YARPAQ BİRƏLƏRİ, PSİLLİDLƏR
(Psylloidea) –
bərabərqanadlı xortumlular dəstəsindən həşərat yarımdəstəsi. 1500-dək
növü məlumdur. Bir çox Y.b. sürətlə çoxaldığından kənd təsərrüfatı
bitkilərinə böyük zərər vurur. Ən təhlükəlisi alma (Psylla mali) və ar-
mud (P.Pyri) balıcası, kələm Y.b., soğan Y.b.-dir. Əsasən, sürfələri
zərərlidir; bitkilərin şirəsini sorduğundan yarpaq və zoğlar quruyur,
qönçələr, çiçəklər, saplaqlar tökülür, bitki zəif böyüyür. Mübarizə
tədbirləri aqrotexniki və kimyəvi üsullardır.
YARPAQ DİAQNOSTİKASI – yarpaqlarda kimyəvi analiz apar-
maq yolu ilə bitkinin qida elementlərinə tələbatını müəyyənləşdirmək.
YARPAQ SƏTHİNİN İNDEKSİ – biosenozda yarpaqların sahəsi
ilə (bir tərəfinin) torpaq sahəsinin nisbəti. İynəyarpaqlı meşədə indeks
28, çəməndə 30, çöldə 2,5 təşkil edir (Greyger, 1964). Fotosintezin
məhsuldarlığını tapmaq üçün vegetasiyanın hər gününün indeksləri
cəmlənir, bu cəm fotosintetik potensial adlanır (m
2
/ha).
Dostları ilə paylaş: |