QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1044/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1040   1041   1042   1043   1044   1045   1046   1047   ...   1096
VİTAMİNLİ  BİTKİLƏR  – tərkibində xeyli miqdarda vitamin və 

ya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər. 

Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnu 

meyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300-

500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Ali 

bitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır. 

Qırmızı  və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli 

göbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B

1

, B


2

, eləcə 


də PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu 

meyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda), 

qırmızı istiotdan, qarağat, çay tikanı  və s. bitkilərin meyvəsindən 

istifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var. 

“E” vitamini konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, is-

panaq, adi şabalıd yarpağında, kök, qabaq, quşarmudu, pomidor 

meyvələrində çoxlu «K»” vitamini, itburnu və sitrus bitkilərinin 

meyvəsində isə «P»” vitamini olur. 



VİVARİ  – təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar

əsasən laboratoriya heyvanları saxlanan bina. V.-dən eyni zamanda hey-

van yetişdirmə məntəqəsi kimi də istifadə olunur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1040   1041   1042   1043   1044   1045   1046   1047   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin