QəRİb məMMƏdov mahmud xəLİlov


YER ATMOSFER SİSTEMİNİN  İSTİLİK BALANSI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1064/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1060   1061   1062   1063   1064   1065   1066   1067   ...   1096
YER ATMOSFER SİSTEMİNİN  İSTİLİK BALANSI – Yerin 

istilik balansı xarici mənbələrdən Yerin bütövlüklə (atmosferlə birlikdə) 

aldığı və atmosfer vasitəsilə kosmik fəzaya verdiyi istiliyin cəbri cəmi. 

Uzun zamandır ki, Y.a.s.i.b. sıfıra bərabərdir, yəni Yer planet kimi 

istilik tarazlığındadır. Lakin son vaxtlar atmosferin qlobal çirklənməsi 

nəticəsində müşahidə edilən parnik effekti Yerin istilik balansının 

dəyişməsi ehtimalı haqda xəbərdarlıq edir. Əgər atmosferin karbon qazı, 

kükürd, azot, sənaye tozları və s. ilə çirklənməsinə qarşı təcili tədbirlər 

görülərsə Y.a.s.i.b.-nın antrpogen pozulmasının qarşısı alınmış olar. 

YER QABIĞI – Yer kürəsinin bərk xarici qatı. Üstdən atmosfer və 

hidrosferlə, altdan seysmik məlumatlarla müəyyənləşdirilmiş daha sıx 

ultraəsasi substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Y.q. 

materiklərdə  və okeanların altında müxtəlifdir. Materik Y.q.-nın 

qalınlığı adətən 35-45 km, dağlıq  ərazilərdə 75 km-ə  qədərdir. Okean 

Y.q.-nın qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 9-12 km). 



YER QURULUŞU  – torpağın tam və  səmərəli istifadəsini təşkil 

etmək,  əkinçilik mədəniyyətini yüksəltmək üçün şərait yaratmaq və 

torpağın mühafizəsi ilə  əlaqədar dövlət orqanları  qərarlarının yerinə 

yetirilməsindən ibarət dövlət tədbirləri sistemi. Y.q. torpaqdan düzgün 

istifadə olunmasına nəzarət edir. Y.q. iki əsas növə – təsərrüfatlararası 

və  təsərrüfat daxili Y.q.-na ayrılır. Təsərrüfatlararası Y.q. torpaqdan 

düzgün istifadə olunmasına nəzarət edir: rayonun planlaşdırılması sxemi 

əsasında istifadə ediləcək torpaq sərhədinin dəqiqləşdirilməsi və 

dəyişdirilməsi; kənd təsərrüfatında yeni torpaqların aşkara çıxarılması 

və istifadəsi; torpaq sahələrinin ayrılması;  şəhər, qəsəbə  və  əhali 

yaşayan perspektiv kənd sərhədlərinin müəyyən edilməsi və s. ilə 

əlaqədar tətbiq edilir. Təsərrüfatdaxili Y.q.-na kənd təsərrüfatı 

əkinlərinin və növbəli əkinin təşkili, bağ və üzümlük, otlaq və biçənək 

sahələrinin təşkili daxildir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1060   1061   1062   1063   1064   1065   1066   1067   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin