479
V
VAHƏ – səhra və yarımsəhraların torpaqlarında
intensiv əkinçilik
rayonları, ağac, kol və ot sahələri. V.-nin əmələ gəlməsinə səbəb sahədə
qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı
suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı
daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından su-
varma ilə əlaqədardır) çox olmasıdır. V.-lərin sahəsi (Afrikada Nil çayı
dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.)
onlarca hektardan on minlərlə km
2
-ə qədər olur. V.-lər səhralarda
əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. V.-
lərdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm
və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı V.-lərin xarakterik
bitkisi xurma ağacıdır.
Dostları ilə paylaş: