QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1050/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1046   1047   1048   1049   1050   1051   1052   1053   ...   1096
YARARSIZ SÜXURLAR – tərkibində bitkilərin və torpaq 

orqanizmlərinin normal inkişafına toksiki təsir göstərən maddələrlə (su-

da həll olunan duzların, sulfidlərin oksidləşmə  məhsulları) zəngin olan 

dağ və ya çöküntü süxurları. 



YARARSIZ TORPAQLAR-BEDLENDLƏR  quru iqlim, çətin 

keçilən, çox parçalanmış və torpaq örtüyü tamamilə yuyulmuş yararsız 

relyef sahələri. Ən çox səhra və yarımsəhra zonasındakı su keçirməyən 

gilli süxurların leysan yağışları ilə yuyulmasından  əmələ  gəlir. 

Azərbaycanda Bozdağ silsiləsində, Qobustanda və s.-də Y.t. var. Y.t. 

respublikamızda yaylaqlarda və meşə zonasında da insanların 

təsərrüfatsız fəaliyyəti nəticəsində əmələ gəlir. 

YARĞAN  – nisbətən hündür-düzənlik sahələrdə, xüsusən yumşaq 

çöküntülərdən (məs: lös) ibarət olan yerlərdə müvəqqəti və ya kiçik 

axarı olan suların fəaliyyəti ilə ovulmuş, dik yamaclı çüxura deyilir. Y-

ın baş  tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması  və 

yamacların  şumlanması Y-ın genişlənməsinə  səbəb olur. Yaylaq 

zonasında intensiv mal-qara otarılması ilə  əlaqədar bitki və torpaq 

örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Y-lar əsasən 

kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız 

hala salır. Y-larla mübarizə etmək üçün onun yamaclarında və ona 

bitişik sahələrdə  ağac və kollar əkilir. Genişlənməsi dayanmış, 

yamacları yastı və dibi hamarlanmış Y. quru Y. və ya qobu adlanır. 

 



 

518 


 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1046   1047   1048   1049   1050   1051   1052   1053   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin