QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1058/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1054   1055   1056   1057   1058   1059   1060   1061   ...   1096
YAŞAMA POTENSİALI – növün əlverişsiz  şəraitə qarşı 

müqavimət göstərmək dərəcəsi. Növün biotik potensialı ilə müəyyən 

olunur. 

YAŞAMA YERİ  – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer. 

İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və 

s.) mənzil-məişət nəzərdə tutulur. 

YAŞAMA YERİNİN QORUNMASI – canlı orqanizmin yaşadığı 

yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər. 



YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.-

ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla 

cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni 

növə  mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda 

apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən

özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb  yaşaması  və 

nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə 

nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə sıxışdırılır və lazımi 

dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif 

növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar 

bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı 

quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir 

növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir. 

Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin 

orqanizmə təciri ilə əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş tox-

um quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə  məhv olur. 

H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına, 

digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən 

təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb 

olur. 


YAŞIL GÜBRƏ – kaliumla zəngin olan bitki kütləsinin xüsusi ola-

raq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə əsasən havadakı 

azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan paxlalı 

bitkilərdən istifadə olunur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1054   1055   1056   1057   1058   1059   1060   1061   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin