QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1062/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1058   1059   1060   1061   1062   1063   1064   1065   ...   1096
YAZLIQ BİTKİLƏR – yazda səpilmiş və payız bitkilərindən fərqli 

olaraq səpilən ili məhsul verən birillik kənd təsərrüfatı bitkiləri. Dənli, 

paxlalı, texniki bitkilərin bəzisi, tərəvəz, bostan və yem bitkilərinin bir 

çoxu Y.b.-ə aiddir. 



YELPİKBIĞLI BÖCƏKLƏR  (Rhipiphoridae) – həşəratlar 

fəsiləsi. 100-dən çox növü məlumdur. Azərbaycanda 6 növü var. Geniş 

yayılmışdır. Cinsindən asılı olaraq Y.b. ailə ilə yaşayan itarıları 

sürfəsində, tək yaşayan arıların və tarakanların bədənində parazitlik edir. 



YELPİKQANADLILAR  (Strepsiptera) – həşəratlar dəstəsi. 

Böcəklərə oxşayır. Y. arıların, taxtabitilərin və  cırcıramaların daxili 

parazitidir. 170-dən çox növü var. 

YEM BİTKİLƏRİ – becərilən yem bitkiləri-kənd təsərrüfatı 



 

493 


 

heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik 

bitkilər, siloslu və dənli Y.b. aiddir. Azərbaycan respublikasında birillik 

və çoxillik yem otları,  şalğam, yemlik, yerkökü, yem çuğunduru, 

turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, 

qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-

paxlalı (noxud, soya, mərci) və  dənli yemlər (çovdar, vələmir, arpa, 

darı) bitkilər, dənli yemlər almaq üçün çölnoxudu, at paxlası, noxud, 

vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. 

YEM  ƏMSALI  istifadə olunan yem kütləsinin, yemi istifadə 

edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı 

olmayaraq). Y.ə. sənaye heyvanlarının inkişafı üçün yem resurslarının 

effektivliyini göstərir. 



YEM NORMASI – Heyvanların sağlam saxlanmasını  və yüksək 

məhsuldarlığını  təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. 

Yemləmə  məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), 

məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, 

dölün inkişafı  və s.) asılı olaraq normaya salınır. Müasir Y.n.-na 

heyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma, 

fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hər 

növünə vitamin və mikroelementlərin, donuzlar və quşlar üçün 

aminturşuların sərf olunma norması hazırlanmışdır. Y.n. daimi deyil. 

Yem rasionu Y.n. əsasında düzəldilir. 



YEM RASİONU  – heyvanların qidalı maddələrə  tələbatına görə 

yem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq 

yem. 

YEM VAHİDİ – yemin ölçü vahidi və ümumi qidalılığının 

müqayisəsi. Bir Y.v. kimi 1 kq quru vələmirin orta qidalılığı vahid qəbul 

edilmişdir. Qaramalda piylənməyə görə  təyin edilmiş bir Y.v.-nin 

qidalılığı 150 q yağa və ya 1414 kal-yə  bərabərdir. Kənd təsərrüfatı 

heyvanları üçün yem norması Y.v. əsasında hesablanır. 

YEM YERİ – vəhşi heyvanları cəlb etmək məqsədilə müəyyən yerə 

yem qoymaq (tutmaq və ya müşahidə aparmaq üçün). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1058   1059   1060   1061   1062   1063   1064   1065   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin