qidanın miqdarının istifadə edənin artımına nisbəti (hər iki göstərici
quru çəki ilə ifadə olunur). YER – Günəş sisteminin Günəşdən məsafəsinə görə üçüncü, ölçüsü
və kütləsinə görə beşinci planeti: Y. quru planetləri (Merkuri, Venera və
Mars) arasında ən böyüyüdür. Y-in Günəş sistemindəki başqa
planetlərdən fərqi, onda həyatın mövcudluğu və insanın meydana
gəlməsidir. Y. Günəşdən 1496.10
4
km məsafədədir. Kütləsi
494
Günəşinkindən 330000 dəfə kiçikdir. Günəşin cazibəsi nəticəsində onun
ətrafında elleptik orbit boyunca dolanır.