491
bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan
növlərinin siyahısı.
YAŞIL ZONA – Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və
süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı
sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi
əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri
hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-
cü il, 4 №-li qərar) respublikamızın dağlıq rayonlarında şəhərlərin, digər
yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min
hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı
hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o
cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min
ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır.
«YAŞILLAR» – siyasi partiya və ictimai hərəkat olub məqsədi
planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya,
Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya
və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin «Y»-in
birləşdirən Beynəlxalq təşkilat – «QRİNPİS» (1971-ci ildə təşkil olu-
nub) daha böyük nüfuza malikdir. «Y»-ın platforması ətraf mühitin
çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri
ənənəvi mənbələrindən geniş istifadə etməkdir. «Y» istehlak
yanaşmasının əleyhinə çıxış edir, ekoloji təhsil problemlərilə məşğul
olur.
Dostları ilə paylaş: