QəRİb məMMƏdov mahmud xəLİlov


YERŞÜNASLIQ, ÜMUMİ YERŞÜNASLIQ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1068/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1064   1065   1066   1067   1068   1069   1070   1071   ...   1096
YERŞÜNASLIQ, ÜMUMİ YERŞÜNASLIQ – fiziki coğrafiyanın 

bölməsi. Yer qabığının tərkibi, strukturu və inkişafının ümumi 

qanunauyğunluqlarını öyrənir. Çox vaxt Y. fiziki coğrafiyanın sinonimi 

kimi istifadə edilir, bəzən isə Yeri bir planet kimi öyrənən bütün 

fənnlərin məcmusunun qısaldılmış adı kimi ifadə olunur. 

YETİŞKƏN LANDŞAFT  –  ətraf mühitlə  ən sabit müvazinət 

vəziyyətinə çatan landşaft. 



YETİŞMİŞ EKOSİSTEM – bax klimaks ekosistem. 

YIRTICI QUŞLAR – (Falconiformes) – quşlar dəstəsi. Bədəninin 

uzunluğu 16,5 sm-dən (cırtdan qızılquşlar) 112 sm-dək (kərkəslər) olur. 

Azərbaycan Respublikasında 36 növü yayılmışdır. Y.q. zəif və ya xəstə 

heyvanları qırmaqla populyasiyanı sağlamlaşdırır. Bəzi növləri ovçuluq 

təsərrüfatına zərər verir. 

YIRTICILAR, PREDİATORLAR  –  (Carnivora) – məməlilər 

dəstəsi. Bədəninin uzunluğu 13 sm-dən (gəlincik) 3 m-dək (ayılar), 

çəkisi 30 q-dan 700 kq-dəkdir. Y.-əsasən ətyeyən, az qismi bitki və hər 

şey yeyən heyvanlardır. Azərbaycan Respublikasında18 növü 

məlumdur. Y-ın bir qismi xeyirli (xəz və  dərisinə görə) heyvanlardır. 

Bir çoxu zərərli gəmiriciləri məhv edir; az qismi (məs. canavar) 

heyvandarlığa zərər verir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1064   1065   1066   1067   1068   1069   1070   1071   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin