QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1045/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1041   1042   1043   1044   1045   1046   1047   1048   ...   1096
VİTRİFİKASİYA  (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (-

20

°C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə 



halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi. 

VOLF ƏDƏDİ – Günəşin fəallığını xarakterizə edən ədədlərdən bi-

ri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə  təqr. 

mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K – 

müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı 

əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə  həmin ləkələri 

birləşdirən qrupların sayıdır.  İsveçrə astronomu R.VOLF elmə daxil 

etmişdir. 

VULKAN BOMBASI – vulkan püskürməsi vaxtı atılmış lava 

parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir. 



VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən 

sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və 

piroklastik süxurlardan ayrılan qazlar. 

VULKAN TUFU vulkan külü, vulkan qumu, lapilli və s. bərk 



 

483 


 

püskürmə  məhsulları  yığımının sementləşməsindən  əmələ  gələn süxur. 

Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan 

inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və 

s. rayonlarınlarda) yataqları məlumdur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1041   1042   1043   1044   1045   1046   1047   1048   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin