VƏHŞİ HEYVAN RESURSLARININ NİZAMLANMASI –
populyasiyanın yerinin və ya tərkibinin dəyişdirilməsi yolu ilə vəhşi
heyvanların sayının saxlanması və dəyişdirilməsi üzrə müxtəlif üsulların
tətbiq edilməsi.
VƏHŞİ HEYVAN SAXLAMA – vəhşi heyvanların (xüsusən xəzli)
qəfəs-volyer şəraitində artılırması nəzəriyyəsi və praktikası. V.h.s. Ru-
siya, ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya və digər ölkələrdə
aparılır. Dünyada 20 növə qədər vəhşi heyvan (su samuru, nutriya,
tülkü, şinşilla, su qunduzu və s.) artırılır.
VƏHŞİ HEYVANLAR – 1) digər heyvanı ovlayıb yeyən bitki və ya
heyvan. 2) Yaxın sistematik növlərin (qrupların) nümayəndələri ilə qi-
dalanan heyvanlar.
VƏRDİŞ – Orqanizm davranışının xüsusi forması; fəaliyyətin
dəfələrlə təkrarı sayəsində avtomatik icra olunur. Bəzən pis V. orqaniz-
min zəifləməsinə, bəzən məhvinə səbəb ola bilər. (məs., insanın siqaretə
və ya alkoqola V.-i və s.).
Dostları ilə paylaş: |