qabığı ilə yerin nüvəsi arasındakı təbəqə. Y.m.-nın aşağı sərhədi
496
təxminən 2900 km dərinlikdə yerləşir. Y.m. qalınlığı 2 min km-ə
yaxındır, əsasən maqnezium və dəmir zəngin ağır metalardan ibarətdir.
500 km dərinlikdə temperaturu 1500
0
. 2900 km dərinlikdə təzyiq 1,35
milyon kq/sm
2
-ə bərabərdir.
YERİN NÜVƏSİ – Yerin mərkəzi, daha dərin geosferi. Y.n.-nin
temperaturu 5000
°-yə, sıxlığı 12,5 t/m
3
-a yaxındır. Onun üst hissəsinin
maye, daxili hissəsinin isə bərk olduğu ehtimal edilir.
YERLİ FLORA – nisbətən kiçik quru sahəsinin və ya akvatoriyanın
florası: (hər hansı bir dağın, gölün, inzibati rayonun, vilayətin, fiziki-
coğrafi bölmənin, qoruğun, yaşayış yerinin və s.-nin florası).
YERLİ İQLİM – müəyyən bir sahənin (mühitin) iqliminin kiçik
məsafədə (1 km və az) ona qonşu sahələrdən bir və ya bir neçə elementi
ilə seçilməsi. Mezoiqlim anlayışına yaxındır.
YERLİ KÜLƏK – müəyyən coğrafi ərazidə tez-tez təkrarlanan və
həmin ərazinin havası üçün səciyyəvi olan külək. Y.k.-lərə xəzri, gilavar
misal ola bilər.
YERLİ NÖV – bax. aborigenlər.
Dostları ilə paylaş: