Bədənin uzunluğu 1,7 sm-dəkdir. Sürfələri uzunsov və yoğundur.
Açıqlıqda, bəzən torpaqda və ya bitki toxumalarında yaşayır. 40 minə
489
yaxın, Azərbaycanda 360-dan artıq növü məlumdur. Böcəklər və
sürfələr, əsasən, yarpaqlarla qidalanır. Y.-in çoxu tarla, tərəvəz, meyvə
və meşə bitkilərinə zərər vurur.
YARUS – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq
və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri,
kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat
(mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü
yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot
örtüyü, kol və ağac Y.-rı ayrılır. Yarus termini meşəçilikdə daha çox
işlənir.
YARUSLUQ – biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və
hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin
toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara,
çətirlərə, biohorizontlara və s. ayrılması.
YASAQLIQ – təbiətin ən qədim mühafizə olunan forması.
Qoruq-
dan fərqli olaraq yasaqlıq hansı təşkilatın ərazisində yerləşirsə həmin
təşkilata baxır, məs. fermer, meşə təsərrüfatı və s. Y. daimi və
müvəqqəti (10 ilə qədər) ola bilər. Əgər qoruqlarda mütləq qoruma re-
jimi tətbiq olunursa, Y-da istirahət evləri, turist bazaları tikilə bilər. La-
kin hər bir istirahət edən və ya turist özünün Y.-da olduğunu bilməli və
onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Y.-da ov etmək, balıq
tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə,
giləmeyvə, göbələk yığmaq ya qismən icazə verilə bilər, yaxud da
tamamilə qadağan olunur. Y.-da bütün təbii kompleks deyil, onun ayrı-
ayrı komponentləri (bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir
mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və
istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi-
xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir.
Azərbaycan Respublikasında 17 Y. (Abşeron, Ağgöl, Qızılca,
Daşaltı, Bəndovan, Bərdə, Qarayazı-Ağstafa, Qubadlı, Qusar, Zuvand,
İsmayıllı, Korçay, Kilə, Laçın, Ordubad, Şəmkir, Şəki, Kiçik Qızılağac)
var.
Dostları ilə paylaş: