QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1003/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   999   1000   1001   1002   1003   1004   1005   1006   ...   1096
TÖKÜNTÜ (BİTKİNİN)  – Bitkinin ölü hissəsi olub ölü kütləyə 

aiddir, bura torpağın səthinə  və ya su hövzəsinin dibinə tökülən 

yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, 

sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə 

meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun 

qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq 

qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil 

olur. 


TÖKÜNTÜLƏR – dağ süxurlarının sortlaşmamış  və kobud 

qırıntılarının dağ yamacı özülündə  və  aşağı hisəsində toplanmış 

yığıntılar. Onlar dağ süxurlarının aşınması və yamac boyu aşağıya doğru 

yuvarlanması nəticəsində yaranır. Bu proseslər bəzən töküntü eroziyası 

da adlanır. 

Mergellər və gilli şistlər yayılmış yamaclarda daha çox müşahidə 

olunur. T. çox vaxt geniş, münbit torpaq sahələrini örtür. Tərkibində toz 

və gil funksiyaları olan T. ərinti və yağış suları ilə eroziyaya məruz 

qalır. Yarğan yamaclarının aşağı hissələrində  də xeyli T. yığılır və 

müvəqəti axınlarla yarğanlardan çıxarılır.  




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   999   1000   1001   1002   1003   1004   1005   1006   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin