QəRİb məMMƏdov mahmud xəLİlov


YER SƏTHİNİN ANTROPOGEN ÇÖKMƏSİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1065/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1061   1062   1063   1064   1065   1066   1067   1068   ...   1096
YER SƏTHİNİN ANTROPOGEN ÇÖKMƏSİ  –  əsasən düzən 

dəniz kənarı  ərazidə insan fəaliyyəti nəticəsində baş verərək  ətraf 

mühitin pozulmasına səbəb olur. Y.s.a.ç.-nin əsas səbəbləri: faydalı 

qazıntıların çıxarılması, torpağın drenajı  və meliorasiyası, müxtəlif 

tikililərin və mühəndis qurğularının şaquli istiqamətdə təzyiqi, müxtəlif 

məqsədlər üçün yeraltı suların çıxarılması, neft və  təbii qazın istehsalı 

və s. 

YER SƏTHİNİN  İSTİLİK BALANSI – Yer səthinə  gələn və 

oradan çıxan istilik axınının cəbri cəmi. Bu düsturla ifadə olunur: 




 

495 


 

 

R+P+LE+V=0 



 

Burada: R – yer səthinin radiasiya balansı: P – yer səthi ilə atmosfer 

arasında turbulent istilik axını: LE – buxarlamaya sərf olunan istilik: V 

– yer səthindən torpağa və ya suya daxil olan və geri qayıdan istilik 

axını. Y.s.i.b.-nın məlumatları iqlim dəyişməsi, coğrafi zonallıq, 

orqanizmlərin termik rejiminin öyrənilməsində böyük rol oynayır. 



YERALTI SULAR – Yer qabığının üst hissələrindəki süxur 

qatlarında (12-16 km dərinliyədək) maye, sülb və ya buxar halında olan 

sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və 

karet sularına bölünür. Y.s. təzyiqsiz qrunt suları  və  təzyiqli artezian 

sularına ayrılır. Y.s.-n tərkibi 60-dan çox kimyəvi elementlə (ən çox Cl, 

S, C, Si, N, O, H, K, Na, Mg Ca, Fe, Al və s.) doymuş olur. Y.s. 

minerallaşma dərəcəsindən asılı olaraq şirin (1q/l-dək).  şortəhər (1.0-

dən 10q/l-dək),  şor (10-dan 50 q/l-dək), duzlu (50 q/l-dən çox) sulara 

bölünür. Temperaturuna görə soyumuş (0

°C-dən aşağı), çox soyuq (0-

dən 4C-dək) soyuq (4-dən 20

°C-dək), ilıq (2-dən 37°C-dək), isti (37-dən 

50

°C-dək), çox isti (50-dən 100°C-dək) və qaynar (100°S-dən yuxarı) 



olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, 

kükürdlü, metanlı  və qarışıq sulara ayrılır. Y.s.-ı-içməli sular, sənaye 

suları, mineral sular və termal sulara ayırırlar. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1061   1062   1063   1064   1065   1066   1067   1068   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin