VİOLATOR BİTKİ ÖRTÜYÜ – daim insan fəaliyyətinin təsiri
altında olan bitki örtüyü.
VİOLENTLƏR (lat. violent - qəzəbli) – güclü qruplaşma yaratma
qabiliyyəti olan, sürətlə inkişaf edərək əraziləri zəbt edən, fəal həyat
fəaliyyətilə rəqiblərini sıxışdırıb sıradan çıxaran növlər bura, əsasən me-
zofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936) tərəfindən
irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitki örtüyünün
pələngləri”» adlandırır.
VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərə
daxil olub onlarda xəstəlik törətməsi.
Dostları ilə paylaş: |