inkişafında  Qədim  Yunanıstanın  filosoflarından  Aristotel, 

Platon,  Hippokrat,  Demokrit  və  başqalarının  mühüm  rol  oynama-

sına baxmayaraq orada fəlsəfi məktəblər təşkil oluna bilmir. Yalnız 

bu  məsələ  orta  əsrlərdə  Orta  və  Yaxın  Şərqdə  həyata  keçirilir. 

Burada  10-a  qədər  fəlsəfi  məktəblər  yaranır.  Tibbin  inkişafında  bu 

fəlsəfi  məktəblərin  hamısının  rolu  böyük  olur.  Bunların  hərəsi  öz 

növbəsində tibbin inkişafında mühüm rol oynamışlar. 

Həqiqətən  fəlsəfə  elmlərin  elmi  sayılır.  Xüsusilə  tibb  elmi 

üçün fəlsəfənin əhəmiyyəti əvəzsizdir. Elə Şərqdə həkimlər əvvəlcə 

filosof olub, sonradan həkimliklə məşğul olmuşlar. Heç də təsadüfi 

deyil  ki,  Şərqdə  həkim  sözü  həm  filosof,  həm  də  tibbə  aid  edilir. 

Hesab edirlər ki, fəlsəfə yunan sözü olub, “müdrikliyi sevirəm” de-

məkdir.  Bəzən  fəlsəfəni  müdrikliyə  məhəbbət  kimi  qiymətləndirir-

lər. Bəzən isə saflıq, təmizlik sözü ilə əlaqələndirirlər. Belə ki, tam 

saflıq dərəcəsinə çatan adamlar özlərini filosof hesab edə bilərlər. 

Şərq də fəlsəfə və bir çox elmlərin inkişafı nəticəsində burada 

fəaliyyət göstərən alimlər müxtəlif elmlər akademiyaları yaratmışlar. 




 

62 


Elm və mədəniyyətin beşiyinin qədim Şərqdə olması və onun 

antik  dövrünə  təsiri  haqqında  bir  çox  inkaredilməz  faktlar  vardır. 

Elə  elmin  müxtəlif  sahələrini  kordina  edən  xüsusi  məktəblər, 

cəmiyyətlər  və  s.  hələ  o  zaman  qədim  Şərqdə  olması  haqqında 

məlumatlar az deyildir. Lakin bu məfhumları ifadə edən Akademiya 

sözü  ilk  növbədə  Qədim  Yunanıstanda  yaranır.  Fəlsəfi  məktəb  adı 

ilə  məşhur  olan  ilk  Akademiya  Qədim  Yunanıstanda,  Afinada 

Platon tərəfindən təşkil olunmuşdur. Akademiya sözü özü də qədim 

yunanların mifik qəhrəmanı Akademin adı ilə bağlıdır. 

Sonralar  bu  ad  altında  müxtəlif  fəlsəfi  ali  məktəblər,  cəmiy-

yətlər, ayrı-ayrı elmlərin fəaliyyətini kordina edən idarələr və s. nə-

zərdə  tutulur.  Hal-hazırda  müxtəlif  ölkələrdə  bir  çox  kənd  təssər-

rüfatı, incəsənət, tibb, hərbi tibb, texniki elmlər və s. akademiyaları 

mövcuddur. 

Tarixə  nəzər  saldıqda  görürük  ki,  ilk  dəfə  Akademiya 

haqqında  təsəvvürün  Qədim  Yunanıstanda  yaranmasına  baxmaya-

raq akademiyaların sonraki, inkişafı orta əsrlərdə Şərqdə olmuşdur. 

Platonun  özünün  Yunanıstanda  yaratdığı  ilk  Akademiya  lazımi 

səviyyədə olmadığından öz-özünə aradan getdi. 

489-cu ildə Bizantiyada məşhur elmi, tibbi, fəlsəfi təfəkkürün 

mərkəzi  olan  Edessa  Akademiyası  Zenon  imperotorunun  əmri  ilə 

bağlanır. Onun ardınca 529-cu ildə yenə Bizantiya imperatoru Afi-

nada olan Akademiyanı bağlayır. Bu akademiyalarda çalışan alimlər 

Orta  Şərqə  üz  tutub,  orada  yeni  Akademiyaların  yaranmasına 

kömək edirlər. Bunlardan birincisi o zaman Sasanilər dövründə Ni-

sibin  şəhərində  yaradılmış  böyük  fəlsəfi  məktəb  idi.  Bu  məktəbdə 

xüsusilə riyaziyyat,  astronomiya, tibb və s. elmlərin inkişafı başla-

yır.  Tarixi  mənbələrə  əsasən  VI  əsrin  sonlarında  bu  Akademiyada 

minə yaxın elmi işçi var idi. Bunların içərisinə Aristotel və Platonun 

tələbələri də daxil idi. 

Lakin  Şərq  alimlərinin  özləri  də  bu  böyük  yunan  alimlərinin 

fikirlərini sadəcə qəbul etməyib, onları inkişaf  etdirərək  yeniləşdir-

mişlər. Hətta məlumdur ki, Qədim Yunanıstanın özündə də elm və 

mədəniyyəti inkişaf etdirən alimlərin içərisində  Şərq alimləri də az 




 

63 


deyildir.  Məsələn,  Afina  Akademiyasının  sonuncu  rəhbəri  Də-

məşqdən olan Damask adlı alim idi. Hərçənd ki, o, elmə İsgəndəriy-

yə  və  Afinada  yiyələnmişdir,  Aristotelin,  Platonun  və  onların  ardı-

cıllarının  bir  çoxunun  fikirlərinin  əleyhinə  çıxırdı.  Elə  bunun 

mütərəqqi  fikirləri  Afinada  Akademiyaların  bağlanmasına  səbəb 

olmuşdur.  Oradan  bir  sıra  alim  I  Xosrov  Ənuşirəvanın  (531-579 

İranda  hökmdarlıq  etmiş,  məşhur  Sasani  padşahı)  yanına  gəlib, 

onun  köməyi  ilə  o  dövrün  ən  böyük  Akademiyalarından  biri  olan 

Cündişapur  Akademiyasını  yaradırlar  (VI  əsrin  əvvəllərində).  Bu 

Xuzestan  əyalətində  indiki,  Dizful  şəhərinin  yaxınlığında  idi. 

Həmin  Akademiyanın  bir  sıra  elmi  əsərləri  və  tarixi  abidələri  bizə 

gəlib  çatmışdır.  Bu  Akademiya  Antik,  Yunan,  Rim  elmi  və 

mədəniyyətinin, xüsusilə tibb sahəsində Şərqdə davamı idi. 

869-cu ildə bu Akademiyanın başçısı Sabur ibn Sabir (IX əsr) 

demək olar ki, bütün dünyada məşhur olan ilk “Farmakopeya” kita-

bını  yazır.  Cündişahur  Akademiyasının  işçiləri  tərəfindən  22  cild-

dən  ibarət  “Toksikologiya”  əsəri  yaradılır.  Orada  zəhərlərin  geniş 

xarakteristikası, zəhərlənmələrin diaqnostikası və müalicə metodları 

göstərilmişdir. Bu Akademiyanın məşhur həkim-alimlərindən Cubra 

əl-Sulfistani,  əl-Duristabaz,  Yuhanna  və  digərlərinin  adı  fəlsəfə  və 

tibb tarixində həmişəlik qalır. 

Cündişapur  Akademiyasının  alimləri  tibbi  ara  həkimlərdən 

təmizləyərək, tibbin  bir çox müasir sahələrinin  yaranmasına  yaxın-

dan kömək etmişlər. Bu Akademiyanın alimləri qədim Hind, Çin və 

başqa  ölkələrin  elmi  nailiyyətlərindən  də  bəhrələnmişlər.  Bu  ölkə-

lərin  bir  çox  qədim  kitabları  burada  tərcümə  olunmuşdur.  Tarixi 

məlumatlara əsasən hələ o zaman Cündişapur Akademiyasının nəz-

dində tibb və başqa elmlərə aid konqreslər keçirilmiş, o dövrün tibb 

də  məşhur  alimlərinin  biri  əl-Həris  ilə  Ənuşirəvanın  arasında  tibbə 

aid olan mübahisələr haqqında kitab (VII əsr) bizə gəlib çatmışdır. 

Bu Akademiyanın nəzdində olan tibbi fakültədə bir neçə xəstəxana 

var  idi.  Bu  klinikalar  o  dövr  üçün  lazım  olan  yüksək  cihazlar  ilə 

təmin  olunmuşdur.  Məsələn,  narkoz  vermək  üçün  xüsusi  cihazlar 

var idi.  Klinikaların nəzdində apteklər və aptek bağları mövcud idi. 




 

64 


Tibbdən  əlavə  burada fəlsəfə, riyaziyyat,  kimya,  astronomiya 

və başqa elmlər də mövcud idi. Həmin Akademiya Suriya dilinə bir 

sıra  qədim  yunan  alimlərinin  və  filosoflarının  əsərlərini  tərcümə 

etdirmişdir. 

Sasanilər  dövründə  Cündişapur  Akademiyası  ilə  bərabər 

Hərran şəhərində olan Akademiyanı da göstərmək lazımdır. Hərran 

Suriyada olan şəhərdir. Bu şəhər uzun müddət Yunan dilli alimlərin 

pənah yeri və məşhur fəlsəfi mərkəzi sayılırdı. Elə buradan da Şərq 

fəlsəfəsinin  inkişafına  böyük  yardım  edilmişdir.  Bu  Akademiyada 

fəlsəfədən  başqa  tibb,  məntiq  və  s.  elmlərin  inkişafına  böyük 

yardım göstərilmişdir.  

VII  əsrin  30-40-cı  illərində  ərəblərin  Şərqdə  tam  qələbə  çal-

ması nəticəsində Suriya sonralar Fələstin, Misir, İraq və başqa Orta 

Şərq  ölkələrində,  xüsusən  Abbasilər  sülaləsinin  başçılığı  dövründə 

VIII  əsrdən  başlayaraq  Şərqdə  yeni  bir  böyük  Akademiya,  Bağdad 

Akademiyası  formalaşır.  Bağdad  Akademiyası  mahiyyət  etibarı  ilə 

Cündişapur  Akademiyasının  davamı  olaraq  onun  nailiyyətlərini 

özündə  cəmləşdirib,  inkişaf  etdirirdi.  Bu  Akademiyada  tibb  ilə 

bərabər astronomiya, riyaziyyat, həndəsə və bir çox digər elmlər öy-

rənilirdi. 

Qərbdə  bu zaman kimya haqqında da heç bir məlumat  olma-

dığı  halda  Bağdad  Akademiyası  bu  haqda  böyük  nailiyyətlər  gör-

müşdür.  Burada  çalışan  alimlər  (Cabir  ibn  Həyyan,  Ər-Razi)  həm 

canlı  və  həm  də  cansız  orqanizmdə  olan  maddələrin  dəyişməsini 

öyrənirdilər.  Onların  fikrincə  kimya  elmi  üçün  mümkün  olmayan 

heç bir şey yoxdur. Əl kimya adı ilə məşhur olan bu elmin Bağdad 

Akademiyasında  yeni  metodları  yaranır,  olan  metodlar  təkmilləşir, 

çoxlu  elmi  əsərlər  yazılırdı.  Distillyasiya      ekstraksiya,  filtrasiya, 

buxarlandırma  üçün  yeni  cihazlar  hazırlanırdı.  Bu  böyük  işlərin 

hamısına  əsas  rəhbərlik  edən  dahi  klinisist  Zəkəriyya  Ər-Razinin 

rolu  olduqca  böyükdür.  O,  ilk  növbədə  spirti,  şəkərli  maddələrdən 

qovmaq  vasitəsi  ilə  alır.  Onun  başçılıq  etdiyi  məktəbdə  müasir 

tibbdə geniş istifadə olunan alkaloidlər, qlikozidlər alınır. Elə alka-

loid adı da ərəb sözü olub, alkali-yəni qələvi deməkdir. Bu məktəb-




 

65 


də  hələ  o  zaman  bilmirdilər  ki,  alkaloidlər  turşular  ilə  birləşib, 

duzlar da əmələ gətirirlər. 

Zəkəriyya Ər-Razinin kimya elmi ilə bu qədər yaxından məş-

ğul  olması  tibbdə  mürəkkəb  dərman  maddələri  alınmasına  kömək 

edir. Kimya elmini yaxından bildiyi üçün toksikologiya elmini yara-

dır.  Əbu  Abdulla  Cabir  ibn  Həyyan  əd-Əzdi  əs-Sufinin  (721-815) 

maddələrin  dozası  haqqında  təliminin  burada  rolu  böyükdür.  Elə 

Əbu  Abdulla  Cabirin  işləri  nəticəsində  müasir  elmdə  geniş  tətbiq 

olunan “Çəki daşları”, “Ölçü vahidləri” haqqında təsəvvür yaranır. 

Zəkəriyya  Ər-Razinin  fizika  haqqında  da  işləri  böyükdür.  O, 

Demokritin  atomlar  haqqında  nəzəriyyəsini  inkişaf  etdirərək  yazır; 

“Düzdür bütün maddələr kiçik atomlardan əmələ gəlir, lakin hər bir 

atomun  özünün  müəyyən  çəkisi  və  bəlkə  də  müəyyən  tərkib 

hissələri vardır”. 

Bağdad  Akademiyasının  nəzdində  böyük  kitabxanalar  ilə 

bərabər  rəsədxanalar,  fiziki  və  kimyəvi  laboratoriyalar,  böyük 

klinikalar  var  idi.  Orada  ən  böyük  klinikanı  təşkil  edib,  ona 

rəhbərlik edən Zəkəriyya Ər-Razinin özü idi. Maraqlıdır ki, klinika-

da eksperimental laboratoriyalar mövcud idi. Burada iki yüzdən çox 

elmi işçi fəaliyyət göstərirdi. Bağdad Akademiyasının tibb fakültə-

sinin  nəzdində  daima  fəaliyyət  göstərən  həkimlərin  təkmilləşməsi 

uçun xüsusi kurslar var idi. 

İlk  dəfə  Bağdad  Akademiyasında  Cəbr  elmi  yaranır 

(“Alqebra” yəni “əl Cəbr”). 

Qiyasəddin  Əbu  əl-Fəth  Ömər ibn  İbrahim Xəyyam  Nişapuri 

(Ömər Xəyyam 18.05.1048-04.12.1131) bunun ardınca ilk növbədə 

Cəbr ilə həndəsənin əlaqəsini yaxından öyrənir. Xəlifə Məmun Mə-

həmməd ət-Tusinin dövründə dahi alim Əbu Əbdullah bin Musa əl 

Xarəzmi (780-850) özünün məşhur “Cəbr” adlı əsərini yazır. Bu ki-

tab illər boyu Şərq də və Qərb də bu elmin öyrənilməsi üçün mənbə 

sayılırdı. 

Tibbə  aid  burada  əmələ  gələn  yeni  elm  sahələrindən    dər-

manlar  haqqında  olan  təlimlərin  əczaçılıq  və  dərmanşünaslığa  bö-

lünməsidir. Hansı ki, müasir tibb də hakimdir. 




 

66 


Bağdad Akademiyasının nəzdində ilk dəfə olaraq tərcüməçilər 

məktəbi  yaranır.  Bu  məktəbin  əsas  vəzifəsi  müxtəlif  ölkələri 

gəzmək, orada olan elmin ayrı-ayrı sahələrinə aid əsərləri tapmaq və 

onları ərəb dilinə tərcümə etməkdən ibarət idi. 

Bağdad  Akademiyası  yaranan  kimi  əvvəllər  Ənuşirəvana 

yaxınlaşan böyük yunan alimləri bu akademiyaya üz tutdular. Eyni 

halda bu akademiyanın özündə də elmin müxtəlif sahələrində bütün 

dünyada  məşhur  olan  Əbu  Yusif  Yaqub  ibn  İshaq  ibn  Səbbah  əl-

Kindi  (801-873),  Əbu-Əla  əl-Maari  (979-1058)  və  digər  filosof  və 

alimlər yetişmişdi. 

X  əsrin  sonunda  Abbasilər  sülaləsinin  dağılması  nəticəsində 

Yaxın və Orta Şərqdə Samanilər və Qəznəvilər dövləti yaranır. Be-

ləliklə,  elmin  mərkəzi  və  Akademiyalar  tarixi  zərurətdən  bu  tərəfə 

köçür.  Bu  dövrdə  Buxara,  Səmərqənd,  Nişapur,  Mərv,  Xarəzm, 

Dəməşq,  Bəsrə,  İsfahan,  Rey,  Həmədan  dünyanın  elm  və 

mədəniyyət mərkəzlərinə çevrilirlər. Həmin şəhərlərin akademiyala-

rının  nəzdində  böyük  kitabxanalar  mövcud  idi.  Məsələn,  Okbatan 

Akademiyasında  65  mindən  çox  kitabın  olması  qeydə  alınmışdır. 

Bu Akademiyalarda fəaliyyət göstərən Zəkəriyya Ər-Razi, İbn Sina, 

İsmayıl  Cürcani,  kimi  tibbin  klassik  alimləri  ilə  bərabər  dahi 

şairlərdən  Əbülqasım  Firdovsi  (935-1020),  Əbu  Abdullah  Cəfər 

Rudəki  (860-941),  Xaqani  Şirvani,  Nizami  Gəncəvi,  Sədi  Şirazi 

(1184-1282), Cəlaləddin Rumi (Mövlanə – 30.09.1207-17.12.1273), 

Hafis Şirazi (1325-1389/1390) və elmin müxtəlif sahələrinə qulluq 

edən Əbu Nəsr Fərabi (873-951), Əbu Muin Nasir Xosrov ibn Faris 

əl-Kabadyani  əl-Mərvəzi  (1004-1088),  Əl-Biruni  Əbu  Reyhan 

Məhəmməd  ibn  Əhməd  (04.09.973-09.12.1048),  Əbu  Həmid  əl-

Qəzali  (1058-1111),  Məhəmməd  ibn  Rüşd  (1126-1198),  İbn  Zöhr 

və  başqalarının  böyük  xidmətləri  olmuşdur.  Bu  alimlərin  əksəri 

yunan  dilini  bilib,  antik  dövrünün  alimlərinin  əsərləri  ilə  yaxından 

tanış idilər. Əsərlərinin əsas xüsusiyyətlərindən biri elmin bütün sa-

hələrində,  fəlsəfədən  geniş  istifadə  etmək  idi.  Maraqlıdır  ki,  bu 

alimlər müasir elmin yeni sahələri haqqında da öz fikirlərini söylə-

mişlər. Məsələn Nasir Xosrov  öz əsərlərində kibernetikanın mahiy-




 

67 


yətini  çox  gözəl  qeyd  edir;  “Qanun-qaydalıq  əlbəttə  qanun  qayda-

sızlıqdan yaxşıdır. Amma qanun qaydasızlıq olmasa, qanun qayda-

lıq  yaranmaz.  Həyatda  baş  verən  hadisələr  hamısı  təkamülə  doğru 

gedir. Hər bir yarımçıq, potensial olaraq tamlıq deməkdir”. 

Orta  Asiya  Akademiyalarına  başçılıq  edən  alimlərdən  də  ilk 

növbədə Fərabi, İbn Sina, İsmayıl Cürcani,  Əbu Reyhan Biruni və 

bir çox digərlərini göstərmək lazımdır. Bunların sırasında İbn Sina-

nın əsərləri bütün dünyaya məşhurdur. İbn Sinanın müxtəlif Akade-

miyalarda  öz  davamçıları  ilə  elmin  ayrı-ayrı  sahələrində  apardığı 

mübahisələr haqqında bir sıra miniatürlər bizə gəlib çatmışdır. 

İbn  Sinanın  ən  yaxşı  tələbələrindən  olan  Bəhmənyar  öz 

əsərlərində  ruh  ilə  cismin  vəhdətinin  qanuna  uyğunluqlarından 

danışır.  Bu  alimlərin  hamısı  yunan  dilini  yaxşı  bilirdilər  və  yunan 

alimlərinin əsərlərini tərcümə etmişlər. 

Əl-Farabinin elmlər haqqında təsnifatı hələ indi də aktualdır. 

Əbu Reyhan Biruninin “Minerologiya” və “Farmakoqnoziya” 

haqqında əsərləri gələcəkdə bu elmlərin inkişafına yaxından kömək 

etmişdir. Bu alim demək olar ki, elmin tarixinin əsasını qoymuşdur. 

Orta  əsrlərdə  Azərbaycanda  yerləşən  Akademiyalardan 

Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Urmiya və s. göstərmək olar. 

Şamaxı Akademiyasını ilk növbədə qeyd etmək lazımdır. Ona 

görə ki, bu Azərbaycanda ilk Akademiya sayılırdı. Onu təşkil edən 

məşhur  Azərbaycan  həkimi  Kafiyyətdin  Ömər  ibn  Osman  idi.  O, 

özü həkim olduğu üçün akademiyanın nəzdində böyük tibbi məktəb 

təşkil etmişdir. Orada bir çox xarici  alimlər  də işləyirdilər. Hal-ha-

zırda  Şamaxının  yaxınlığında  olan  Məlhəm  kəndi  həmin  Akade-

miyanın dərmanlarını hazırlayan əsas yer idi.  

Ömər ibn Osman xarici mühit amillərinin insanın fiziologiya 

və patologiyasında öyrənilməsinə çox geniş yer verirdi.  

O,  Aristotel  və  Platonun  fəlsəfəsi  ilə  yaxından  tanış  olub, 

onların  fəlsəfəsinə  tənqidi  yanaşmaqda  qardaşı  oğlu  Xaqaniyə 

kömək edirdi. 

Ömər  ibn  Osmanın  təşkil  etdiyi  akademiyanın  nəzdində  tibb 

ilə  əlaqədar  kimyaçılar  da  fəaliyyət  göstərirdilər.  Ömər  ibn  Osman 




 

68 


və  onun  davamçılarının  elmdə  əsas  xüsusiyyətlərindən  biri  yalnız 

faktlar və müşahidələrə  əsaslanaraq, onların dərin təhlilini vermək-

dən ibarət idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi 

şöbəsi  ilk  növbədə  Azərbaycanda  klinik  tədqiqat  metodlarını  yay-

mağa başlayırdı. 

Əfsuslar  olsun  ki,  zəlzələlər  və  yadellilərin  hücumu  nəticə-

sində  Şamaxı  Akademiyasından  bizə  gəlib  çatan  əsərlər,  abidələr 

məhdud  olub,  əldə  olunan  məlumatlar  da  lazımi  dərəcədə  tədqiq 

olunmayıbdır. 

Orta  əsrlərin  ikinci  yarısında  (XIII  əsr)  dahi  Azərbaycan 

tarixçisi,  reformatoru  və  eyni  halda  məşhur  həkimi  Rəşidəddin 

Fəzlullah Təbriz də ikinci böyük Elmlər Akademiyasını təşkil edir. 

Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyir-

dilər.  Hətta  Çindən,  Misirdən,  Hindistandan  və  Qərb  ölkələrindən 

bura  mütəxəssislər  gəlirdi  və  onlar  üçün  bütün  lazımi  şərait  yara-

dılırdı. Bu Akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığında 

“Rüb  e  Rəşidi”  (“Rəşidi  kvadratı”)  adlanan  yerdə  yerləşirdi.  Bu 

Akademiyanın  xərabələri  indi  də  Təbriz  şəhərinin  kənarında  qüllə 

nahiyəsində  qalır.  Burada  o  zaman  alimlər  küçəsi,  alimlər  evi, 

alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. 

Bu  Akademiyada  əsas  yeri  tibb,  əczaçılıq,  botanika  tutmuş-

dur. Maraqlıdır ki, həmin Akademiyanın  yaxınlığında “Fəxrəabad” 

adlı yerdə böyük botanika bağı varmış. Orada yeni dərman bitkilə-

rinin  növlərini  becərmək  və  həmin  tibbi  akademiyanın  klinikala-

rında müalicə olunan xəstələr üçün indiki,  dildə  desək  ekoloji  tam 

təmiz,  yüksək  keyfiyyətli  göy-göyərti  və  meyvələr  becərilmişdir. 

Arxeoloji tədqiqatlar nəticəsində həmin bu botanika bağında xüsusi 

qablarda  müxtəlif  dərman  bitkilərinin  toxumlarının  olması  müşa-

hidə edilmişdir. 

Təbriz Akademiyasının nəzdində hələ o zaman 67 müalicə evi 

mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi Rəşidiy-

yə  adlanırdı.  Burada  əlli  həkim  və  onların  hərəsinin  beş  köməkçisi 

var idi. Tibbin bir çox sahələri, hətta stomatoloqlar da burada hazır-



 

69 


lanırdı.  Akademiyanın  nəzdində  bir  neçə  apteklər  var  idi.  Burada 

işləyən həkimlərə yaşayış evləri verilmişdi. 

Rəşidəddin  xüsusilə  Azərbaycan  alimlərinə  böyük  qiymət 

verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi 

isə  başqa  dövrdür.  Azərbaycanın  dahi  həkimlərindən  Mahmud  ibn 

İlyas və Möhzabəddin Təbrizi haqqında çox danışardı. 

Azərbaycanın  o  zaman  ki,  Akademiyaları  sırasında  Təbriz 

şəhərində dahi münəccim və həkim Nəsirəddin Tusinin təşkil etdiyi 

akademiya  xüsusi  yer  tutur.  Burada  müxtəlif  elmi  sahələrin 

mütəxəssisləri  iştirak  edirdilər.  Tibb  sahəsinə  o  vaxt  ki,  görkəmli 

Azərbaycan  həkimi  Əbdül  Məcid  Təbib  başçılıq  edirdi.  Maraqlıdır 

ki, onun kitablarından (əlyazma) biri olan “Dərmanlar ilə müalicə” 

əsəri AMEA-nın Əlyazmalar İnstitutundadır. Burada sistemlər üzrə 

xəstəliklərin  müalicəsi  diqqəti  cəlb  edir.  Ruhi  xəstələrin  xəstəxa-

nada yerləşib müalicə edilməsi üçün onun böyük əməyi olmuşdur. 

Təbriz  Akademiyasının  banisi  Nəsirəddin  Tusi  özü  həm  də 

həkim  idi.  Tibb  elmini  o  zaman  ki,  görkəmli  həkimlərdən  olan 

Qütbəddin  Misri  tərəfindən  öyrənmişdir.  İlk  dəfə  statistik  metodu 

tibbdə  tətbiq  edən  N.  Tusinin  astronomiya,  riyaziyyat,  fizika  və  s. 

elmlər haqqında əsərləri Şərqdə və Qərbdə daha məşhurdur. 

Maraqlıdır  ki,  N.  Tusinin  təşkil  etdiyi  Akademiyanın  bəzi 

hissələri  digər  şəhərlərdə  yerləşirdi.  Buna  misal  bütün  dünyada 

məşhur  olan  Marağa  rəsədxanasını  göstərmək  olar.  Bu  rəsədxana 

Savalan  dağının  hündürlüyündə  böyük  bir  düzənlikdə  tikilmişdir. 

Bunun  nəzdində  müəyyən  laboratoriyalar  ilə  bərabər  böyük 

kitabxana  da  var  idi.  Belə  böyük  rəsədxananı  Tusinin  rəhbərliyi 

altında on iki il müddətində tikib, başa çatdırmışlar. Bir çox mütə-

xəssislər hesab edirlər ki, bunun tikilməsi üçün otuz il vaxt lazımdır. 

Bu  fakt  diqqəti  cəlb  edir  ki,  Marağa  rəsədxanasının  baş  mühən-

disinin əsərinin əl yazması Parisin milli kitabxanasında saxlanılır. 

Bir  çox  müasir  alimlərin  fikrincə  yeni  riyaziyyat,  astrono-

miya, həndəsə, fizikanın yaranmasında Tusinin rolu olduqca böyük-

dür. N. Tusi Ömər Xəyyamın riyaziyyat haqqında fikirlərini inkişaf 



 

70 


etdirib başa çatdırır. Tusinin fəlsəfi fikirləri onun məşhur əsəri olan 

“Əxlaqi Nasir” kitabında cəmləşmişdir. 

Nəsirəddin  Tusinin  təşkil  etdiyi  akademiya  baytarlığa  da 

xüsusi şöbə ayırmışdır. Bu dahi alimin “Fərəsnamə” əsəri bu məsə-

ləyə  həsr  edilmişdir.  N.  Tusi  və  onun  tələblərinin  mədənlər,  qiy-

mətli daşlar və s. işləri də çox böyük əhəmiyyətə malikdir. Tusinin 

“Cəvahirnamə” əsəri bu məsələləri əhatə edir. 

Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dil-

də desək Akademiyanın Rəyasət Heyəti Təbriz şəhərində yerləşirdi. 

Göründüyü  kimi  Akademiya  sözü  ilk  dəfə  Qədim  Yunanıs-

tanda  yaranmasına  baxmayaraq  onun  əsas  inkişafı  orta  əsrlərdə 

Şərqdə  olmuşdur.  Bu  akademiyalar  və  orada  çalışan  alimlər  elmin 

bütün  sahələri,  xüsusilə  tibbin  inkişafında  nəinki  Şərq  və  hətta 

Qərbdə  də  həlledici  rol  oynamışlar.  Bunu  iftixar  hissi  ilə  qeyd 

etmək  lazımdır  ki,  orta  əsrlərdə  yaranmış  ona  yaxın  akademiyadan 

üçü Azərbaycanda yaranmışdır. Bu akademiyalarda fəlsəfə ilə bəra-

bər  münəccimlik,  riyaziyyat  və  xüsusilə  tibb  əsas  yerlərdən  birini 

tuturdu. 

Orta əsrlərdə Şərqdə tibbin klassik alimləri sayılan Zəkəriyya 

Ər-Razi,  İbn  Sina,  İsmayıl  Cürcani  və  onların  davamçıları  geniş 

fəlsəfi  təfəkkürə  malik  olduqlarından  tibbin  inkişafında  böyük  xid-

mətlər  göstərmişlər.  Onlar  hesab  edirdilər  ki,  hər  bir  yaxşı  həkim 

əvvəlcə  filosof  olmalıdır.  Orta  əsrlərdə  fəaliyyət  göstərmiş  Şərq 

alimlərinin əksəri həkim olmaqla yanaşı, həm də görkəmli filosoflar 

olmuşlar. 

Zəkəriyya  Ər-Razi  Hippokratın  yuxarıda  qeyd  olunan  fəlsəfə 

haqqında sözlərini inkişaf etdirərək yazır ki, fəlsəfə yalnız müəyyən 

qrup şəxslər üçün olmayıb, müdriklik, bütün insanları əsas etibarilə 

həqiqəti axtarmağa dəvət edir. Hərçənd ki, belə bir təsəvvür yaranıb 

ki, Razi ən çox praktik həkim kimi fəaliyyət göstərmişdir. Həqiqət-

də  isə  onun  materiya,  atomlar  və  s.  haqqında  olan  fəlsəfi  fikirləri 

tibbin nəzəriyyəsinin inkişafında böyük rol oynamışdır. 




 

71 


Razinin  işlərində  maddənin  mahiyyəti,  onun  atomları,  De-

mokritin fikirlərinin inkişafı zaman və məkan haqqında təsəvvür və 

s. məsələlər barədə məlumat vardır. 

Göründüyü  kimi  orta  əsrlərdə  Şərqdə  geniş  yayılmış  fəlsəfi 

təlim  bir  çox  elmlərin  inkişafına  kömək  etmişdir.  Təbiidir  ki, 

bunların  içərisində  tibb  ən  mühüm  yeri  tutur.  Lakin  fizika  və 

kimyanın  inkişafında  da  fəlsəfənin  rolu  az  deyildir.  Orta  əsrlərdə 

Şərqdə inkişaf etməyə başlayan əl kimyaya bəzən Qərbdə necə bir 

yalan, falçılıq ilə məşğul olan bir sahə kimi baxırdılar, lakin bu heç 

də belə deyildir. “Əl” ərəb artikli olub, əl kimya isə kimya demək-

dir.  Elə  əl  kimyaçıların  nailiyyətlərinin  nəticəsidir  ki,  ilk  növbədə 

kimyəvi  maddələrin  qovma  və  ekstraksiya  yolu  ilə  alınması  müm-

kün  olmuşdur.  Müasir  elmlərin  müxtəlif  sahəsində  geniş  tətbiq 

olunan filtrasiya, distilyasiya, su hamamı  və başqa metodlar hazır-

lanmışdır. İlk növbədə Şərq də ki, əl kimyaçılar Avropada olan dini 

və  mistik  xarakter  daşıyan  əl  kimyaçılardan  fərqli  olaraq  bir  çox 

yeni  kimyəvi  maddələrin  alınması  və  onların  təsirinin  öyrənilmə-

sində yeniliklər əldə etmişlər. İlk növbədə burada distillə edilmiş su, 

azot və kükürd turşuları, civə və kükürd birləşmələri, müasir tibbdə 

geniş tətbiq olunan alkoloidlər, qlikozidlər, göy zac adı ilə məşhur 

olan dəmir sulfatı, talk və başqa maddələr alınırdı. Mis, gümüş, qızıl 

və  s.  elementlərin  təsnifatı  verilirdi.  Bu  işlərin  hamısının  meydana 

gəlməsində  ən  çox  zəhməti  olan  Zəkəriyya  Ər-Razi  və  onun 

tələbələri idi. Alimin 200-dən çox elmi əsəri kimya və tibbə aiddir. 

Xəstəliklərin diaqnostika və müalicəsində də Şərq alimlərinin 

rolu böyükdür. İlk növbədə onlar bəzi xəstəliklərin diferensial diaq-

nostikasını  aparmışlar.  Xəstəliklərin  gedişində  baş  verə  bilən  böh-

ranların  öyrənilməsi  və  onların  qarşısının  alınmasında  bu  alimlərin 

əsərlərində  geniş  məlumatlar  vardır.  Xəstəliklərin  mərhələləri  üzrə 

müalicənin  xüsusiyyətlərinə  fikir  vermişlər.  Demək  olar  ki,  ilk 

növbədə  Razi  uşaq  orqanizminin  xəstəlikləri  və  müalicəsinin 

xüsusiyyətləri  üzərində  ətraflı  dayanmaqla  pediatriyanın  əsasını 

qoymuşdur. Yaraya tikiş qoymaq üçün qoyun bağırsağından istifadə 

edilməsi ilk dəfə Razi tərəfindən irəli sürülmüşdür. 




 

72 


Elə İbn Sina, Nasir Xosrov, Fərabi, İsmayıl Cürcani, İbn Rüşd 

və  bir  çox  digər  məşhur  filosofları  da  Razinin  bu  sahədə  davam-

çıları hesab etmək olar. 

Bu alimlər sırasında əlbəttə Ər-Razi və İbn Sinanın fəlsəfənin 

başqa  elmlər  ilə  əlaqəsinin  öyrənilməsində  rolları  olduqca  böyük-

dür.  Elə  onun  300-dən  artıq  əsərlərindən  180-i  fəlsəfəyə  aid  idi. 

Bunların  içərisində  onun  “Şərq  fəlsəfəsi”  adlı  böyük  kitabı  diqqəti 

daha  çox  cəlb  edir.  İbn  Sinanın  tamamilə  fəlsəfi  məsələlərə  həsr 

olunmuş  “Şəfa”  kitabı  18  cilddən  ibarətdir.  Burada  fəlsəfə  ilə  əla-

qədar  məntiq,  fizika,  kimya,  riyaziyyat,  astronomiya,  biologiya, 

fiziologiya hətta musiqi və bir çox elmlərin nailiyyəti işıqlandırılır. 

Fəlsəfi  “Şəfa”  kitabında  da  tibbi  fikirlər  çoxdur.  Bu  əsərdə 

hissiyyatın səkkiz növ olması göstərilir. Müasir tibbə isə hissiyyatın 

beş  növü  məlumdur.  Təəssüf  ki,  bu  qədər  böyük  və  fundamental 

əsər hələlik heç bir dilə tərcümə olunmayıb, ona görə nəinki geniş 

oxucu kütləsi, hətta müxtəlif ixtisas sahiblərinə belə məlum deyil. 

Fəlsəfəyə  aid  İbn  Sinanın  “Nicat”  kitabında  üç  hissə  məntiq, 

fizika və metafizikadan ibarətdir. Hələ 1501-ci ildə bu kitab ilk dəfə 

olaraq  latın  dilinə  tərcümə  olunmuşdur.  Dərin  fəlsəfi  fikirlər  İbn 

Sinanın  “Daneşnameyi  əlai”  (“Bilik  kitabı”)  və  “Risalei  nəfs” 

kitablarında və bir sıra digər başqa əsərlərində də vardır. 

Əbu  Əli  İbn  Sina  müxtəlif  elmlər  ilə  yaxından  tanış  olduğu 

üçün  özü  də  bu  elmlərin  təsnifatına  aid  əsər  yazmışdır.  Onun  ruh 

haqqında  aforizmləri  kitabında  qəzəb,  kin,  qorxu,  sevinc  və  başqa 

emosional  hallar  haqqında  hətta  müasir  tibbə  maraqlı  olan 

məlumatlar verilir və onların idarə edilməsi göstərilir. 

Dahi Şərq alimi İbn Sinanın “Şəfa”, “Nicat”, “İşarələr” və s. 

bu  kimi  fəlsəfəyə  aid  bəşəriyyətin  böyük  nailiyyətlərindən  sayılan 

kitablarının  nəticəsində  Qərbdə  onu  görkəmli  filosof  kimi  tanımış-

lar.  Sonralar  məlum  olmuşdur  ki,  İbn  Sina  həm  də  dahi  həkimdir. 

Onun  fəlsəfi  fikirləri  Dekartın  (31.03.1596-11.02.1650)  fəlsəfi  tə-

fəkkürünün  yaranmasında  böyük  rol  oynamışdır.  Dekart  özü  də 

bunu inkar etməmişdir. Onun məşhur bir sözü ki; “mən fikir edirəm, 

demək  mən  varam”,  İbn  Sinanın  bir  sıra  əsərlərin  də  müxtəlif 




 

73 


variantlarda təzahür etmişdir. Demək olar ki, o dövrün həkimlərinin 

əksəri  filosof,  filosofların  əksəri  həkim  idilər.  Elə  bu  da  tibbin 

nəzəriyyə  və  praktikasının  inkişafında  olduqca  mühüm  rol 

oynamışdır.  Heç  də  təsadüfi  deyil  ki,  bu  alimlərin  əsərlərində 

müasir  tibbdə  hakim  olan  determinizm  (səbəbiyyət)  nəzəriyyəsinə 

böyük  yer  vermişlər.  Xəstəliklərin  analizində  hər  şeydən  əvvəl 

başqa  səbəbi  tapıb,  aradan  qaldırmağa  çalışmışlar.  Hətta  min  il 

bundan  əvvəl  mikroskopdan  heç  bir  məlumat  olmadığı  dövrdə  İbn 

Sina  öz  əsərlərində  gözə  görünməyən  xəstəlik  törədici  amillərin 

(mikroblar) olmasına işarə etmişdir. 

Bu  amillərin  əksəriyyətində  kəmiyyət  dəyişiklərinin  toplana-

raq  yeni  keyfiyyətə  keçməsi,  bununla  əlaqədar  xəstəliyin  müxtəlif 

mərhələlərinin olması göstərilmişdir. Xəstəliklərin müalicəsində hər 

bir  mərhələnin  xüsusiyyətinin  nəzərə  alınmasının  əhəmiyyəti  qeyd 

edilmişdir.  O  dövr  ki,  həkimlər  hesab  edirdilər  ki,  xəstəlik  kimi 

mürəkkəb bir prosesin gedişində orqanizmin müdafiəyə uyğunlaşma 

reaksiyaları  ilə  xəstəliyi  törədən  amillərin  dağıdıcı  və  sarsıdıcı 

qüvvələri arasında daimi mübarizə gedir. Onlar deyirdilər ki, xəstə 

əsas etibarı ilə öz gücünə sağalır, həkim isə buna kömək edir. 

Orta  əsrlərdə  Şərq  alim  və  həkimlərinin  əsərlərində  tibbin 

həm  nəzəri,  həm  də  klinik  məsələləri  bir  çox  cəhətlərdən  müasir 

səviyyədə öyrənilmişdir. Bu alimlərin əsərlərində ilk növbədə tibbin 

sərhəd və vəzifələri qətiləşdirilmişdir. Onlar qeyd edirdilər ki, tibbin 

vəzifələri  heç  zaman  yalnız  xəstəliklərin  müalicəsini  öyrənməklə 

məhdudlaşa  bilməz,  sağlamlığın  öyrənilməsinə,  onun  möhkəmlən-

məsinə və qorunmasına da fikir verilməlidir. İbn Sinanın “Tibb qa-

nunu”  kitabında  sağlamlığın  dərəcələri  haqqında  qeydlər  müasir 

alimlərin fikirlərinə olduqca yaxındır. Hələ o zaman “Tibb qanunu” 

kitabında  bu  dahi  alim  sağlamların  sağlamlığı,  sağlamlığın  möh-

kəmləndirilməsi  üçün  xüsusi  dərmanların  tətbiq  edilməsinə  böyük 

yer vermişdir. 

Yaxın  və  Orta  Şərqin  klassik  həkimlərindən  Zəkəriyya  Ər-

Razini klinik məsələlər, İbn Sinanı tibbin nəzəri, İsmayıl Cürcanini 

isə bunların hər ikisi yaxından maraqlandırmışdır. 




 

74 


Hərçənd  ki,  o zaman  meyitlərin  təşrihinə  (yarılmasına)  rəsmi 

icazə verilmirdi, lakin bu alimlər və onların davamçıları anatomiya 

haqqında məlumatları diqqəti xeyli cəlb edir. Hətta o zaman onların 

beyinində  müəyyən  mərkəzlərin  olmasını  qeyd  etmişlər.  Uzunsov 

beyində  həyatı  mərkəzlərin  olmasını  bilərək  və  ağac  şaxələrinə 

bənzədiyini nəzərə alaraq ona həyat ağacı adı vermişlər. Maraqlıdır 

ki, onlar anatomiyanı tədric olunmuş şəkildə yox, həmişə funksiya 

ilə  sıx  əlaqədə  götürmüşlər.  İsmayıl  Cürcani  hələ  o  zaman  qan 

dövranı haqqında müasir təsəvvürə yaxın fikirlər söyləmişdir. Ürək 

əzələsini  qidalandıran  xüsusi  dərmanların  olmasını  göstərmişdir. 

Ərəb alimi İbn ən Nafisin əsərlərində ağciyər qan dövranı (kiçik qan 

dövranı)  haqqında  (XIII  əsr)  məlumatı  maraqlıdır.  İbn  Sina  və 

Cürcani iyirmiyə qədər nəbz növlərinin olması və onların diaqnostik 

əhəmiyyətini göstərmişlər. 

Şərq alimlərinin əsərlərində patologiya, gigiyena hətta gineko-

logiya  və  s.  bir  çox  müasir  tibbin  mühüm  məsələləri  haqqında  ol-

duqca  maraqlı  məlumatlara  rast  gəlmək  olar  ki,  bunların  üzərində 

ayrılıqda dayanmaq lazımdır. O dövr də yaşayan alimlərin əsərlərin-

də  müasir  tibb  də  mövcud  olmayan  sahələrə  də  rast  gəlmək  müm-

kündür. Məsələn, səfər gigiyenası. Bu alimlərin əsərlərində sağlam-

lığı qoruyub möhkəmləndirmək, xəstəliklərin qarşısının alınması və 

müalicəsi üçün pəhriz qaydasına əməl edilməsinə böyük yer verilir. 

Hətta ayrı-ayrı xəstəliklərdə hansı heyvanların ətinin xeyirli olması 

göstərilir. Onlar hətta müalicəvi bədən tərbiyəsi, tibbi kosmetika və 

s. üzərində də ətraflı dayanmışlar. 

Şərq  alimləri,  xüsusilə  İbn  Sinanın  əsərlərində  qeyd  olunan 

dərman bitkilərinin sayı müasir tibbə məlum olan dərman bitkilərin-

dən  xeyli  çoxdur.  Mürəkkəb  dərman  formaları  sırasında  əhval-ru-

hiyyəni yaxşılaşdıran, məcazi dəyişdirən, qəm-qüssəni azaldan, ağlı 

artıran və s. bu kimi məcunlar (kokteylər)  müasir tibb üçün olduqca 

maraqlı ola bilər. Ümumiyyətlə o, zaman ki, Şərq alimlərinin əsərlə-

rində  qəm,  qüssə,  ümidsizlik,  xəcalət,  qəzəb,  kin,  həddindən  artıq 

şadlıq  və  s.  bu  kimi  emosional  halların  öyrənilməsində  və  onların 

idarə edilməsində olduqca maraqlı məlumatlar vardır. Hətta onlar o 




 

75 


zaman  göstərmişdilər  ki,  həddindən  artıq  şadlıq  özü  də  bəzən 

ölümlə  nəticələnə  bilər.  Mənfi  emosiyaların  qarşısının  alınması, 

onların  orqanizmə  zərərinin  azaldılması  üçün  fiziki  iş  ilə  məşğul 

olmaq,  başqa  şəhərlərə  səfər  etmək,  xoşagələn  musiqiyə  qulaq 

asmaq, maraqlı adamlarla söhbət etmək və s. əsas yer vermişlər. 

Ümumiyyətlə  demək  olar  ki,  Şərq  alimlərinin  əsərlərində 

müalicədən  daha  çox  profilaktik  tədbirlərinin  aparılmasına  böyük 

yer verilmişdir. Şərqdə belə bir ümumi qəbul edilmiş misal var ki, 

hər  hadisənin  əlacını  o  hadisə  baş  verməmişdən  əvvəl  aparmaq  la-

zımdır.  İkinci  misal,  zərərverici  amili  sənə  zərər  vermədən  qabaq 

məhv et. 

Orta  əsrlərdə  Şərq  alimlərinin  bu  nailiyyətlərinin  həddindən 

artıq  böyük  olmasının  nəticəsidir  ki,  həmin  dövrün  alimləri  və 

onların  davamçılarının işləri bütün  dünyada məşhur olub,  müxtəlif 

dillərdə  nəşr  olunmuşdur.  Məsələn,  İbn  Sinanın  “Tibb  qanunu” 

kitabı  30  dəfədən  çox  latın  dilinə  tərcümə  edilmişdir.  Bu  kitab 

XVIII  əsrin  axırlarına  qədər  Avropada  Universitetlərində  tədris 

olunan əsas kitablardan biri idi. 

Zəkəriyya  Ər-Razinin  “Əlhavi”  kitabı  ən  azı  beş  dəfə  latın 

dilinə  tərcümə  edilmişdir.  O  dövrün  klassik  tibb  alimlərindən  biri 

İsmayıl  Cürcaninin  “Xarəzmşahlar  zəxirəsi”  tibbin  nəzəriyyə  və 

praktikasında  daha  geniş  məlumata  malik  olmasına  baxmayaraq 

nisbətən  az  məşhurlaşmışdır.  Bu  kitab  IX  fəsildən  ibarət  olub, 

mahiyyət  etibarilə  demək  olar  ki,  o  zamanın  tibb  ensiklopediyası 

sayıla  bilər.  Bu  əsərin  ərəb  dilində  olan  variantı  XII  cilddən 

ibarətdir. Onun xülasəsi də sərbəst kitab şəklində nəşr olunmuşdur. 

Demək  olar  ki,  müasir  tibbin  nəzəriyyə  və  praktikasının  elə  bir 

sahəsi yoxdur ki, Cürcani ona toxunmasın. 

Bu  görkəmli  alimlərin  sırasında  Azərbaycan  alimlərinin  də 

rolu az olmamışdır. Hətta İbn Sinanın bilavasitə tələbələrindən biri 

olan  azərbaycanlı  alim  Əbülhəsən  Bəhmənyarın  da  fəlsəfi  və  tibbi 

məsələləri  haqqında  fikirləri  mütəxəssislərə,  geniş  kütlələrə  az 

bəllidir. 



 

76 


Orta  əsrlərdə  tibbin  əsas  nailiyyətlərindən  biri  də  həkimlərin 

təkmilləşdirilməsi ilə məşğul olmaqdan ibarət idi. Bu məsələni qeyd 

etmək  olduqca  mühümdür  ki,  həkimlərin  təkmilləşdirilməsi 

məsələsinin zəruri olması “Avesta” da qeyd olunmuşdur. 

Orta  əsrlərdə  Şərqdə  bu  məsələyə  ciddi  fikir  verilir  və  onun 

həyata keçirilməsi  üçün  o dövr ki,  akademiyaların nəzdində  xüsusi 

kurslar təşkil olunmuşdu. 

Orta  əsrlərdə  Şərq  alimlərinin  tibbə  aid  elmi  populyar 

məqalələr nəşr etmələri olduqca diqqətə layiqdir. Hətta demək olar 

ki,  bu məsələnin banisi  onlar sayıla bilərlər. Məlumdur ki,  bu dahi 

alimlər  çox  zaman  tanınmış,  məşhur  şəxslərin  xahişi  ilə  tibbin 

müxtəlif  sahələrinə  aid  olan  yalnız  bir  nüsxədən  ibarət  kitab  və 

məqalə  yazıb  bağışlayırdılar.  Belə  əsərlərdən  İbn  Sinanın 

“Cudiyyə” (“Bəxşiş”) Zəkəriyya Ər-Razinin “Həkimə əli çatmayan 

adamlar üçün”, “Dərmanların mənfəəti”, “Mənsuri tibb kitabı” və s. 

əsərləri  göstərmək  olar.  Bu  sonuncu  kitabda  xüsusilə  ayrı-ayrı 

xəstəliklərdə pəhriz məsələlərinə geniş yer verilir. 

Bu  alimlərin  fəlsəfə  ilə  tibbin  əlaqəsi  haqqında  geniş  işləri 

sonralar  Qərbdə  yayılıb  və  orada  həm  fəlsəfə  və  həm  də  tibbin 

inkişafına yaxından kömək etmişdir. 

Əl-Fərabi böyük filosof olmaqla yanaşı həm də həkim idi. O, 

təbiətşünaslıq  və  fəlsəfə  haqqında  yüzdən  çox  əsər  yazmışdır. 

Fərabinin  “Elmlərin  təsnifatı”  adlı  məşhur  kitabı  Madridin  kitab-

xanasında saxlanılır. O, əsərdə elmlərin bir-biri ilə əlaqəsi və onla-

rın  hamısının  fəlsəfə  ilə  yaxınlığı  haqqında  qiymətli  məlumatlar 

vardır. Bu təsnifatda tibbə verilən yer diqqəti xüsusi cəlb edir. 

Əl-Fərabinin  ən  məşhur  əsərlərindən  biri  “Yüksək  müdrikli-

yin  mirvarisi”  kitabıdır  ki,  burada  o,  sıx  formada  özünün  fəlsəfi 

təyinini vermişdir. Onun bir çox elmlər ilə  yaxından tanışlığı Fəra-

binin  tərəfindən  təklif  edilən  elmlərin  təsnifatında  özünü  göstərdi. 

Onun  fəlsəfəsi  daima  isxalastikanın  əleyhinə  olmuşdur.  Fərabi 

təbiətin bütün hadisələrində fəlsəfi qanunauyğunluğu axtarmağa çox 

cəhd etmişdir. Onun fikrincə elmin əsas vəzifəsi dünyanı öyrənmək-

dən ibarətdir. İlk növbədə Fərabi elmdə nəzəri və praktik istiqamət-




 

77 


lərin olmasını göstərib və onların sıx əlaqəsini qeyd etmişdir. Tibbə 

aid  bu  məsələ  orta  əsrlərdə  Azərbaycan  alimi  Mahmud  ibn  İlyasın 

“Tibb  kitabı”  adlı  əsərində  aydın  şəkildə  öz  izahını  tapmışdır. 

Fərabi  həm  də  kainat sferasında olan hərəkətləri  və  onların  mahiy-

yətinin  açılmasına  təbii  qanunların  fəlsəfədə  tətbiqinə  və  s.  böyük 

yer verilmişdir. 

Əbu Reyhan Biruni təbii hadisələrin mahiyyətinin açılmasın-

da  böyük  işlər  görmüşdür.  Praktik  nöqteyi-nəzərdən  onun  əsərləri 

təbiətşünaslıq və fəlsəfə üçün əvəzsizdir. 

İbn Rüşd Avropada daha məşhur filosof idi. O, həmişə çalış-

mışdır  ki,  fəlsəfəni  mövhumatdan  təmizləsin.  Mütərəqqi  fəlsəfəni 

həqiqi bir elm kimi inkişaf etdirmək də onun rolu böyükdür. O, öz 

əsərlərində  din  ilə  fəlsəfənin  əlaqəsindən  danışır  və  fəlsəfəni 

müdafiə edirdi. Özündən əvvəlki məşhur alimlərin fəlsəfə haqqında 

məlumatlarını yekunlaşdıraraq, onlara qiymətli əlavələr etmişdir. 

Beləliklə,  fəlsəfə  ilk  dəfə  yarandıqdan  ən  ümumi  qanunauy-

ğunluqlarını  öyrənən  əsas  elm  sayılırdı.  Hərçənd  ki,  müxtəlif 

elmlərin  sürətli  inkişafı  ilə  əlaqədar  fəlsəfə  son  zamanlar  bir  qədər 

öz  mühüm  əhəmiyyətini  itirməyə  başlamışdır.  Lakin  son  zamanlar 

elm və texnikanın sürətli inkişafı dövründə yaranan bir çox elmlərin 

hamısından müəyyən nəticə çıxarmaq üçün fəlsəfənin mühüm rolu 

daha çox hiss edilir. 

Hal-hazırda  müxtəlif  elmlərin  ayrılığından  daha  çox  onların 

bir-biri ilə sıx əlaqəsi haqqında aparılan kompleks işlər diqqəti cəlb 

edir. Bu qabiliyyət isə yalnız fəlsəfi təfəkkürə malik olan alimə mü-

yəssər ola bilər. 

Heç də təsadüfi deyil ki, C. H. Təqdisi öz elmi işlərində, mü-

hazirələrində  daima  fəlsəfi  təfəkkürə  böyük  yer  verirdi.  Onun  yüz-

lərlə  elmi  əsərləri,  monoqrafiyaları  və  dərsliklərində  həmişə  fəlsəfi 

təfəkkürə böyük  yer verilmişdir. Onun, xəstəliyin mahiyyətinin öy-

rənilməsində  fəlsəfi  və  tarixi  yanaşma,  xəstəliyin  mahiyyəti  haq-

qında müasir fəlsəfi anlayış, xəstəliyin məfhumunun evolyusiyasına 

dair əsərləri vardır. 

 



 

78 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin