VULKANİK SÜXURLAR – bax Effuziv süxurlar.
VULKANLAR (yun. Vulcanus) – Yer daxilindəki kanallar və çat-
larla dərinliklərdəki maqma mənbələrindən lavanın, isti qazların və
süxur qırıntılarının yer səthinə püskürülməsi nəticəsində əmələ gələn
təbii geoloji törəmələr. V.-ın püskürmə məhsulları qaz, maye və bərk
halda olur. Vulkan qazları karbon qazları, su buxarı, karbon qazı, hidro-
gen-sulfid, kükürd qazları, xlorlu birləşmələr və s.-dən ibarətdir.
Püskürmə zamanı lavanın temperaturu 800-1200
°, orta hərəkət sürəti 1-
2 m/san, xüsusi halda 8 m/san olur. Azərbaycanda Pliosen vulkan
kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu V. lipirit və
daskit püskürmüşdür. Antropogenə aid vulkan karaterləri Kəlbəcər və
Laçın rayonlarında qeyd edilmişdir. Bu dövrə aid vulkan püskürmələri
məhsulu Naxçıvan və Talışın dağlıq hissələrində geniş yayılmışdır. Bəzi
vulkanik süxurlardan (andezit və bazaltlar) tikinti materialı kimi, şüşə və
bazalt ərintisi istehsalında istifadə edilir. Yer kürəsində maqmatik vul-
kanlarla bərabər palçıq vulkanları da inkişaf etmişdir. (bax. Palçıq
vulkanları).
Dostları ilə paylaş: |